Qrup: 419a buraxiliş İŞİ Mövzu



Yüklə 6,63 Mb.
səhifə1/21
tarix08.06.2023
ölçüsü6,63 Mb.
#116067
  1   2   3   4   5   6   7   8   9   ...   21
DİPLOM İŞİ Hazır



AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Fakültə: Metallurgiya və materialşünaslıq
Kafedra: Kimya texnologiya,təkrar emal və ekologiya
İxtisas: 050606 - Ekologiya mühəndisliyi
Qrup: 419a

BURAXILIŞ İŞİ

Mövzu: Xəzər dənizində neft dağılmaları zamanı təmizlənməsi üsullarının araşdırılması və dağılmış neftin ləğv olunması
Tələbə: Aydınlı Səma Zaur qızı
Rəhbər: t.e.n Cəfərova Afət Arif qızı
Kafedra müdiri: prof. Yusubov Fəxrəddin Vəli oğlu


BAKI-2023

MÜNDƏRİCAT


Giriş 2
1.Ədəbiyyat icmalı 4
1.1.Neft dağılmalarının Xəzərin akvatoriyasına təsirinin təhlili 4
1.2.Neftin daşınması zamanı baş verən çirklənmələr 8
1.3.Neft çıxarma zamanı baş verən çirklənmələr 10
1.4.Neftlə çirklənmənin ətraf mühitə təsiri 13
1.5.Birinci fəsil üzrə nəticələr 16
2.Xəzər dənizinin neftlə çirklənməsi ilə mübarizə metodları 17
2.1 Mexaniki üsul 18
2.2 Kimyəvi üsul 19
2.3 Bioloji üsul 22
2.4 Fiziki-kimyəvi üsul 23
2.5 Mikrobioloji üsul 29
2.6 İkinci fəsil üzrə nəticələr 31
3.Xəzər dənizinin neftlə çirklənməsində ətraf mühitin qorunması tədbirləri 32
3.1 Neftin Xəzərə dağılmasının qarşısının alınması 35
3.2 Neft dağılmalarında ətraf mühitin monitorinq aparılması 37
3.3 Ətraf mühitin mühafizəsi üzrə görülən işlər 46
3.4 Üçüncü fəsil üzrə nəticələr 49
Ümumi nəticələr 50
İstifadə olunan ədəbiyyat 51


Giriş

Ölkəmiz neftlə zəngin olan ölkədir. Neft sənayesi hazırda dövlətimizin iqtisadi-sosial inkişafında xüsusi rol oynayır. SSRİ dövründə ilk dəfə dənizdən neft çıxarma Cənubi Xəzərdə olmuş olur və Bakı neft sənayesi regionuna çevrilmişdir. İlk olaraq Azərbaycanda istehsal olunan neft Xəzər dənizi vasitəsilə ətraf ölkələrə ixrac edilmişdir. Bununla əlaqədar olaraq Xəzər hövzəsi rayonlarında neft sənayesi müəssisələrindən milyonlarla kub metr çirkab suları dənizə axıdırlar. Yuxarıda deyilənlərdən aydın olur ki, Cənubi Xəzər neftlə çirklənmənin əsas poliqonu hesab oluna bilər. Hesablanmışdır ki, Cənubi Xəzərdə neft məhsullarının konsentrasiyası həmişə böyük diapazonda müşahidə edilmişdir. Təəssüf ki, neftin istehsalı, emalı, daşınması və saxlanması prosesləri, uzun illər müasir texnologiyanın olmaması və neftə olan tələbatın artması həmişə ətraf mühitin həddən artıq çirklənməsinə səbəb olmuşdur [1]. Bu gün ölkənin neft emalı müəssisələrinin qarşısında duran ən başlıca vəzifələr son illərdə qazanılmış uğurları möhkəmləndirmək və davam etdirmək, iqtisadiyyatın və əhalinin neft məhsullarına olan tələbatını ödəmək və eyni zamanda ətraf mühiti neft və neft emal məhsullarına tullantılarından mühafizə etməkdən ibarətdir. Ətraf mühitə edilən neqativ təsirlərin azaldılması Azərbaycanda həmişə diqqət mərkəzində olmuşdur. Bu problemin tədqiqi ilə ölkəmizin görkəmli alimlərindən N.A.Verdizadə, M.H.İsgəndərov, B.C.Şıxəlizadə, A.C.Əhmədov, M.C.Atakişiyev, R.N.Nurəliyeva, A.S.Sadıqov, İ.B.Xəlilov, Ə.İ.Babayev və başqaları məşğul olmuşlar.


Yer kürəsinin ən böyük gölü, ən genişmiqyaslı qapalı hövzəsi Xəzər dənizi sayılır. Belə ki, tədqiqat obyektimiz dünya okeanının səviyyəsindən təqribən 26,5 m aşağıda qərarlaşıb. Ümumi sahə 398,1 min kv.km-dan ibarət olub, uzunluğu isə 1030 km olaraq hesablanmışdır. Onun yerüstü və ya yeraltı axıntısı yoxdur. Xəzər dənizinə onu Dünya Okeanı ilə birləşdirən Volqa da daxil olmaqla 130-dan çox çay axır. Xəzərin dibində saysız-hesabsız neft sərvətləri var. İlkin kəşfiyyat məlumatları göstərir ki, dənizin dibinin dərinliklərində quruda olduğundan 3-4 dəfə çox karbohidrogen cəmləşib. Nəticədə, yaxın gələcəkdə nefti əvəz edəcək heç nə olmayacaq. Qlobal tələbat ildə 1,7% artacaq, təklif isə əhəmiyyətli dərəcədə artmayacaq və bu zamanla növbəti qlobal enerji böhranına səbəb ola bilər. İnsanın rahat şəraitdə müasir həyat tərzi neft və qazın çıxarılması və emalı ilə birbaşa bağlıdır. Bu işdə neft və qaz hasilatının Xəzər dənizinin ekosisteminə təsiri təsvir edilir.
Neft üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarət olan mürəkkəb quruluşlu özlü mayedir. O spesifik iyə malikdir, rəngi isə açıq-kəhrəba rəngindən tünd qara rəngə qədər dəyişir. Neftin elementar tərkibi nisbətən sabit olub, onu təşkil edən hər bir komponent quruluşda 2-3% təşkil edir. Maye neftin əsas tərkib hissəsini isə karbon (84-86%) və hidrogen (13-15%) təşkil edir. Kükürd isə neftin tərkibində 5-6%-ə qədər ola bilir [2]. Azot və oksigenin özlü mayedə miqdarı 0,1%-i təşkil edir, bəzən isə bu miqdar 2,0%-ə qədər ola bilir. Neftin tərkibinin 0,1%-dən 0,01%-ə qədərini mikroelementlər – metalların duzları və üzvi turşular təşkil edir. Tərkibindəki 50-60 mikroelementin yarıdan çoxunu metallar təşkil edir. Bu metalların maye neftin tərkibində ümumi miqdarı kütləyə görə orta hesabla 0,01%dən 0,04%-ə qədər təşkil edir.

Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə