Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   ...   10   11   12   13   14   15   16   17   18

35

Ölkə əhalisinin təxminən üçdə birinin internetə çıxışı mövcuddur. Bəzi hesabatlara görə əhalinin 

27 faizinin internetə çıxışı va

[5]


. Həmin hesabatlardan birində

[6]


 t qeyd edilir ki, Azərbaycanda 

36000-dən çox internet istifadəçisi var.  Bundan əlavə, rəsmi rəqəmlərə əsasən “.az” suffiksi ilə 

qeydiyyatdan keçmiş domen adlarının sayı 13000-dən çoxdur

[7]


. Azərbaycanın Rabitə Naziri qeyd 

etmişdir ki, genişzolaqlı internet istifadəçiləri əhalinin 30 faizini təşkil edir. Bununla yanaşı, onların 

təxminən 90 faizi ancaq dial-up tipli qoşulmadan istifadə edir. 

Dinc toplaşmaq azadlığı və birləşmək azadlığının get-gedə məhdudlaşdırılması ilə üzləşən əhali 

arasında sosial şəbəkələrdə aktivlik daha da populyarlaşmışdır. Məlumatlardan birində qeyd 

edilir ki, Azərbaycandakı Facebook istifadəçilərinin sayı 500000-dən çoxdur

[8]

. “Demokratiya 



üçün şərqi oxu” adlı kampaniyanın Facebook səhifəsi 1500 istifadəçi tərəfindən dəstəklənir. Bu 

Facebook səhifəsi 2011-ci ildə yaradılmışdır. Həmin Facebook səhifəsinin məqsədi 2012-ci ildə 

Bakı şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinə qədərki dövrdə ölkədəki fikir azadlığı 

və insan hüquqları barədə məlumatlılığın artırılmasıdır. YouTube və Twitter də get-gedə ölkədə 

populyarlaşmaqdadır. 

Media işçiləri və təhqiqatçı jurnalistlər ciddi şəkildə hədələnmə və hətta zorakılıq risklərinə məruz 

qalır. Müstəqil media məhkəmə iddiaları ilə təhdid olunur və reklam imkanlarından məhrumdur.  

Belə olan bir şəraitdə, internet informasiya mübadiləsi və informasiyanın yayılmasında 

ən əhəmiyyətli üsullardan birinə çevrilmişdir. Bundan əlavə, internet vətəndaş cəmiyyəti 

kampaniyaları və tədbirlərinin dəstəklənməsinə müsbət təsir göstərir.  Buna nümunə olaraq 

Obyektiv.tv adlı internet səhifəsini göstərmək olar. Belə ki, həmin internet səhifəsi ənənəvi me-

dia vasitələrində işıqlandırılmayan xəbərləri təqdim edən etibarlı bir mənbəyə çevrilmişdir.  Ötən 

aylar ərzində həmin internet səhifəsi Avroviziya Mahnı Müsabiqəsinə qədərki dövrdə həyata 

keçirilən “Bakının gözəlləşdirilməsi” prosesinin tərkib hissəsi olaraq bir çox daşınmaz əmlakın 

məhv edilməsi hadisələri barədə müntəzəm reportajlar vermişdir.  Vətəndaş jurnalistikası bu 

reportajlarda vacib rol oynamışdır.  Belə ki, həmin reportajlarda mobil telefonlar vasitəsi ilə əldə 

edilən görüntülərdən dəlil kimi istifadə edilmişdir. 

Jurnalistlər, fəallar və hökumətə tənqidi münasibət bəsləyənlərin öz səslərini çatdırmaq üçün 

internetdən istifadə etmələri Azərbaycan hakimiyyət orqanlarına hərtərəfli qaydada məlumdur.  

Ona görə də, Azərbaycan hakimiyyət orqanları onlayn məzmuna nəzarət və internet fəallarının 

sıxışdırılması istiqamətində get-gedə daha da aktivləşir. Nəticədə, hökumətin xətti ilə üst-üstə 

düşməməklə demokratiyaya yönəlik mövqelərin yayılması üçün internetdən istifadə edənlər 

cəzalandırılmış, həbs cəzalarına məhkum edilmiş və iri məbləğdə cərimələnmişlər.  

Presedentin yaranması

2009-cu ildə iki fəal, Emin Milli və Adnan Hacızadə internetdə satirik video material 

yerləşdirdikdən sonra xuliqanlıq ittihamları ilə həbs edilmişlər.  Bu, hökumətin tənqidi fikirlərə 

[5]   http://www.freedomhouse.org/sites/default/files/inline_images/Azerbaijan_FOTN2011.pdf

[6]   http://www.internetworldstats.com/asia/az.htm

[7]   http://www.news.az/articles/tech/56036

[8]   http://www.news.az/articles/tech/56094




36

qarşı hədsiz dərəcədə qeyri-tolerant münasibətini ifadə edən hadisələrdən biri olmuşdur. Bun-

dan əlavə, həmin şəxslərin məhkum olunması həm də onu göstərdi ki, hakimiyyət orqanları 

kampaniyaların həyata keçirilməsi, xəbərlərin yayılması və eləcə də insan hüquqları və fikir 

azadlığı pozuntuları barədə məlumatların  geniş kütlələrə yayılmasında internetin rolu barədə 

öz məlumatlılığını artırmağa başlayır. Həmin şəxslərə qarşı tətbiq edilən həbs cəzasının ağırlığı 

(müvafiq olaraq 30 və 24 ay) internet vasitəsi ilə öz səslərini çatdırmaq istəyənlərə qarşı açıq-

aşkar bir mesaj idi

[9]



2011-ci ilin əvvəllərində, Yaxın Şərq və Şimali Afrikada baş verən etirazlardan sonra, demokra-



tik islahatlar, insan hüquqlarının möhkəmləndirilməsi, ifadə azadlığı hüququnun həyata 

keçirilməsinə səsləyən nümayişlərin təşkili üçün sosial mediadan istifadə edən fəallar hökumət 

tərəfindən sıxışdırılmışlar. Nümayişlərin təşkilində iştirak edən gənclərin təhdid edilməsi və həbs 

olunmasından əlavə

[10]

, polis orqanları bir çox internet fəalını onların Facebookdakı fəaliyyətləri 



barədə sorğulamışdır.  Bu kimi hallar Azərbaycan hakimiyyətinin narahatlıq yaradan yeni 

strategiyası barədə müvafiq nəticələrə işarə etmişdir. 

Hökumətin təzyiqindən əlavə, dövlət tərəfindən fəaliyyəti təşkil olunan bəzi yerli televiziya 

kanalları da sosial şəbəkələrə qarşı kampaniyalar həyata keçirmişlər.  Belə ki, həmin kam-

paniyalar çərçivəsində psixoloqlar və internet mütəxəssisləri ilə keçirilən müsahibələrdə internet 

fəaliyyətinin Azərbaycanın imicinə mənfi təsir göstərməsi və ölkənin təhlükəsizliyinə qarşı təhdid 

təşkil etməsi iddia edilmişdir

[11]


.

Ötən illər ərzində Azərbaycan məhkəmələrinin jurnalistləri və fəalları onların öz peşəkar 

fəaliyyətləri ilə birbaşa bağlı olmayan ittihamlar əsasında həbsə məhkum etməsi demək olar 

ki, adi bir hala çevrilmişdir

[12]

. Bu, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının diqqətinin öz 



peşəkar sahələrindən yayınmasına səbəb olur və hakimiyyət orqanlarının tənqidi fikirlərə qarşı 

düşmənçiliyini pərdələyir. İnternet fəalları və jurnalistlər də bu qaydada hədəfə çevrilmişlər.  



İnternet İdarəçiliyi Forumu

Hökumət ölkənin internet infrastrukturunun yaxşılaşdırılması istiqamətində gördüyü işləri böyük 

həvəslə təbliğ edir.  2012-ci ilin noyabr ayında 7-ci İllik İnternet İdarəçiliyi Forumunu (İİF) təşkil 

edən ölkə olaraq Azərbaycan hökuməti heç şübhəsiz ki, texnoloji innovasiyalar sahəsində özünü 

regionda aparıcı fiqur kimi görür

[13]


. Bundan əlavə, hökumət müxalif yöndə fəaliyyət göstərən in-

ternet səhifələrinin mövcudluğunu Azərbaycanda ifadə azadlığının inkişafının sübutu kimi təqdim 

edir. Belə ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Azərbaycan mediasını “fövqəladə dərəcədə 

fəal media” adlandırmışdır

[14]

.  


[9]   http://www.article19.org/data/files/pdfs/publications/free-expression-under-attack.pdf, pp. 12-13

[10]   Bax: 5-ci Fəsil, “İfadə azadlığı və dinc toplaşmaq azadlığı: qarşılıqlı olaraq güclənən, qarşılıqlı olaraq məhdud” 

[11]   http://www.rferl.org/content/azerbaijan_activist_prison/2330387.html

[12]   Bax: 4-cü Fəsil, ‘İfadə azadlığını boğmaq üçün qanundan siyasi məqsədlərdə istifadə’

[13]   http://www.itu.int/plenipotentiary/2010/statements/azerbaijan/mammadov.html

[14]   http://www.guardian.co.uk/world/2011/may/20/change-azerbaijan-long-before-eurovision




Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə