R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent


lərin bütöv bir sistemindən ibarətdir.  Məcəllələr sistemləşdirilmiş qanun­



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə125/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   121   122   123   124   125   126   127   128   ...   131

lərin bütöv bir sistemindən ibarətdir.  Məcəllələr sistemləşdirilmiş qanun­
vericilik  aktlarıdır.  Onlar  cəmiyyətdə  mövcud  olan  ən  ümumi  və  zəruri 
münasibətlərin  tənzimlənməsində  əhəmiyyətli  rol  oynayırlar.  Məsələ 
burasındadır  ki,  məcəllələrlə  yeni  qəbul  olunan  qanunvericilik  aktları 
arasında uyğunluq az olduqda və ya heç olmadıqda, vəziyyət bir qədər də 
mürəkkəbləşir.  Belə  ziddiyyətləri  ilk növbədə  məhkəmə  və  digər hüquq- 
mühafizə  orqanları  hiss  edirlər.  Qanunvericilik  aktları  arasında  mövcud 
olan  uyğunsuzluqlar  və  aşkar  ziddiyyətlər  məhkəmə  sisteminin  işini  çə­
tinləşdirir və hüquq qaydalarına əməl olunmasına, onların icrasına nəzarət 
edən hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün əngəllər törədir.
Beləliklə,  hüquq-mühafizə  sisteminə  təzyiqlərin  müxtəlif növləri  və 
formaları  öz  məcmusu  ilə  elə  bir  şərait  yaradır  ki,  «Qanun  hər  şeydən 
yüksəkdir»  prinsipini  mütləq  azad  və müstəqil  şəkildə realizə  etmək  son 
dərəcə mürəkkəbləşir.  Nəticədə isə hüquqla real həyat arasında böyük bir 
boşluq yaranır.
4 80
ON BEŞİNCİ FƏSİL
HÜQUQİ KONFLİKTOLOGİYA
1.  Hüquqi kokfliktologiya anlayışı
Hər  hansı  sivil  cəmiyyətin  münaqişəsiz  (konfliktsiz)  ötüşmosini 
təsəvvür etmək qeyri-mümkündür.  Əslində isə sosial  (və ya hüquqi,  siya­
si,  iqtisadi  və  s.)  münaqişələrin  olmadığı  cəmiyyətdə  (hərçənd  ki,  belə 
cəmiyyəti  təsəvvür etmək  çətindir)  mənfiliklərin  və  çatışmazlıqların  qiy­
mətləndirilməsi,  bunların  aradan  qaldırılması  və  ya  qarşısının  alınması 
üzrə  tədbirlərin  işlənib  hazırlanması,  daha  optimal  inkişaf variantlarının 
axtarılması  və  s.  də  mümkün  olmazdı.  Başqa  sözlə,  sosial  münaqişələr 
istənilən cəmiyyətin bir növ labüd cığırdaşıdır.
Ona  görə  də  «sosial  münaqişələr  kündəlik  həyatımızın  reallığı  ol­
muşdur.  ...Siyasi  liderlərin və  partiyaların  qarşıdurması,  millətlorarası  və 
regional  ixtilaflar,  cinayətkar  aləmin  «didişmələri»  adamları  demək  olar 
ki,  hör  gün  qıcıqlandırır,  dövlət  həyatının  və  ictimai  həyatın  yeni-yeni 
problemlərini yaradır. İqtisadi, siyasi institutlarda və hüquq institutlarında 
baş  verən yenidənqurmalar xüsusən  də  müasir böhranlı  şəraitdə  müxtəlif 
münaqişələrin kəskinləşməsi ənənələrinin dəyişməsinə hələ nəzərə çarpan 
təsir göstərməmişdir».1
Hər  hansı  müasir dövlətdə  və ya  cəmiyyətdə  böhranlı  şəraitin  möv­
cud olması səbəbsiz deyildir.  Yaranmış hər bir situasiya müəyyən məkan­
da  və  zaman  kəsiyində çatışmazlıqların,  yaxud gerçəkliyin  əlamət  göstə­
ricisi  kimi  təzahür  edir.  Belə  situasiyaların  qarşısının  vaxtında  alınma­
ması,  qabaqlayıcı  tədbirlərin  görülməməsi  və  yaxud  təşkilati  tədbirlərin 
qəbuluna  hazırsızlıq  münaqişəli  vəziyyətin  yaranmasına  və  dərinləşmə­
sinə səbəb olur.
Müasir sosiologiya münaqişəni  fərdlər,  müxtəlif sosial  qruplar və ya 
institutlar  (cəmiyyətin  sosial  subyektləri)  arasında  qarşılıqlı  hərəkətlərin, 
münasibətlərin  bir  növü  kimi  nəzərdən  keçirir,  Bu  cəhətdən  hüquqi 
münaqişə  sosial  münaqişənin  növlərindən  biri  qismində  çıxış  edir.  Ona 
görə  də  münaqişəli problemlərin  hüquq  elminik  müvafiq  sahəsinin  müd-
1  Юридическая  конфликтология /  П од ред.  В.Н.Кудрявцева.  М .,  1995,  с.З.
481


dəaları  ilə  sintezi  həmişə  maraq  doğurmuş  və  indi  də  doğurmaqdadır. 
Məsələ  burasındadır  ki,  bir  çox  sosial  münaqişələr  hüquq  münasibətləri 
sferasının  müxtəlif  mərhələlərində  baş  verir,  müəyyən  yuridik  situasi­
yaların  nəticəsi  kimi  təzahür  edir,  son  həddə  yenə  də  hüquqi  vasitələrin 
tətbiqi yolu  ilə həll  edilirlər.  Təsadüfi  deyildir ki,  hüququ  tətbiqetmə or­
qanları  öz  fəaliyyətinin  xeyli  hissəsini  münaqişələrin  tədqiqinə,  onlara 
dair  işlərə  baxılmasına  və  onların  ən  müxtəlif təzahür  formalarının  qar­
şısının  alınmasına,  eləcə  də  həlimə  sərf edirlər.  Məhz  bunun  nəticəsidir 
ki,  hüquqi  konfliktologiya  adlandırılan  xüsusi  elmi  tədris  fənninin  iş­
lənib hazırlanmasına kəskin ehtiyac və tələbat yaranmışdır.
İnsan  cəmiyyətində  mövcud  olan  münasibətlər  mürəkkəb  və  çoxşa- 
xəli olduğuna görə münaqişələr də ən müxtəlif səviyyələrdə baş verir. Bu 
nöqteyi-nəzərdən insan cəmiyyətində baş  verən  fərdi,  etnik münaqişələri, 
sosial qrupların münaqişələrini, dövlətlərarası beynəlxalq münaqişələri və 
s.  fərqləndirmək  olar.  Belə növ münaqişələr  içərisində  öz  spesifikliyi  ilə 
hüquqi  münaqişələr  diqqəti  daha  çox  cəlb  edir.  V.N.Kudryavtsev  yazır: 
«Hüquqi  münaqişənin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  o  özünün  hər  bir 
səviyyəsində bu və ya digər hüquq normasının  ya icrası  (realizəsi), ya da 
pozulması  ilə  və  bu,  müvafiq  surətdə  fiziki  və  hüquqi  şəxslər  arasında 
hüquq  münasibətlərinin  yaranması,  dəyişməsi  və  ya  xitamı  ilə  bağlıdır. 
Çünki  istənilən dövlətin  hüquq  sistemi,  habelə  beynəlxalq hüquq norma­
ları  dövlət  (və  ya  beynəlxalq  birlik)  tərəfindən  sanksiyalaşdmlır  və  mü­
hafizə olunur, hüquqi münaqişədə adətən,  iki  (münaqişə aparan) deyil, üç 
tərəf iştirak  edir;  münaqişənin  inkişafına,  həllinə  və  ya  qarşısının  alın­
masına hüquq-mühafizə (hüququ tətbiqetmə) orqanları  şəxsində tez və ya
 
gec cəlb olunan daha bir dövlət də olur».1
Hüquqi  münaqişə  sosial  münaqişənin  bir  növüdür.2  Sosioloqlar  sosial 
münaqişəni  fərdlər,  qruplar  və  ya  institutlar  (sosial  subyektlər)  arasındakı 
qarşılıqlı fəaliyyətin (hərəkətlərin) növlərindən biri kimi qiymətləndirir.
«Münaqişə»  anlayışından  humanitar  elmi  ədəbiyyatlarda  müxtəlif 
mənalarda  istifadə  olunur.  Məhz  buna  görə  də  «münaqişə»  termini  ilə 
bağlı təriflər həm çoxsaylı,  həm də  nisbi müxtəlif məzmunludurlar. Mü­
naqişə anlayışının tərifinə ən ümumi yanaşma ona ən ümumi anlayış kimi 
ziddiyyət,  hər  şeydən  əvvəl,  sosial  ziddiyyət  vasitəsilə  tərif verilməsin­
dən ibarətdir.
1 Юридическая конфликтология / Под ред. В.Н.Кудрявцева. М.,  1995, с.6.
2 Юридическая социология: Учебник. М., НОРМА-ИНФРА, 2000, с.ЗЗЗ.
482
Sosial  ziddiyyətin  əsasını  tərəflərin  mühüm,  yəni  bir-birinə  qarşı 
duran  fərqləri  təşkil  edir.  Ziddiyyətlər  tərəflərin  toqquşması  olmadan  da 
inkişaf edə  və  həll  oluna  bilər.  Ziddiyyətlərin  yalnız  ən  böhranlı  həddə 
çatanları  münaqişəyə  çevrilə  bilərlər.  Bu  nöqteyi-nəzərdən  sosial  müna­
qişə  dedikdə,  adətən,  elə  qarşıdurma  növü  başa  düşülür  ki,  bu  zaman 
tərəflər  müəyyən  ərazini  və  ya  ehtiyatlan  ələ  keçirməyə,  müxalifətçi 
fərdləri  və ya qrupları,  onların  mülkiyyətini və ya mədəniyyətini  hədələ­
məyə səy göstərir və beləliklə də mübarizə hücum və ya müdafiə forması 
alır.  Sosial münaqişə özündə həm də rəqibin fəaliyyətini  cilovlayan və ya 
digər  insanlara  (sosial  qruplara)  ziyan  vuran  fərdin  və  ya  qrupların 
fəallığım ehtiva edir.
Beləliklə,  ziddiyyət  və  münaqişə  bir-birilə  tam  və  hissə  kimi  qar­
şılıqlı  əlaqədədir.1  Münaqişə  bir  çox  sosioloqlar  tərəfindən  ziddiyyətin 
inkişafının mərhələsi, ən kəskin məqamı kimi izah olunur. Münaqişə olan 
yerdə  həmişə  ziddiyyət  aşkar  olunur.  Lakin  ziddiyyətin  mövcud  olduğu 
yerdə münaqişənin fatal labüdlüyü olmur.
Göstərilənlərə  əsasən  belə  nəticəyə  gəlmək  olar  ki,  münaqişə  zid­
diyyətlərin  aşkar olunması  və  həlli  üsuludur.  Əgər  əks  qüvvələr,  onların 
maraqlan  açıq  qarşıdurmaya  keçən  gərginliyə  səbəb  olarsa,  bu  qarşı­
durmaya tez  və  ya  gec  bir zamanda son  qoyulması  təbiidir.  Münaqişə  və 
onun həlli yaranmış situasiyadan çıxmağın yollarından biridir.
Ziddiyyətlərin  həlli  sosial  münaqişənin  obyektiv  funksiyasıdır.  Bu 
onun  iştirakçıların  məqsədləri  ilə  üst-üstə  düşməsi  demək  deyildirmi? 
Xeyir, belə üst-üstə düşmə heç do həmişə mövcud olmur.  Əgər münaqişə 
tərəflərindən  birinin  məqsədi  həqiqətən  də  ziddiyyəti  aradan  qaldırmaq 
(məhz  özünün  xeyrinə)  olarsa,  digər  tərəfin  məqsədi  isə  status-kvonun 
qorunub  saxlanması,  münaqişədən  yayınma,  yaxud  ziddiyyətin  tərəflərin 
qarşıdurması  olmadan  həlli  ola  bilər.  Münaqişədə  hətta qarşı  duran  tərəf­
lərin  özləri  deyil,  münaqişə  fitnəkarlığı  yaradan  üçüncü  tərəf maraqlı  ola
 
bilər.  Ona  görə  do  münaqişənin  funksiyası  onun  iştirakçıları  mövqe­
yindən daha çoxşaxəli ola bilər.2
Hüquqi  münaqişənin  spesifikliyi.  Cəmiyyət  həyatının,  eləcə  də 
cəmiyyət  üzvlərinin  həyat  və  fəaliyyətinin  münaqişəsiz  olan  sahəsini 
təsəvvür etmək çətindir, Nə  ailə,  nə  iqtisadiyyat və  siyasət,  nə  istehsalat, 
nə  də  milli  münasibətlər  sferası  münaqişəsiz  ötüşə  bilmir.  Bu  nöqteyi-
1 Юридическая социология: Учебник. M., НОРМА-ИНФРА, 2000, c.334.
2 Юридическая конфликтология / Под ред. В.Н.Кудрявцева. М.,  1995, с. 12.
483


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə