Quliyev samir mayiS oğlu


III FƏSİL. MÜASİR DÖVRDƏ MALİYYƏ MENECMENTİNİN



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   25   26   27   28   29   30   31   32   33
Quliyev-Samir Mayis

III FƏSİL. MÜASİR DÖVRDƏ MALİYYƏ MENECMENTİNİN 

ALƏTLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ZƏRURİLİYİ VƏ 

ƏHƏMİYYƏTİ 

3.1. Müəssisə maliyyəsinin idarə olunmasında istifadə edilən alətlərin 

təkmilləşdirilməsi 

Müəssisələrdə  maliyyənin  idarəolunması  –  dinamik  sistemdir,  daima  inkişaf 

edir  və  təkmilləşir.  Maliyyənin  idarəolunması  sisteminin  fəaliyyəti  konkret  tarixi 

və  iqtisadi  şəraitə  uyğunlaşmasından  asılıdır.  Maliyyənin  idarəolunma  sisteminə 

eyni  zamanda  mövcud  təsərrüfat  subyektinin  xüsusiyyətləri  də  təsir  göstərir.  Qeyd 

etmək  lazımdır  ki,  hər  hansı  bir  müəssisənin  maliyyə  fəaliyyətinin 

idarəolunmasında yüksək nətigələri  aşağıdakı hallarda əldə etmək olar: 

- dünya təcrübəsində təsdiq olunmuş vacib qaydalar gözlənilsin; 

-  maliyyə  stimullarının  aktivləşməsinə  təsir  göstərən  mütərəqqi  metod  və 

formalardan  istifadə  edilsin. 

Maliyyə  menecmentinin  və  onun  alətlərinin  inkişafı  cəmiyyətin,  idarə  etmə 

metodlarının, 

maliyyənin, 

iqtisadiyyatın, 

texnikanın, 

pulun, 


beynəlxalq 

inteqrasiyanın  və s. inkişafı ilə  sıx qarşılıqlı əlaqədadır. 

Müəssisə  maliyyəsinin  idarəolunmasının  kompleks  sistemi  ilkin  mərhələdə 

istehsal  proseslərinin  arası  kəsilmədən  fəaliyyətinin  maliyyə  təminatının  təşkil 

olunmasına  və  bütün  maliyyə  resurslarından  səmərəli  istifadə  etməklə  fəaliyyətin 

son  nəticələrinin  müsbət  olmasına  yönəldilir.  Lakin  sonralar  isə  maliyyə 

menecmentinin  fəaliyyəti  daha  yaxşı  (çox  vaxt  riskli)  maliyyə  əməliyyatlarının 

aparılmasına,  investisiya  qoyuluşlarına,  mənfəətin  maksimumlaşmasına  və 

kapitalın  artmasına  yönəldilirdi.  Alimlər  tərəfindən  müəssisələrdə 

maliyyə 

menecmentinin  idarəetmə  funksiyalarının  genişləndirilməsi  məqsədi  ilə  bir  sıra 

fikirlər  irəli sürülürdü ki, onlardan da aşağıdakıları qeyd etmək olar: 

- müəssisənin  aktivlərinin  qiymətləndirilməsi  metodlarının təkmilləşdirilməsi; 

-  müəssisədə  pul  resurslarından  səmərəli  istifadə  etmək  üçün  dövriyyə 

vəsaitinin  idarəolunması  sisteminin  təkmilləşdirilməsi; 

- maliyyə  bazarının (fond birjasının) yeni alətlərinin  tətbiqi (məsələn,  opsion); 



 

66 


-  təsərrüfat  subyektlərinin  maliyyələşdirilməsi  və  kreditləşdirilməsinin  yeni 

metod və formalarının tətbiqi; 

-  kapitalın  sərfərbərliyə  alınması  və  onun  xərclənməsi  sisteminin  yeni 

formaları və metodlarının tətbiqi; 

- müəssisələrin  risklərdən  sığortalanması üsullarının yeniləşdirilməsi; 

- sair. 


Demək  olar  ki,  maliyyə  institutlarının  və  onların  xidmətlərinin  formalarının 

genişlənməsi,  proqnozlaşma,  planlaşma,  hesablaşmalar  və  təhlilin  metodlarının 

daha  təkmilləşməsi  təsərrüfat  subyektlərində  maliyyə  fəaliyyətinin  idarəolunması 

sisteminə  də  köklü  təsir  göstərdi.  Sərbəst  təsərrüfat  vahidlərinin  mənafeyi  və 

maraqları  bazar  münasibətləri  şəraitində  passiv  maliyyə  işinin  qeydiyyatından, 

gəlir  və  xərclər  üzərində  müşahidədən  müəssisənin  təsərrüfat-istehsal  fəaliyyətinin 

bütün  istiqamətlərinə  aktiv  müdaxiləyə  keçmək  və  hər  bir  əməliyyatdan  müsbət 

maliyyə  nəticəsi  almağa  yönəldi.  Eyni  zamanda,  müəssisənin  iqtisadi  potensialına, 

kapitalın  idarəolunmasına  səmərəli  maliyyə  əməliyyatlarını  aparmaqla  köklü  təsir 

etmək imkanları  da gücləndi. 

Beləliklə,  bazar  münasibətləri  şəraitində  müəssisənin  təsərrüfat  fəaliyyətinə 

maliyyə  vasitələrinin  təsirinin  gücləndirilməsi  təsərrüfat  subyektinin  ümumi 

idarəolunması  sistemində  maliyyə  menecmentinin  yerini  dəyişdirdi  və 

əhəmiyyətini  yüksəltdi. 

«Maliyyə  menecmenti»  iki  ingilis  sözü  olmaqla  (Financial  Management») 

onun  dəqiq  tərcüməsi  maliyyənin  idarəolunması  deməkdir.  Onlardan  biri  – 

menecmentin  mövcud  prosesin  xarakterini  açır,  yəni  «idarəetmə»  deməkdir,  lakin 

ikinci  söz  isə  –  yəni  «maliyyə»  -  idarəetmənin  təsir  obyektini  göstərir.  Qeyd 

olunanlar  menecmentin  xarici  görünüşünü  ifadə  edir,  lakin  onun  mahiyyəti  isə  çox 

mürəkkəbdir.  Maliyyə  menecmentinin  fəaliyyət  mexanizminin  təyinatını  başa 

düşmək  üçün  mütləq  təsərrüfat  subyektinin  idarəolunması  sistemində  onun  yerini, 

spesifikliyini,  vəzifələri  və  xarakterik  xüsusiyyətlərini  müəyyən  etmək  lazımdır. 

Məlumdur  ki,  maliyyə  menecmenti  müəssisənin  ümumi  idarəetmə  sisteminin 

ayrılmaz  tərkib  hissəsidir.  Menecmentə  müəssisənin  fəaliyyətini  effektiv 




 

67 


tənzimləyən  kompleks  sistem  kimi  baxmaq  olar.  Bu  sistem,  müəyyən  olunmuş 

qaydalara,  səmərəli  qərarların  qəbul  edilməsi  və  realizasiyası  üçün  qoyulmuş 

vəzifələrə  uyğun  maliyyə  fəaliyyətini  idarə etməlidir. 

İdarəetmə  sisteminin  lazımi  nəticəsi  o  zaman  əldə  edilir  ki,  o,  sistemlidir, 

elastikdir  və  kompleksdir.  Sistemlilik  və  komplekslik  –  menecmentin  məcburi 

keyfiyyətidir. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  menecmentin  yüksək  səmərəliliyini  təmin 

edən  ən  vacib  amilini  – 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə