9
Əbu-Süfyan həmin böyük qoşunu görüb riyakarlığa əl atdı və Abbasa dedi: “Bizi Məhəmmədin yanına apar,
mən də İslamı qəbul edim.” Əbu-Süfyan peyğəmbərin (s) yanına gəlib İslamı qəbul etdiyini dilə gətirdi və ilk
addımda peyğəmbərdən (s) muzd istədi. Peyğəmbər (s) onun evini əmin-aman elan etdi. Həzrət buyurdu:
“İslam qoşunu Məkkəyə daxil olan vaxt kim Əbu-Süfyanın evində olsa amandadır.”1 And olsun Allaha ki,
Əbu-Süfyanın qəlbində iynə ucu qədərincə iman yox idi.2 Rəvayətçisi Əbu-Həmzə Somali olan ramazan ayının
sübh minacatında imam Səccad (ə) Allah dərgahına belə ah-nalə edir: “Pərvərdigara! Dildə iman gətirib, qəlbən
iman gətirməyən bir güruh vardı. Onlar qanlarının tökülməməsi üçün iman gətirdiklərini iddia etdilər və bu
istəklərinə çatdılar.” 3 Əlbəttə ki, Əbu-Süfyanın qəlbi peyğəmbərə məlum olsa da, onun zahirən iman
gətirməsini qəbul etmək İslam hökuməti üçün məsləhət idi. Amma Əbu-Süfyan elə ilk addımda fitnə-fəsad
yolunu getdi, bəni-haşimin peyğəmbərin risaləti vasitəsi ilə əldə etdiyi hakimiyyəti onlardan almaq barədə plan
cızdı. Əgər Quran ayələrinin nazil olma şənini araşdırsanız, görərsiniz ki, nifaq və münafiqlərlə bağlı surələrin
əksəri Peyğəmbərin (s) ömrünün son illərində nazil olmuşdur. Əlbəttə ki, hicrətin ilk əvvəlində də münafiqlər
vardı. Amma həmin vaxt münafiqlərin əksəri dildə İslamı qəbul etmiş yəhudilər idi. Hicrətin 6-cı ilindən
başlayaraq münafiqlərin təhlükəsi ciddiləşdi. Nifaq cəbhəsinin əksər üzvləri qəbilə başçıları və böyüklər idi.
Onlar zahirdə İslamı qəbul etmişdilər. Münafiqlərin qurğusu o qədər cəsarətlə irəliləyirdi ki, hicrətin onuncu
ilində münafiqlər o həzrəti qətlə yetirmək fikrinə düşdülər. “Qədir-Xumda” Allah-təala peyğəmbəri arxayın
edərək buyurdu: “Allah-təala səni xalqın zərərindən qoruyur.” 4 Peyğəmbər (s) xəbər tutdu ki, məxfi
məclislərdə münafiqlər gizli planlar cızır. Həzrət Əlinin (ə) canişin elan olunması onların təhlükəli reaksiyası
ilə müşayiət oluna bilərdi.
Peyğəmbərin (s) ömrünün son illərində batil cəbhəsi daha çox nifaq surətində özünü büruzə verirdi. İslam
üçün münafiqlər kafirlər və müşriklərdən daha təhlükəlidir. Bu səbəbdən də Quranın bir surəsi münafiqlər
haqqındadır. Peyğəmbərə nazil olmuş son surələrdən olan “Tövbə” surəsinin də böyük bir hissəsi münafiqlərin
təhlükəsindən danışır.
İslamla düşmənçilik Bəni-Üməyyənin məqsədi idi.
Bəni-Üməyyənin əsas məqsədi İslamın bünövrəsini laxlatmaq və hakimiyyəti ələ keçirmək idi. Onların öz
təbirləri ilə desək, Bəni-Üməyyə Bəni-Haşimin kökünü qazımaq istəyirdi. Onlar bu məqsədi həyata keçirmək
üçün pul, bər-bəzək, siyasətbazlıq, hərbi qüvvə və xarici əlaqələrdən istifadə edirdilər. Onlar öz məqsədlərini
riyakarcasına izləyirdilər.
Həzrət Peyğəmbər (s) ömrünün son günlərində buyurdu: “Yazmaq üçün bir şey gətirin. Sizin üçün bir şey
yazım ki, heç vaxt azmayasınız.”5
Həmin vaxt tanınmış səhabələrdən biri ayağa qalxıb dedi: “Xəstəlik peyğəmbərə (s) güc gəlir və Allahın
kitabı bizim üçün bəsdir!” (Bəzi rəvayətlərdə bildirilir ki, bu şəxs “peyğəmbər sayıqlayır” demişdir.)
Haqqında Allahın “o həva-həvəsdən danışmır, nə deyirsə vəhydir” buyurduğu bir şəxs belə bir münasibətlə
üzləşdi. Hansı ki, o, adi bir vəziyyətdə idi və yazmaq üçün bir şey istəyirdi.
Axı necə qəbul edə bilərik ki, bu şəxsi danışdıran şəxsi rəyidir? Onun sözünün ardınca bir dəstə hay-huy
saldı və onun sözlərini təkrarladı. Aydındır ki, bu mövqe peyğəmbər yolunun davamından nigaran olanların
mövqeyidir.
Nə üçün həzrəti istədiyini yazmağa qoymadılar? Axı o nə yazmaq istəyirdi? Yoxsa namaz qılmağı, zəkat
verməyi, zinadan çəkinməyi, şərab içməməyi, bir Allaha sitayişi tapşırırdı? Axı bunları Quran demişdi! Bəli,
Peyğəmbər (s) gələcək rəhbərlik haqqında yazmaq istəyirdi. Məhz bu məqsədin həyata keçməsi bəzilərini
narahat etdi.
Mənə elə gəlir ki, əgər Peyğəmbər (s) həmin vaxt təkid göstərsəydi, onu öldürər, amma yazmağa
qoymazdılar. Yəni peyğəmbərin (s) evində qılınclar sıyrılardı və daxili bir savaş qopardı. Beləcə, İslamın
kökünə balta çalınardı. Bu səbəbdən də Peyğəmbər (s) buyurdu: “Qalxın, məndən uzaqlaşın!”
1
“Bihar”, c. 21, s. 119
2
bax: “Hucurat”, 14
3
“Məfateh”, Əbu-Həmzə Somali duası
4
“Maidə”, 67
5
Buxari, “Kitabul-elm”, c. 1, s. 22, 23; “Səhih-Muslim”, Kitabul-vəsiyyə
10
Hər halda, bu mütəşəkkil qrup (yəni münafiqlər cəbhəsi) öz gizli təşkilatları ilə peyğəmbərin ömrünün
sonunda öz planlarını həyata keçirdilər.
Münafiqlər peyğəmbər yolunun düşmənləridir
Əllamə Təbatəbai “Munafiqun” surəsinin son ayələrini təfsir edərkən belə bir sual verir: “Qurani-kərim nifaq
təşkilatının təhlükəsi haqqında təkrar-təkrar xəbərlər verir. Nə üçün peyğəmbərin (s) vəfatından sonra bu
təşkilatdan danışan olmadı? Yoxsa, Peyğəmbər (s) vəfat etdiyi an bütün münafiqlər tövbə edib həqiqi İslama
qoşuldu? Bu necə təhlükə idi ki, peyğəmbərin (s) həyatı dövründə ciddi sayılırdı, onu vəfatından sonra aradan
qalxdı? Guya bir anda bütün münafiqlər Allah və peyğəmbərə müti oldular! Nə üçün peyğəmbərin (s)
vəfatından sonra iyirmi beş il münafiq sözü gündəmə gəlmədi və sakitlik hökm sürdü! Amma elə ki Əli ibn
Əbi-Talib hakimiyyətə keçdi, yenidən həmin qovğalar başladı!
Peyğəmbərin (s) vəfatından sonra onun Əlinin (ə) canişinliyi haqqındakı təkrar-təkrar göstərişlərinə, Qədir-
Xumda xalqdan Əli (ə) üçün beyət almasına baxmayaraq, xalq başqa bir yolla getdi.
Böyük Misir alimi Əbdül-Fəttah Əbdül-Məqsud “İmam Əli (ə)” kitabında yazır: “Əfsus ki, ilk gündən haqqı
sahibinin əlinə vermədilər, qoymadılar ki, İslam və müsəlmanlar bütün müşkül və bədbəxtliklərlə üzləşməsin.”
Əgər Peyğəmbərdən (s) sonra dərhal həzrət Əli (ə) imamət və rəhbərliyi əlinə alsaydı, risaləti qeyblə bağlı
peyğəmbər yolu davam edərdi. Amma bəziləri şəxsi mənafeləri üçün elə işlər gördülər ki, yol dəyişdi.
Kərbəladakı hadisələrin bünövrəsi əslində hicrətin 11-ci ilində qoyuldu. Bütün müsibətlər oradan başladı.
Hicrətin 11-ci ili İslam cəmiyyəti əsl yolundan uzaqlaşdı və batil cəbhəsi öz zahiri qüdrətini
möhkəmləndirməklə haqq cəbhəsini xanənişin etdi.
Müsibət zikri
Bəzi rəvayətlərdə nəql olunur ki, imamlar öz səhabələrinə “Fəcr” surəsini çox oxumağı tövsiyə etmişlər. Bu
surəni xüsusi ilə vacib və müstəhəb namazlarda davamlı şəkildə oxuyan şəxs qiyamətdə imam Hüseyn (ə) ilə
məşhur olacaq1.Çünki “Fəcr” surəsi Hüseyn (ə) surəsidir. Rəvayətçi bu barədə soruşduqda ona buyurulur:
“Məgər surənin sonunu oxumamısanmı? “Nəfsul-mutməinnə” (“arxayın nəfs”) Hüseyndir. Hər kəs Hüseyn (ə)
həyatı yaşasa mutməinnə nəfsə sahib olar. Çünki bu şəxs imam Hüseyn (ə) surəsi ilə daha çox ünsiyyətdə
olmuşdur.”
İmam Hüseynlə (ə) birlikdə olmuş ardıcıllar mutməinnə nəfs məqamına çatanlar idi. Çünki onlar tam
xəlbirlənmişdilər. (Siffeyndə həzrət Əli (ə) ilə hər cür adam vardı. İmamın qoşununda Əşəs ibn Qeys kimi
təhlükəli münafiqlər vardı. Bu savaşın məğlubiyyətlə nəticələnməsinin əsl səbəbkarı belə münafiqlər idi. Həzrət
Əlinin (ə) sərkərdələrindən biri olan Əşəs münafiq idi. O pərdə arxasında Müaviyə ilə əlaqə saxlayır, Əlinin (ə)
ədalət hökumətini istəmirdi.) Müslim ibn Əqil və Hani ibn Ürvənin şəhadət xəbəri çatdıqda, Məsudinin
yazdığına görə imam Hüseynlə 500 atlı və xeyli piyada vardı.2
İmam Hüseyn (ə) təhlükəli bir məqamda üzünü ətrafdakılara tutub buyurur: “Gələn xəbərləri eşidirsiniz. Biz
qılınclara və nizələrə doğru gedirik. Mən beyətimi götürürəm, kim istəyirsə getsin. Siz azadsınız.” Bu sözlərdən
sonra imamın ətrafındakılar dəstə-dəstə getməyə başladı. Onlar imamın sağından və solundan ötüb keçirdilər!3
Amma imamla qalıb Kərbəlaya daxil olanlar xalis və mutməinnə nəfs məqamına çatanlar idi. Onların arasında
Büreyr ibn Xüzeyr, Müslim ibn Ovsəcə, Həbib ibn Məzahir kimi şəxslər, hətta xalis imanlı qulamlar vardı.
Bu qulamlar imamın feyz dolu vilayətindən bəhrələnib xeyli inkişaf etmişdilər. Əbuzərin peyğəmbər ailəsinə
bağışladığı qara qulam (Cun) meydana çıxmaq icazəsi istədi. Həzrət buyurdu: “Sən bizim ailədə xeyli zəhmət
çəkib yaşa dolmusan. Yaxşı olmaz ki, bizim düşdüyümüz çətinliklərdən sən də zərər görəsən!” Qulam çox
qəmləndi və ağladı. O imama dedi: “Ağa! Elə bil, mənim qanımın bəni-Haşimin ay çöhrəli cavanlarının qanına
qatışmasını istəmirsiniz. Mənə minnət qoy, icazə ver ki, dəyərsiz qanım bu gənclərin pak qanına qatışsın. Bu
sözlər imamın qəlbini sızlatdı. İmam onu qucaqlayıb öpdü və buyurdu: “Bir halda ki, meylin var, get.” Qulam
meydana çıxıb fədakarlıqla vuruşdu, on iki düşmən döyüşçüsünü öldürüb, nəhayət, yerə yıxıldı. O “Əssəlamu
1
“Nurus-səqəleyn”, c. 5, s. 571
2
“Murəvvicul-zəhəb”, c. 3, s. 61
3
“Murəvvicul-zəhəb”, c. 3, s. 61