Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   25   26   27   28   29   30   31   32   33
Quliyev-Samir Mayis

Opsion 

– qiyməitli  kağızın satılması və ya alınmasına hüquq verir. 



Fyuçers  isə

  –  əgər  qiymətli  kağızın  kursu  dəyişərsə,  o  zaman  mütləq  təcili 

kontraktın bağlanması mahiyyətini  ifadə edir. 

Maliyyə  institutları  pulun  verilməsi,  kreditləşmə,  investisyalaşma,  pul 

vəsaitinin  müxtəlif  maliyyə  əməliyyatları  vasitəsi  ilə  borc  götürülməsi  və  sair 

fəaliyyət  növünü həyata keçirən  institutlardır. 

Maliyyə  institutlarının  əsas  təyinatı  –  vasitəçilikdir,  yəni  pul  vəsaitinin 

əmanətçidən  borc götürənə səmərəli  ötürülməsini  həyata keçirməkdir. 



Maliyyə  institutlarına  daxildir

:  banklar;  sığorta  şirkətləri;  investisiya 

şirkətləri;  broker və birja  firmaları,  investisiya  fondları və s. 

Maliyyə institutları bir çox funksiyaları yerinə yetirirlər. Həmin funksiyalara 

göstərmək olar: 

- maliyyə  resurslarının qorunub saxlanılması; 

- vasitəçilik; 

- riskin  ötürülməsi; 

- valyuta  əməliyyatlarının  təşkili; 

- likvidliyə  təsir göstərmək; 

-  şirkətin  təşkilatı  –  hüquqi  formasının  dəyişdirilməsi  üzrə  əməliyyatların 

təşkili. 

Maliyyə  alətləri  –  şirkətin  maliyyə  bazarları  ilə  qarşılıqlı  əlaqəsində  iştirak 

edən əsas kateqoriyadır. 

Maliyyə  alətləri  ilə  şirkət  bir  çox  əməliyyatlar  həyata  keçirir.  Şrikətin 

fəaliyyətinin  bu  və  ya  digər  şəraitindən  asılı  olaraq  maliyyə  alətlərinin  ayrı-ayrı 

növlərindən  istifadə  edilir.  Məsələn,  maliyyə  institutları  üçün  törəmə  maliyyə 

alətləri  (opsion,  forvard,  fyusers  və  s.)  daha  xüsusi  əhəmiyyət  kəsb  edir,  törəmə 

maliyyə  alətləri  ilə  onlar gəlirlərinin  əsas hissəsini əldə edirlər. 



 

62 


Maliyyə alətlərinin və əməliyyatların əsasını qiymətli kağızlar təşkil edir. 

«Qiymətli  kağız»

  -  onun  sahibinin  əmlak  və  qeyri-əmlak  hüquqlarını  və 

hüquqların  verilməsi  imkanını  müəyyən  edilmiş  formaya  və  məcburi  rekvizitlərə 

rifayət  etməklə  təsdiqləyən  sənəddir.

1

 

Azərbaycan  Respublitkası  ərazisində  qiymətli  kağızlar  bazarında  fəaliyyət 



göstərən  qiymətli  kağızların  növlərinə  daxildir:  səhm,  istiqraz  vərəqəsi,  depozit 

sertifikası, veksel, çek, dövlət istiqrazı, girovsuz istiqrazlar  və sair. 

Fond  bazarında  fəaliyyət  göstərən  bütün 

qiymətli  kağızlar  aşağıdakı 

göstərilən iki qrupda birləşdirlər; 

1. Emissiya  qiymətli  kağızları; 

2. Qeyri-emissiya  qiymətli  kağızları. 

«Emissiya  qiymətli  kağızları»

  -  buraxılışlara  yerləşdirilən  və  qiymətli 

kağızların  əldə  edilməsi  vaxtından  asılı  olmayaraq  bir  buraxılış  daxilində 

hüquqlarının  həyata  keçirilməsinin  həcmi  və  müddəti  eyni  olan  qiymətli 

kağızlardır.

2

 



Lakin  qiymətli  kağızlar  bazarında  fəaliyyət  göstərən  «qeyri-emissiya  qiymətli 

kağızları»  isə  onların  həcmi,  istifadə  vaxtı  müxtəlif  olan  və  buraxılışlarla 

yerləşdirilməyən  qiymətli  kağızlardır.  Belə  qiymətli  kağızlara  aşağıdakılar 

daxildir: 

- veksel; 

- çek; 


- depozit sertifikatları; 

- opsion; 

- varrant; 

- fyuçers; 

- özəlləşdirmə  payları; 

- sair qiymətli  kağızlar. 

                                                                 

1

 



A.E.Kərimov,  A.A.Babayev. Qiymətli  kağızlar  bazarı.  Bakı.  2003.  səh. 286.

 

2



 

A.E.Kərimov,  A.A.Babayev. Qiymətli  kağızlar  bazarı.  Bakı.  2003.  səh. 286

 



 

63 


Maliyyə  bazarının  ən  mühüm  alətlərindən  birini  səhm  təşkil  edir. 

Səhm  –

 

qiymətli  kağızdır,  özü  də  «emissiya  qiymətli  kağızı»  qrupuna  daxildir.  Səhmin 



sahibi  iştirak  etdiyi  səhmdar  cəmiyyətinin  əldə  etdiyi  mənfəətin  müəyyən  hissəsini 

almaq  hüququna  malikdir.  Həmin  mənfəət  səhm  sahibinə  dividend  formasında 

verilir.  Sonra,  səhm  onun  sahibinə  səhmdar  cəmiyyətinin  idarəolunmasında  iştirak 

hüququnu  da  verir.  Əgər  səhmdar  cəmiyyəti  iflasa  uğrayan  zaman  ləğv  edilərsə,  o 

zaman  səhm  sahibi  cəmiyyətin  əmlakının  satışından  əldə  edilən  gəlirin  də  ona 

düşən hissəsini ala  bilər. 

Qiymətli  kağızların  bir  növünü  isə 

istiqraz  vərəqəsi

  təşkil  edir.  İstiqraz 

vərəqəsinə  malik  olan  fiziki  və  hüquqi  şəxs  həmin  qiymətli  kağızın  nominal 

dəyərini  və  istiqraz  vərəqəsinin  nminal  dəyərinə  görə  hesablanmış  faizi  müəyyən 

olunan vaxt ərzində  (yəni,  istiqraz vərəqənin  dövr etdiyi müddətdə) ala bilər. 

Qiymətli  kağızlara 



adlı  qiymətli  kağızlar

  (sahibi  haqqında  qeydlər  aparılır); 

təqdim  edənə  qiymətli  kağızlar,  yəni  onun  başqa  şəxsə  verilməsi  (şəxsiyyət 

müəyyən  edilir);  təcili  qiymətli  kağızlar  (konkret  silinmə  müddəti  müəyyən  edilir); 

müddətsiz  (silinmə  vaxtı  göstərilmir);  sənədli  qiymətli  kağız  (onun  sahibi,  rəsmi 

sertifikat  göstərildikdən  sonra  müəyyən  edilir);  dövlət  qiymətli  kağızları; 

korporativ qiymətli  kağızlar  (müəssisələr  tərəfindən  buraxılan) və sair daxildir. 

Əgər  müəssisələrdə  maliyyə  alətləri  ilə  əməliyyatlar  onların  əsas  iş 

fəaliyyətinə  aid  deyilsə,  o  zaman  belə  müəssisələr  üçün 

maliyyə  alətləri  ilə 

əməliyyatlar 2 qrupa bölünür: 

1. İnvestisiya  portfelinin  strateji  xarakterə  malik  olması; 

2. İnvestisiya  portfelinin  möhtəkirlik  xarakterində  formalaşdırılması. 

Strateji  xarakterli  investisiya  portfelinin  formalaşmasına

  o  şirkətlərin 

qiymətli  kağızları  daxil  edilir  ki,  həmin  şirkətlər  səhmi  olan  müəssisə  üçün  strateji 

xarakter  daşısın.  Belə  şirkətlərə  daxil  ola  bilər:  qiymətli  kağızı  alan  müəssisənin 

satıcıları;  qiymətli  kağızı  alan  müəssisənin  alıcıları  və  s.  Lakin  möhtəkirlik 

xarakterli  investisiya  portfelinin  formalaşması  qrupuna  isə  yüksək  likvidli  qiymətli 

kağızlar  daxildir.  Belə  qiymətli  kağızlar  pul  vəsaitinin  ekvivalenti  kimi  istifadə 



 

64 


edilir  və  onlar  demək  olar  ki,  dinamikdir.  Zəruri  hallarda  belə  qiymətli  kağızlar  tez 

bir vaxtda pula çevrilirlər. 

 



 

65 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə