Qədim Yunan pedaqoji fikir və tərbiyə



Yüklə 23,86 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü23,86 Kb.
#81607
1   2   3   4
pedaqogika tarixi

Afina təriyə sistemi

Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzifəsi qarşıya qoyulmuşdu.Onlar həm fiziki,əxlaqi,həm də əqli cəhətdən inkişaf etmiş,gözəl zövqə malik insanlar olmalı idilər.Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nəzərdə tutulurdu.Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi.Uşaqlar,yeniyetmələr və gənclər həmişə gimnastikada,rəqsdə,musiqidə yarışır,öz bilik,bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər.[3]

Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar.Bundan sonra oğlan uşaqları məktəbə gedir,qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı.Varlı ailələrdən olan oğlanlara xüsusi peda qoq nəzarət edirdi.

Tərbiyəçi pedaqoqlar təsərrüfatda işləyə bilməyən,fiziki cəhətdən zəif,quldarlar üçün faydasız hesab olunan qullardan olurdu.Tərbiyəçi müsbət keyfiyyətlərin daşıyıcısı olmadığından çox vaxt onun tabeliyində olan uşaqlar da həmin keyfiyyətləri mənimsəyirdilər.

Afinada uşaqlar 7 yaşdan 13–14 yaşa qədər qrammatika və kifara (musiqi) məktəblərində təhsil alırdılar ki, həmin məktəblər xüsusi adamlar tərəfindən açılırdı.Bu məktəblərdə təhsil pullu olurdu.Aşağı təbəqənin uşaqları orada az hallarda oxuya bilərdilər.Uşaqları didaskal-müəllim oxudurdu.

Kifara məktəbində uşaqlara musiqi,nəğmə,bədii qiraət öyrədilirdi.Bununla da uşaqlara ədəbi və musiqi təhsili verilirdi.Məktəb proqramının alfa və omeqası Homerin poemalarının öyrədil məsindən ibarət idi.Bununla bağlı,qədim yunan mütəfəkkiri Platonun fikrincə,"Elladanı Homer tərbiyə etdi".

Homerin "İliada" və "Odisseya" poemaları yalnız savad və musiqi təlimində didaktik material olmayıb,həm də yeniyetmələri həyati münasibətlərlə tanış edir,onları əxlaq ənənələrinə daha da yaxınlaşdırırdı.

Musiqi məktəblərində təlim sinkretik xarakter daşıyırdı.Yəni Homerin poemalarının hekzamentləri musiqinin müşayiəti ilə uzada-uzada söylənilirdi.Oğlanlar 13–14 yaşlarında palestra adlanan məktəblərdə oxumağa davam edir,fiziki təmrinlərlə ciddi məşğul olurdular. Orada onlara beş bacarıq-qaçmaq,hoppanmaq,güləşmək,ox atmaq,üzmək öyrədilirdi.Bütün bunlar gələcək döyüşçü üçün vacib şərtlər idi.



"İdeal vətəndaşlıq məktəbini"- kifara (musiqi) va palestrani (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi-gimnasi (sonralar gimnaziya) hesab olunurdu.Afinada qadın təhsili və tərbiyəsinin məzmunu və vəzifələri olduqca sadə idi.Afina tərbiyə sistemində qızların ailə qurana qədər evdə tərbiyə alması nəzərdə tutulurdu. Onlar ailədə sadə oxu və yazı vərdişlərinə yiyələnir, musiqi təlimi keçirdilər.

Qızlar adamlar arasında çox nadir hallarda, məsələn, dini mərasinlərdə görünərdilər.Onlar yalnız ev işləri ilə məşğul olurdular.Spartada olduğu kimi,Afinada da qullar "danışan alət" adlandırılırdı.Afina ilə Sparta təhsil sisteminin arasındakı bir fərq odur ki,spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda,Afinada qrammatika,kifara və palestra məktəbləri xüsusi adamların ixtiyarında idi.Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daşı dığı halda,Afinada isə əksinə,zehni və estetik tərbiyəyə üstünlük verilirdi
Yüklə 23,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə