Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – XI sinif ( A variantı)
1. Xəritədə göstərilən marşrut hansı səyyaha məxsusdur?
A) F.Magellan B) X.Kolumb C) C.Kuk
D)A.Vespucci E)Vasko da Qama
2. Qlobus nədir?
A) Yerin müstəvi üzərində təsviri
B) Yerin qalaktikada mövqeyini göstərən sxem
C) Yerin kiçildilmiş modeli
D) Yerin miqyassız modeli
E) Yerin təhrifli təsviridir
3. Yer qabığı hansı süxurlardan təşkil olunmuşdur?
A) maqmatik, çökmə, metamorfik
B) hidrosfer, litosfer, biosfer
C) qranit, biosfer, nüvə
D) mantiya, maqma, nüvə
E) biosfer, atmosfer, hidrosfer
4. Ən dərin şirinsulu göl – Baykal
Ən hündür şirinsulu göl – Titikaka
Ən uzun şirinsulu göl – Tanqanika
Ən böyük şirinsulu göl − ......
A) Oneqa B) Ladoqa C) Xəzər D) Aral E) Yuxarı
5. İqtisadi-coğrafi mövqeyi əlverişli olan, gömrük
rejimində və vergidə güzəştlər verilmiş rayon və ya şəhər
necə adlanır?
A) azad iqtisadi zona B) regional mərkəz
C) iqtisadi rayon D) ticarət mübadiləsi zonası
E) müstəqil ərazi
6. Asiyaya aid olan adalar:
A) Yeni Qvineya, Siciliya B) Böyük Britaniya, Sulavesi
C) Şri-Lanka,Havay D) Novaya Zemlya, İslandiya
E) Saxalin,Yapon
7. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş
ərazisinin yerləşdiyi fiziki-coğrafi vilayət:
A) Böyük Qafqaz B) Orta Araz C) Lənkəran
D) Kiçik Qafqaz E) Kür-Araz ovalığı
8. Cənub yarımkürəsində qış ayları:
A) sentyabr, oktyabr, noyabr B) dekabr, yanvar, fevral
C) aprel, may, iyun D) iyun, iyul, avqust
E) yanvar, avqust, dekabr
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – XI sinif ( A variantı)
9. Şimali Amerikanın mütləq maksimum və mütləq
minimum hündürlüyə malik olan müvafiq məntəqələri:
A) Orisaba zirvəsi və Assal gölü səviyyəsi
B) Çimboraso zirvəsi və Eyr gölü səviyyəsi
C) Akonkaqua zirvəsi və Valdes yarımadası
D) Mak-Kinli zirvəsi və Ölüm dərəsi
E) Monblan zirvəsi və Nikaraqua gölü səviyyəsi
10. 1:5000 ədədi miqyası xətti miqyas şəklində göstərin.
A)
B)
C)
D)
E)
11. Hündürlük qurşaqlığının mahiyyəti:
A) enlik istiqamətində temperaturun azalması
B) materiklərin daxilinə doğru yağıntıların azalması
C) dağın ətəyindən zirvəsinə doğru təbii komplekslərin
bir-birini əvəz etməsi
D) ekvatordan qütblərə doğru təbii komplekslərin bir-birini
əvəz etməsi
E)hündürlüyə doğru temperaturun artması
12. Çayın mənbəyi ola bilməz:
A) dəniz B) buzlaq C) bataqlıq D) bulaq E) göl
13. Düzgün olan ifadəni müəyyən edin:
A) Kəlbəcərdə zəngin alunit yataqlarına rast gəlinir
B) Filizçayda polimetal yataqları yayılmışdır
C) Qaz ehtiyatları “Azəri” yatağında yayılmışdır
D) Qızıl yataqları Abşeronda yerləşir
E) Xörək duzuna Lənkəranda rast gəlinir
14. Tərkibində muxtar qurumlar olan türk dövlətləri:
A) Azərbaycan, Türkiyə B) Türkiyə, Qazaxıstan
C) Özbəkistan, Türkmənistan D)Azərbaycan,Türkmənistan
E)Azərbaycan,Özbəkistan
15. “Məhəlli suları” nədir?
A) Ölkənin sahilindən 12 millik okean su sahəsidir
B) Böyük və kiçik su dövranında iştirak edən sulardır
C) bir ölkənin daxilindəki göllərdir
D)Ölkə daxilində gəmiçilik üçün yararlı su sahəsidir
E)Ancaq balıq ovlanan su sahəsidir
16. Litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində hal-
hazırda sahəsini genişləndirən su hövzələri:
A) Atlantik və Hind okeanları
B) Sakit və Şimal Buzlu okeanları
C) Sakit okean, Aralıq dənizi
D) Şimal Buzlu okeanı,Yapon dənizi
E) Hind okeanı və Çad gölü
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – XI sinif ( A variantı)
17. Yeyinti sənayesinin hansı sahələri xammal
mənbələrinə meyl edir?
A) Bitki yağları istehsalı, çörəkbişirmə, şərabçılıq
B) Unüyütmə, çörəkbişirmə, qənnadı
C) Şəkər istehsalı, qənnadı, unüyütmə
D) Vitaminlər istehsalı, tütün sənayesi, makaron istehsalı
E) Konserv istehsalı, şərabçılıq, şəkər istehsalı
18. Hirkan qoruğu Azərbaycanın hansı rayonunun
ərazisində yerləşir?
A) İsmayıllı rayonu B) Şəki rayonu C) Lənkəran rayonu
D) Şamaxı rayonu E) Qazax rayonu
19. Beynəlxalq iqtisadi əlaqələrdə mühüm rol oynayan
boğazlar:
1. Magellan 2. Hörmüz 3. Panama
4. Cəbəllütariq 5. Malakka 6. Mozambik
A) 2, 4, 5 B) 1, 5, 6 C) 3, 4, 6 D) 1, 3, 6 E) 1, 3, 5
20. Türk dövlətləri ərazisində əsasən qar və buzlaq suları
ilə qidalanan çaylar:
1. Amudərya 2. Qusarçay 3. Sırdərya 4.Volqa
5.Tərtərçay 6.Araz 7.Qudyalçay 8.Kama
A) 3,4,6,7 B) 2,5,6,8 C) 1,3,5,8 D) 1,2,3,7 E) 4,5,6,7
21. Xəritə-sxemdə rəqəmlərə uyğun gələn təbii obyektləri
müvafiq ardıcıllıqla müəyyən edin.
A) Kola yarımadası, Ağ dəniz, Baltik dənizi, Azov dənizi,
Yukatan yarımadası
B) Yutlandiya yarımadası, Şimal dənizi, Fin körfəzi,
Botnik körfəzi, Skandinaviya yarımadası
C) Yutlandiya yarımadası, Şimal, Norveç, Baltik
dənizləri, Kola yarımadası
D) Skandinaviya yarımadası, Baltik dənizi, Mərmərə
dənizi, Azov dənizi, Yutlandiya yarımadası
E) Skandinaviya yarımadası, Baltik dənizi, Botnik körfəzi,
Fin körfəzi, Yutlandiya yarımadası
22. Türk dövlət və qurumlarının yerləşmədikləri iqlim
qurşaqlar:
A) subtropik, mülayim, subarktik
B) ekvatorial, subekvatorial, tropik
C) subtropik, mülayim, tropik
D) ekvatorial, tropik, mülayim
E) subekvatorial, tropik, mülayim
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – XI sinif ( A variantı)
23. Hansı sxemdə günəş şüalarının düşmə bucağı (α,
0
) ilə
havanın temperaturu (t,
0
C) arasında əlaqə düzgün
göstərilib?
A)
B)
C)
D)
E)
24. Türk dünyası ərazisində yerləşən dağlar:
A) Qafqaz, Pamir, Pont B) Atlas, Qafqaz, Alp
C) Pamir, And, Kordilyer D) Qafqaz, Əjdaha, Alp
E) Pont,Appalaç,Kordilyer
25. Qazaxıstan və Türkmənistanın bir-birindən fərqli
əlamətləri:
1. Çöl zonası geniş yer tutur.
2. Xəzər dənizinə çıxışa malikdir.
3. İqlimin kontinentallığı müşahidə olunur.
4. Avropa və Asiya qitələrində yerləşirlər.
5. Zəngin dəmir və kömür yataqları vardır.
6. Turan ovalığı bu ölkələrin ərazisindədir.
A) 1,2,3 B) 2,3,5 C) 2,4,6 D) 1,4,5 E) 1,2,4
26. Eroziya bazisi nədir?
A) çayın mənbəyinin mütləq hündürlüyü
B) çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi
C) çayın öz dərəsini dərinləşdirə biləcəyi səviyyə
D) çayın orta axım sürəti
E) çay dərələrində maqmatik süxurların səthə çıxdığı ərazi
27. Hansı su hövzələri sahilində yay fəsli daha rütubətli
keçir?
A) Meksika körfəzi, Eyr gölü, Çukot dənizi
B) Şərqi Çin dənzi, Qırmızı dəniz, İran körfəzi
C) Cənubi Çin dənizi, Aralıq dənizi, Biskay körfəz
D) Aralıq dənizi, Qvineya körfəzi, Ərəbistan dənizi
E) Benqal körfəzi, Şərqi və Cənubi Çin dənizi
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – XI sinif ( A variantı)
28. Ərazisində ən hündür şəlalənin,ən böyük bataqlığın,ən
yüksək zirvənin olduğu müvafiq ölkələr:
A) Konqo, Braziliya, Hindistan
B) Zambiya, İndoneziya, Çin
C) ABŞ, Kanada, Kolumbiya
D) Zair, Braziliya, Rusiya
E) Venesuela, Rusiya, Nepal
29. Baltik dənizi ilə Şimal dənizini birləşdirən ən qısa yol:
A) Volqa-Baltik kanalı B) Skaqerrak-Katteqat boğazları
C) Kil kanalı D) Venern və Vettern gölləri
E) Ağ dəniz-Baltik kanalı
30. Aralıq dənizi iqlim tipinin yayıldığı ölkələr:
A) Misir, Peru, Albaniya B) İsrail, Almaniya, İtaliya
C) İran, Türkiyə, Polşa D) Yunanıstan, Tunis, İspaniya
E) Azərbaycan, Fransa, Belarusiya
31. Buxarlanmaın daha çox olduğu yarımadalar:
A)Kaliforniya, Çukot, Alyaska
B) Malakka, Florida, Hindistan
C) Apennin, Ərəbistan, Skandinaviya
D) Balkan, Taymır, Hind-Çin
E) Somali, Kola, Koreya
32. Qaraqalpaq Muxtar Respublikası hansı türk dövlətinin
tərkibindədir?
A) Qazaxıstan B) Özbəkistan C) Tacikistan
D) Türkmənistan E) Qırğızıstan
33. Azərbaycanda yük və sərnişin daşınmasında böyük
rolu olan dəmiryol-bərə keçidləri:
1.Bakı-Həştərxan 2.Bakı-Ənzəli 3.Bakı-Mahaçqala
4.Bakı-Türkmənbaşı 5.Bakı-Bektaş
A) 1, 3 B) 2, 5 C) 4, 5 D) 3, 5 E) 3, 4
34. Ekvator üzərində 600ş.u.-da yerləşən A məntəqəsində
yerli vaxtla saat 13
00
-dır. A-dan 6660 km şərqdə yerləşən
B məntəqəsində yerli vaxtla saat neçədir?
A) saat 23
00
B) saat 17
00
C) saat 9
00
D)saat 15
00
E)saat 11
00
35. Sibir regionu türk dövlət qurumlarının təsərrüfat və
nəqliyyat yollarının zəif inkişafının səbəbləri:
A)ərazilərin dağlıq relyefi, sərt iqlim şəraiti
B)ərazilərin dağlıq relyefi, əmək ehtiyatlarının bolluğu
C)faydalı qazıntıların kasıblığı, düzən relyef
D)faydalı qazıntıların kasıblığı,əmək ehtiyatları ilə zəif
təminat
E)seyrək məskunlaşma,xarici ölkələrlə həmsərhəd olmaları
36. Xəritə-sxemdə rəqəmlərə əsasən rekultivasiya
tədbirlərinin həyata keçirilməsi vacib olan ərazilər:
A) 1,3,5 B) 2,4,6 C) 1,3,4 D) 2,5,6 E) 4,5,6
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – XI sinif ( A variantı)
37. Təyyarə coğrafi koordinatları 20
0
c.e.,80
0
ş.u. olan A
məntəqəsindən 90
0
azimutla 60
0
uçduqdan sonra B
məntəqəsində yerə enmişdir. B məntəqəsinin yerləşdiyi
saat qurşağını müəyyən edin.
A) X B) II C) V D) IX E) XV
38. Temperaturu 30
0
C olan 10 m
3
doymuş havanı 20
0
C-yə
qədər soyutduqda ondan nə qədər su ayrılar (20
0
C-də 1 m
3
havada 17 qr, 30
0
C-də isə 30 qr su buxarı var)?
A) 300 q B) 130 q C) 170 q D) 200 q E) 150 q
39. Əraziyə siklon daxil olarsa, hansı atmosfer hadisələri
müşahidə olunar?
A) soyuq, quru, buludsuz hava
B) şaxtalı, quru, aydın hava
C) buludlu, küləkli, rütubətli hava
D) quraq, çiskinli, şaxtalı hava
E) isti ,quru, küləkli hava
40. A məntəqəsində yerli vaxtla saat 5:16-dır. B
məntəqəsində yerli vaxtla saat 19:44 olduğu məlumdursa,
onun yerləşdiyi saat qurşağını təyin edin.
A) XIX B) XX C) XXI D) XXII E) XV
.
Dostları ilə paylaş: |