QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   79

20 
 
dünyada həyatın qloballaşması şərtləndirir. Beynəlxalq ticarət, 
təsərrüfat  həyatının  beynəlmilləşməsi  prosesinin  tamlığını 
(bütövlüyünü) əks etdirməklə, xalqları və qitələri yaxınlaşdırır, 
onlar  arasında  dostluq  və  işgüzar  münasibətlərin  inkişafına 
səbəb olur. 
Beynəlxalq  ticarət  qədim  vaxtlarda  yaranmışdır.  Ölkə-
lər arasında əmtəə mübadiləsi həmişə insanlar arasında təmasın 
mühüm forması olmuşdur. Lakin beynəlxalq ticarət XVI-XVII 
əsrlərdə  bazar  (kapitalist)  iqtisadiyyatının  inkişafı  dövründə 
daimi sistematik xarakter almışdır. 
Əmtəə-pul münasibətləri tədricən milli daxili bazarların 
formalaşmasının  əsasını  təşkil  etməklə,  müxtəlif  şəhərləri, 
əraziləri  vahid  iqtisadi  sistemdə  birləşdirirdi.  Bu  birlik  sabit 
əmtəə mübadiləsi vasitəsilə inkişaf edirdi, ayrı-ayrı ölkələrin və 
ərazilərin istehsalçıları öz məhsullarını digər ölkələrə satmadan 
müvəffəqiyyətlə təsərrüfatçılıq edə bilməzdilər. 
Əmtəə  mübadiləsinin inkişafı ayrı-ayrı məhsul istehsa-
lının  ixtisaslaşmasına  əsaslanırdı,  ilk  dövrlərdə  təbii-coğrafi 
amillər həlledici rol oynayırdı. Beynəlxalq ticarətin inkişafı və 
dərinləşməsinin  əsas  amilini  XVIII  əsrin  axırında  irimaşınlı 
sənaye təşkil edirdi. Xarici ticarət geniş inkişaf etməyə başladı, 
dünya  bazarının  formalaşması  dövlətlər  arasında  sabit  əmtəə-
pul münasibətlərinin inkişafına səbəb oldu. XVII-XIX əsrlərdə 
dünya  bazarı  istehsal  prosesinin  beynəlmiləlləşməsinin  xüsusi 
forması kimi çıxış edirdi. 
XX əsrin birinci yarısında məhsuldar qüvvələrin inkişa-
fında baş verən keyfiyyət dəyişiklikləri və bazar iqtisadiyyatına 
keçidlə  əlaqədar  olaraq  dünya  təsərrüfatı  inkişaf  mərhələsinə 
daxil olmuşdur. Bu xarici  ticarət  münasibətləri vasitəsilə milli 
təsərrüfatların  qarşılıqlı  sistemi  kimi  çıxış  edir  və  bu  istehsal, 
mübadilə, bölgü vasitəsilə reallaşdırıldı. Bundan başqa, hər bir 
xarici ticarət fəaliyyəti, istehsal amillərinin, o cümlədən inves-
tisiya  və  işçi  qüvvəsi  resurslarının  hərəkətini  tələb  edir.  Belə-


21 
 
liklə, müasir şəraitdə xarici ticarət fəaliyyəti dövlətlər arasında 
istehsal  fəaliyyətinin  bütün  formalarını  əhatə  edir.  Əgər  XX 
əsrin  əvvəlinə  qədər  xarici  ticarət  beynəlxalq  iqtisadi  müna-
sibətlərin  yeganə  forması  idisə,  hal-hazırda,  öz  əhəmiyyətini 
bir  qədər  azaltmışdır.  Dünya  təsərrüfatının  formalaşması  ilə 
əlaqədar  olaraq  xarici  ticarət  ölkələr  arasında  beynəlxalq 
iqtisadi münasibətlərin istehsal, elmi-texniki, informasiya, val-
yuta, kreditlə yanaşı, beynəlxalq iqtisadi münasibətlərin forma-
larından biridir. 
Bununla  əlaqədar  olaraq,  xarici  ticarət  ikili  xarakterə 
malikdir.  Bir  tərəfdən,  o  yuxarıda  göstərilənlərlə  yanaşı,  bey-
nəlxalq  iqtisadi  münasibətlərin  formalarından  biri  kimi  çıxış 
edir, digər tərəfdən xarici ticarət digər beynəlxalq iqtisadi mü-
nasibətlərin  nəticələrinin  reallaşmasının  ümumi  formasıdır. 
Həqiqətən,  xarici  ticarət  mübadiləsi  ölkələr  arasında  maddi 
istehsal, xidmətlər göstərilməsi, istehlak, elm və texnika, kredit 
və  pul-maliyyə  sferasında  nəticələrin  hərəkət  amilidir.  Bey-
nəlxalq  iqtisadi  münasibətlərin  bütün  formalarının  nəticəsi 
pulla qiymətləndirilir. 
Beynəlxalq  ticarətdə  milli  iqtisadiyyatın  inkişafını  xa-
rakterizə  edən  bütün  proseslər  dəqiq  əks  olunur.  Bu  proseslər 
satıcılar,  alıcılar,  vasitəçilər  arasında  qarşılıqlı  əlaqələrin  mü-
rəkkəbliyini və bazar agentlərinin ziddiyyətlərini göstərir. 
Beynəlxalq  ticarətin  milli  bazara  nisbətən  aşağıdakı 
xüsusiyyətləri vardır: 
1)  dünya  bazarında  daxili  bazara  nisbətən  rəqabət  mü-
barizəsi  daha  sərt  xarakterə  malikdir.  Bunun  əsas  səbəbi  rəqa-
bət  mübarizəsində  öz  dövlətlərinin  köməyinə  arxalanan  daha 
çox iri kompaniyaların iştirak etməsidir
2)  dünya  bazarı  çoxsaylı  seqment  sektorlarına  bölün-
məklə, daha mürəkkəb struktura malikdir


22 
 
3)  beynəlxalq  ticarətin  şərtlərindən  biri  dünya  qiymət-
lərinin mövcud olmasıdır ki, bunun da səviyyəsi və mexanizmi 
milli bazarlardan əhəmiyyətli dərəcədə fərqlənir
4) inhisar səviyyəsinin yüksək olması nəticəsində dünya 
bazarının əsas təşkilati forması oliqopolist strukturlarıdır. 
Beynəlxalq  ticarətdə  ölkələrin  iştirakını  onun  iqtisadi 
inkişaf səviyyəsi, ərazisi, əhalisinin sayı, təbii resurslarla təmin 
olunma  səviyyəsi,  daxili  bazarın  həcmi,  iqtisadi  siyasətin 
vəzifəsi və məqsədi şərtləndirir Eyni zamanda istehsalın həcmi 
ilə  ölkənin  beynəlxalq  ticarətə  qoşulma  səviyyəsinə  və  ondan 
asılılığına  dəqiq  fikir  verilir.  Belə  asılılıq  adətən  ixrac 
kvotasının həcmini - ixracın həcmi ilə ÜDM arasındakı nisbəti 
əks etdirir və bu ixraca istiqamətlənmiş milli istehsalın xüsusi 
çəkisini əks etdirir, idxal kvotasının həcmi isə - idxal olunmuş 
və xidmətlərin ÜDM-n nisbəti kimi müəyyən olunur. 
Təcrübə  göstərir  ki,  iqtisadiyyatı  beynəlxalq  ticarətə 
daxil  olma  dərəcəsi  ilə  müəyyən  olunan  kiçik  dövlətlərdə 
göstəricilər  xeyli  yüksəkdir.  İsveçrə,  Norveç,  Tayvan  kimi 
ölkələrin  iqtisadi  müvəffəqiyyətlərinin  əsas  səbəbi  ixrac  kvo-
tasının  50%-dən  yüksək  olmasıdır.  İri  dövlətlər  adətən  öz 
resursları  ilə  tələbatlarını  ödəyirlər,  ona  görə  də,  onların  bey-
nəlxalq  iqtisadi  münasibətlərə  qoşulma  dərəcəsi  yüksək  de-
yildir.  Məsələn,  ABŞ-da,  Hindistanda,  Rusiyada,  Çində  ixrac 
kvotası adətən ÜDM həcminin 20%-ni keçmir. 
Beynəlxalq  ticarətin  həcmi  və  strukturu  maddi  istehsa-
lın vəziyyəti, onun texniki səviyyəsi, ictimai əmək bölgüsünün 
inkişaf  səviyyəsi  ilə  müəyyən  edilir.  Yuxarıda  qeyd  edildiyi 
kimi,  beynəlxalq  ticarətin  sürətli  inkişafı  hər  şeydən  əvvəl, 
Böyük Britaniya və Hollandiya kimi ölkələrdə kapitalist isteh-
sal münasibətlərinin yaranma dövrü ilə əlaqədardır.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə