Ġradə Əlili Mənim sevgi



Yüklə 2,6 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix06.05.2018
ölçüsü2,6 Kb.
#42343
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

HĠÇ GELMEYECEK 
 
ġair değilim diyorsun, Ģiir yazamam 
Tokundun kalbimin ince teline 
Senin bu acına hiç dayanamam 
Döndü göz yaĢlarım bahar seline. 
Anneden, yardan da ayrı kalmak zor 
Bu hasret gözlerde bir duman, bir tor 
Sevgilim, hasreti gel bana da sor. 
Bu acı beni de yıpratmıĢ yaman 
Aman istemiĢim taleden, aman! 
Efkarlar icinde olsam da bile 
Yazın geliĢini hep beklemiĢim 
Geceler ülkeri, günüz güneĢi 
KıĢda baharımı ben özlemiĢim.  
Sevgilim, hesretle sen yazı bekle 
Hiç gelmeycek bahar olurmu! 
Seven yureyine sevigiler ekle 
AĢıklar elinde güller solurmu!? 
 
  
 
 
 
 
 


ANA, SƏNSĠZ KEÇĠRDĠM 
 
Baxıram göylərə ulduzlar yanar. 
Ayın Ģöləsinin min aləmi var. 
Həsrətin yoludur kədərimdə dar 
Bu yorğun gecədə ürəyim qanar, 
Ana, bu yazı da sənsız keçirdim! 
Ömrümdən bir ili belə bitirdim! 
 
Gözüm yollarının həsrətindədir, 
Təəssüf, gümanım səni səsləyir. 
Ümidə təsəllim ancaq səndədir, 
Ürəyim yanaraq sənə gəl, deyir, 
Ana, bu yazı da sənsiz keçirdim! 
Ömrümdən bir ili belə bitirdim! 
 
Ġstəməzdin baĢım ağrıya belə, 
Çəkərdin nazımı sən sevə-sevə, 
Qoymazdın yadları göz yaĢım silə 
Ġndi o qayğına, həsrətəm elə! 
Ana, bu ad günün sənsiz keçirdim! 
Ömrümdən bir ili belə bitirdim! 
  
 
 
 
 


ARZUM YOXDUR 
 
Tanrıdan diləyim çox olardı, çox, 
Qəfil qasırğalar susdurdu məni. 
Qara taleyimə əsdi ruzigar, 
Sanki Ulu Varlıq unutdu məni! 
 
Ondan istəmiĢdim bir vəfalı yar, 
Körpə nəfəsiylə ocaq istisi, 
DiləmiĢdim ondan min-min arzular, 
Ümidim, xəyalım heç oldu mənim! 
 
Bir Ģirin kəlməyə möhtac olanda, 
Təsəlli arayıb hey axtarıram. 
PeĢiman baxıĢım dumanlananda, 
Körpə təbbəssümü soraqlayıram. 
 
Tənhalıq olubdur ömrümə bəzək
Yaralı könlümü bu qəm, hey əzər, 
Həyat gözəlsə də, mən onu sezməm, 
Bu dünya vəfasız, vəfalı gəzməm! 
 
  
 
 
 
 
 
 


SEVĠRSƏNSƏ MƏNĠ, SEV HƏMĠġƏLĠK 
 
Sevirsənsə, məni sev həmiĢəlik! 
Uyma yad baxıĢa, özgə gülüĢə. 
Hissini qəlbində saxla ömürlük 
Qoyma, mən can atım yalan görüĢə. 
 
Sevirsənsə, məni sən sev ürəklə, 
Ürəyin alovu bil, əvəzsizdir! 
Döyünsə, sevərək min bir diləklə
Ona gərəyəm mən o, bil, mənsizdir. 
 
Sevirsənsə, məni sev gözlərinlə, 
O gülən gözlərin açılan çiçək, 
Ġstərəm ömürlük həmdəmi olub 
Gözündən könlümə mən verim bəzək. 
 
  
 
 
 
 
 
 


ġƏKLĠNDĠR TƏSƏLLĠM 
 
Evimin bəzəyi olan Ģəklinə 
Baxıb səndən sənə umub küsmüĢəm. 
Qüssənin, kədərin, bir də hicranın, 
DüĢüb alovuna hey dillənmiĢəm. 
Tənha duruĢuma, həsrət gözümə 
PəriĢan saçıma o, sığal oldu. 
Yandım alovunda döndüm közə mən, 
Xatirən küləktək külüm sovurdu. 
Taleyim beləcə çəkmiĢ naxıĢı 
Kədərim könlümdə bir dağa dönür. 
PeĢiman gözümün qərib baxıĢı 
ġəklinə baxdıqca sozalır, sönür. 
 
  
 
 
 
 
 


SƏNĠ DƏ YANDIRACAĞAM 
 
Niyə sızlayırsan sən bilə-bilə
Ay mənim bəlalı yaralı könlüm. 
Niyə məlul-məlul baxırsan belə, 
Qoyma, alıĢaraq mən külə dönüm, 
Yansam, mən səni də yandıracağam. 
Sanma vəfasızda ilqar olarmıĢ. 
Qönçəyəm, açmamıĢ tez solacağam, 
Unutma, sevgidə qürbət də varmıĢ. 
Yanan könül kimi sən gəl, dillənmə, 
Qorxuram, ünümə kimsə yetiĢməz. 
Əhdə vəfasıza sən ürək vermə, 
Qəlbində qüssənin sonu bilinməz. 
Döndərib hissini çalınan neyə, 
Yanma bu atəĢə, bu alov-oda. 
Nəyə inanım mən, de bir, mən nəyə! 
Küskün duyğularım düĢməyir yada, 
Ġtən illərimin son varağında... 
 
  
 
 
 
 
 
 


SOYUQ BAXIġLARIN 
 
Soyuq baxıĢların ağır bir günah
Alovlu hissləri söndürə bilər. 
Bu dərdli yükümü azalt sən, Allah, 
Könül dilə gəlib sızlaya bilər. 
Gözlərim könlündən arasa haray, 
Gözüm baxıĢında buz ola bilər. 
Hicranım qövr edər, yanar bu qəlbim, 
Gözümdə yaĢım da bulana bilər. 
Könlümdə vüsalım yorğun düĢərsə 
Didəm qanlı yaĢla yuyuna bilər 
Yorğun pıçıltıyla danıĢıb ürək  
Son sözün inləyib dillənə bilər. 
 
  
 
 
 
 
 
 


AXTARMA MƏNĠ 
 
“Axtarma” dediyin bir kəlmə ilə 
Gözümdə dünyanın günəĢi söndü. 
Buludlandı çöhrəm, gözüm qaraldı, 
Köksümdə ürəyim bir daĢa döndü. 
Daha əvvəlkitək baxmayan gözlə 
Dünyanı ələmlə mənə pay verdin. 
“Unut gəl, sən məni, unut”, deməklə, 
Kövrək hisslərimə xəyanət etdin. 
Ġndi baxıĢların buzdan da soyuq, 
Ürəyin sözünə çaĢqındır yolu. 
Etdin həsrətimi könlündə buruq, 
Ġlğım gülüĢlərin yalanlar dolu. 
 
  
 
 
 
 
 
 


MƏNSĠZ MƏNĠMLƏ 
 
Sənsiz qəlbindəyəm onu bil ki mən, 
Bu ürkək ruhumu anlada bilsəm! 
Hissimsən, duyğumsan, həmdəmimsən sən, 
Səninlə sənləyəm, sənsiz də sənlə. 
 
Dağlar sis dumansız yaĢaya bilməz, 
Arzunun ümidə sözü tükənməz. 
Pərvanə çıraqsız ömrünü verməz, 
Yandım bu atəĢədə, sənsiz səninlə. 
 
Haraya baxdımsa, gördüm mən səni
Duydum pıçıltılı həzin səsini. 
ÇəkirmiĢsən demə, mənli həsrəti 
Sən də mənimləsən, sənsiz mənimlə! 
 
  
 
 
 
 
 


Yüklə 2,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə