Referat ixtisas: Tibb bacısı (qardaşı) Qrup: 218 Kurs: I elmi rəhbər: İradə Süleymanova



Yüklə 35,45 Kb.
səhifə2/4
tarix23.12.2023
ölçüsü35,45 Kb.
#157092
növüReferat
1   2   3   4
Fatimə Məmmədli

Böyrəklər-İnsan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər. Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır.Sağ böyrək sol böyrəkdən bir qədər aşağıda yerləşir. Buna səbəb qaraciyərin sağ böyrək üstündə yerləşməsidir. Böyrək iki qatdan əmələ gəlmişdir: Tünd rəngli xarici və nisbətən açıq rəngli daxili qatdan. Xarici qatda çoxlu miqdarda xırda kapilyar yumaqcıqları yerləşir.Böyrək qabığı təxminən 5–7 mm qalınlığında olub piramidaların arasına çıxıntılar halında daxil olaraq piramidaları bir birindən ayırır. Daxili qat bir neçə kiçik 15-35-ə qədər konusabənzər piramidadan ibarətdir. Həmin piramidaların içərisindən nazik borucuqlar gedir ki, bunlar da piramidaların ucundakı məməciklərin üzərindəki dəliklərlə kiçik boşluğa-böyrək ləyəninə açılır. Buradan sidik axarı çıxır. Ümumiyyətlə, böyrəyi təşkil edən maddə mikroskopik böyrək borucuqlarından və böyrək cisimciklərindən ibarətdir. Xarici qatda böyrək cisimciklərində qədəhəbənzər kapsullar yerləşir.Kapsulların divarı iki qat epitel hüceyrələrindən əmələ gəlmişdir.Bu qatların arasında dar bir sahə yerləşir ki, buradan da qıvrım sidik borucuğu başlayır. Borucuqların divarı birqat epitel hüceyrələrindən ibarətdir. Hər bir sidik borucuğu bir neçə dəfə qıvrılaraq ilgək əmələ gətirir və xırda piramidaların içərisindən keçən toplayıcı borucuqların birinə açılır.Hər bir kapsula gətirici böyrək arteriyasının mikroskopik kiçik şaxələri daxil olub kapilyar sisteminə keçir.Kapilyarlar yumaqcığı təşkil edərək, bir-biri ilə birləşir və nəticədə aparıcı arteriyanı əmələ gətirir. Burada həmin damar kapsuldan çıxıb sidik borucuğuna yaxınlaşır. Burada həmin damar yenidən kapilyarlarla ayrılaraq sidik borucuğunun ilgəklərini sıx top kimi bürüyür. Sonra onlar birləşərək kiçik vena əmələ gətirir və nəhayət, bunlar qanı böyrəkdən çıxaran böyrək venasına açılır.


Yüklə 35,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə