Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix23.01.2018
ölçüsü0,68 Mb.
#22117
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

­  41 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Birinci  hərracdan  fərqli  olaraq,  təkrar  hərrac  zamanı  “İpoteka  haqqında”  Qanunun  43.1.1‐ci

maddəsində  nəzərdə  tutulmuş  hal,  yəni  hərraca  iki  nəfərdən  az  alıcının  gəlməsi  hərracın  baş

tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6‐cı maddəsinə əsasən təkrar

hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın

qalibi olur.

“İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4‐cü maddələrində nəzərdə tutulmuş hallara

görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka

predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı

verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8‐ci maddələri).

Müraciətdən  və  Konstitusiya  Məhkəməsi  Plenumunun  iclasındakı  çıxışlardan  göründüyü  kimi,

bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək

üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və

ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha

çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın

hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün

ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsində nəzərdə

tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.

Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsində nəzərdə tutulmuşdur ki,

təkrar  hərrac  baş  tutmamış  elan  edildikdən  sonra  30  təqvim  günü  ərzində  ipoteka  saxlayan

tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43‐cü

maddəsində  yalnız  iki  hərracın  keçirilməsi  nəzərdə  tutulduğundan,  hər  hansı  əsasla  yeni

hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.

“İpoteka  haqqında”  Qanunun  43.8‐ci  maddəsində  nəzərdə  tutulmuş  30  günlük  müddətin

keçməsindən  sonra  da  ipoteka  saxlayanın  ipoteka  predmetini  əldə  etmək  imkanının  olub‐

olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu

qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan

edilməsindən  sonra  30  gün  müddətində  ipoteka  predmetini  ilkin  satış  qiymətindən  25  faiz  az

olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.

“İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini

yaratmaq,  habelə  ipoteka  saxlayanı  öz  hüquqlarından  vaxtında  istifadə  etməsi  üçün

intizamlandırmaq məqsədini daşıyır.

 İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi,

ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu

yaradır.

“İpoteka  haqqında”  Qanunun  başqa  şəkildə  şərh  edilməsi,  yəni  ipoteka  saxlayana  bu  imkanın

qanunla  müəyyən  edilmiş  müddətdən  sonra  da  yenidən  verilməsi,  ipoteka  qoyanın  qanunla

qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.

Müraciətdə həmçinin göstərilir ki, “İpoteka haqqında” Qanunun 48‐ci maddəsində ipotekaya xitam

verilməsinin əsasları sırasında Qanunun 43.8‐ci maddəsinin “ipoteka saxlayan təkrar hərrac baş

tutmamış  elan  edildikdən  sonra  30  təqvim  günü  ərzində  ipoteka predmetini  əldə  etməzsə”

müddəası ipotekaya xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.

Bundan  başqa,  “İpoteka  haqqında”  Qanunda  ipotekaya  xitam  verilməsi  göstərilsə  də,  xitam

verilmənin  prosessual  qaydası,  yəni  ipotekaya  hansı  orqan  (məhkəmə  və  ya  digər  orqan)

tərəfindən hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında)

xitam verilməli olması qeyd olunmamışdır.

Məsələ  ilə  bağlı  Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  edir  ki,  ipotekaya  xitam  verilməsi

halları “İpoteka haqqında” Qanunun 48‐ci maddəsində göstərilmişdir.

Bu  hallar   sırasına:   ipoteka   saxlayan  və   ipoteka  qoyanın  bu  barədə  razılığa  gəlməsi;   əsas



­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka

predmetinin  məhv  olması;  “İpoteka  haqqında”  Qanunla  nəzərdə  tutulmuş  digər  hallar  aid

edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1‐48.1.5‐ci maddələri).

Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim

günü  ərzində  ipoteka  predmetini  əldə  etməməsi  halı  “İpoteka  haqqında”  Qanunun  48‐ci

maddəsində  birbaşa  göstərilməsə  də,  həmin  Qanunla  nəzərdə  tutulmuş  ipotekaya  xitam

verilməsinin  digər  hallarından  biri  qismində  çıxış  edir.  (“İpoteka  haqqında”  Qanunun  48.1.5‐ci

maddəsi).

 “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin

proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən

sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın

iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir:

“İpoteka  haqqında”  Qanunun  43‐cü  maddəsində  yalnız  iki  hərracın  keçirilməsi  nəzərdə

tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir;

  “İpoteka  haqqında”  Qanunun  43.8‐ci  maddəsinin  tələblərinə  uyğun  olaraq,  ipoteka  saxlayanın

yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka

predmetini əldə etmək imkanı vardır;

ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə

etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb

edə bilər.

Azərbaycan  Respublikası  Konstitusiyasının  130‐cu  maddəsinin  VI  hissəsini,  “Konstitusiya

Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65‐67 və 69‐cu maddələrini

rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

 1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43‐cü maddəsində yalnız iki hərracın

keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna

zidd hesab edilməlidir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8‐ci maddəsinin tələblərinə uyğun

olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30

təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini

əldə  etmədikdə,  ipoteka  qoyan  mülki  məhkəmə  icraatı  qaydasında  ipotekaya  xitam  verilməsini

tələb edə bilər.

 4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə

bilməz.

Sədr                                                                               

 

 

 

 

 

 

              Fərhad Abdullayev



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə