Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

sistemdir.  Elə  bir  əsas  yoxdur  ki,  süni  birliklərin  quruması  ətraf 
mühitin sabitliyini təmin edən qüvvə olsun. 
«İnsan bütün canlılar kimi ancaq həyat sahəsində - biosferdə
müəyyən edilmiş Yer qabığında düşünə və hərəkət edə bilər. Bu 
amillərlə o, ayrılmaz dərəcədə bağhdır və oradan uzaqlaşa bilməz. 
Onun yaşaması onun vəzifəsidir» (V.l. Ver- nadski). 
Məhz insanın biosferdən ayrılmazhğı noosferin qurulmasının 
başhca məqsədidir. Bu, biotik növ kimi insamn əmələ gəldiyi və 
mövcud  olduğu,  biosferin  qorunmasında  özünün  sağlamhğmı  və 
həyatını  saxlamaqla,  özünü  büruzə  verir.  Yalnız  ağıllı  insan 
fəaliyyəti  qlobal  inkişafın  əsas  müəyyənedici  amilidir,  «Noosfer 
bizim  planetdə  yeni  geoloji  hadisədir.  İnsan  isə  nəhəng  geoloji 
qüvvədir» (V.İ.Vernadski). 
Noosferin  yaranmasında  iki  əsas  fikir  mövcuddur:  a)  bütün 
biosferin yenidən qurulmasının məhdudlaşdırılması; b) texnosferin 
biosferdən  ayrılmasımn  və  tamamilə  tam  təcridi  yolu  ilə  sənaye 
mühafizəsinin maksimallılığı. Görünür ki, inkişaf iki istiqamətdə 
gedə bilər. 
3.4.
 
İnsamn mühit amillərinin təsirinə 
reaksiyasımn norma və tipləri 
Reaksiya norması  - müəyyən təsir səviyyəsində  orqanizmin 
vəziyyətinin  yol  verilən  dəyişməsidir.  İnsanın  reaksiya  norması 
onun genotipi ilə müəyyən edilir. 
Genotip  -  orqanizmin  valideynlərindən  aldığı  irsiyyətli 
əlamətlərin  məcmusudur.  Bu,  inkişafm  irsiyyətli  proqraımdır. 
Fərdin  genotipinin  mühitlə  qarşıhqlı  təsiri  onun  fenotipini 
formalaşdırır. 
Genotipin mühitlə qarşıhqlı təsiri mürəkkəb və müxtəlif ola 
bilər.  Bu  qanunauyğunluq,  irsiyyət  və  dəyişkənlikdən  bəhs  edən 
genetika elmi ilə öyrənilir. 
İnsanların  yer  kürəsində  müxtəhfliyi  genetik  və  mühiti 
fərqlərin birbaşa nəticəsidir. Eyni tipli insanlar mövcud deyil, hətta 
diqqətli tədqiqat zamam bir yumurta əkizləri belə böyük olmayan 
fərqləri hiss edirlər. 
51 


Fenotip - genotipin yaşama mühitinə qarşılıqlı təsiri za- mam 
orqanizmdə təzahür edən əlamət və xassələrin məcmusudur. 
Biryumurta  əkizləri  eyni  genotipli  olub,  mayalanmış 
yumurtanın ilk inkişaf mərhələsində 2 və çox hissəyə bölünməsi 
nəticəsində  əmələ  gəlir.  Biryumurta  əkizləri  həmişə  eyni  cinsli, 
yəni ya oğlan, ya da qız olur. 
Müxtəlif yumurta əkizləri iki və daha çox müxtəlif yumurta 
hüceyrələrinin spermatozoidlərlə mayalanması  nəticəsində əmələ 
gəlirlər. Hər zaman eyni cinsli olmurlar. 
Dəyişkənlik - orqanizmin morfofızioloji dəyişikliklərlə mühit 
amillərinin  təsirinə  münasibət  bildirmək  qabiliyyətidir.  Bu 
irsiyyətli və qeyri-irsiyyətli ola bilər (modifıkasiyah). 
Modifikasiya  genotipin  reaksiya  norması  hüdudunda  xarici 
mühit  amillərinin  təsiri  nəticəsində  fenotipin  irsiyyətli  olmayan 
dəyişməsidir, 
Modifikasiya dəyişkənliyi fenotipik dəyişkənlikdir. Konkret 
genotipin yaşayış mühitinin müxtəlif şəraitinə reaksiyası. 
Mutasiya  genotipin  irsən  dəyişməsidir.  Mutasiyalar  faydalı 
və zərərli ola bilər. 
Ekoloji  plastiklik  orqanizmin  mühit  amillərinin  təsirinə 
dözümlülük dərəcəsidir. 
Növ  kimi  Homo  sapiens-in  stabilliyi  irsiyyət  ilə  müəyyən 
edilir.  «Oxşar  oxşarı  törədir»  («siçandan  siçan  törəyir  və  s). 
İrsiyyət - orqanizmin genetik proqramı nəsildən-nəslə ötürməsidir. 
İnsanın orqanizmi yumurta hüceyrəsinin və spermatozoi- din 
-  insanın  cinsiyyət  hüceyrələrinin  birləşməsi  nəticəsində  əmələ 
gəlir. 
İnsamn  cinsiyyəti  (morfoloji  və  fizioloji  xüsusiyyətlərin 
məcmusu)  spermatozoidin  yumurtahq  hüceyrəsinin  mayalan- 
dırması  zamanı  müəyyən  edilir  və  spermatozoid  -  X-xromoso- 
munu  və  ya  Y-xromosomunu  daşıyan  cinsiyyət  xromosomla- 
rından  asılıdır.  X-xromosomunu  və  Y-xromosomunu  daşıyan 
spermatozoidlər  mövcuddur  (X-xromosomunu  daşıyan  sper- 
matozoidlərə nisbətən Y-xromosomunu daşıyan spermato- 
52 


zoidlər yüngül və hərəkətlidir), ona görə də oğlan uşaqları qızlara 
nisbətən çox doğulur. 
Cinsiyyət  xromosomlan  cinsi  inkişafı  təyin  edən  xromo- 
somlardır,  bunlar  vasitəsilə  kişi  və  qadın  cinsi  bir-birindən 
fərqlənir. Qadın orqanizminin cinsiyyət xromosomlarının hamısı 
eynidir  (XX)  və  qadın  cinsini  müəyyən  edir.  Kişi  orqanizminin 
cinsiyyət xromosomlan müxtəlifdir (XV). 
Xromosomlar  -  tərkibində  DNT  olan  hüceyrə  nüvəsinin 
özü-özünü istehsal edən struktur elementidir, burada genetik (irsi) 
məlumat  yerləşir.  Cinsiyyət  hüceyrələri  haploid  xromo-  som 
yığımına,  autosom  hüceyrələr  isə  diploid  xromosom  yığımına 
mahkdir. 
Autosom  xromosomlar  insanın  cinsi  əlamətlərindən  başqa 
bütün  əlamətləri  müəyyən  edən  xromosomlardır.  Cinsiyyət 
hüceyrələri  23  xromosoma  (22  autosom  və  1  cinsiyyət  xromo- 
somu)  malikdir.  Deməli,  insan  bədəninin  digər  hüceyrələri  46 
xromosoma malikdir ki, onlardan 44-ü autosom, 2-si isə cinsiyyət 
xromosomlardır.  İnsamn  hüceyrəsində  xromosomlarm  miqdan 
sabitdir. Kənarlanmalar isə patologiyaya asəbəb olur. 
Patologiya normadan kənara çıxma, eybəcərlik, bir sözlə hər 
cür xəstəlikdir. 
Sitogenetika - özü-özünü istehsal, rekombinasiya, dəyişilmə, 
genetik  əhəmiyyətli  hüceyrə  strukturlarmm  ekoloji  cəhətdən 
əlverişli  və  qeyri-əlverişli  şəraitdə  işləmə  qabiliyyətidir. 
Sitogenetika sübut etdi ki,  insamn  genetik zədələnməsinə gətirib 
çıxaran  xromosomlara  mühitin  çirkləndiricilərinin  dağıdıcı  təsiri 
vardır. 
Genomun  zəifləməsi  (deqradasiya)  -  strukturun  və  iş 
qabiliyyətinin pisləşməsidir. Bu da bioloji növ kimi Homo sapien- 
sin məhvinə səbəb olur. 
Beləliklə, hər bir insan  ekoloji-genetik fərdiliyinə malikdir. 
Ekoloji-geoloji  fərdilik  -  insamn  nadir təkrarolunmaz genotip və 
fenotipidir. 
Ekoloji  oyuq  -  hər  bir  növün  hədd  daxilində  yaşamasını 
mümkün edən mühitin bütün amillərinin məcmusu. 
53 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə