Qələmşah İdrisov xaçmaz toponiMLƏRİ



Yüklə 6,96 Kb.
Pdf görüntüsü
səhifə17/27
tarix02.01.2018
ölçüsü6,96 Kb.
#19112
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

ruslar burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Aleksan-
drovka adlandırılmış və 1992-ci ildə kəndin əvvəlki adı qay ta rıl -
mış dır.  Yerli  sakinlərin  yaşlı  nəslin  nümayəndələri  özlərini
Şəki dən gəlmə hesab edirlər. 
Beyləqan  və  Qubadlı  rayonlarında  Gödəklər  adlı  kəndlər
mövcuddur.  İmişli  rayonunun  Xələc  İƏV-də  də  Gödəklər adlı
yaşayış məntəqəsi də qeydə alınmışdır. Gödəklər Şəkidə və Za-
qatalada məhəllə adlarıdır. 
GÜLALAN. Qaraçı  İƏV-də  yerləşən  bu  kəndin  adı  əslində
Gölolanqışlaq olmuşdur.  Qışlağın  ərazisində  kiçik  göl  olduğu
üçün belə adlandırılmışdır. “Göl” sözünün “gül” variantı, yəni 
“ö-ü” əvəzlənməsi Quba-Xaçmaz keçid şivəsi üçün xarakterikdir. 
Mənbələrdən məlum olur ki, Quba xanlığının fərmanlarında bu
kəndin adı Gölolanqışlaq kimi qeyd olunurdu . Sonralar burada
yaranmış daimi yaşayış məntəqəsi nəticəsində oykonimdəki qışlaq
tərkibi tədricən itmişdir. 
GÜNƏŞLİ. Qəsəbə tipli bu yaşayış məntəqəsi Nabran İƏV-də,
Xəzər dənizinin sahilində yerləşir. 4 nömrəli Yalama balıq vətəgəsi
yanında salınmışdır. 1965-ci ildən oykonim rəmzi olaraq Günəşli
(kosmonim mənşəli oykonimdir) adlandırılmışdır. 
HACIƏBDÜRRƏHİMOBA. Mürəkkəb oykonimdir. Rayonun
Dədəli İƏV-də yerləşir. Yaşayış məntəqəsini Quba rayonunun Qrız
kəndindən olan Hacı Əbdürrəhim adlı şəxs keçmiş qışlaq yerində
salmışdır. Qışlaq kollektivləşmədən sonra daimi yaşayış məntə -
qəsinə çevrilmişdir. Oykonim Hacı Əbdürrəhim (şəxs adı) və oba
komponentlərindən ibarət olub, “Hacı Əbdürrəhimə məxsus oba”
mənasındadır.
HACIƏHMƏDOBA
. Yaşayış məntəqəsi Məzarçayın sahilində,
Samur-Dəvəçi ovalığında yerləşir. Rayonun Əhmədoba İƏV-nə
61


daxildir. Mənbələrdə XIX əsrin ortalarında Quba rayonunun Qrız
kəndindən olan Hacı Əhməd adlı şəxs yaşayış məntəqəsini keçmiş
qışlaq  yerində  salması  haqqında  məlumat  verilir.  Kollektiv -
ləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim
“Hacı Əhmədə məxsus oba” mənasındadır. 
HACIƏLİBƏY. Bu yaşayış məntəqəsinin keçmiş adı Hacıəli -
bəy qışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin ortalarında
Yergüc kəndindən (Quba rayonu) çıxmış ailələr özlərinə məxsus
qışlaq yerində salmışlar. Sonradan oykonimin tərkibindəki qışlaq
komponenti düşmüşdür. Yaşayış məntəqəsi eyniadlı İƏD-nə dax-
ildir. 
HACIİŞAOBA. Rayonun Qımılqışlaq İƏV-də kənd. Yaşayış
məntəqəsi XIX əsrin ortalarında Quba rayonu Qrız kəndindən
köçmüş ailələrin keçmişdə Hacı İsa adlı bir şəxsə məxsus qışlaq
yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim “Hacı
İsaya məxsus oba” mənasındadır. 
HACIQAZMA. Rayonun  Əhmədoba  İƏV-də  kənd. Yaşayış
məntəqəsi XIX əsrin ortalarında salınmışdır. Oykonim Hacı (şəxs
adı) və qazma (qədim yeraltı tikinti) komponentlərindən ibarət
olub, “Hacıya məxsus qazma” mənasındadır. 
HACIQURBANOBA. Yaşayış məntəqəsi Qaraçı İƏV-nə dax-
ildir. Oykonim Hacı Qurban (şəxs adı) və oba komponentlərindən
ibarət olub, “Hacı Qurbana məxsus oba” mənasındadır. Yaşayış
məntəqəsi XIX əsrin ortalarında keçmiş qışlaq yerində salınmışdır. 
HACILAR. Rayonun Qalağan İƏV-də kənd. Etnotoponimdir.
Ərəb sözü hesab edilən “Hacı – Məkkəni ziyarət etmiş adam”
mənasını ifadə edir. (17, 96-97). 
Bu  oykonim  haqqında  mənbələrdə  qeyd  olunur  ki, hacılar
türkdilli tayfalardan olub, əvvəllər Şərqi Anadoluda yaşamışlar.
62


Qaraqoyunlu dövlətinin (1410–1468) siyasi həyatında yaxından
iştirak etmiş hacılar böyük bir tayfa olmuşdur. Qubalı Fətəli xanın
dövründə (1758–1789) şahsevən Məhəmməd xanın başçılığı ilə
Ərdəbil  əyalətindən  Quba  xanlığına  köçüb  Müşkür  və  Şabran
mahallarında məskunlaşmış səkkiz tayfa arasında hacılar da var
idi. Oykonim qızılbaşların Zülqədər tayfasının hacılar tirəsinə
mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Eyniadlı yaşayış məntəqəsi Ağdaş, Ağcabədi, Bərdə, Gədəbəy,
Laçın və Tovuz rayonlarında da mövcuddur.
HACIMƏMMƏDOBA. Üçkomponentli  mürəkkəb  oykon-
imdir. Rayonun Pirquluoba İƏV-də yerləşir. Kənd XIX əsrdə Quba
rayonunun Hapıt kəndindən olan Hacı Məmməd adlı bir şəxsə
məxsus keçmiş qışlaq yerində salınmış və sonralar daimi yaşayış
məntəqəsinə  çevrilmişdir.  Oykonim  “Hacı Məmmədə  məxsus
oba” mənasındadır. 
HƏBİBKƏND. Rayonun  Yeni  həyat  İƏV-də  kənd.  Yaşayış
məntəqəsi kimi XIX əsrin ortalarından məlumdur. Oykonim Həbib
(şəxs  adı)  və  kənd  komponentlərindən  ibarət  olub,  “Həbibə
məxsus kənd” mənasındadır. Yerli sakinlər Həbibkəndi “sevimli
kənd” kimi mənalandırırlar.
HƏSƏNQALA
. Bu yaşayış məntəqəsi Qusar rayonu Həsənqala
kəndinin qışlaq yeri olmuşdur. Həmin kənddən köçmüş ailələrin
burada  daimi  məskunlaşması  nəticəsində  paralel  olaraq  belə
adlandırılmışdır. Həsənqala oykonimi ərazisindəki (Qusar rayonu)
eyniadlı qədim qalanın adından yaranmışdır. Kənd Qusarçay İƏV-
nə daxildir.
HÜLÖVLÜ. Rayonun eyniadlı İƏV-də kənd. Bəzi tədqi qat çı -
lara  görə  toponim  təhrifə  uğramışdır.  Oykonim  özündə  qədim
türkdilli  karluqların  gelo (gelu)  tayfasının  (üç  oğuz  da  adlan -
dırırlar) adını əks etdirir. Hülövlü sözünün tərkibindəki -lü tərkibi
isə mənsubiyyət şəkilçisidir. 
63


Yüklə 6,96 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə