Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   2   3   4   5   6   7   8   9   10   ...   84

19 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
başlayır.  Başqa  sözlə  beynəlxalq  ticarətin  qanunlarına  görə  formalaşır. 
Eynən bu proseslər hər bir ölkənin müqayisəli üstünlüklərinə təsir edir, və 
bununla beynəlxalq əmtəə axınında yeni bir dövr formalaşır.  
Məcmu  olaraq,  bütün  bu  prosesləri  biz  qloballaşma  prosesi  kimi 
adlandıra  bilərik.  Qloballaşma  ayrı  anlayış  kimi  80-ci  illərin  ortalarında 
yaranmışdı.  Ümumi  olaraq  bu  terminin  yaranması  T.  Levitin  adı  ilə 
bağlıdır. 1983-cü ildə çap edilmiş məqalədə, T. Levit böyük və çox millətli 
korporasiyalar ilə bağlı fenomenə həsr etmişdi. Fenomen ayrı-ayrı məhsul 
bazarlarının  bir-biri  ilə  birləşməsi  idi.  Gördüyünüz  kimi,  burada 
qloballaşma bir qədər başqa məna daşıyır. Ona görə indiki dövrdə yayılmış 
və  əsasən  bu  axarda  istifadə  etməsinə  təkan  vermiş  alim  R.  Robertson 
olmuşdu.  O,  anlayışını  şərhini  və  eyni  zamanda  konsepsiyasını  ayrıca  bir 
kitabda  vermişdi.  Ümumi  olaraq,  bir  çox  alimlər  qloballaşmanı  sosial 
proses kimi müəyyənləşdirirlər. Həmin sosial prosesin gedişində sosial və 
mədəni sistemlərin coğrafi sərhədləri silinir və əhali getdikcə daha çox bu 
fərqlərin  aradan  götürüldüyünü  dərk  edir.  Eyni  zamanda  qloballaĢma 
dedikdə  planetin  bütün  ölkələrinə  qərb  inkişaf  modelinin  yayılması  başa 
düşülür  ki,  bu  da  faktiki  olaraq  bir  polyuslu  (universal  və  ideal)  dünya 
qaydasının nəzəri cəhətdən əsaslandırılmasına xidmət edir. 
Əgər  biz  bu  anlayışa  iqtisadi  tərəfdən  yanaşsaq,  o  zaman  iqtisadi 
cəhətdən, qloballaşmanın bir neçə əsas səbəbini göstərmək olar.  Bunların 
arasında xüsusi olaraq aşağıdakilarını qeyd etmək olar: 
1)  Beynəlxalq  ticarət  sahəsində  əlaqələrin  və  coğrafiyanın  geniş-
lənməsi,  maliyyə  bazarlarının  çulğalanması,  transmilli  şirkətlərin 
qüdrətinin getdikcə artması; 
2) İnformasiya və kommunikasiya-texnoloji inqilabın davam etməsi;  
3) Qlobal yoxsulluq və dilənçilik məsələləri
4) Ətraf mühitin mühafizəsi məsələləri. 
Gördüyünüz kimi, qloballaşmanın iqtisadi səbəblərini iki yerə bölmək 
olar. İlk əvvəl ticarət və transmilli şirkətlər ilə bağlı olan, ikincisi isə qlobal 
problemlərin həllinə yönələn tədbirlərdir. Məhz onların həlli də coğrafi və 
mədəni  sərhədlərin  silinməsini  tələb  edir.  XXI  əsrdə  artıq  demək  olar  ki, 
bütün dünya birliyi tərəfindən dərk edilir ki, heç bir ayrı sosial problem – 
yoxulluq,  ətraf  mühitin  mühafizəsi,  su  –  ayrı-ayrı  ölkələr  tərəfindən  həll 
oluna bilməz. Burada yalnız birgə səylər ən effektiv nəticə verə bilər.  
Eyni  zamanda  qloballaşma  prosesi  bütün  dünya  üzrə  birmənalı 
qarşılanmır. Çünki hər hansı proses kimi, qloballaşmanın da həm pozitiv, 
həm  neqativ  cəhətləri  var.  İqtisadi  cəhətdən  əsasc  üstünlüklərindən  biri 
miqyas  effektidir.  Qloballaşma  şəraitində  istehsalçı  miqyasda  qənaət  edə 


20 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
bilər. Çünki qloballaşmanın inkişafı ilə eyni tipdə olan məhsulların demək 
olar  ki,  bütün  bazarlarda  yayılırlar  və  bölgələr  arasında  əlaqələr  daha  sıx 
əlaqələr  loqistik,  nəqliyyat  və  rabitə  xərcləri  azalır.  Nəticə  etibarı  ilə 
istehsalçının gəlirləri və mənfəəti artır. Həmçinin qloballaşma qiymətlərin 
aşağı  düşməsinə  imkan  verir.  Yuxarıda  göstərdiklərimizdən  başqa,  bunun 
əsas  səbəbi  texnologiyaların  daha  ucuz  olması  və  eyni  zamanda  onların 
yayılması  asanlaşır.  Çünki  qloballaşma  tədricən  bütün  ölkələrdə 
iqtisadiyyatın  eyni  qaydalara  görə  fəaliyyət  göstərməsinə  şərait  yaradır. 
Bununla  belə,  ölkələr  və  transmilli  şirkətlər  arasında  rəqabətin  artması 
yeni-yeni  innovasiyaların  tətbiq  edilməsinə  şərait  yaradır.  Bunun  nəticəsi 
istehsalın  və  maaşların  artması  olur  və  müvafiq  olaraq  əhalinin  rifahı 
qalxır.  
Yuxarıda  sadaladığımız  səbəblərə  görə  yerli  istehlak  bazarın  ənənəvi 
komponentləri  olan  –  tələb,  təklif,  qiymət  və  rəqabət  artıq  yalnız  daxili 
iqtisadi  məkan  çərçivəsində  yox,  məhz  beynəlxalq  iqtisadi  məkan 
çərçivəsində  araşdırılmalıdır.  Çünki  artıq  istehlak  bazarı  əmtəə-pul 
munasibətlərin  reallaşdırılması  üçün  daha  geniş  məkan  yaradır[1]. 
Qloballaşmanın  və  azad  ticarətin  inkişafı  qeyd  etdiyimiz  kimi,  biznesin 
vahid  qaydalarının  formalaşdırılmasını,  mövcud  olan  istehlak  bazarın 
inkişaf  konsepsiyaların  düzəldilməsini,  yeni  professional  biliklərin  əldə 
edilməsini güman edir. Buna görə,  yerli istehlak bazarlarında  əhəmiyyətli 
dərəcədə  dəyişikliklər  baş  verir.  Buna  misal  kimi,  biz  həmçinin 
Azərbaycanı  da  göstərə  bilərik.  Axırıncı  on  illik  ərzində  Azərbaycanın 
daxili istehlak bazarında baş vermiş əsas dəyişikliklər kimi aşağıdakilarını 
göstərə bilərik: 
1. Biznesin yeni idarəedilmə formaların yaranması. 
2. Şəbəkə ticarətin inkişafı. 
3. Elektron kommersiyanın yayılması. 
Hər bir məqamı ayrı-ayrı araşdırsaq, belə bir vəziyyəti görərik. Müasir 
beynəlxalq  iqtisadi münasibətlərin inkişafında  əhəmiyyətli  yeri pərakəndə 
qloballaşma tutur. Pərakəndə qloballaşma ticarət kapitalın təmərküzləşməsi 
və  transmilliləşməsi  ilə  bağlıdır.  Bir  çox  tədqiqatlara  görə  bu  yaxınlarda 
artıq  ölkə  xaricində  satılan  əmtəə  iri  beynəlxalq  ticarət  şəbəkələrin 
satışlarında  böyük  pay  sahibinə  çevriləcək.  Dünya  təcrübəsindən 
məlumdur  ki,  şəbəkə  ticarəti  ölkənin  pərakəndə  satışının  90%  kimi  tuta 
bilər.  Belə  vəziyyətin  əsas  səbəbi  kimi  şəbəkə  ticarətin  ayrı  yerləşən 
dükandan  daha  çox  üstünlüklərin  olmasını  göstərə  bilərik.  Misal  üçün, 
miqyasa  görə,  mal  göndərənlər  daha  sərfəli  şərtlər  irəli  sürə  bilər.  Eyni 
zamanda miqyas effekti  həmçinin  xərcləri də  azaldır. Bununla da bir çox 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə