1
Xalq artisti, professor Siyavuş Kərimi
Xalq artisti, profesoor Fəxrəddin Dadaşov
“Milli musiqi alətlərinini təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının
rəhbəri Məmmədəli Məmmədov
Kamançada səs effektinin yaxşılaşdırılması
Açar sözlər: dartı qüvvəsi, sıxılma, əyilmə, kiplik.
Kamança milli musiqi alətlərimiz sırasında ön sıralardan birini tutur. Bu
alət uzun təkamül yolun keçərək, müəyyən dəyişikliklərə məruz qalıb, təkmilləşib,
geniş ifa imkanlarına malik olub, bizim bu günki günümüzə qədər gəlib çatmışdır.
Qədim tarixi dövrlərlə bağlı olan bu alət orta əsirlərdə ansambl şəkilində
çalınırdı.
1931-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən Xalq Çalğı Alətləri
orkestri yarandı və orkestrin tərkibində tar, balaban, dəf, nağara alətləri ilə bərabər
kamança musiqi aləti də daxil edildir.
Bu alətdə çalınan musiqi tardan səscə daha mükəmməl və insanın səsinə
daha yaxındıpr. Elə bu şirinliyə görə xalqımız bu aləti çox sevmiş və bu gündə
sevməkdədir.
AMK-nın yarandığı ilk günlərdən bu alət üzərundə yeni islahatlar
aparılmışdır.
AMK-nın “Milli Musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat
laboratoriyasınsda aparılan uğurlu elmi-tədqiqat işləri öz bəhrəsini vermişdir.
Belə ki, kamança hissələrində baş verən (simlərin dartı qüvvəsi
nəticəsində) dartılma, sıxılma, əyilmə, sürüşmə və başqa qüvvələrini araşdıraq.
1. Çanaq içində iç qolun şişin (NC) əyilmə ehtimalı
2. Simin dartı qüvvəsi (dxg)
3. Simin dartı qüvvəsi (dxg) nəticəsində xərəyə və çanağın üz dərisinə
basqı qüvvəsi. (P)
2
4. Simlərin dartı qüvvəsi (dxg) nəticəsində qolda yaranan deformasiya (gc)
kamançada ifa zamanı simlərdə yaranan mexaniki dalğalar əvvəl xərəyə, sonra isə
çanaq üzərindəki dəriyə ötürülür, bu mexanika dalğaların bir hissəsi isə iç qola
(şişə) ötürülür. Onu da qeyd etmək istəyirik ki, şiş mexaniki dalğaları həm N, c,
həm də g nöqtələrindən qəbul edir. Bu proses çox geniş izaha ehtiyacı olduğundan
gələcək elmi işlərimizdə həmin mövzuya müraciət edəcəyik. Şişə ötürülən
mexaniki dalğaların ampilutudası böyük və pərakəndə olduğundan musiqi alətində
stabil, gur, effektiv və təmiz səs almaq çətinləşir.
Kamançada səs effektini yaxşılaşdırmaq təmiz və stabil səsi əldə etmək
məqsədilə laboratoriyada bir sıra elmi-tədqiqat işləri aparılmışdır:
- Şişdə yaranan pərakəndə mexaniki dalğaların tənzimlənməsi;
- Xərəyə düşən basqı qüvvələrinin simlər vasitəsi ilə balanslaşdırılması;
3
- Kamança qolunun diametrinin (kəllədən canaq istiqamətində) böyüməsi
(3,2-3,5 mm).
Çanağın ikitərəfli sıxılma qüvvələrindən azad edilməsi çanağın 2 tərəfli
sıxılmasının qarşısını almaq üçün laboratoriyamızda bir sıra elmi-tədqiqat işləri
aparılmışdır. Belə ki, şişi çanağa keçirtdikdən sonra yapışqanla onları bərkidirik ki,
simlərin dartı qüvvəsi nəticəsində çanaq deformasiyaya uğramasın. Gərginlik
nəticəsində şişin NC sahəsində deformasiyaya uğrayır. Simlərdə yaranan mexaniki
dalğalar nəticəsində səs d nöqtəsindən N nöqtəsinə, B nöqtəsindən C nöqtəsinə və
q nöqtəsindən c nöqtəsinə ötürülür.
N, C və Q nöqtələri şişdə kip birləşdiyindən mexaniki dalğalar şişə sərbəst
və itkisiz keçir, bu zaman şişdə simlərlə bərabər mexaniki dalğalar əmələ gəlir.
Simlərdə yaranan mexaniki dalğalar xərək vasitəsilə kamança üzünə (dəriyə)
ötürülür.
Şişdə yaranan mexaniki dalğalar isə sərbəst və nizamsız qalır. Bu
dalğalardan səmərəli istifadə etmək məqsədi ilə NC şişində s nöqtəsindən çanağın
ortasına SD səsötürücüsü yerləşdiririk. Bu zaman şişi kökləməyə ehtiyac duyulur.
Səsötürücü palıd ağacından hazırlanması məqsədəuyğundur. Palıd ağacının
səsötürmə qabiliyyəti 1 san 5000 metrdir.
Şişlə səsötürücü arasındakı bucaqlar NSd
< CSd,
ikinci səsötürücü nm-dir.
Bu ötürücünün bir ucu n olmaqla sd səsötürücüsünə, m ucu isə çanağa söykənir.
Belə konstruktiv dəyişiklik alətdə yaranan bütün mexaniki dalğalardan səmərəli
istifadə etməyə imkan verir.
Kamança qolunun kəllədən çanaq istiqamətində genişlənməsi ifaçı üçün
geniş imkanlar yaradır və kamança qolu üzərində simlər həm kəllə tərəfdə, həm də
çanaq yaxınlığında qol üzərində simmetrik yerləşir (şəkil № 3). Bu üsul tarda, udda,
skripkada və başqa musiqi alətlərində istifadə edilir.
Qolun diametri 3,2 sm və 3,5 sm-dir. Kamançada səslənməyə təsir edən
hissələrdən biri də xərəkdir (şəkil № 2). Xərək 2 oturacaqdan ibarətdir. 1-ci
oturacaq ACB, 2-ci oturacaq isə A
1
C
1
B
1
-dir. Birinci oturacaq üzərində 1-ci və 2-ci
4
sim, ikinci oturacaq üzərində isə 3-cü və 4-cü simlər yerləşdirilir. 1-ci və 2-ci
simlərin basqı qüvvəsi 3-cü və 4-cü simlərin basqı qüvvələrinə çox yaxın
olduğundan ACB-nin sahəsi (s) = (s
1
) A
1
C
1
B
1
S və S
1
xərək oturacaqlarının
sahələridir.
Ayrı-ayrılıqda simlərin kamança kökündə dartı qüvvələri belədir.
1-ci sim - 9 kq; 2-ci sim - 6 kq; 3-cü sim - 8 kq; 4-cü sim - 8 kq;
1-ci sim + 2-ci sim =15 kq; 3-cü sim + 4 sim = 16 kq
Kamançanın üz dərisinin qalınlığı stabil olmadığından xərəyin s
1
və s
sahələrinin konkret kvadratını hesablamaq mümkün olmur. Bu səbədən kamançaya
xərəyi seçim yolu ilə əldə etmək lazımdır.
Kamança aşıxlarının kökdən düşməsi üçün biz bir sıra məqalələrimizdə
məlumat vermişik. Konstruktiv dəyişikliklər etdiyimiz bu alətdə həmin aşıxlardan
istifadə etdik.
Professor Fəxrəddin Dadaşov tələbələrinə təkmilləşmiş kamança haqqında məlumat verir.
Kamançada tətbiq olunan bu konstruktiv dəyişikliklər nəticəsində
kamançada stabil və təmiz səsin əldə olunmasına gətirib çıxartmışdır.
5
Bu konstruksiyada bir neçə kamança hazırlanmış və hər birində yüksək
nəticədə əldə edilmişdir. İfaçı ekspert qismində aləti Əməkdar artist Munis Şərifov,
Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solisti Salman Əliyev, xalq
artisti, professor Fəxrəddin Dadaşov və başqaları ifa edərək müsbət rəy bildirmişlər.
Birmənalı deyə bilərik ki, təqdim edilən konstruksiya ilə bu günə qədər
kamança yiğilmayıb.
Müəlliflər kamança və bas kamança üzərində elmi işlərini bundan sonra da
davam etdirəcəklər.
Резюме
В этой статье автор отмечает как изменный конструкцию каманчи,
добился улучшению звукого эффекта и удобного расположения инструмента
для музыканта.
Ключевые слова: статие, согнутость, полтност.
Summary
The author is noticed now change of kemancha is achieved a good effective
sounds and comfortable location for musician.
Key words: solidity, curve, density.
Rəyçilər: professor V.Əbdülqasımov
baş müəllim Munis Şərifov
Dostları ilə paylaş: |