-
22
-
çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın
köməyi və yardımı ilə döyüşmüşük»
85
.
19) Ömərlə (r.a.) Əli (r.a.) arasında möhkəm dostluğun olmasına Əlinin
(r.a.) Fatimeyi Zəhradan (r.a.) olan qızını ona ərə verməsi də dəlalət edir.
Kuleyni Müaviyə bin Əmmardan Əbu Abdullah əleyhissəlam haqqında bir
rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində,
yoxsa harada istəsə qalmalı olduğunu soruşduqda, o dedi: «Əlbəttə, harada
istəsə. Çünki Əli (r.a.) də Ömər (r.a.) öləndən sonra Ümmü Gülsümün talağını
alıb, onu öz evinə gətirdi».
86
20) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını
gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları
dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla
keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti
xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə
dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab
ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və
yelin əsdirdiyi ağac kimi titrəyərdilər».
87
85
«Nəhcu-l-Bəlağə» səh: 203-204 (tərcümədə səh:166-167 Tehran çapı-1995).
86
«əl-Kafi fi-l-furu» - Ər evinə köçəndən sonra əri ölmüş qadın onun vəfatından sonra
harada qalmalıdır- fəsli, 2-ci cild, səh:311.
87
«Nəhcu-l-Bəlağə» səh: 143 (tərcümədə səh.257, Tehran çapı, 1995).
-
23
-
III XƏLİFƏ:
OSMAN BİN ƏFFAN (r.a.)
Adı: Osman bin Əffan
Atasının adı: Əffan bin Əbi-l-As
Anasının adı: Ərva bint Kureyz
Künyəsi: Əbu Amr
Ləqəbi: zi-n-Nureyn
88
Anadan olduğu tarix: Fil ilindən altı il sonra (təxminən 576-cı il) Məkkə
şəhərində anadan olmuşdur.
Osman (r.a.) Əbu Bəkrin (r.a.) dəvəti ilə islamı qəbul etmiş ilk on
müsəlmandan biridir. O, 34 yaşında islam dinini qəbul etmiş və
Həbəşistana hicrət etmiş ilk müsəlmanlardan olmuşdur. O, peyğəmbərin
(s.a.s.) ən yaxın səhabələrindən və cənnətlə müjdələnmiş on nəfərdən
biridir. Bir çox döyüşlərdə işqtirak etmiş, malı və canı ilə İslam dininə
yardım etmişdir. Ömər (r.a.) şəhid olduqdan sonra, səhabələrin şurası
tərəfindən xəlifə seçilmişdir. O, 11 il 11 ay xəlifə olmuş və islam dininə
fayda verən bir çox xeyirli işlər görmüşdür:
1. Dəniz donanmasını yaratmışdır.
2. Fars imperiyasının qalan hissəsini, Nil çayının Nobə diyarını və
Məğribi fəth etmişdir.
3. Quranı cəm etmişdir (yəni kitab halına salmışdır).
Osmanın zövcələri və övladları.
89
1. Məhəmməd peyğəmbərin (s.a.s.) qızları Ruqiyyə (r.a.)-(vəfat etdik-
dən) sonra isə Ummu Gülsüm (r.a.) ilə evlənmişdir. Ruqiyyədən (r.a.) olan
övladı: Abdullah.
2. Ummu Amr bint Cundəb. Övladları: Amr, Xalid, Əbən, Ömər,
Məryəm.
3. Fatimə bintu-l-Valid. Övladları: Valid, Osman.
4. Ummu əl-Bənin bint Uyeynə. Övladı: Abdullah.
5. Nailə bintu-l-Fərafisa. Övladı: Məryəm.
88
Peyğəmbərin (s.a.s.) iki qızını – Ruqiyyə (r.a.) və Ummu Gülsümü (r.a.) aldığına görə
Peyğəmbər (s.a.s.) bu ləqəbi ona vermişdir.
89
Bu tarixi məlumatları ibn Cərir ət-Tabəri «Tarixu-l-uməm val-muluk» kitabında (4-cü
cild, səh.420) qeyd etmişdir.
-
24
-
Vəfatı: hicri tarixi ilə 35-ci il zi-l-hiccə ayının 18-i cümə günü Osman
(r.a.) evində Quran oxuduğu zaman xaricilər
90
zorla onun evinə girdilər.
Onların arasında Sədus qəbiləsindən Cəbələ adlı birisi onu qılıncla
vurduqda, Osman (r.a.) müdafiə olunmaq üçün əlini uzatdı və qılınc onun
əlini kəsdi. Osman: «Allaha and olsun ki, bu əl ilə Quran yazılıb» – dedi.
Onun əlindən axan bir damla qan bir ayənin üzərinə düşdü. Bu ayədə Uca
Allah buyurur:
«Belə olduqda sən onların düşmənçiliyindən qorxma! Allah sənə
(tezliklə sənin intiqamını onlardan almağa) kifayət edər. O (hər şeyi)
eşidən və biləndir»
91
Sonra onu qılıncla vurub şəhid etdilər.
Osmanın (r.a.) fəzilətinə dair
ayə və hədislər:
1) Uca Allah buyurur:
«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki)
Allah
onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün)
mələklər də onun köməkçiləridir!»
92
İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki
əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.)
və başqalarının olduqlarını təfsir etmişlər.
93
90
İslam camaatından ayrılıb onlara qarşı vuruşanlar.
91
«əl-Bəqərə» surəsi, 137.
92
«ət-Təhrim» surəsi, 4.
93
«Təfsir ibn Kəsir», 4/500.