Referat elmi rəhbər: Ü. F. D habil Aslanov Tələbə: Cəfərova Könül Bakı-2023 plan


Azərbaycan Respublikasının Dövlət büdcəsinin xərclərinin təsnifatı



Yüklə 73,24 Kb.
səhifə3/4
tarix27.12.2023
ölçüsü73,24 Kb.
#163261
növüReferat
1   2   3   4
Cəfərova Könül 221S Azərbaycan iqtisadiyyatı

3. Azərbaycan Respublikasının Dövlət büdcəsinin xərclərinin təsnifatı
Dövlət və bölgələrin idarəetmə strukturlarının səlahiyyətlərinə daxil olan öhdəliklərin reallaşdırılmasından ötrü zəmin yaradan büdcə sisteminin özüdür. Bu vəzifə, öhdəlik, funksiyalar birlikdə ölkə büdcəsinin xərcləri sistemini yaradır. Büdcənin xərcləri büdcənin təsnifatına əsasən müəyyənləşdirilən xərclərdir. Büdcə xərcləridə funksional, iqtisadi və inzibati olmaqla 3 böyük istiqamət üzrə təsnifləşdirilir. “Büdcə sistemi haqqında” qanunda göstərildiyi kimi xərclər iqtisadi istiqamət üzrə aşağıdakı qruplara bölünür:  Əsaslı xərclər qrupu - ölkənin innovasiya və investisiya xərclərinin məcmusunu ifadə edir. Bu xərclərə əsaslı vəsaitlərin alınması, əsaslı yenidən təmir, başqa ölkələrə kredit verilməsi və daxildə kreditlərin verilməsi, torpaq aktivlərinin alınması və.s aiddir. Cari xərcləri qrupu əsaslı xərclər qrupuna daxil olmayan, hakimiyyəti strukturlarının, bölgələrin idarəetmə strukturlarının, yerli büdcə idarələrinin xərcləridir. Buraya faizlərə görə qaytarılmalar, əmək haqqı fondunun xərcləri, daxili və xarici borclar üzrə verilən ödənişlər, müəssisələrə kömək üçün ödənişlər, əhaliyə verilən vəsaitlər və.s aiddir. Sonuncu büdcə barəsindəki qanuna nəzərən Nazirlər Kabineti “Vahid büdcə təsnifatı”nın təsdiq edilməsi barəsində 2004-cü ildə qərarını qəbul etdi. Bu qərar özündə büdcə xərclərinin əksərən istifadə edilən bölgüsü olan funksional bölgünü birləşdirir. Ümumiyyətlə isə büdcə layihəsi müzakirə olunanda, icra və təsdiq olunanda demək olarki həmişə xərclərin funksional istiqaməti üzrə bölgüsü əsas götürülür və büdcə haqqında qanunverici aktlarda xərclərin funksional təsnifatı verilir. Buna görədə biz daha ətraflı funksional bölgüyə nəzər yetirəciyik. Funksional təsnifata görə ölkə büdcəsinin xərcləri bölmələrə, onlarda uyğun olaraq müəyyən qruplara ayrılır. Büdcənin funksional təsnifata görə bölgüsü aşağıdakı kimidir: - Ümumi dövlət xidmətlərinə aiddir - icra hakimiyyəti və bölgələrin idarəetmə strukturları; xarici iqtisadi yardım; elm; büdcələr arası transfertlər; borc üzrə xidmətlər və.s; - Müdafiə bölməsinə daxildir- milli təhlükəsizlik; müdafiə qüvvələri; müdafiə sahəsində aparılan tətqiqatlar və.s; - Hüquq-mühafizə, məhkəmə hakimiyyəti bölməsinə aiddir- bu sahələrdə yerinə yetirilən proseslər; eyniylə bu bölməyə məxsus olan strukturlar və.s; - Təhsil bölməsi ölkənin uşaqlara, şagirdlərə, tələbələrə göstərdiyi xidmətlərdi. Dövlətin təhsil siyasətinin yerinə yetirilməsi, təhsil sahəsində dövlət tədbirlərinin yerinə yetirilməsi, təhsil müəssisələrinin lazımı texnika və əşyalarla təchiz edilməsi sahəsində çəkdiyi xərclər təhsil bölməsinin xərclərini təşkil edir; - Səhiyyə bölməsi xəstəxanaların, tibb məntəqələrinin, klinikaların və digər tibbi məntəqələrin yaradılması və saxlanmasına dair vəsaitləri təşkil edir. Bölmənin xərclərinə aiddir - poliklinikalar və ambulatoriyalar; xəstəxanalar; tibbi avadanlıq və məmulatlar; səhiyyə sahəsində tətbiq edilən tədbirlər və.s; - Sosial-müdafiə və sosial təminat sahələrinin xərcləri hər bir kəs və ya ümumi şəkildə göstərilən xidmətlər üzrə vəsaitləri özündə birləşdirir. Bu bölməyə isə bunlar aiddir- hər iki sahədə keçirilən tədbirlər, hər iki sahə ayrılıqda və digər bölmələrə aid olmayan xidmətlər; - Mənzil-kommunal təsərrüfatı bölməsinə daxildir - su təsərrüfatı; mənzil təsərrüfatı; kommunal təsərrüfat; mənzil-kommunal təsərrüfat sahəsində tətbiqi tətqiqatlar və.s; - İqtisadi fəaliyyət bölməsi - çoxsahəli inkişaf layihələri; kommersiya fəaliyyəti; iqtisadi fəaliyyətin başqa növləri və.s; - Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ətraf mühitin mühafizəsi bölməsinə daxildir- adını çəkdiyimiz sahələr, həmin sahələrə məxsus xərclər; - Sənaye, faydalı qazıntılar və tikinti bölməsinə aiddir- faydalı qazıntılar; geodeziya; xəritəçəkmə kimi sahələrdə reallaşdırılan xərcləmələr; 23 - Nəqliyyat və rabitə xərcləri eyniylə yalnız həmin sahələrə məxsus olan xərcləri özündə ehtiva edir; - Əsas bölmələrə məxsus olmayan xidmətlər - məqsədli şəkildə təchiz edilən büdcə fondları və həmçinin ehtiyat fondlarının təchiz olunması və saxlanılmasından ötrü sərf olunan vəsaitlər; Büdcə barəsində qanuna görə büdcə xərclərinin bölgüsünün üçüncü təsnifatı inzibati təsnifatdır. Bu təsnifat üzrə xərclərə adındanda göründüyü kimi inzibati orqanlara, yəni dövlət orqanlarına çəkilən xərclər, müxtəlif bölgələrin büdcələrinə verilən maliyyə yardımları (dotasiyalar, subsidiyalar), Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyalar və.s xərclər aiddir. Mövzumuzun əvvəlində qeyd etdikki, xərcləmələrin üç böyük istiqamət üzrə bölgüsü sistemində funksional bölgü daha əhəmiyyətli sayılır və hətta büdcə haqqında qanunlarda xərclərin funksional yöndə bölgüsünün verildiyinidə demişik. İndi isə ayrı-ayrılıqda yuxarıda göstərdiyimiz xərclərin funksional bölgü istiqamətlərini ətraflı şərh etməyə çalışacağıq. İlk növbədə qısa olaraq dövlət orqanlarının saxlanması xərclərinə toxunaq. Ölkəmizdə dövlət büdcəsinin maliyyə vəsaitləri hakimiyyət orqanlarının saxlanmasına həddindən artıq çox sərf olunur. İlk öncə respublikamızda dövlət hakimiyyətinin Konstitusiyamıza görə hakimiyyətlərin bölgüsü prinsipinə əsaslandığını deməliyik. Bölgü 3 istiqamətdə aparılır: Ölkəmizdə Qanunvericilik hakimiyyətini Milli Məclis, İcra hakimiyyətini ölkə prezidenti, Məhkəmə hakimiyyətini isə məhkəmələr (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali məhkəməsi və digər ixtisaslaşmış məhkəmələr) həyata keçirirlər. Son illərdə büdcə-vergi siyasətinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi, idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsi yönündə işlərin aparılması və əsasəndə bu tip xərclərin azaldılması sahəsində tədbirlər görülür. Misal olaraq, biz dövlət qulluğuna qəbulda şəffaflığı yüksəldən, onların sosial müdafiəsinin təminatına haqq qazandıran qanunların qəbulunu və mövcudluğunu göstərə bilərik.

Yüklə 73,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə