22
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
şəbəkələrdə mərkəzi aparatda işçilərin sayı həddindən artıq çox olur.
Nəticə etibarı ilə, bu amil qiymətlərin artımına təsir edə bilər. Bununla
belə, mərkəzləşdirilmiş idarəetmə modelindən fərqli olaraq, burada hər bir
mağaza öz meneceri tərəfindən idarə olunur. Mərkəzi aparat yalnız ümumi
satış siyasəti müəyyən edir. Mərkəzləşdirilmiş modeldə isə ayrı-ayrı
mağazalara yalnız onların minimal fəaliyyəti üçün lazım olan funksiyalar
verilir, qalan funksiyalar mərkəz tərəfindən idarə olunur. Hibrid model isə
mərkəzləşdirilmiş və xoldinq modelin qarışığıdır. Bununla belə, qeyd
etmək lazımdır ki, Bakının istehlak bazarında, rəqabət günü-gündən artır.
İştirakçıların sayı və eyni zamanda əmtəə çeşidlərin həm sayı, həm də
keyfiyyəti artır.
İstehlak bazarın inkişafında və dəyişilməsində vacib rolu elekton
kommersiya oynayır. Elektron kommersiyanın inkişafı ilə istehlakçılar
artıq coğrafi yerləşmədən asılı olmayaraq ən rahat magöndərəni seçə
bilərlər. Eyni zamanda şirkətlər artıq istehlakçıların zövqlərinə uyğun
olaraq, daha zirək olmalıdırlar. Bu sahədə bir neçə fəaliyyət növü var [4]:
– Müxtəlif biznes formları arasında, ya da В2В (business-to-
business);
– Biznes və istehlakçı arasında və ya В2С (business-to-consumer);
– İstehlakçılar arasında və ya С2С (consumer-to-consumer);
– Biznes və dövlət qurumları arasında və ya B2A/B2G (business-to-
administration/government);
– Dövlət və istehlakçılar arasında və ya А2C или G2C
(administration/government-to-consumer);
– Ayrı
bir biznesin çərçivəsində, və ya Intra-business.
Elektron kommersiyanın inkişafına mane olan amillərdən biri də
elektron əlaqələr sahəsində müəyyən qədər qəbul edilmiş qaydaların
olmamasıdır. Bu sahənin inkişafı məqsədi ilə də avtomatik identifikasiya
sistemləri mövcuddur.
İstehlak bazarında yeni texnologiyaların sürətli inkişafına baxmayaraq,
son illərdə istifadə edilən bir çox biznes-modelləri inkişaf etmiş Qərbdə
olan biznes-modellərini dəqiq sürətini təşkil edir [5, s.7]. Başqa sözlə bu
model Qərbdə istifadə olunur və yerli istehlak bazarın
fərqli amilləri nəzərə
alınmadan, tamamilə dəqiqliklə istifadə olunur. Onlar isə tez-tez yerli
istehlak bazarlarında inkişaf edə bilmirlər. Çünki qloballaşmaya
baxmayaraq, hələ ki, ölkələr və istehlak bazarlar arasında fərqlər
mövcuddurlar. Bununla belə, bazarlar tədricən bir-birinə yaxınlaşmaya
başlayır. Bu o deməkdir ki, fəaliyyət qaydaları tədricən dəyişir və
unifikasiya olunur. Bu isə yerli istehlak bazarla ciddi təsir göstərir və