Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk


İkinci: “Göyləri, Yeri və onların arasındakıları altı  gündə xəlq edən ... Allahdır” 1 .  Qeyd



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə21/138
tarix12.08.2023
ölçüsü2,51 Mb.
#120540
1   ...   17   18   19   20   21   22   23   24   ...   138
Quranın Elmi Ecazkarlığı

İkinci:
“Göyləri, Yeri və onların arasındakıları altı 
gündə xəlq edən ... Allahdır”
1

Qeyd:
Fikrimizcә, 
“اَمُهَنأيَب اَمَو َض أرَ ألْاَو ِتاَواَمَّسلا”
(göylәr, 
Yer vә onların arasında olanlar) ifadәsi bütünlüklә 
obyektiv gerçәkliyi nәzәrdә tutur. 
Üçüncü:
(Ya Peyğəmbər!) De: "Doğrudanmı siz Yeri iki 
gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O 
ki, aləmlərin Rəbbidir! O, yer üzündə möhkəm durmuş 
dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) 
istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini 
dörd gündə (mövsümdə) müəyyən etdi. Sonra Allah tüstü 
(düman) halında olan göyə üz tutdu (göyü yaratmaq 
qərarına gəldi). Ona (göyə) və Yerə belə buyurdu: "İstər-
istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın 
əmrinə itaət edərək) vücuda gəldik!" - deyə cavab verdilər. 
Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə 
əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib 
bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə 
(ulduzlarla) bəzədik və (onu) hifz etdik. Bu, yenilməz 
qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli 
hökmü, qanunudur)!
2
"
“(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki 
(Allah) onu yaratdı; Qübbəsini ucaltdı, düzəldib nizama 
saldı; Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?! Bundan 
sonra da Yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və 
yaşamaq üçün onu yararlı hala saldı). Ondan suyunu və 
1
Sәcdә, 4; Furqan, 59; Qaf, 38. 
2
Fussilәt, 9-12.


38 
otlağını çıxartdı. (Orada) dağları yerləşdirdi. (Bütün 
bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür”
1
.
Birinci qrup ayәlәrdә eyni mәzmun tәkrar olunmuşdur. 
Yәni Alaһın göylәri vә Yeri altı gündә (موي) yaratdığı qeyd 
olunmuşdur. İkinci qrup ayәlәrdә “اَمُهَنْیَب” [
bəynəhuma

sözü dә әlavә edilmişdir. Yәni Allaһın göylәri, Yeri vә 
onların arasındakıları altı gündә xәlq etdi. Üçüncü qrup 
ayәlәrdә (Fussilәt, 9-12) ümumilikdә sәkkiz gündәn söһbәt 
açılmışdır. Burada bir neçә sual meydana çıxır. 
Sual
:
Ayәdә sözü keçәn “موي” [
yəvm
] gün sözündәn 
mәqsәd nәdir? Günәş, Yer, gecә vә gündüz yaranmadan 
dünyanın altı gündә (gün çıxandan batana qәdәr olan 
fasilә) yaranması һaqqında danışmaq olarmı? 
Cavab
:
“موي” [
yəvm
] sözünün ilkin mәnası mütlәq 
mәnada mәһdud zamandır. İstәr bu zaman az olsun, istәr 
çox, istәr konkret (maddi) olsun, istәr abstrakt (mücәrrәd), 
istәr gündüz olsun, istәrsә dә gecә vә gündüz. Quranda isә 
bir neçә mәnada işlәnmişdir: 
1) Gün çıxandan batana qәdәr olan zaman kәsiyi;
2
2) Müәyyәn bir zaman kәsiyi (mövsüm);
3
3) Maddi anlayış xaricindә olan zaman (axirәt günü, 
Qiyamәt günü vә s.)
4

Sual:
Әgәr “موي” [
yəvm
] sözündәn mәqsәd bizim başa 
düşdüyümüz adi gündürsә, o zaman bu ayәlәrin elmi 
nailiyyәtlәrlә yaranan tәzaddı necә һәll olunur? (Yeni elmi 
kәşflәrә görә dünya milyard illәr әrzindә meydana 
gәlmişdir). 
1
Naziat, 27-33. 
2
Bәqәrә, 2. 
3
İbraһim, 5; Ali-İmran, 140. 
4
Bax: “Mufrәdati-Rağib”. 


39 
Cavab:
Ayәlәri bütövlükdә nәzәrdәn keçirdikdә 
göylәrin vә Yerin altı gündә yaradıldığı, gündәn isә 
mәqsәdin mövsüm vә ya mәrһәlә olduğu qәnaәtinә gәlirik. 
Belә olan һalda elmi kәşflәrlә ayәlәr arasındakı ilkin 
ziddiyyәt dә qalxmış olur. Çünki ayәdә “موي” [
yəvm

sözündәn mәqsәd altı mövsüm vә ya altı mәrһәlәdirsә, adi 
gün deyilsә, demәli һeç bir ziddiyyәt qalmır vә dünyanın 
yaradılması ilә Quran ayәlәri elmi kәşflәrlә bir-birini 
tamamlayır. 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə