Qulam Mammadli cdr



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix14.12.2017
ölçüsü0,8 Mb.
#15612
1   2   3   4   5   6   7   8   9   ...   34

 

11

və başqa satirik jurnallarda çıxan mənzum və mənsur felyeton-



ların altında “Qoşunəli”, “Mirzə Qoşunəli” imzalarına rast gəlirik. 

Bu imzaların kimə məxsus olması haqqında bir-birinə zidd fikir-

lər vardır.Yazıçı Ə. Haqverdiyevin “Molla Nəsrəddin” jurnalı haq-

qındakı xatirəsində deyilir ki, bu imza şuşalı şair Yusif Kənanındır. 

Lakin yazıçının bacısı oğlu, coğrafiya elmləri namizədi, mərhum 

Hüsü Mamayev başqa fikirdə idi. Bizimlə söhbətlərin birində o 

demişdir: 

“Qarabağın maarifpərvər ziyalılarından Həsənəli bəy Sarı-

calinski həmişə “Bəxtsiz cavan” faciəsinin tamaşasında Mirzə Qo-

şunəli rolunda çıxış edərdi. Buna görə o, bu adı özünə təxəllüs 

götürüb satirik mətbuatda həmin imza ilə iştirak etmişdir” . 

Şuşanın qocaman müəllimlərindən Həsən İxfa Əlizadə bizə 

göndərdiyi məktubunda iddia edir ki, bu gizli imza onundur. Hə-

min imzanın şəkili şair Üryana aid olduğunu da deyənlər vardır. 

Kitabda bir mənbə kimi göstərilən “Azərbaycan” adında bir 

neçə mətbu orqanı olmuşdur. “Azərbaycan” 1906-1907-ci illərdə 

Təbrizdə nəşr olunan satirik jurnal, 1918-ci ilin yanvar-mart ay-

larında İran Azərbaycanı demokratlarının Bakıda həftəlik qəzeti, 

1918-ci ilin axırlarından 1920-ci il aprelədək Bakıda müsavatın 

orqanı gündəlik qəzet, 1941-ci ildən başlayaraq Təbrizdə  nəşr 

edilən gündəlik qəzet, 1945-1946-cı illərdə  nəşr edilmiş aylıq, 

ədəbi, ictimai, siyası jurnal və nəhayət, Bakıda Azərbaycan Sovet  

Yazıçıları  İttifaqının aylıq jurnalı. Odur ki, imzaların qarşısındakı 

“Azərbaycan”ın hansı “Azərbaycan” olduğunu bilmək üçün onla-

rın burada göstərilən nəşr tarixləri nəzərə alınmalıdır. 

Kitabda inqilabdan qabaqkı  mətbuat səhiflərində  iştirak 

etmiş bir sıra mürtəce ideyalı müəlliflərin hansı imzalar altında 

gizləndikləri də açılıb göstərilmişdir. Bundan məqsəd məzmunca 

zahirdə müsbət nəzərə çarpan bəzi yazıların müəlliflərinin kim 

olduğunu gənc, tədqiqatçı alimlərə,  ədəbi irsimizin öyrənilməsi 

ilə məşğul olanlara tanıtmaq, onların yazılarından istifadə edər-

kən diqqətli olmağı xatırlatmaqdır. 

 

12 


Kitabın müqqədiməsində biz bir şeyi də qeyd etməyi 

özümüzə borc bilirik. O da budur ki, gizli imzaları toplamaqda ilk 

təşəbbüs mərhum ədəbiyyat həvəskarı Novruz Ağayevə məxsus-

dur. Azərbaycan SSR EA Nizami adına  Ədəbiyyat  İnstitutunun 

arxivində N. Ağayevin “Gizli imzalar” adlı  əlyazması vardır ki, 

burada 300-ə qədər gizli imzanın müəllifi göstərilmişdir. Həmin 

əlyazmasının giriş sözündə deyilir. 

“... Hər imzanı həfriyyat altından çıxarılmış kimi bir yadigar 

olaraq çıxarıb, silib, təmizləyib xalqımıza və ədəbiyyatımıza təqdim 

etdim... Bu yolda mənə kömək edənlərin birisi Cəlil Məmmədqulu-

zadənin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə, ikincisi 

Məmməd Səid Ordubadi, üçüncüsü Məmmədəli Sidqi, dördün-

cüsü Əli Nəzmi olmuşdur”. 

Novruz əminin müəlliflərini müəyyənləşdirdiyi gizli imzala-

rın içərisində bəzi yanlışlıqlara rast gəlsək də, onun bu qiymətli 

əlyazmasından faydalandığımızı bildirib mərhumun xatirəsini 

hörmət və minnətdarlıqla yad edirik. 

Gizli imzaların müəlliflərinin müəyyənləşdirilməsində bir 

neçə vasitədən istifadə etmişik. Bunlardan birincisi və  şübhəsiz 

ki, ən etibarlısı mətbuatdır. Bir çox gizli imzaların müəllifləri bu 

və digər münasibətlə vaxtilə mətbuat səhifələrində göstərilmiş-

dir. Mətbuatda müəllifləri göstərilən gizli imzalara dair yazılar 

kitabın sonunda verilmişdir. 

Kitabı nəşrə hazırlarkən faydalandığım vasitələrdən biri də 

uzun illər boyu ünsiyyət bağladığım canlı insanlardır. Məmməd 

Səid Ordubadi, Əli Nəzmi, Məmmədəli Sidqi, Salman Mümtaz, 

Məmmədəli Mənafzadə Sabit, Əliəbbas Müznüb, Cəfər Cabbarlı, 

Süleyman Məlikov, Balaqədəş  Səttaroğlu və başqaları ilə yaxın 

tanışlığım da həmin imzaları toplamaqda mənə kömək etmişdir. 

Onlarla ünsiyyətim zamanı müəlliflərini öyrəndiyim gizli imzaları 

qeydə alardım. Məsələn, 1917-ci ildə inqilabdan əvvəlki Azər-

baycan mətbuatının veteranlarından biri – Əliəbbas Müznib ilə 

Aşqabad  şəhərində ilk dəfə tanış olduğum zaman “Tuti” və 



 

13

“Babayi-Əmir” jurnallarındakı gizli imzaların müəlliflərini ondan 



soruşub “Tuti” jurnalının səhifələrinin kənarlarında qeyd etmiş-

dim. Jurnalın həmin komplekti Respublika Əlyazmaları fondunda 

saxlanılır. 

Gizli imzaların müəlliflərini müəyyənləşdirərkən, əsaslandı-

ğımız etibarlı mənbələrdən biri də şəxsi arxivlər olmuşdur. 

Bir sıra gizli imzaların müəlliflərinin müəyyənləşdirilməsin-

də alimlərimizdən Əziz Şərif, Əziz Mirəhmədov və Abbas Zama-

nov öz tədqiqatları və məsləhətləri ilə bizə böyük kömək etmiş-

lər. Fürsətdən istifadə edib onlara təşəkkürümüzü bildiririk. 

Oxuculara təqdim edilən bu kitab gizli imzalara dair ilk tə-

şəbbüsdür. Burada dörd minə yaxın gizli imzanın müəllifi gös-

tərilmişdir. Ola bilər ki, yuxarıda göstərilən çətinliklər üzündən 

bunların bəziləri tam dəqiqləşdirilməmiş, bir çox gizli imzalar ki-

taba daxil edilməmişdir. Buna görə də müəllif kitabın qüsurlarını, 

habelə  hələ müəyyənləşdirilməmiş gizli imza müəlliflərini gələ-

cəkdə bizə bildirəcək oxuculara əvvəlcədən öz dərin minnətdar-

lığını bildirir. 

Q. Məmmədli 

 

14 





A. – Həmid Araslı. “Ədəbiyyat qəzetəsi”, 1942. 

A. Aliyev – Əliş Əliyev. “Asxabad”, 1915 

A. B.Y-zadə –Ağababa Yusifzadə. “Tərəqqi”, 1908. 

A. Abdullazadə –Abdulla Abdullazadə. “Azərbaycan”, 1918. 

A. Azimov – Əzim Əzimzadə. “Baraban”, 1912. 

A. B. – Əzim Əzimzadə. “Baraban”, 1912. 

A. Vəzirov – Ağalar Vəzirov. “Kaspi”, 1909. 

A. Vəfalı – Ayaz Cəfərov, şair, ədəbiyyatşünas. 

A. Q. –Abbasağa Qayıbov. “İrşad”, 1906-1908 

A. Q. – Əliqulu Fərəcov. “Xalq təsərrüfatı”, 1926. 

A. Qafarzadə Adil Babayev, şair. 

A. Qafaroğlu – Adil Babayev, şair. 

A. Qərib – Ələkbər Abbasov. “Yeni fikir ”. 1923-1926. 

A. Quseynzadə – Əli Hüseynzadə “Sovetskaya turkologiya”. 

1970. 



A. Əbülfəz –Əbülfəz Abasquliyev. “Kommunist”, 1948. 

A. Ələkbər – Ələkbər Abbasov. “Vətən yolunda”, 1941-1942. 

A. Əlibəyov – Hacıağa Əlibəyov. “İrşad”, 1906. 

A. Əskər – Əskər Ağayev. “Vətən yolunda”, 1944-1945 

A. Y. –Ağababa Yusifzadə, “İqbal”, 1912. 

A. Y.T-zadə –Yusif Talıbzadə – “Həyat”, 1906. 

A. K. – Əli Kərimov. “Bak. raboçi”,1922-1924. 

A. Kazım  – Akif Kazımov. “Kommunist” 1924-1932, “Yeni 

yol” 1924-1928 “Azərbaycan fəhlə-kəndli müxbiri”, 1928-1932. 



A. Kazımov – Akif Kazımov. “Kommunist”, 1924-1930. 

A. Gündüz – Gündüz Abasov, yazıçı.  

A.  M.  b.  T-ov  –Əlimərdanbəy Topçubaşov, “Kaspi”, 1900-

1905. 



A. Abdullazadə – Abdulla Abdullazadə, “Azadistan”, 1920 

A. Abbaszadə Abbas Abbaszadə, “Yeni İqbal”,1917. 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə