140
insan əməyinin maşın əməyi ilə əvəz olunması
prosesini nəzərdə tuturdu. Hegelə görə insan kütlələri
arasında zümrələrin mövcud olmasına əsas səbəb
talant və bacarıqların müxtəlif olmasıdır. Bu isə
mənəviyyata olan tələbat zamanı ortaya çıxır.
Müxtəlif zümrələrdə mövcud olan fərdlər talant və
bacarığa olan münasibətinə nəzərən ixtiyari və
təsadüfi olaraq iki hissəyə ayrılır.
Zümrələrin özünə nəzər yetirdikdə isə onlar da
müxtəlif qruplar halında mövcud ola bilərlər.
Zümrələr tarix boyu müxtəlif qruplar altında mövcud
olmuş, vətəndaş cəmiyyətinin tarix boyu müxtəlif
dövlət quruluşlarında özünə yer tapması zümrələr
arasındakı fərqi silə bilməmişdir. Hegelə görə
zümrələri əsasən üç qrupa ayırmaq olar:
1). Təbii zümrə.
2). Reflektiv zümrə.
3). Düşünən zümrə.
Təbii zümrənin əsas təməli maddi xarakterə
malikdir, məhsuldar torpaq təbii zümrənin əsas
xüsusiyyətlərindən biridir. Təbii zümrə substansional
cəhətdən inama və etibara bağlı olur. Zümrənin ikinci
növü olan reflektiv zümrə fərdin özünün xüsusi
bacarığı, talantı, dərk etmə qabiliyyəti, fəallığı,
çalışqanlığı önə çıxır. Elə bu səbəbdən də reflektiv
zümrə mahiyyət etibarı ilə aksidental, təsadüfi
xarakteri özündə əks etdirir. Zümrənin son forması
olan düşünən zümrəyə təbii və reflektiv zümrədəki
xüsusiyyətlər də aid oluna bilər. «Düşünən zümrə
141
ümumi maraqlarla ilgilənir: o, ikinci zümrə kimi
özünün bacarığı ilə əldə etdiyi həyatı yaşayır və
birinci zümrəyə oxşar olaraq isə ictimai tamın təmin
etdiyi varlıq kimi yaşayır» (18, səh.387).
Vətəndaş toplumunun ikinci inkişaf pilləsi olan
ədalət məhkəməsi hər şeydən əvvəl formal hüquqa
malik olması ilə izah olunur. Ədalət məhkəməsində
şüur özünü abstrakt şüura çevirir və ən ümumi bir
formada hüquq anlayışını qanunlara diktə edir.
Mücərrəd şüurun hüququ düzgün gerçəkləşdirməsi
üçün qanunun qüvvədə olması vacib bir şərtdir.
Vətəndaş cəmiyyətinin mühüm bir meyarı olan
qanunlar bütün fərdlər, şəxslər və təkcələr üçün ali
olan anlamına gəlməlidir. Hegelə görə qanunlar
məzmunlu və məzmunsuz olaraq bölünürlər,
məzmunlu qanunlar hüquqa uyğun gələn qanunlar,
məzmunsuz qanunlarsa hüquqa uyğun gəlməyən
qanunlardır. Qanunvericiliklər tərəfindən yaradılan
qanun məntiqə, hüquqa, ağıla və idraka uyğun
gəlməlidir, məhz belə qanunlar məzmunlu qanunlar
hesab oluna bilər.
Məzmunlu qanunlara əhəmiyyət verməyənlər,
onları şər və qəbahətli hesab edənlər qanunun aliliyinə
və hökmranlığına xələl gətirmiş olurlar. Hegel burada
belə bir fikir irəli sürür ki, əgər bir halda göy
cisimlərinin, heyvanların özlərinə məxsus olan
qanunları varsa, insanların da qanun yaratması
labüddür. İnsanlar təkcə qanunu yaratmaqla qalmayıb,
bu qanunlara itaət etməyi bacarmalıdırlar. Əgər fərdin
142
dərk etdiyi qanun ədalətli qanun deyilsə, o aksitendal
mahiyyətə malikdir və özbaşınalığın yaranmasını
bildirir. Hegel təbiət qanunlarını ətraflı bir surətdə
təsvir etdiyi halda cəmiyyət qanunlarına o qədər də
geniş izah ayırmırdı. «Hegel qeyd edirdi ki, fəlsəfə
təbiətin qanunlarını olduğu kimi öyrəndiyi halda,
hüquq və dövlət problemləri haqqında göstərişi
fəlsəfənin özündən gözləyirlər. Əsil vəzifə burada
həqiqətin mümkünlüyünü başa düşməkdir. Təfəkkür
və varlıq qanunları eyni olduğu üçün, bu elə ağlın,
fəlsəfənin dərk etmək qabiliyyətindən irəli gəlir. Hər
bir fərd öz zəmanəsinin övladı olduğu kimi, fəlsəfə də
dövrün, təfəkkürdə ifadə olunmuş ruhudur» (18,
səh.110).
Hüquqa azad iradənin mövcud olması kimi
baxan Hegelin dialektika nəzəriyyəsinə əsasən
cəmiyyətin hüquqları öz yerini azadlıq ideyasına verir
və burada söz məhz gerçəkləşən azadlıqdan gedir.
Hüququn
müəyyənləşməsi
prosesi
məhkəmə
aparatında özünə yer tapır. Məhkəmə zamanı işi
araşdıran hakim müttəhimin hərəkətində hüquqda
təsadüfi mahiyyət kəsb edən işləri ortaya çıxarar.
Müttəhimin təsadüfi mahiyyətli hərəkəti, yəni cinayət
prosesi ortaya çıxırsa cəza tətbiq olunur. Bu zaman
ədalət məhkəməsi obyektiv sübutlara daha çox
üstünlük verməli və subyektivlikdən yayınmalıdırlar.
Son qərarı verən hakim isə ən ümumiyə əsaslanan
xüsusi subyektivliyə malikdirlər.
143
Vətəndaş cəmiyyətinin son formasında təzahür
edən polis və korporasiya ayrı-ayrı şəxslərin rifahına
xidmət etmək məqsədilə formalaşıb. Hegelə görə polis
və korporasiya ayrı-ayrı şəxslərin rifahının təmin
olunmasına kömək göstərə də bilər, kömək
göstərməyə də bilər. Dövlətin substansional, ali
formasına əsaslanan polis və ya dövlət polisi ən
ümumilik münasibətini özündə ehtiva edir. Ən
ümumiliyin xarici təzahürü olan dövlət polisi vətəndaş
cəmiyyətində intizamı saxlayan fəal güc formasında
çıxış etməlidir. «Hegel cəmiyyəti bir insan vücuduna
bənzədir. Hegeldən sonra bəzi elm adamları da
cəmiyyəti bir insan vücudu olaraq görür və
incələyirlər.» (55, səh.503)
Ayrı-ayrı şəxslərin xüsusi məşğulluq və
maraqları ilə məhdudlaşan korporasiyada vətəndaş
xüsusi şəxs kimi qərar tutur. Burada xüsusi şəxsin
mülkiyyəti zəmanət alır, eyni zamanda şəxsin özünün
də özəl maraqları burada gizli qalır. Xüsusi şəxslərin
korporasiyada hüquqla müəyyən edilmiş borcları olur
və buradakı fəaliyyət əxlaqa və şüura əsaslanır.
Hegelin yaratdığı «Obyektiv ruh» bölümündə
əxlaqın son pilləsini dövlət təşkil edir. Hegelin
nöqteyi-nəzərincə dövlətin yaranmasında əsas amil
zorakılıqdır. Dövlətdə əxlaqi ideya özünü reallığa
çevirir, yəni gerçəkləşmə prosesinə məruz qalır. Digər
əxlaqi substansiya olan ailə və vətəndaş cəmiyyəti
dövlətdə vəhdət halında çıxış edir. Dövlət eyni
zamanda ağlın təzahürü və gerçəkləşməsini də özündə
Dostları ilə paylaş: |