295
Teatr. Kino.Estrada.Sirk
125
illiyi
CAMO HACINSKİ
1887-1942
2012
Camo bəy Hacınski 1887-ci ildə
Qubada anadan olub. O, ictimai-siyasi
xadim, publisist, teatr tənqidçisi,
sənətşünas Mehdi bəy Hacınskinin
qardaşıdır.
Camo bəy Peterburq Universite-
tinin hüquq fakültəsini bitirib
(1912), 1907-1915-ci illərdə “Kas-
pi” qəzetinin müxbiri və əməkdaşı
olub. 1915-1917-ci illərdə Batum
vilayətində və Dənizkarı rayonda Bi-
rinci dünya müharibəsi dövründə zərər
çəkənlərə yardım edən müsəlman qaç-
qın komitəsinin müvəkkili işləyib.
“Nicat” mədəni-maarif cəmiyyətinin
işində iştirak etmiş, Müsəlman dram
cəmiyyətinin (1916) və Azərbaycan
arxeoloji cəmiyyətinin (1917) yaradı-
cılarından olub. 1917-ci ilin iyulunda
Cənubi Qafqaz kəndli deputatları şu-
rası icraiyyə komitəsi sədrinin müavi-
ni seçilmiş, oradan nümayəndə kimi
Rusiya Müəssislər Məclisinə seçkilər
üzrə Cənubi Qafqaz mərkəzi komissi-
yasının sədri vəzifəsinə təyin edilib.
Zaqafqaziya seyminin Müsəlman
fraksiyasının, seym buraxıldıqdan
sonra (1918, 26 may) isə yeni ya-
radılmış Azərbaycan Milli Şurası-
nın (1918, 27 may) üzvü Camo Ha-
cınski Milli Şuranın Azərbaycan
İstiqlal Bəyannaməsini qəbul edən
26 üzvündən biri olub. Camo bəy
Azərbaycan Xalq Cümhuriyyətinin
birinci Hökumət kabinəsində dövlət
nəzarətçisi vəzifəsini icra edib, 4-cü və
5-ci hökumət kabinələrində (1919 ap-
rel, 1920 mart) Poçt və teleqraf naziri
vəzifəsində çalışıb. Onun respublika-
da rabitə sahəsinin inkişafında xüsusi
xidmətləri olub.
Hacınski “Türk yurdu” cəmiyyətində
Azərbaycan incəsənətindən mühazirə-
lər oxumaqla bərabər Azərbaycan və
rus mətbuatında “Qubalı” imzası ilə
də çıxış edib. Üzeyir Hacıbəylinin
əsərlərinin tamaşaları, həmçinin Nəcəf
bəy Vəzirov və b. haqqında məqalə və
resenziyalar yazıb, “Milli nəğmələr”
kitabçalarında (1919-1920) şeirləri
dərc olunub.
Camo bəy aprel işğalından (1920)
sonra Xalq Ədliyyə Komissarlığında
İnzibati-Maliyyə şöbəsinin rəisi təyin
olunub. Eyni zamanda mədəniyyət və
maarif sahəsində fəaliyyətini davam
etdirib.
O, Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin işində iştirak etməklə,
qədim
mədəniyyət
abidələrinin
mühafizəsi məsələləri ilə də məşğul
olub. 1922-ci il aprelin 21-də həbsə
alınan Camo Hacınski 3 il məhbəsdə
saxlanıldıqdan sonra Solovki (Ru-
siya, Arxangelsk) həbs düşərgəsinə
göndərilir. 1928-ci ilin iyununda azad
edilərək Bakıya qayıdır.
1937-ci ilədək Kənd Təsərrüfatı
Kooperasiyası İttifaqında, Azərittifaq
sistemində, Sənaye Kooperasiyasında
məsul işlərdə çalışan, ictimai-siyasi
xadimi, teatrşünas, teatr tənqidçisi,
Camo bəy Hacınski 1938-ci il no-
yabrın 24-də yenidən həbs edilərək
sürgün olunub. O, 1942-ci ildə Kirov
vilayətinin Vyatna həbs düşərgəsində
vəfat edib. Ona 1956-cı il iyunun 13-
də SSRİ Ali Məhkəməsinin hərbi kol-
legiyası tərəfindən bəraət verilib.
Ə d ə b i y y a t
Camo bəy Hacınski
[Mətn] //Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklopedi-
yası: 2 cilddə.- Bakı : Lider,
2004.- I cild.- S.410 .
Camo bəy Hacınski [Mətn]
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə. - Bakı ,
1987.- X cild.- S. 156.
Əliyev, M. Azərbaycan
Demokratik Respublika-
sı [Mətn]: Azərbaycan
Hökuməti : (1918-1920)
/M.Əliyev.- Bakı , 1990.-
54 s.
Teatrşünas