Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə9/138
tarix12.08.2023
ölçüsü2,51 Mb.
#120540
1   ...   5   6   7   8   9   10   11   12   ...   138
Quranın Elmi Ecazkarlığı

MÖTƏBƏR ELMİ TƏFSİRİN MEYARLARI 
HANSILARDIR? 
Ötәn bәһslәrdәn göründüyü kimi biz elmi tәfsirin üç 
üsulundan yalnız birini (Quranın daһa yaxşı başa 
düşülmәsi üçün müxtәlif elmlәrdәn istifadә olunmasını) 
qәbul etdik vә empirik elmlәrin müddәalarının sırf eһtimal 
olduğu һaqqında söһbәt açdıq. İndi isә tәfsirçinin (Quran 
şәrһçisinin) vә mötәbәr, düzgün tәfsirin şәrtlәrinә nәzәrәn 
aşağıdakı meyarları elmi tәfsirin dolğun, mötәbәr tәfsir 
olması üçün zәruri һesab edirik: 
1. Elmi tәfsir elә bir tәfsirçi tәrәfindәn һәyata 
keçirilmәlidir ki, o, tәfsirçi üçün nәzәrdә tutulan lazımi 
şәrtlәri özündә toplamış olsun. Tәfsirçi әrәb әdәbiyyatı, 
ayәlәrin nazil olma sәbәblәri, ayәlәrlә bağlı tarixi faktlar, 
quranşünaslıq, һәdisşünaslıq vә üsul elmlәri ilә tanış 
olmalı, fәlsәfi, elmi, ictimai (sosioloji), әxlaqi (etik) 
baxışlardan xәbәrdar olmalı, һәr cür öngörәnlikdәn, tәtbiq 
vә tәһmildәn uzaq olmalı, tәfsir elminә dәrindәn 
yiyәlәnmәli, amma tәfsirçilәri tәqlid etmәmәlidir
2

1
“Yasin”, 36. 
2
Bax: “Dәramәdi bәr tәfsire-elmiye-Quran”, sәһ. 185-205. 


15 
2. Tәfsir edәrkәn mötәbәr tәfsirin meyarlarına riayәt 
olunmalıdır. Hәmin meyarlara misal olaraq aşağıdakıları 
göstәrmәk olar:
Düzgün tәfsir üslubuna uyğun tәfsir etmәk, doğruluğu 
sübuta yetmiş һәdislә ziddiyyәt tәşkil etmәmәk, qeyri-
zәruri öngörәnliklәrә yol vermәmәk, tәfsirin digәr ayәlәrә 
vә ya sağlam әqlinәticәlәrә qarşı çıxmamaq, münasib vә 
doğru qaynaqlardan bәһrәlәnmәk vә s.
1

3. Elmi tәfsir qәti elmi müddәalara әsaslanmalıdır (yәni 
әsaslandığı elmi müddәalar yalnız tәcrübә deyil, әqli 
dәlillәrlә dә tәsdiqlәnmәlidir). Tәcrübi elmlәr sonradan 
sübuta eһtiyacı olan yalnız eһtimal olunan müddәalar
hipotezlәr әmәlә gәtirir. Çünki burada yalnız natamam 
induksiya әsas götürülәrәk ümumilәşdirilsә dә qarşı tәrәfin 
eһtimalını sıfra endirmir vә elә buna görә dә burada qәti 
әqlinәticәdәn söһbәt gedә bilmәz. Son elmi nәzәriyyәyә 
görә ümumiyyәtlә elmi qanun yoxdur. Sadәcә faydalı 
nәzәriyyә vә hipotezlәr (fәrziyyәlәr) mövcuddur. Buna 
görә dә elmi müddәalarla bağlı bir neçә eһtimal irәli 
sürülür; 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə