Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə38/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   32   33   34   35   36   37   38   39   40

Sənaye inqilabı 
 
348 
 
mayiş  etdirdiyi  kran  öz  etibarlığı  və  kiçik  həcmdə  enerji  məsrəfi  ilə 
iştirakçıları  heyran  etmişdir  [2.55].  Tezliklə  elektrik  mühərrikləri  ilə 
təchiz olunmuş kranlar limanlarda, əsasən isə metallurgiya zavodlarında 
ağır  işləri  yerinə  yetimək  üçün  tətbiq  olunur  (şəkil  2.71).  XIX  əsrin 
sonunda bu kranların köməyi ilə onlarla ton ağırlığında olan yükün nəql 
edilməsi artıq adi hala çevrilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.70. Elektrik mühərriki ilə hərəkət etdirilən dönən kran, 1870.
 
Dəzgahqayırmada  elektrik  mühərriki  ilə  işləyən  ötürmənin  tətbiqi  XIX 
əsrin  90-cı  illərinə  təsadüf  edir.  Ancaq  bu  ötürmənin  tətbiqi  əvvəldə 
müəyyən  səbəblərdən  zəif  gedirdi.  Bu  səbəblərdən  biri  elektrik 
mühərriklərinin  baha  başa  gəlməsi  idi.  Ona  görə  də,  elektrik 
mühərriklərinin  tətbiqi  öncə  böyük  dəzgahlarda  tətbiq  olunmağa 
başalyır.  Böyük  dəzgahların  ümümi  transmissiya  ilə  təmin  edilməsi 
zamanı  dəzgahın  işə  düşməsi  və  sönməsi  ötürməyə  qoşulmuş  başqa 
maşınların  gücünün  meillənməsinə  səbəb  olurdu.  Burada  tətbiq  olunan 
kiçik  buxar  maşınlarının  elektrik  mühərriki  ilə  əvəz  olunması  artıq 
zəruri  hala  çevrilmişdir.  Zavodlarda  getdikcə  genişlənən  elektrikləşmə 
işində bu amilin təsiri böyük idi.
 
Ayrıca  elektrik  mühərriklərinin tətbiqi sexlərdə uzun və şaxələnmiş 


Sənaye inqilabı 
 
349 
 
transmissiya  sistemlərinin  ixtisara  düşməsi  demək  idi.  Dəzgahlarda 
quraşdırılmış  mühərriklər  həm  də  böyük  enerji  məsrəfinin  qarşısını 
almağa  imkan  vermişdir.  Çünki,  böyük  transmissiyalar  çox  vaxt 
sürtünməyə  sərf  olunan    yüksək  iş  həcminə  görə  təxminən  50%  enerji 
itgisinə gətirib çıxarırdı [2.55]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.71. Elektrik mühərriki ilə hərəkət etdirilən körpü kranı.
 
Bundan  əlavə  ayrıca  yerləşdirilmiş  elektrik  mühərriklərinin  tətbiqi 
aşağıdakı üstünlüklərə malik idi: 
-
 
transmissiyalar  yığışdırıldıqdan  sonra  sexlər  daha  işıqlı 
olurdular, 
-
 
transmissiyalar 
olmadığından 
sexlərdə 
kranların 
tətbiqi 
sadələşir, binanın tikintisi asanlaşırdı, 
-
 
dəzgahlar bir-birindən asılı olmayaraq işlədilə bilirdi, 
-
 
dəzgahlarda  görülən  işin  dəyərini  dəqiq  təyin  etmək  mümkün 
idi.  
Elektrik ötürmələrinin tətbiqi ilk vaxtlarda yalnız yeni dəzgahların alın- 
ması və ya da sexin texniki cəhətdən tamamilə yenidən silahlandırılması 
zamanı iqtisadi səmərə verirdi. Ona görə də, istehsalçılar dəzgahları  hə- 


Sənaye inqilabı 
 
350 
  
mişə olduğu kimi, qayış ötürməsi üçün pilləli disklərlə hazırlayırdılar və 
hansı  ötürmədən  istifadə  olunmasını  müştərinin  öhdəsinə  buraxırdılar. 
Nəticədə, çox vaxt transmissiya qurğusu saxlanılaraq elektrik mühərriki 
ilə hərəkət etdirilirdi (şəkil 2.72) [2.56].   
Ümumiyyətlə,  dəzgahqayırmada  elektrik  mühərriklərinin  kütləvi 
tətbiqi,  ilk  dəfə  olaraq  Amerikada  başlayır.  Almaniyada  yalnız  XIX 
əsrin  sonunda,  tezkəsən  alət  poladlarının  tətbiqi  nəticəsində  yüksək 
kəsmə  sürətlərinə  yaranan  ehtiyac  ilə  şərtlənən  təzyiq  nəticəsində 
dəzgahlar  separat  olaraq  belə  mühərriklər  ilə  təmin  olunmağa 
başlayırlar.        
 
      
 
 
 
 
 
 
Literatur 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.72. Dəzgahların elektrik mühərriki ilə qrup şəklində hərəkət     
etdirilməsi, 1892-ci il.
 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
351 
2.6.  Sənayeləşmə 
prosesinin 
genişlənməsi 
ərəfəsində 
maşınqayırma 
 
2.6.1. XIX əsrin sonu XX əsrin əvvəllərində əldə edilən texniki    
nailiyyətlər 
 
XIX
  əsrin  sonunda  elektrikləşmə  epoxasının  qədəm  qoyması  ilə 
sənayeləşmə  prosesi  daha  güclü  şəkildə  genişlənərək  Avropanın  başqa 
ölkələrini  bürüməyə  başlayır.  Elektrik  maşınlarının  böyük  həcmdə 
istehsal  edilməsi,  onu  istehsalın  və  məişətin  çox  sahələrində  tətbiqini 
mümkün  etmişdir.  Bunun  nəticəsində,  elektrik  enerjisinə  getdikcə  artan 
tələbat  elektrik  stansiyalarının  işlədilməsi  üçün  daha  güclü  enerji 
mənbələrinə ehtiyacı artırmışdır. Bu problem buxarla işləyən turbinlərin 
ixtirası  ilə  həll 
edil-
mişdir. 
1883-cu 
ildə 
isveçrəli  Karl  de  Lavalın 
(ingl.  Carl  Gustav  Patrik 
de 
Laval
düzəltdiyi 
buxar  turbini  770  m/s 
sürətinə 
malik 
olaraq 
gücü  adi  buxar  maşınına 
nisbətən  on  dəfə  artıq  idi 
(şəkil  2.73).  Bu  turbinin 
iş  prinsipi  belədir.  Dörd 
borudan  verilən  buxar 
carxın  pərlərinə  yönəldi- 
lir.  Yüksək  təzyiq  altında 
olan  buxar  pərlər  üzrə 
axaraq onu fırladır. Çarxın dönməsi nəticəsində istilik enerjisi mexaniki 
enerjiyə çevrilir [2.57, 2.58].  
Laval  ilə    eyni  vaxtda  ingilis  mühəndisi  Çarlz  Parson  çox  pilləli 
buxar  turbinini  ixtira   edir (şəkil 2.74). Parsonun  düzəltdiyi  turbindən 
Şəkil 2.73. Lavalın turbinin iş sxemi.
 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə