Qrup: 451. 19 Fakültə: nmf ixtisas: Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi Müəllim: Həsənova Nailə


Ştanqlı dərinlik nasos quyularının texnoloji iş rejiminə nəzarət



Yüklə 253,27 Kb.
səhifə7/8
tarix23.05.2022
ölçüsü253,27 Kb.
#87802
1   2   3   4   5   6   7   8
Dərinlik nasosunun qıfılının bərpası üçün mexaniki təmir sahəsinin layihələndirilməsi

2.2. Ştanqlı dərinlik nasos quyularının texnoloji iş rejiminə nəzarət
Quyunun və dərinlik nasos qurğusunun qurulmuş texnoloji iş rejiminin təmin edilməsi üçün və bu rejimdən uzaqlaşmaların səbəblərini aşkar etmək üçün nasosun vurduğu mayenin, qazın və qumun miqdarını ölçmək yolu ilə quyunun debitinə müntəzəm surətdə müşahidə və ya qrup ölçü qurğuları ilə (ölçü məntəqələrində) tərtib edilmiş qrafik üzrə aparılmalıdır, özü də hər bir quyu üçün 3 gün ərzində bir dəfədən az olmamaq şərtilə debit ölçülməlidir.
Debit ölçmələrinə və dərinlik nasosunun hesablanmış verim əmsallarına əsasən quyu üçün texnoloji rejimin qurulmasının düzgünlüyü barədə fikir söyləmək mümkündür, yaxud da dərinlik nasosun işindəki əngəllikləri aşkar etmək olar. Bununla bərabər, bütün işləyən istismar quyuları üzrə müəyyən vaxtdan bir tədqiqatlar aparırlar; bu tədqiqatlar həm qərarlaşmamış və həm də qərarlaşmış rejimlərdə aparılan üsullarla yerinə yetirilir.
2.3.Debitölçənlə quyunun işinə nəzarət
Quyunun işinin xarakterini təsəvvür etmək və onun məhsuldarlığını təyin etmək üçün açıq tutumlarda zamandan asılı olaraq maye səviyyəsinin qalxma tempinə nəzarət etmək lazımdır. Bu məqsədlə xüsusi cihaz - quyuağzı debitölçən istifadə edilir ki, bu da tutumda zamandan asılı mayenin dolması əyrisini cızır.
Tutumun dolması əyrilərinin təhlili əsasında quyular üzrə aşağıdakı məlumatları müəyyən etmək olur: 1) quyunun debitini və nasosun məhsuldarlığını;
2) istənilən zaman anında nasosun verim əmsalı;
3) nasosun işinə qazım zərərli təsiri;
4) quyudan maye vurulmasının səmərəli dövrləri. Bütün nasos quyularında, hansılar ki, quyu işləyəndə maye səviyyəsi nasosun qəbuluna kimi düşür, ölçücü tutumun dolma əyrisi şəkil 2.3-də təqdim edilmiş əyri kimi olur. Burada I parçası ilə dayanmadan sonra işə başlayan dərinlik nasosunun veriminin olmaması dövrü qeyd edilmişdir. İşə buraxıldıqdan müəyyən zaman fasiləsi keçdikdən sonra nasos quyuda yığılmış mayeni vurmağa başlayır; özü də onun üçün mümkün olan limit verim əmsalı ilə işləyir. Bu dövr debitoqramda II maili düz xətti ilə yazılır və böyük yoxuşla yuxarı qalxır. Bu böyük yoxuşlu qalxma o vaxta kimi davam edəcəkdir ki, quyuda maye səviyyəsi nasosun qobuluna kimi düşmüş olsun.

Şəkil 2.2. Ölçücü tutumun dolması əyrisi


Dinamiki maye səviyyəsi nasosun qəbuluna düşən kimi nasosun məhsuldarlığı azalacaqdır və quyudan o miqdarda maye vurulacaqdır ki, nə qədər laydan quyuya gəlir.
Debitoqramda bu dövr kiçik yoxuşlu III maili düz xətti ilə qeyd ediləcəkdir. Debitoqramın köməyilə nasosun dayandırılması və işlənməsi vaxtlarını təyin etmək olur (quyu vasitələrlə istismar ediləndə).
Neft mədənlərində çoxlu sayda ixtiyari rejimlərdə işləyən quyular olurlar ki, bunlar da neft hasilatının artırılması üçün müəyyən ehtiyat imkanlarını təşkil edirlər. Quyuların istismar rejimlərinin yaxşılaşdırılması və öyrənmiş quyularda qurulmuş optimal rejimlərin saxlanması mədən işçilərinin gündəlik fəaliyyətlərinin əsas məzmununu təşkil edirlər.
İşləyən quyularda optimal rejim aşağıdakı yolla qurulur:
1) nasosun verim əmsalını yaxşılaşdıraraq;
2) qum təzahürlü quyularda tez-tez əngəlliklər baş verdikdə, qumla mübarizə üçün uyğun tədbirlər görməklə; bu tədbirlər tükəndikdən sonra quyudan alınan gündəlik maye hasilatını azaltmaqla;
3) fasilələrlə quyudan maye alımını artırmaqla

Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə