R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ


XI. 1. Avstraliya Ittifaqı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   45   46   47   48   49   50   51   52   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

 

XI. 1. Avstraliya Ittifaqı 

 

Avstraliyanın  sahəsi  7682  min  kv.km,  əhalisi  19,55  mln. 



nəfərdir.  Əhalinin  hər  kv.km-də  orta  sıxlığı  2,5  nəfərdən  artıqdır. 

Onun  təbii  artımı  0,55  %-dən  çoxdur.  Kişilərdə  orta  ömür  sürmə 

77,2  il,  qadınlarda  isə  83  ilə  bərabərdir.  Əhalinin  73  %-i  ingilis-

avstraliyalılardan,  20  %-dən  artığı  Avropa  mənşəlilərdən  ibarətdir. 

Ye'rli  əhali  ümumi  əhalinin  2  %-indən  artıqdır.  Dövlət  dili  ingilis 

dilidir.  75  %  əhali  xristianlardır.  Şəhər-kənd  əhalisi  arasında  çox 




böyük  fərq  müşahidə  olunur.  O,  35:65  nisbətindədir.  Paytaxtı 

Kanberradır. Paytaxtda 310,5 min əhali yaşayır. 

Avstraliya  ərazisi  6  ştata  və  2  əraziyə  bölünür.  Avstraliya 

Böyük  Britaniyanın  başçılıq  etdiyi  Birliyə  daxil  olan  federativ 

döviət  sayılır.  Dövlət  başçısı  Böyük  Britaniyanın  kraliçasıdır.  2 

palatalı  federal  parlament  qanunvericilik  orqanı,  icraedici 

hakimiyyət isə general-qubernator şəxsində kraliça sayılır. 1984-cü 

ildə yaradılmış Avstraliya liberal partiyası, 1891-ci ildən bünövrəsi 

qoyulan  Avstraliya  leyboristlər  partiyası,  1916-cı  ildən  yaradılmış 

Avstraliya Milli Partiyası, 1977-ci ildən fəaliyyətdə olan Avstraliya 

Demokratlar  partiyası  aparıcı  hesab  olunurlar.  Avstraliya  bir  çox 

Beynəlxalq təşkilatların, o cümlədən Đqtisadi Əməkdaşlıq və Đnkişaf 

Təşkilatının, Kolombo Planının üzvüdür. Avstraliya yüksək inkişaf 

etmiş sənaye-aqrar ölkəsi hesab edilməklə Ümumi Daxili Məhsulda 

sənaye - 26 %, kənd təsərrüfatı - 3 %-dən artığa çatmır. Dağ-mədən 

(dəmir  fılizi,  əlvan  metal  fılizləri,  uran,  qızıl,  gümüş,  daş  kömür, 

qonur  kömür,  neft,  təbii  qaz),  qara  və  əlavan  metallurgiya, 

maşınqayırma  -  xüsusilə  avtomobil,  elektronika,  elektron, 

dəzgahqayırma,  dəmir  yolu,  kənd  təsərrüfatı  maşınqayırması,  neft 

emalı  və  kimya,  neft-kimya  ölkədə  məhsuldar  qüvvələrin  inkişafı 

və  daha  düzgün  yerləşləşdirilməsində  aparıcı  sayılan  sənaye 

sahələridir. 

Kənd  təsərrüfatının  əsasında  zərif  yunlu  qoyunçuluq,  ətlik, 

südlük  istiqamətli  iribuynuzlu  heyvandarlıq  sahəsi  durur. 

Əkinçilikdə  taxılçılıq,  şəkər  qamışı,  pambıq,  meyvə,  üzüm 

becərilməsi gəürli sahələrdəndir. 

Nəqüyyatın  bütün  növlərinin  inkişafı  üçün  hər  cür  şərait 

vardır. Dəmir yolları uzunluğu - 40,5 min km, avtomobil yolları isə 

838  min  km  uzunluğa  malikdır.  Dampir,  Port-Xedlend,  Nyukasl, 

Sidney,  Qladston,  Xey-Poynt,  Melburn,  Port-Kembla,  Frimantl 

kimi  tanınmış  dəniz  limanları  yaradılmışdır.  Hava  nəqliyyatının 

fəaliyyətində  Sidney,  Melburn,  Darvin,  Pert  kimi  beynəlxalq  hava 

limanları böyük rol oynayırlar. 

Xarici  ticarətdə  ixrac  olunan  məhsullardan  mühünı  növ 

xammallar,  kənd  təsərrüfat  məhsulları,  müxtəlif  növ  maşın  və 

avadanlıqlar,  idxalatda  nəqliyyat  vasitələri,  istehlak  malları,  maşın 

və avadanlıqlar, kimya məhsulları, yanacaq, sürtkü yağları üstünlük 



təşkil  edir.  Xarci  ticarətdə  ABŞ,  Yaponiya,  Çin,  Koreya 

Respublikası,  Yeni  Zelandiya,  Avropa  Birliyi  ölkələri  və  ASEAN 

apancı  tərəfdaşlardır.  Son  illər  ölkədə  ÜDM  istehsalı  515  mlrd. 

dollar,  adambaşına  Ümumi  Daxili  Məhsul  istehsalı  isə  27  min 

dollardan  artıq  olmuşdur.  Ölkədə  Avstraliya  dolları  (100  sent) 

başlıca pul vahidi hesab edilir. 

 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə