8
“Şübhəsiz ki, Biz Zikri (Quranı) tədricən nazil etdik və şübhəsiz ki, Biz onun
mühafizəçisi olacağıq.”
1
Qurani-Kərim əmr və qadağaları bəyan edir, düyünləri açır:
. َﻦﻴِﻤِﻠْﺴُﻤْﻠِﻟ ﻯَﺮْﺸُﺑ َﻭ ًﺔَﻤْﺣَﺭ َﻭ ﻯًﺪُﻫ َﻭ ٍءْﻰَﺷ ِّ ﱢﻞُﻜِﻟ ﺎًﻧﺎَﻴْﺒِﺗ َﺏﺎَﺘِﻜْﻟﺍ َﻚْﻴَﻠَﻋ ﺎَﻨْﻟﱠﺰَﻧ َﻭ ...
“Biz hər şeyi bəyan edən, müsəlmanlara hidayət, rəhmət və müjdə olan bu
Kitabı (Quranı) sənə nazil etdik.”
2
Qurani-Kərim elə uca
bir həqiqətə malikdir ki, əzəmətli Allah onu
“əzəmətli
Quran”
3
adlandırır, onun
“ağır bir kəlam”
4
olduğunu Öz Peyğəmbərinə (s) xa-
tırladır.
Qurani-Kərim ən gözəl kəlamdır:
... ِﺚﻳِﺪَﺤْﻟﺍ َﻦَﺴ ْﺣَﺃ َﻝﱠﺰَﻧ ُ َﷲ
“Allah sözün ən gözəlini nazil etdi...”
5
Qurani-Kərim elə gözəl bir kəlamdır ki, təkrar-təkrar oxumaq onun cəzzablığını
azaltmır, maddi insanı mənəvi və əbədi aləmə pərvazlandırır, ona pakizə həyatı göstərir.
Bu müqəddəs əmanətin həyat bəxş edən qanun və göstərişlərinə əməl etmək
sayəsində İslam cəmiyyəti çox az bir müddət ərzində dünyanın yarısına hakim ola,
dövrün misilsiz və heyrətamiz bəşər mədəniyyətini yarada bildi. Məhz Qurani-
Kərim sayəsində İslam mədəniyyəti bəşər mədəniyyəti
tarixinin ən əzəmətli və
iftixarlı mərhələsi adını qazandı.
O vaxtadək ki, bu şölələnən hidayət məşəli İslam cəmiyyətinin yolunu işıqlandı-
rırdı, izzət, əzəmət, iqtidar, şövkət və bütün ali insani keyfiyyətlər müsəlmanlarda
idi. Elə ki, Quran müsəlmanların həyat səhnəsindən yavaş-yavaş çıxarılmağa baş-
ladı, onların izzət, əzəmət və iqtidarı da zəvala uğramağa başladı. Heç şübhəsiz,
müsəlmanların tənəzzül və geridə qalmalarını onların Quranı kənara qoymala-
rında axtarmaq lazımdır. Əgər
bu müqəddəs kitab, bu böyük və qiymətli xəzinə
bizim düşmənlərimizin ixtiyarında olsaydı, ondan ən son həddə faydalanardılar.
Təəssüflər olsun ki, biz müsəlmanların, hətta ali təhsillilərimizin çoxunun Qu-
ranla tanışlığı azdır. Müsəlman cəmiyyətlərində Quran özünün layiqli yerini tut-
mamışdır. Əlbəttə, İran İslam inqilabından sonra müsəlmanların Qurana qayıdış
hərəkatı başlandı.
Dünyapərəstlərin
hay-küyü, geniş zəhərli təbliğatları nəticəsində dəyərlərin
unudulduğu bu təşviş dolu çağdaş dövrdə mənəviyyat boşluğu hər dövrdən
daha çox görünməkdədir. Bunun da nəticəsi soyuq və cansız həyatdan yorulub
1
Hicr surəsi, ayə: 9.
2
Nəhl surəsi, ayə: 89.
3
Hicr surəsi, ayə: 87.
4
Muzzəmmil surəsi, ayə: 5.
5
Zumər surəsi, ayə: 23.
9
bezməkdir. Bu səbəbdən də, hal-hazırkı dövrdə vəhy təlimlərini, qanunlarını
həyatımızın bütün sahələrinə - fərdi, ictimai, siyasi və s. - hakim etmək zərurəti
biz müsəlmanlar üçün həmişəkindən daha çox hiss olunur. Necə ki,
Həzrət
Peyğəmbər (s) buyurmuşdur:
ُﻪَﻠَﻌَﺟ ْﻦَﻣ َﻭ .ٌﻕﱠﺪَﺼُﻣ ٌﻞِﺣﺎَﻣ َﻭ ٌﻊﱠﻔَﺸُﻣ ٌﻊِﻓﺎَﺷ ُﻪﱠﻧِﺈَﻓ ؛ِﻥﺍَءْﺮُﻘْﻟﺎِﺑ ْﻢُﻜْﻴَﻠَﻌَﻓ ِﻢِﻠْﻈُﻤْﻟﺍ ِﻞْﻴﱠﻠﻟﺍ ِﻊَﻄِﻘَﻛ ُﻦَﺘِﻔْﻟﺍ ُﻢُﻜْﻴَﻠَﻋ ْﺖَﺴَﺒَﺘْﻟﺍ ﺍَﺫِﺇ
... ٌﻦْﻄَﺑ َﻭ ٌﺮْﻬَﻅ ُﻪَﻟ َﻭ ...ٍﻞﻴِﺒَﺳ ِﺮْﻴَﺧ ﻰَﻠَﻋ ﱡﻝُﺪَﻳ ُﻞﻴِﻟﱠﺪﻟﺍ َﻮُﻫ َﻭ ِﺭﺎﱠﻨﻟﺍ ﻰَﻟِﺇ ُﻪَﻗﺎَﺳ ُﻪَﻔْﻠَﺧ ُﻪَﻠَﻌَﺟ ْﻦَﻣ َﻭ ِﺔﱠﻨَﺠْﻟﺍ ﻰَﻟِﺇ ُﻩَﺩﺎَﻗ ُﻪَﻣﺎَﻣَﺃ
ُﺢﻴِﺑﺎَﺼَﻣ ِﻪﻴِﻓ ،ُﻪُﺒِﺋﺍَﺮَﻏ ﻰَﻠْﺒُﺗ َﻻ َﻭ ُﻪُﺒِﺋﺎَﺠَﻋ ﻰَﺼْﺤُﺗ َﻻ ،ٌﻡﻮُﺠُﻧ ِﻪِﻣﻮُﺠُﻧ ﻰَﻠَﻋ َﻭ ٌﻡﻮُﺠُﻧ ُﻪَﻟ .ٌﻖﻴِﻤَﻋ ُﻪُﻨِﻁﺎَﺑ َﻭ ٌﻖﻴِﻧَﺃ ُﻩُﺮِﻫﺎَﻅ
...ﻢَﻜِﺤْﻟﺍ ُﺭﺎَﻨَﻣ َﻭ ﻯَﺪُﻬْﻟﺍ
“Fitnələr sizi zülmət gecə tək bürüdüyü zaman Qurana üz tutun. Çünki
onun şəfaəti qəbul olunur və bəndələrin əməlləri barədə verdiyi xəbərlər təsdiq
edilir. Hər kim Quranı özünə rəhbər etsə, Quran onu Cənnətə yönəldər və hər
kim Quranı arxaya atsa, Quran onu Cəhənnəmə tərəf çəkər. O, bir bələdçidir
ki, insanı ən yaxşı yollara yönəldər... Quranın zahiri və batini vardır. Onun
zahiri cilvəli və gözəl, batini isə dərindir. Onun ulduzları, ulduzlarının da ul-
duzları vardır. Qəribəlikləri saya gəlmir və köhnəlmir. Onda hidayət və hikmət
çıraqları vardır...”
1
Bilməlisiniz ki, Qurani-Məcidi düzgün başa düşmək üçün öncədən bir sıra
mövzuları bilmək gərəkdir. “Quran elmləri” də məhz bu mövzuların - Quranı
başa düşmək və izah etməkdən ötrü gərəkli olan mövzuların – məcmusudur. “Qu-
ran elmləri”, yəni Quranla bağlı mövzular İslam tarixinin elə ilk əsrlərindən din
alimləri və tədqiqatçılarının diqqət mərkəzində olan mövzular olmuşdur.
“Quran elmləri”nə dair yazılan əsərləri 4 dəstəyə ayırmaq olar:
1) “Quran elmləri”nin hansısa bir mövzusu barədə, məsələn, Quranın qiraəti,
möcüzəliyi, təhrifə uğramaması, möhkəm və mütəşabih ayələri, nasix və mənsux
ayələri və s. mövzulardan
biri barədə bəhs edən əsərlər;
2) “Quran elmləri”nin bir neçə mövzusu barədə bəhs edən əsərlər;
3) “Quran elmləri”nin bütün mövzularından bəhs edən əsərlər, məsələn,
Zərkeşinin “əl-Burhan fi Ulumil-Quran” və Siyutinin “əl-İtqan fi Ulumil-Quran”
əsərləri;
4) Müfəssirlərin öz təfsir kitablarında “Quran elmləri”nin mövzuları barədə
etdiyi bəhslər.
2
Qarşınızdakı kitab qələmə alınarkən yuxarıdakı üslublardan ikincisi nəzərdə
tutulmuşdu. Yəni bu kitabda “Quran elmləri”nin bir sıra mühüm və əsas mövzu-
ları açıqlanmış, mövzuların məntiqi tərtibatına riayət edilməyə səy göstərilmişdir.
1
Usuli-kafi, c.2, s.599; Biharul-ənvar, c.89, s.17, hədis: 16.
2
Şiə və əhli-sünnənin əlli beş təfsir kitabından “Quran elmləri”nə aid mövzular üç cildli “Ulumil-Quran indəl-
mufəssirin” adlı kitabda yığılmışdır. Bu kitab Quran tədqiqatçıları üçün gözəl bir mənbədir.