Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə113/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   109   110   111   112   113   114   115   116   ...   119

 _________________________________________________________ Xaric oxu 

növündəndir  ki, müxtəlif zamanlarda müxtəlif sahələri  əhatə  edir. 

Amma  biz  burada,  əksər  şərq  və  qərb  filosoflarmm  da  nəzərdə 

tutduğu məşhur mənam nəzərdə tutmuşuq. Fəlsəfənin bu mənada 

aşağıdakı təriflərini vermək olar: 

-

 



Fəlsəfə - Aləm haqqmda əqli biliklər sistemidir. 

-

 



Fəlsəfə - Xarici aləmin əqli təfsirindən ibarətdir. 

-

 



Fəlsəfə - Gerçəklik alərrdrıin zehindəki inikasmdan ibarətdir. 

-

 



Fəlsəfə  -  Elə  düşüncələrdən  ibarətdir  ki,  bu  düşüncələr 

sayəsində  insan  başqalarma  nisbətən  aləmin  dərkində  daha 

dərinliklərə varır. 

Tərif bəhsində məlum oldu ki, ümumiyyətlə, tam tərif vermək 

mümkün  deyil.  Buna  baxmayaraq,  yuxarıdakı  təriflər  fəlsəfənin 

mahiyyətini  nisbətən  göstərə  bilir.  Amma  bu  təriflərin  hamısmı 

əhatə edən, nisbətən daha kamil tərifi, aşağıdakı kimi vermək olar: 

Fəlsəfə 

-  Zehnin,  ağIm  qabiliyyəti  çərçivəsində,  Aristotel 

məntiqi vasitəsi ilə varlıq haqqmda və ya varlığı insana hüsuli idrak 

vasitəsilə olduğu kimi tanıtdırmağa çalışan, əqli təfsirdən ibarətdir. 

İnşallah,  növbəti  kitablarda  fəlsəfənin  həqiqətini  və  onun 

sərhədlərini, imkanlarmı lazunmca aydmiaşdıracağıq. 



Sofistlər,  məntiq  və  fəlsəfə: 

Məntiq  və  fəlsəfə  insana, 

həqiqətə yol tapmaq üçün kömək edən iki eimdir. Belə ki, bu elmlər 

dəqiq  əqli  araşdırmalar  nəticəsində,  insanm  təfəkkürünü  həqiqətə 

tərəf istiqamətləndirir. Bu iki elm varlığm həqiqətinin mahiyyətini 

tam  olaraq  aça  bilməsə  də  (bu  mümkün  də  deyU),  bu  sahədəki 

başqa elmlərə nisbətən daha münasibdir. Bunun da isbatmı, yalmz 

bu  elmlərlə  yaxmdan  tamş  olduqdan  sonra,  qəbul  etmək 

mümkündür. 

Onu da qeyd edək ki, məntiq və fəlsəfədə məqsəd müstəqil fikir 

sahibi olan, müəyyən cərəyanları təmsil edən, necə deyərlər, özləri 

öz dediklərini anlamayan bəzi filosofnümalarm 

435 



Məntiq ____________________________________________________________  

qələmə  aldığı  "məntiqi  və  fəlsəfi  görüşlər"  deyil,  riyaziyyat  kimi, 

daim sabit həqiqəti əks etdirən elmlərdir. 

Sofistlərin'15  sofizmdən  (məntiqi  dolaşdırma,  səhv)  istifadə 

edərək aldıqları nəticələr, bəzi filosof adlandırılan şəxslərin məntiq 

qaydalarmdan kənar şəxsi nəticələrinin əsasmda yaranan görüşlər, 

əqidələr  və  dünyaya,  həqiqətə,  varlığa  verilən  təfsirlər  "sofizm", 

yaxud "səfsətə" də adlanır. Sofizm məntiq və fəlsəfənin qarşısmda 

dayanan,  tamamilə  yanlış  olan  nəticələrə  deyilir  ki,  məntiqlə 

fəlsəfənin bir vəzifəsi də bu nəticələrin həqiqətdən kənar olduğunu 

göstərməkdir. 

Amma sofistlərin və şəkçilərin əksinə deyə bilərik ki, insa- nm 

kəşfləri,  kəşf  arxasmca  düşmələri  bunu  göstərir  ki,  insan  xarici 

aləmin  varlığım,  ona  çatmağı,  bilik  əldə  etməyi,  yəqini  olduğunu 

qəbul edir. Həm Qərb, həm də Şərq fəlsəfəsində "mərifətşünaslıq"la 

(şeylər haqqında elm və ya yəqin əldə etməklə) 

bağlı mövzuda 

şübhələr  irəli  sürülüb.  Qərbdə  bir  cərəyan,  məktəb  halım  alsa  da. 

Şərqdə bu şübhələr, sadəcə olaraq, həqiqətin olmasmı və ona elm, 

yəqin əldə etməyin mümkünlüyünü göstərmək üçündür. 

Sofist və şəkçilərə məxsus olan bu şübhələr belə ifadə edilir: 

a)

 

İnsan  elminin,  yəqininin  vasitəsi  hisslər  və  ağıldır.  Hiss  və 



ağıl  səhv  edir.  Belə  ki,  beş  hiss  üzvünün  səhvi  aşkardır.  Ağ-  Im 

səhvini  isə  əqli  münaqişələr  və  düzgün  qəbul  olunsa  da,  bir  neçə 

ildən soma səhv olduğu üzə çıxan, əqli nəticələr göstərir. 

b)

 



İnsan  yuxuda  yaşadığı  şeyləri  həmin  anda  həqiqət  hesab 

edir, amma oyandıqdan sonra hamısınm xəyal olduğunu görür. Elə 

isə,  haradan  məlumdur  ki,  həqiqət  bildiyimiz  bu  aləm  yuxuda 

olduğumuz xəyal deyil? 



Onlar,  qədim  Yunanıstanda  meydana  gələn,  qəsdən  sofizmdən  (səhv)  istifadə  edərək 

həqiqətin  varlığım  inkar  edən,  yaxud  onu  dərk  etməyin,  ona  çatmağın  qeyri-  mümkün 

olduğunu iddia edən alimlər idi (Bax: I hissə, I fəsil, II dərs). 

436 



 _________________________________________________________  Xaric oxu 

c)

 



Zehni  pozulmuş  insanlar,  həqiqi  oknasa  da,  bəzi  şeyləri 

həqiqət  kimi  qəbul  edirlər.  Haradan  bilək  ki,  bizim  zehnimiz  də 

pozulmamışdır? 

d)

 



Ağıl  və  məntiq  beş  hiss  üzvünün  səhvlərinin  göstəricisidir. 

Bəlkə,  elə  bir  şey  də  vardır  ki,  o  da  ağIm,  məntiqin  səhvlərinin 

göstəricisidir? 

e)

 



Zehin  bir  eynək  kimidir.  Əgər  bu  eynək  dəyişilsə,  bəlkə, 

şeyləri indiki kimi dərk etməyəcəyik? Deməli, zehin, bəlkə də, hər 

yerdə səhv edir. 

Elə isə səhv edən hər bir şeyin, hələ səhv etdiyi aydm olmayan 

yerlərdə də səhv etməsi mümkündür. 

Sofist  və  şəkçilər  bu  cür  dəlil  gətirməklə,  insarun  bütün 

yəqinlərini,  elmini  sual  altma  aparırlar.  Amma  Sokrat,  Platon  və 

Aristotel öz zamanlarmda onlara münasib cavab versələr də, İslam 

alimləri  bu  cavabları  dəqiqləşdirmişlər.  Sofistlərlə  bağlı  bu  bəhs 

üçüncü  hissədəki  "Maddi  məntiqin"  hökmlərlə  bağlı,  fəlsəfənin 

"mərifətşünaslıq" 

(şeylər haqqında elm və ya yəqin əldə etmək) 

hissəsinə aiddir. Bizim əsas mövzudan uzaq olsa da, burada onunla 

bağh geniş müzakirələrin qısa şəklinə baxaq: 

Əks cavab: 

1.

 



Əgər  bir  kəs  "yəqini  halda  iddia"  etsə  ki,  bilik  və  yəqin 

mümkün  deyil,  bu  zaman  o  öz  sözünün  ziddinə  damşmış,  öz 

sözünü inkar etmiş olur. Çünki 

"bilik  və  yəqin mümkün  deyil" 

sözü,  onun  özü  üçün  bir  bilik  və  yəqindir  və  bu  bir  yəqin 

olduğundan, özünün xüsusi halı olaraq inkar edilir. 

2.

 



Əgər  kimsə,  yuxarıdakmdan  fərqli  olaraq,  "şəkk"  etsə,  ona 

sual olunur ki, öz şəkkində şəkk edirsən, ya yəqinin var? Əgər desə 

ki,  yəqinim  var,  bu  zaman  heç  olmasa, bir  yəqini etiraf  edərək  öz 

sözünü  inkar  etmişdir.  Yox  əgər  desə  ki,  bu  şəkkimdə  də  şəkk 

edirəm, bu zaman onun bu sözünün yalan olduğu aşkardır. Ona bir 

od parçasım yaxınlaşdırsaq, etiraz edəcək və bu onun, heç olmasa, 

bir yəqini qəbul etməyini 

437 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə