Rəy verənlər: f e. d prof. Ş. M. Məmmədov



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə156/167
tarix23.01.2018
ölçüsü3,72 Mb.
#21904
1   ...   152   153   154   155   156   157   158   159   ...   167

ən böyük xristian kilsəsi olan katolik kilsəsi, pravoslavlann ən böyük 

kilsəsi  olan  Rus  kilsəsi  heç  vaxt  “İsa  peyğəmbərin  müqəddəs  son 

günlərinin kilsəsinə” - mormonlara kömək etməyə tələsməmişlər və 

tələsmirlər. Axı hər biri ayrılıqda bir kilsəyə məxsus olan dindarlara 

və onların ruhlarına qayğını bəyan edirlər, ancaq digər qardaş kilsəyə 

ümumi  “xilas”  izində  kömək  etmək  etmək  istəmirlər.  Bu  nə  isə 

düzgün  deyildir.  Bununla  belə  momıonlar  artıq  yüz  ildən  çoxdur, 

1894-cü  ildən  başlayaraq  bu  məsələnin  üstündə  çalışırlar.  Şimali 

Amerikanın Yuta ştatında dünyada ən böyük genealoji laboratoriya 

yaratmışdırlar.  Bu  laboratoriya  Solt  -  Leyk  -  Siti  şəhəri 

yaxınlığındakı 1800 metrlik dağın başındadır. Dağın içində 210 metr 

dərinlikdə altı yeraltı keçid düzəldilmişdir - ora yaxın düşmək olmur. 

Dəmir barmaqların arxasında “dağın sənədli xəzinəsi” yerləşir, onun 

qapısı 15 tondur - hər hansı təhlükə olarsa qapı avtomatik bağlanır və 

o əbədi olaraq mormonlarm sirlərini gizlədəcəkdir: on minlərlə 16 

millimetrlik  plyonka  26  milyon  maşınlı  yazılı  səhifə  burada 

saxlanılır.  Bu  qeydiyyat  sənədlər,  dini  sənədləri,  xəstəxana  və 

qəbirstanlıq  sənədləri  -  bir  sözlə  sağlara  və  ölülərə  aid  olan  -  bu 

dünyaya  gəlib  buradan  gedenlərə  aid  sənədlər  saxlanılır:  onların 

yalnız  ad,  soyadı,  anadan  olduqları  il,  ay,  gün  qalır,  qısa  həyat 

tərzləri,  qısa tərcümeyi  -  halları  verilir.  Bu dağ  özündə  ABŞ  -  da, 

Asiyada,  Afrikada,  Qvineyada  doğulan  iki  milyard  adamın  adını 

saxlayır. Bu gün iki yüz adam əllərində fotokamera il boyu planeti

 

dolaşır,müvafiq məlumatlar 



toplayırlar 

Mormonlar ordusu ildə beş milyon yarım adam xaç suyuna salmaq 

üçün  çalışırlar.  Artıq  Şərq  ölkələri  ilə  danışıqlar  aparılır,  bu

 

yaxınlarda  onlar  Rusiyada öz 



kilsələrini 

yaratmışdılar  və bu ərazilərdə 

öz işlərini 

görməyə 


başlayacaqlar. 

Qiyamət  gününə  Amerikanın cənubundakı 

baptistlər də qızğın hazırlıq işləri görürlər. Kompüterin köməyi ilə 

onlar  Alabama  ştatında  əhalinin  siyahıya  alınmasını  keçirmişlər. 

Sonra İsanın funksiyasını öz üzərinə götürən - ali 

469 



hakim  -  bu  kilsə  kimin  cənnətə,  kimin  cəhənnəmə  düşməsini 

müəyyən edəcəkdir. 

Əgər  möminlərin  əksəriyyəti  Qiyamət  gününə  hazırlaşarkən 

Allahın  qarşısında  cavab  verəcəklərinə  ümid  edirlərsə  də 

Həbəşistandakı  rasteferian  sektasının  nümayəndələri  bu  günü 

gözləyirlər  ki,  Həbəşistanın  keçmiş  imperatoru,  hal  -  hazırda 

ilahələndirilmiş  Haylı  Selassiya  ilə  görüşəcəklər.  O  günaha  batan 

həmvətənlərinə hökm verəcək, ancaq ədalətli qərar qəbul edəcəkdir. 

Qiyamət  gününə  gəldikdə  isə  onun  haqqında  tam  təsəvvürü 

xristianlıqdan almaq olar. Bu məhkəmə xeyirxah admlarm pislərdən 

həmişəlik  ayrılmasıdır.  Həmin  gün  məsihə  gələcək,  onun  gəlişini 

mələklər  əllərində  çaldıqları  tütəklə  bildirəcəklər.  Təəssüf 

ki,qiyamət  gününü  təsvirinə  az  yer  verilir.  Mələklərin  iştirakı  ilə 

hakim  taxta  oturacaq  -  bütün  xalq  onun  qarşısına  toplanacaqdır. 

