Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   19   20   21   22   23   24   25   26   27

mada 3 №-li balıq vətəgəsi yanında salınmışdır. Qəsəbə Nabran
İƏV-də, Xəzər dənizi sahilində yerləşir.
ŞOLLAR.  Rayonun  Susayqışlaq  İƏV-də  şəhərtipli  qəsəbə.
 Mənbələrdə qeyd olunur ki, H.Z.Tağıyevin dəvəti ilə Bakıya gə -
lə rək Azərbaycanın  Şimal  bölgəsində  axtarışlar  aparan  ingilis
mühəndisi Uilyam Lindley Şollar – Fərzəlioba ərazisində su axta -
rışı ilə quyular qazdırdı. Bu quyuları Şollar quyuları adlandırdılar.
1911-ci ildə başlanan Bakı-Şollar su kəmərinin çəkilişi 1917-ci
ilin yanvar ayında başa çatdı. 
Yaşayış  məntəqəsi  artezian  quyularından  suyun  Bakı  su
kəmərinə  vurulduğu  Şollar adlı  yerdə  yarandığına  görə  belə
adlandırılmışdır. Çox güman ki, yerin adı “güclü su mənbəyi, su
şırnağı” mənasındadır.
TAĞAROBA. Rayonun  Ləcət  İƏV-də  kənd. Yerli  məlumata
görə kəndin əhalisi qədim Beyləqan şəhərindən gəlmədirlər. Ant ro -
ponim mənşəli oykonim olması ehtimal edilir. Oykonimi fars dilin -
dəki tağ (dairə, qübbə, günbəz) sözü ilə də əlaqələndirmək olar.
TEL.  Rayonun  Nabran  İƏV-də  kənd.  Tel qədim  türk  tayfa -
larından birinin adıdır.
Mənbələrdə bu tayfaların Monqolustanın şimalında yaşaması
haqqında  məlumat  verilir.  Etnonim  mənşəli  bu  oykonimlə
Azərbaycan  ərazisində  Telavar  (Yardımlı),  Telişli (İmişli)  adlı
yaşayış məskənləri vardır. Bəzi tədqiqatçılar isə oykonimi ərəb
dilindəki tel (təpə, kurqan) sözü ilə əlaqələndirirlər. Kənd salındığı
ərazinin adını daşıyır.
Tarixçi-alim  İ.Şahbazov  da  Tel  kəndinin  əhalisinin  mənşə
etibarilə türk tayfalarından olduğu qənaətindədir. 
TİKANLIOBA  (TİKANOBA).  Rayonun  Uzunoba  İƏV-də
kənd. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Quba rayonunun
dağlıq ərazilərindən köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar.
89


Fitonim mənşəli oykonimdir. Qışlaq Xəzər dənizinə yaxın tikanlıq
ərazidə,  iynəyarpaqlı  tikana  oxşar  çöl  bitkisi  çox  olan  ərazidə
olduğu  üçün  yaşayış  məntəqəsi  də  “tikanlı  ərazidəki  oba”,
“tikanlıqda  olan  oba” mənasında  Tikanlıoba adlandırılmışdır.
Oykonimdəki -lı şəkilçisi ixtisar edilərək bölgədə Tikanoba kimi
də tələffüz edilir. 
TURİST. Rayonun Nabran İƏV-də qəsəbə. Yaşayış məntəqəsi
1965-ci ildə burada turist bazasının yaradılması ilə əlaqədar belə
adlandırılmışdır.
UKUROBA.  Hidronim  mənşəli  oykonimdir.  Ləzgi  dilində
ukur sözü əyri deməkdir. Oykonim Samur çayının sağ qolu olan
Ukurçayın adı ilə belə adlandırılmışdır. Qusar rayonu Mucuq İƏV-
dəki kənd Ukur adlanır. Tam adı Ukurvas (ukur – əyri, vas – çay)
olduğu bildirilir. Rayonun Ukuroba kəndinin ərazisi əvvəllər Ukur
kəndinə  məxsus  oba  yeri  olmuşdur.  Oykonim  “Ukur kəndinə
məxsus oba” mənasındadır. Kənd Yalama İƏV-də yerləşir.
USTACƏLİLLİ  (USTACALLI).  Rayonun  Hülövlü  İƏV-də
kənd.  Mənbələrdə  oykonimin  əsli  Ustaclı olması  göstərilir.
Oykonim qızılbaşların ustaclı tayfasının adını əks etdirir.
XI  əsrdə  Səlcuqların  tərkibində  Kiçik  Asiyaya,  XV  əsrin
sonlarında isə Azərbaycana gələn ustaclılar qızılbaş tayfa birliyinə
daxil  olmuş  Səfəvilər  dövlətinin  siyasi  həyatında  mühüm  rol
oynamışlar. Səfəvi sərkərdələrinin və bəylərinin bir çoxu ustaclı
tayfasından təyin olunurdu. Yazılı mənbələrdə ilk dəfə 1488-ci il
hadisələri ilə əlaqədar adları çəkilən ustaclıların sonralar çavuşlu,
toxmaq, kəngərli və başqa qollara bölünmələri haqqında məlu -
matlar var.
Ustaclı (Ustacallı) tayfası İran Azərbaycanından buraya köçüb
Quba qəzasında Ustacallı (Ustacəlilli–Q.İ.) kəndinin əsasını qoy -
muş   dur (51, 50). 
90


UZUNOBA. Kəndin  keçmiş  adı  Uzunoba  yataq olmuşdur.
Yaşayış məntəqəsini XIX əsrin ortalarında Quba rayonunun dağlıq
ərazilərindən  gəlmiş  ailələr  qışlaq  yerində  salmışlar.  Buradakı
qışlaq yataqları uzununa, cərgə ilə salındığından oykonim belə
adlandırılmışdır. Kollektivləşmədən sonra qışlaq daimi yaşayış
məntəqəsinə çevrilmişdir.
ÜÇGÜN. Rayonun Yergüc İƏV-də, Qudyal çayının sahilində
yerləşir. Kəndin əsasını Quba rayonunun Üçgün kəndindən gəlmiş
ailələr özlərinə məxsus qışlaq yerində salmışlar. Üçgün oronim
mənşəli oykonimdir. Qubanın Küpçal kəndi yaxınlığındakı dağın
(Uçqundağ) adı ilə bağlıdır. Oykonim “Üçgün kəndinə məxsus qış -
laq” mənasındadır. Üçgün adı uçqun sözünün fonetik variantıdır.
VƏLƏMİR. Rayonun  Müqtədir  İƏV-də  kənd.  Bu  oykonim
inqilabaqədərki  ədəbiyyatlarda  Vəliəmir,  bəzən  də  Vəli Əmir
variantında işlənmişdir. XX əsrin əvvəllərində Quba qəzasında bu
adda iki kənd qeydə alınmışdır. Yaşayış məntəqəsi Vəli Əmir (şəxs
adı) adı ilə bağlıdır. Sonralar bu oykonim qismən təhrifə uğrayaraq
eleziya nəticəsində (“i” səsinin səs ortasında düşməsi) Vələmir
şəklini almışdır. 
Bəziləri səhvən oykonimi taxıl fəsiləsindən olan dənli bitkinin
(vələmir) adı ilə bağlayırlar.
YAQUBOBA.  Rayonun  Yalama  İƏV-də  kənd.  Yaşayış
məntəqəsini dağlıq ərazilərdən gələn ailələr salmışlar. Oykonim
Yaqub (şəxs adı) və oba komponentlərindən düzəlib, “Yaqubun
obası” mənasındadır.
YALAMA.  Oykonim  XIX  əsrin  sonlarında  dəmir  yolu  xətti
çəkilişindən sonra stansiya yaxınlığındakı Yalama çayının adı ilə
adlandırılmışdır. Sonralar ətraf yerlərdən gəlmiş ailələrin məskun -
laşması  nəticəsində  stansiya  yaşayış  məntəqəsinə  çevrilmişdir.
Yalama coğrafi termin kimi “dəniz sahilində dalğanın qovduğu
91


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə