366
Qəbələnin son Antik
və Orta əsrlər şəhər ərazisi:
Qala (I-XVIII əsrlər)
The Late Antiquity and Middle Ages
settlements of Gabala:
Gala (1st-18th centuries)
SE
BA
şəraitində işləmək çətin olduğundan tünglər
heç də hər yerdə səliqə ilə bir-birinin içərisinə
keçirilməyib. Yuxarıda qeyd olunan baş su
kəmərindən fərqli olaraq, tunel-kəmərdə boru-
ların üstü hörülməyib. Görünür, yer səthindən
kifayət qədər dərində olduğundan buna ehti-
yac duyulmayıb (şək. 28, 29).
Şəhərin baş su xəttinin tunel içərisi ilə
çəkilməsi, sözsüz ki, hərbi-strateji əhəmiyyət
kəsb edirdi. Məlum olduğu kimi, bu və ya
digər şəhərlər mühasirə şəraitində müdafiə
olunarkən düşmən, ilk növbədə, əhalini susuz
qoymaq və yaxud da içməli suya zəhər qatmaq
barədə düşünürdü. Odur ki, Qəbələ sakinləri
bu cür arzuolunmaz vəziyyətə düşməmək üçün
öz işlərini vaxtında ehtiyatlı tutublar.
Qala ərazisində antik tapıntılar
Tədqiqatçılar uzun illər ərzində belə hesab
edirdilər ki, Qəbələ şəhərinin Qala adlanan
hissəsində ilk Orta əsrlər dövründən başla-
yaraq həyat olub. Doğrudur, Qəbələnin əsas
tədqiqatçılarından olan mərhum arxeoloq
Q.Əhmədovun rəhbərliyi ilə hələ 80-ci illərin
əvvəllərində orada I əsrə aid çaxır anbarı
və içərisində qızıl əşyaların da olduğu qəbir
abidəsi aşkar edilib. Əlbəttə, Antik dövrdə
Qala ərazisində intensiv şəhər həyatı olduğu-
nu söyləmək üçün bu tapıntılar yetərli əsas
ola bilməzdi. Odur ki, bu istiqamətdə axta-
rışları davam etdirmək tələb olunurdu. Cari
mövsümdə Orta əsrlər dəstəsinin apardığı
tədqiqatlar bu cəhətdən uğurlu nəticələrlə
əlamətdar olmuşdur. Birincisi, Qala ərazisində
tədqiqatların davam etdirildiyi XII-XV əsrlərə
aid mədəni təbəqədəki ayrı-ayrı təsərrüfat qu-
yuları təmizlənərkən oradan Antik dövrə, daha
konkret desək, eramızdan əvvəl I-eramızın
ficult to work under the tunnel conditions,
the pipes were not combined with one anoth-
er accurately everywhere. Unlike the above
mentioned main water pipe, the upper part
of the pipes in tunnel-line was not built. Like-
ly, it was not necessary as being deep enough
from the ground surface (fig.28, 29).
Construction of the main water line
through the tunnel had surely a military-
strategic importance. As is obvious, while
blockading this or that city, enemies first
thought of shutting off water or poisoning
potable water. So, the population of Gabala
in order to avoid of such an undesirable situ-
ation took measures in time.
Ancient findings in the Gala area
For a long time researchers supported
an idea that life existed from the Early
Middle Ages in Gala. Under the direction
of one of the main researchers of Gabala,
deprived archaeologist G.Ahmadov, a wine
cellar and tomb with golden things dating
to the 1st century were found as far as back
early 80s. Of course, these findings were
not sufficient to think that there was an in-
tensive urban life in the Gala area in the
Antiquity. So, further excavations were nec-
essary. The excavations carried out by the
medieval team this season were success-
ful. First, while cleaning various household
pits in the cultural layer of the 12
th
-15
th
centuries in the Gala area, many tiles and
big pitcher fragments of the Ancient peri-
od, exactly of the 1
st
century BC - 1
st
cen-
tury AD were found. And this is an evidence
of the existence of the Antiquity buildings
367
Qəbələ Arxeoloji
Ekspedisiyasının Hesabatları
2005-2010
Reports of the Gabala
Archaeological Expedition
2005-2010
SE
BA
I əsrlərinə aid çoxlu kirəmit və küp parçala-
rı tapılmışdır. Bu isə Orta əsrlərə aid yaşa-
yış qatının altında Antik dövrə aid tikililərin
olduğuna dəlalət edir. Qəbələnin görkəmli
tədqiqatçılarından olan İ.Babayevin fikrincə,
Antik dövrdə heç də bütün binaların deyil,
əsasən şəhərin ictimai-siyasi həyatında xüsu-
si yeri olan binaların üstü kirəmitlə örtülürdü.
2009-cu ildə Orta əsrlər dəstəsi tərəfindən aş-
kar edilən tapıntılar Qala ərazisində də bu cür
tikintilərin olduğundan xəbər verir. Bunlardan
əlavə, üst qata aid tikintilərdə istifadə olun-
muş tək-tək mədən daşları da alt təbəqədə
daha qədim dövrə aid əzəmətli binalar oldu-
ğundan xəbər verirdi.
Qəbələnin erkən
qala divarlarının qalıqları
2009-cu il tədqiqatları zamanı Qalanın cənub
müdafiə divarlarından təqribən 80-90 m şimal-
da, Covurlu çayın uçurum əmələ gətirdiyi sahədə
yoxlama qazıntısı aparılarkən Antik dövrə aid
maraqlı tapıntılar əldə olunmuşdur. Ən mühümü
odur ki, həmin ərazidə şərq-qərb istiqamətində
olmaqla qalınlığı 3 m təşkil edən divar qalıq-
larının bünövrə hissəsi aşkara çıxarılmışdır.
Bünövrədə istifadə olunmuş daşlardan birinin
uzunluğu 140, eni 60, hündürlüyü isə 40 sm-dir
(şək.27a). Düşünmək olar ki, bu, Qəbələnin e.ə.
I-b.e. I əsrlərinə aid erkən qala divarlarının qalıq-
larıdır. Tədqiqat işləri davam etdirilərkən divarın
üstündə və kənarlarında Antik dövrə aid müxtəlif
maddi mədəniyyət nümunələri, о cümlədən ke-
ramikadan olan məişət və təsərrüfat əşyaları
tapılıb. Xatırladaq ki, şəhərin ilkin müdafiə
sisteminə aid olduğu güman edilən bu tapıntı
indiyədək Qala ərazisində məlum olan ən qədim
tikinti qalığıdır.
under the medieval living layer. According
to I.Babayev, one of the prominent inves-
tigators of Gabala, in the Antiquity not all
buildings, but mainly the buildings that had
a special place in social-political life of the
town were roofed with tiles. In 2009, the
findings discovered by the medieval team
inform us of the existence of such buildings
in the Gala area as well. Furthermore, sep-
arate mine stones used in buildings, refer-
ring to superior layer, also were evidence
of the existence of tremendous buildings
dating to a more ancient period in the low-
er layer.
The remains of the early
fortress walls of Gabala
During the investigations in 2009, some
interesting findings of the Ancient Period
were found while having tentative excava-
tions about 80-90m northwards of the south-
ern defensive walls of Gala, in the area where
the Jovurlu River formed an abyss. The most
important is that foundation part of the wall
remnants with 3m thickness was found in the
east-western direction of the very territory.
The length is 140cm, width 60cm and height
40cm of one of the stones used in construc-
tion of the foundation (fig.27a). It is possible
to assume that these are the remains of the
early fortress walls of Gabala dated to the 1
st
century BC - 1
st
century AD. Whilst keeping
on the excavations, various material culture
samples, as well as ceramic household things
of the Antiquity were found on the wall and
its side parts. It should be reminded that the
finding, supposed to refer to the preliminary