Məhkəmə  qurtaranda  bəraət  alanlar  hakimin  sağ  tərəfinə,  ittiham 

olunanlar,  yəni  günahı  olanlar  sola  yığışacaqlar.  Qiyamət  gününə 

həsr olunan saysız - hesabsız ikon və şəkillər var. Onun hazırlanması 

üçün  əsas  kimi  axirət  məhkəməsi  haqqında  qədim  Misir  təsvirləri 

götürülmüşdür.  Yalnız  Osirisin  yerinə  tərəzini  Mixayıl  tutur. 

Qiyamət  gününün  bu  şəklini  kifayət  qədər  mənzərəli  olmadığını 

qeyd  edən  xristian  yazxıçısı  Yefrem  Sirin  onu  inkişaf  etdirmişdir. 

Onun  yaradıcılığı  rəsmi  kilsə  tərəfindən  qəbul  edilməsə  də  onun 

yaratdığı Qiyamət günü şəkli kilsə irearxlannın baxışlarına müvafiq 

olmuşdur.  Sirin  yazırdı  ki,  torpaq  və  dəniz,  heyvanlar,  quşlar, 

balıqlar (yəni kimlər və nələr ölü yeyib və ya udubsa) öz qurbanlarını 

geri qaytaracaqlar. Doğrudur o artıq həzm olunmuş insan bədəninin 

necə geri qaytarilacağını təsvir etmir; məhz insan bədəni hesabına 

heyvanları öz bədənlərini möhkəmləndirmişlər. Hətta bu heyvanlar 

özləri artıq çoxdan Yer kürəsindən yox olmuşlar. Möminlər üçün bu 

xırda detallar əhəmiyyət kəsb etmir. Onlar bu məsələ ətrafında hətta 

düşünmürlər. “Dünyanın sonunda” başlanan kosmik fəlakət qiyamət 

günü də davam edecəkdir

470 



Günəş və Ay sönəcək, ulduzlar göydən yerə töküləcək, yer özü də 

çevriləcəkdir - hakimin taxtından odlu çay axacaqdır. 

Qiyamət günündən sonra kim xilas olacaq, kim cənnətə düşmək 

hüququ qazanacaq və əbədi həyat qazanacaqdır? Dini baxışlara görə 

əbədi  həyat  yalnız  möminlər  üçün  nəzərdə  tutulur,  günahı  olanlar 

cəhənnəmdə  əzab  çəkəcəklər  “Hamı  onun  qarşısına  toplaşacaq, 

onları bir - birindən - çoban qoyunları ayiran kimi ayırır - qoyunları 

sağ  tərəfinə,  keçiləri  sol  tərəfinə  yığır:  sağda  olanları  cənnətə, 

soldakıları cəhənnəmə göndərir” xristianlar bu vaxtı öz kilsələrinin 

üzvi olmağı tələb edirlər - bu gün isə cavab birmənalıdır - cənnətə 

möminlər düşə bilər. Lakin bu gün məlum olur ki, mömin deyərkən 

xristianlar İsaya inananları və həmin kilsənin üzvi olanları nəzərdə 

tutur,  yəni  xristian  cənnətinə  düşmək  üçün  həmin  kilsənin  üzvi 

olmaq vacibdir. 

Qiyamət  günü  mövzusu  yalnız  dini  əsərlərin  yox,  həm  də 

nağılların mövzusudur. 

İslamda  Qiyamət  günü  yəhudi  və  xristianlığın  təsiri  altında 

formalaşmışdır,  burada  həm  də  bütpərəstlərin  -  ərəblərin  axirət 

dünyası ilə bağlı baxışlarına da rast gəlmək olur. İslam baxışlarına 

görə  Qiyamət  günündə  Günəş  sönəcək  ,ulduzlar  yerə  töküləcək, 

dağlar  göyə  qalxacaq,vəhşi  heyvanlar  bütün  dünyada  gəzişəcəklər 

,çayların,  dənizlərin  suları  qalxacaq:  məhz  bu  vaxt  bədən  və  ruh 

birləşəkdir.Sonra “səma kitabı” açılacaq və burada hər kəsin taleyi 

yazılmiş  olacaqdır.  Möminlər  üçün  cənnət,günahkarlar  üçün 

cəhənnəmin  qapısı  açılacaq  -  burada  da  “Özümüzkülər”  işə 

düşür.Bəzi  islam  yazılarında  deyilir  ki,minlərlə  mömin  öz  işləri 

haqqında hesabat vennədən cənnətə daxil olacaqlar - eyni zamanda 

kafirlərlə  müharibədə  həlak  olan  şəhidlərin  ruhları  da  bura  daxil 

olacaqlar. Hindlilərə görə ölməzlik yalnız layiq olan möminlər üçün 

nəzərdə  tutulur,  yerdə  qalanlann  ruhları  məhv  olacaqdır.  Onda 

maraqlı sual doğur: əgər bu qədər “tək” Allah varsa və hər birinin öz 

məhşər ayağı varsa bütün bunlar necə birləşirlər? 

471 



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə