Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə4/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   2   3   4   5   6   7   8   9   ...   13

Cem yüz il bundan qabaq yaşayan insanlardan indi heç kimi qalmayıb. Əgər üç-beş nəfər qalıbsa onlar da fəaliyyətsiz vəziyyətdədilər. Dəyər nə qədər yaşamaqda deyil. Necə yaşamaqdadır. Cem təsəvvür et ki, sən aclıq səbəbindən zibillikdən yemiş qabığı götürüb yeyən bacının vəziyyətini görüb, o vəziyyətə əhəmiyyət verməyib laqeyidlik etsəydin sən mənasız bir canlıya çevrilərdin. Bacını o vəziyyətdən çıxarmaq üçün sən heç nədən ehtiyat etmədən özünü təhlükəyə atıb nəyin bahasına olursa olsun üzərinə düşən qardaşlıq borcunu yerinə yetirdin. Dəyərsiz, quru bir nöqtədən tərpənib səhv yol da olsa şərəf adlı bir işin arxasınca getdin. Məhz elə o gün, o an sən insanın nə üçün yaşadığını, nəyə lazım olduğunu əyani olaraq göstərdin. Həmin an sən o məqsəd uğrunda məhv də olsaydın, dəyərli insan, qardaş olduğunu bir dəfəlik təsdiq etmiş olacaqdın. Sənin bundan sonra başqa hərəkətlərin olmasa da, tək bircə o hərəkətə görə sən uzun müddət xatirələrdə cəsarətli, xoşbəxt uşaq kimi qalacaqsan. Bu həyatda yaşamaq məqsədi deyil, məqsəd dəyərli yaşamaqdı. Həm də qısa ömürdə ləyaqətli, xoşbəxt ömür sürməkdi. Sənin atan Con min il də bu dünyada yaşasaydı həmin hadisə günü başqa seyirçilərə çevrilib Yançunu polislərin əlindən alıb onun anasına, körpə bacısına həyat verəcək çörəyi qaytarıb ona verməsəydi, o bütöv ömrünü ...... vermiş olacaqdı. Ancaq o həmin hərəkəti ilə bir anın içərisində bütöv bir şəhərin qəhrəmanına, hamının nəzərində xoşbəxt bir adama çevrildi. Cem sən yeniyetmə də olsan çox yaşlılardan ağlı kəsənsən. Türmədə keçdiyin sınağa görə dustaqlar, həm də özüm də özümü ağılsız adam hesab etmirəmvə həyatın azadlıqda yaşamaqla həbsdə olmağın fərqini çox yaxşı anlayıram və bizim düşmənimizdən də qabaq bunu anlayırdım. Ancaq ailənizin şərəf taleyi həll olunanda saçlarım ağarana qədər götür qoy etdim. Hansı yolu basqıya dözmək, ailənizin qürur və ləyaqətinin əldən verilməsinə biganə qalmaq, yoxsa bütün əldə edilənləri itirib azad həyatını qurban verib, tayfanızın nüfuzlu adını qoruyubsaxlamaq. Qərara gəldim ki, keçmişdən gəlmə ad-sanınızı itirib, insanlar arasında şərəfsiz, başıaşağı yaşamaqdansa ölüm daha xoşbəxt sonluqdu. Ona görə bütün arzu istəklərini çox böyük məqsədlərimə qurban verib bu dörd divar arasına gəldim. Ancaq Cem azad həyatdan uzaq olan bu həbsxanada qürurla yaşayıram. Cem bir an xoşbəxt olub düünyadan getmək yüz illik bədbəxtin ömründənölçüyə gəlməz dərəcədə şərəfli və ləyaqətlidi. Sənin anan Luira xanım qəzet muxbirlərinə verdiyi ifadədə deyib ki, mənim arzum öz qəhrəmanım Conla on beş dəqiqəlik birgə onu görmək olmuşdu. Ancaq mən on beş ildi ki, Conla birlikdə xoşbəxtəm. Mən hesab edirəm ki, dünyanın heç bir qadını mənim kimi xoşbəxt deyil. Bax, Cem xoşbəxtlik odur. Bu cür yaşamaqdı. Çox və ya az yaşamaqda deyil. Sənin anan xoşbəxt qadın olub, o bu gün də, həmişə də hamının nəzərində xoşbəxt olacaq. İndi qalx gedək. Bacı-qardaşların səninlə dərdlərini bölüşməyə gəliblər. Cem ata Devis Ceymsin bacı-qardaşlarının hansı dərdlərini bölüşməyə gəlmələrini yaxşı başa düşə bilməsə də atanın uzun söhbətlərin içərisində onu möhkəmliliyə, səbirliliyə çağıran, məqsədləri çox zəif işarə kimi görsə də yenə ciddi bir şey başa düşməyib, gördüyü yuxunun dəhşətini yadına salıb indiki söhbətlə onu müqayisə etmək fikrindən keçsə də bacı-qardaşlarının görüşə gəlməsinə balaca Cemlini görə bilməsinə sevinibatanın arxasınca düşdü. Kitabaxana ilə birləşiy böyük kluba bir neçə metr qalmış klubun qapısının iki tayı da açıldı. Bu vaxt ata bir balaca ayaq saxlayıb Cemi ondan qabağa keçməyə işarə etdi. Cem bu təklifdən heç nə başa düşmədən və bir də bunun mümkünsüzlüyünü fikirləşib başın qaldırıb ataya baxdı. Onun indiyə qədər görmədiyi və gözləmədiyi bir ciddiyyətlə ata əli ilə onun qabağa düşməsinə işarə etdi. Cem klubun bir tərəfinin dustaqlarla dolu olduğun kənardan görmüşdü. Ancaq o, bu təşvişin nədən ibarət olduğun bilmədi. O, dustaqlarla görüşə gələnlərin bura olmadığını da bilirdi. Onlar qapıdan içəri girən kimiklubun sağ tərəfindəCemin anası Luiranın qara haşiyə olunmuş şəklin və şəklin qabağında yanan şamları gördü. Cem ana! Qışqırıb qabağa qaçmaq istəyi ilə ata Devis Ceymsə baxdı ki, bu baxışı ilə ondan icazə istəsin. Ancaq bu böyük, yenilməz atanın gözlərindən axan yaş Cemi sarsıltdı və o, ora deyil, ona sarıldı. Bu vaxt Cemi görən Corli əlini Klaranın əlindən dartıb qoparıb, Cem deyə qışqıraraq qaçıb, özünü onun üstünə atdı. Cem anasının xatirə şəkli qarşısında Corlini yerə qoyub, dizlərini yerə atıb, iki qat olubgöynəyə-göynəyə ağladı. Corli Klaranın üstünə qaçıb, ana qoyma Cem ağladı. Mən çox pis oluram-dedi. Devis Ceyms Cemə yaxınlaşıb onu durğuzub gətirib bacı-qardaşları ilə görüşdürüb Klara ilə Maykl Ceksonun anasın da yerləşdirib Con hamı bura sənə baş sağlığı verməyə gəlib. Bütün dustaqlar səninlə görüşəcək. Özünü ələ al, hamıya qürurla cavab ver- dedi, dedi və özü də Maykl Ceksonun yanında dayandı. Türmə rəhbərliyinin və dustaqların vida görüşü bir saat çəkdi. Türmə rəisinin düzəltdiyi vida süfrəsində bir şəkil çəkdi. Qəfil bu şəkildə anasının ölümündən nə qədər ağır sarsılsa daCem türmədə belə bir mərasimin düzəldilməsinə, bütün türmə böyüklərinin və dustaqların, türmə rəhbərlərinin yaxında yaşayan xanımlarının da baş sağlığına gəlməsi Cemi heyrətləndirirmiş. Onun anasının ölümünə elə atası Devis Ceymsinin və bütün böyüklərin verdikləri bu boyda diqqət onun fikrini anasının ölümündən yayındırmış, verilən başsağlıqları onun başını qatmışdı.təşkil olunaan hüzür yeməyində ata Devis Ceymsin atası Conun dostu Mister Ceksonun və türmə rəisinin onların ailəsi, atası, anası ilə, onun özü haqqında dedikləri çox xoş sözlər indi bu dəqiqə onun bacı-qardaşlarına analıq edənKlara xalanın çıxış edənlərə çox ləyaqətli cavabı onu dərindən-dərinə qürurlandırmışdı. Baş sağlığına gələn türmə işçilərigedəndən sonra, ata bir saat da əlavə içazə aldı ki, Cem sərbəst halda bacı qardaşları ilə söhbətləşib, dərdləşə bilsin. Cemin bacı-qardaşları, əvvəldən də çox yaxın olduqları evdə böyük olduğu üçün atasının çox yaxın dostu olan, həm də bir evli kimi olduqları Frenk əmisigilə ən çox gedib gələn Cem Klaranın da uşaqlarını öz bacı-qardaşları hesab edirdi və bu həqiqətən də belə idi. Ona görə də indi həm doğma bacı-qardaşları, həm də əmisi hesab olunan Frenkin iki qız və balaca bir oğlu onu əhatəyə alıb, aman vermədən suallar verirdilər və tez-tez də burdan çıxıb evə nə vaxt gələcəyini soruşurdular. Həm də indi niyə onlarla niyə evə getməyəcəyinin cavabını öyrənmək istəyirdilər. Corli Cemin bir qolunun üstündə, Cek isə o biri qolunun üstündə oturub, onu bərk-bərk qucaqlayıb onu buraxmayacaqlarını özləri ilə evə aparacaqlarını deyirdilər. Ancaq Cemin özündən balaca qardaşı artıq on dörd yaşına keçmiş ........ və on üç yaşlı bacısı Lira ağlı kəsən yaşda olduqlarına görə baş vermiş faciənin mahiyyətini dərk edir, Cemin həəbsdə olmasının dərdini çəkdikləri üçün ağrı vermədən ağlayırdılar. Cemə deyirdilər ki, bizdə ötrü fikir eləmə Klara xala bizə analıq edir. Dolanacağımız da çox yaxşıdı. Artıq Klara ana bizim hamımızı məktəbə göndərməyə hazırlaşır. Bu vaxt Klara ana uşaqların qarmaqarışıq söhbətlərini dayandırıb, siz qardaşınıza tamaşa edin, indi mən də onunla bir iki kəlmə söhbət edim. Yaxında oturub bir-biri ilə qiyabi tanış olan və uzaqdan uzağa bir-birlərinə böyük hörmətləri olan Maykl Ceksonla ata Devis Ceymsinin Klaranın bu sözünü eşidib onlar da onu Cemə nə deyəcəyini maraqlı kimi danışıqlarını kəsib, ona diqqət kəsildilər.

Klara dedi ki, Cem oğlum bizdən aralıda burda olmağına baxma yaşına və ağlına görə sən də bizimlə bərabər hər an bu ailənin vəziyyətinə məsulsan və bilirik ki, bizdən ötrü çox narahatsan buna görə də bizim bir-birimizə uydurma danışıb başımızı aldatmağa ixtiyarımız yoxdu. Özü də uşaqlara baxanda hiss edirsən ki, onların nə yeməydən, nə də geyimdən ehtiyacları yoxdu. Bu vəziyyətdə, bizim indiki güzəranımız siz ata-bala Conla sənin hörmətinə görədi. Əgər sən burada Devis Ceyms atanın atanın hörmətini qazanıb ona layiqli övladlıq etməsəydin o da bizə belə qayğı göstərməzdi. Hər həftə atanın dostu tomsonun tanışlığı ilə bizə maaş çəkib, ehtiyacımızı ödəyir. Atanın qabaqkı dostu o sürgün olunandan sonraonun qardaşına çevrilmiş Mister Cekson isə hər gün bizə gəlib dərd-sərimizi öz gözləri ilə görməyincə evinə getmir. Atanın yaxşı əməlləri ilə tanımadan bilmədən qazandığı xeyli miqdarda dostları və həvəstiskarları onun ailəsi ilə maraqlanıb, əllərindən gələn köməyi bizə əsirgəməmək istəyinə çevrilir.

Cem ən başlıcası isə sən və sənin bacı-qardaşların bir şeyi yəqin bilməlisiniz ki, sizin ata-ananız dünyanın ən yaxşı ata-analarındandırlar. Çünki onların heç biri özü üçün yaşamadı və yaşamaq istəmədilər. Kaş bütün analar sənin anan kimi bu dünyadan xoşbəxt köçəydi. O cümlədən mən də. Cem anan bir səndən narahat getdi. Bil ki, sən narahat olsan onun ruhu sakitlik tapa bilməyəcək. Klara bu sözü deyib Cemi qucaqlayıb hönkürdü. Bütün uşaqlar bir-birlərinə qarışıb ağlaşdılar. Ata Davis Ceyms onları bir-birindən ayırıb Klaranın alnından öpdü. Onu bağrına basıb, sən Cemin anasın bu gündən mənim doğma bacım oldun. Nə qədər bu dünyada ömrüm var sənin balalarını korluq çəkməyə qoymayacağam dedi və sən də Cemin burada nə qədər narahat ola biləcəyin yadından çıxart. Cemi sizin üçün elə oğul böyüdəcəm ki, bütün Amerika sizə də afərin deyəcək. Klara ata Devis Ceymsinin əllərindən öpüb, ata bunları biz çox yaxşı bilirik və Cemin yetişməsi fərəhini də yaşayırıq. Devis Ceyms ata Mister Ceksona getməyin vaxtı olduğu işarəsin verdi.

XXX


On doğğuzuncu əsrin qırx-əllinci Amerika həyatının elə çağları idi ki, demək olardı ki, hər gün mütərəqqi burgaziya ilə quldar təhkimçiliyin tərəfdarları olan plantatorların ortasında mübarizə kəskinləşir, ölkəyə hansı tərəfin sahib çıxacağı uğrunda amansız mübarizə gedirdi. Qarşıdurmanın belə kəskin çağında bu vuruşun daha qızğın getdiyi cənubda və onun Konras ştatının Tonika şəhərində yol gedən zənci tayfasının arvad,uşaq, qoca və cavanın belə amansızcasına məhv edilməsi və ağ dərili insanın onların müdafiəsinə qalxıb, altı ağ dərilini öldürməsi ölkəni sürüklənmiş gedən mübarizəni kəskinləşdirmiş, bu çəkişmədə kimin qalib gələcəyini ölüm-dirim dərəcəsinə gətirib çıxartmışdı. Azad əməyin tərəfdarları olan burguaziya idealoqları və demokratiya tərəfdarları Conu Vaşinqtonun belə bir ifadəsini gündəliyə gətirmişdilər. O, demişdi ki, hər bir Amerikalı vətəndaşı olduğu ölkəsin xoş və xoşbəxt gələcəyə daşımaq istəyirsə o, .........üzən timsahın da ovunun üstünə sıçramağa hazır dayanmış meşə pələnginə də, hindusuna da, eskimosuna da, zəncisinə də, ispanın, ingilisin və bu torpaqda yaşayanların sağlamını və xəstəsini də özünü sevdiyi kimi sevməlidir. Bundan başqa cür fikirləşənlər Amerikanın demək müflisləşməsinə qarşı çıxanlar və ona ziyan gətirənlərdi.

Köləliyin saxlanılmasını və qulun sahibkarın şəxsi mülkiyyəti hüququnda qalması tərəfdarları ağ dərili insanların digər irqdən olanların müdafiyəsinə qalxmalarından çox narahat idilər. Və bunun qarşısını almaq üçün hər cürə zor vasitələrdən istifadə edilir ki, bunlardan biri də həmən adamlara terror etməklə onları aradan götürmək idi. Baxmayaraq ki, çox böyük əksəriyyəti qul mülkiyyətçilərinin səlshiyyətində olan Tonika şəhər şürası açıq-açığına ağ dərili Conun zənciləri müdafiəsinə qarşı onun haqqında qərar çıxartmaqdan ehtiyat edirlər. Ancaq onların məxfi təşkilatı Conun vaxt itirmədən məhfinə qərar verdi. Bu qərardan xəbər tutan Tonikanın............ polkovnik Eddi Maykl hələlik polis idarəsinin türməsində saxlanılan Conu istintaq bəhanəsi ilə yanına gətirdib çıxarılan qərarı ona dedi. Onu da dedi ki, sən nə qədər ...... türməsindəsən sənə qarşı sui-qəsdə imkan verməyəcəyəm. Onlar da bunu bilir, bəlkə də burada səni aradan götürülməyinə cəhd edəcəklər. Ancaq onlar məhkəməyə təsir edəcəklər ki, səni tez ştatın türməsinə keçirsinlər. Onda mənim köməyim demək olar ki, heç səviyyəsinə enəcək. Ancaq onu da güman edirəm ki, ancaq zəncilərin “ Qaraların ağ günə çıxması uğrunda mübarizə təşkilatı” sənin təhlukəsizliyin barədə mütləq fikirləşəcəklər. Sənə o metal parçası verən qoca zənci elə-belə adam deyildi. O, gənc səni onların millətinin şərəfi elan etmək idi. Onu da sənə deyim ki, türmə rəhbərliyində zəncilər sayca az olsalar daonlar daha böyük işlər görə bilirlər. Mən bunları səni arxayın salmaq üçün demirəm. Sən bu gündən hər an hər tərəfini görməlisən. Gecə yatmamalısan. Onlar çalışacaqlar ki, səni tez və asan aradan götürmək üçün qanunu pozub səni çox adamlıq kameraya salsınlar. Sən gecə yatmamalısan. Gündüz görünür biri yatanda o biri oyaq qalmalıdı. Sən kameraya gedəndən sonra dərhal ora bir-iki adam verəcəklər. O damlardan biri mütləq səninlə üz-üzə çarpayıda yerləşəcək. Əgər bu baş verməsə mütləq səndən bir-iki gün qabaq kameraya gələn dustaqların kimliyini öyrən. Çarpayının birinci yarısında yatma. Səni mütləq birinci ....... verəcəklər. Aşağı yatacaqda insanı vurmaq, boğmaq asandı. Ancaq sən birinci........... olandan əvvəl yumşaq xahiş elə dəyişməyə razılaşmasa onu boğazla at. Sənə demək artıqdı. Bu sənə məxsus deyil. Ancaq deyirəm türmədə zərrə qədər qorxaqlara tərəddüd edənlərə həyat yoxdu. Sənin kimliyin səndən qabaq dustaqlara çatıb. Con inan orada bir neçə nəfərdən və bir də türmə agentlərindən başqa hamının sənə bu hərəkətinə görə rəğbəti olacaq. Con sən çox fərasətli və ağıllı adamsan. Kamerada ayıq ol. Sən ora çatandan sonra çox keçməyəcək ki, sənə rəğbət olacaq. Sənə işarə verəcəklər. Sən onların səmimiyyətini dərhal hiss edəcəksən. Heç nədən çəkinmə. Sənə ola biləcək təhlukəni onlara çatdır və onlardan özünü müdafiyə üçün alət istə. Onlar mütləq sənə yardım edəcəklər. Hələlik bu düyməli balaca, ancaq........müdafiyə üçün bəs edəcək. Bıçağı qoy cibinə neçə gün burdasan sən yoxlanmayacaqsan. Gedəndə özünlə aparma, qoy yatacağın arasına. Sənə demişəm, yenə təkrar edirəm ki, mən bu işdə səninləyəm və çoxları kimi mən də sənə pərəstiş edirəm. Mütləq hardasa nə vaxtsa səninlə görüşəcəyimizə inanıram. Biz burada səninlə görüşməli olsaq da söhbət edə bilməyəcəyik. Hələlik xüdahafiz.

Şerifin dedikləri və Conu gözləyən təhlukə həqiqət idi. Bunu Con özü də bilirdi. Ancaq türmə həyatı yaşamayan Con üçün ən təhlukəni sovuşdurmaq çətin demək olar ki, təcrübəsiz adam üçün mümkünsüz idi. Bunlara baxmayaraq Con onu gözləyən hadisələrə ruhən və fiziki cəhətdən hazır idi. Hadisədən ötən bir həftə ərzində şəhərin mərkəzi meydanında Conun tərəfdarları ilə qəfil onlara hücum edən naməlum dəstələr arasında toqquşmaları səngimirdi. Tərəflər arasında ölən və yaralananlar var idi. Odur ki, elə bil şəhər camaatı hamıya qoşulub bu himni öyrənmək, oxumaq üçün meydana tələsirdi. Mahnıdakı azadlıq istəyi, amansızlığa nifrət, mübarizəyə çağırış əksəriyyəti demokratiya əleyhidarları olan şəhər şürasını vahiməyə salmışdı. Onlar fikirləşdilər ki, Con nə qədər bu şəhərdədi onun ......bu camaata yaxşı olacaq. Onun azadlığı uğrunda gedən mübarizə günü-gündən şiddətlənəcək. .......gərginliyi az da olsa zəiflətmək üçün Conu hadisədən on gün sonra Konras-........ştatın bir nömrəli istintaq təcridxanasına göçürdülər. Məhbusların köçürülməsi Tonika şəhər polisinin vəzifəsi olduğuna görə Şerif polkovnik Eddi Maykl göndərişi bacardığı qədər məxfi tutub Conu güclü müdafiyə dəstəsi ilə yola saldı.


Hansı vətənpərvər şair tərəfindən tələm tələsik yazılb şəninə yazılmış

Amerika hamilədiindi azadlığa

Hələ mamaçılar məktəbə gedir

Vətən övladları hamilə anadan

Bizi azad edəcək oğul istəyir

Tonika qan içində xoşbəxtdi.

Burda qan gölündə boğuldu körpə

O süd əmib qan qusan ana balanı yenidən ......... verəcək bizə.

Bu şeirin ......... üç-beş günün içində oxuduğu ..... kimi dönməzlik, enməzlik and mahnısına döndü.
Conu Konrasın təcridxanasında şərti ülfətlə qarşıladılar. Onunla xoş rəftar edib, hətta qaydalarda nəzarətdə tutulmayan qayğı da göstərməyə cəhd etdilər. Con görürdü ki, bu insanlar ondan göz götürən kimi içərilərindəki məqsədi gizlədə bilmir. Dərhal sir-sifətləri pis hala düşürdü. Con yaxşı bilirdi ki, bu həbsxanada ona ediləcək bütün bunlar sui-qəsdin üstün pərdələyib ona arxayınlıq yaratmaq üçün idi.

Nə olursa olsun: onu ürək parçaya büküb gözlərinin üstündə saxlasalar da, yatacağına tikanlı məftil çəkib üstündə yatızdırsalar da o bir an belə ayıqlığın əldən verməli deyildi.

Şerif Eddi Mayklın dediklərini və demədiklərini yaddan çıxarmamalı idi.

Adətən, işin asan görülməsi və izi itirmək üçün bu sui qəsdi və ya şərlənib işgəncə veriləcək adamları çox nəfərli kameralara verirdilər. Çünki çox adam olan yerdə istənilən işi, istənilən şəkildə şuluqluq salıb qarışdırmaqla məqsədə çatmaq olardı. Həm də belə kameralarda bir neçə nəfər təxribatçı, agent........ yer dəyişmək şübhə yaratmırdı. Con kameraya girib qapı bağlanandan sonra kamerada hamıya, hər tərəfə baxıb otağın sağ tərəfində, çarpayının başında Amerikanın balaca bayrağın bağlamış adamın buranın hörmətlisi olduğunu bilib, üzün ona tutub, mənim adım Con, soyadım Milmayerdi. Hamınızı salamlayıram və buranın hörmətlilərinə hörmət, hörmətsizlərinə nifrət etməyə, satqınları sizinlə birlikdə əzişdirməyisizə söz verirəm. Bir tikə çörəyimi, aldığım nəfəsi sizin yaxşılarınızla bölüşməyə hazır olacam. Con sözü deyib nəzarətçilərin ona göstərdiyi çarpayıya tərəf gəldi. Kamerada hörmətli hesab olunan Eqdar adlı dustaq Con mənim də adım Eqdardı, ləqəbim gündüz oğrusudu. Bu böyük həbsxanada bəlkə də səni öz istəyən və istəmiyən elə məhbus ola bilməz ki, səni öz kameralarında görməyə qürurlanmamış olsun. Ancaq bizim bəxtimiz gətirib. Odur ki, hamının adından sənə xoş gəldin deyirəm və imkan dairəsində azadlığa tez çıxmağını arzulayırıq. Sən mənim yanımdakı bu çarpayıya yiyələnə bilərsən. Bu mənə də çox xoş olar. Ednar, məni belə səmimi qarşıladığına görə təşəkkür edirəm. Çox rahatlıqla sizinlə qonşu çarpayıda yerləşərdim. Ancaq mən istəmirəm ki, bura çatmamış mənim üçün ............pazırlamış həbsaxa rəhbərliyinin planını pozub, onları rədd edim. Onlar sizi qabaqlayıb mənə qonşu veriblər. Con həbsxanaya gətirilib növbətçi rəisin otağında sənədlərin hazırlanması və qeydə alınması əməliyyatı zamanıhəmən otaqda çalışan polislərin üçü ağ dərili, ikisi isə qara dərili zənci olduğun gördü. Hiss edirdi ki, qara dərili türmə polisləri nə qədər çalışsalar da daxili gərginliklərini gizlədə bilmir, nədənsə narazılıqlarını büruzə verirdilər. Ancaq zənci polisləri rütbədə o birilərdən geridə qalmırdılar. Onlar hərəsi bir iş, vəzifə daşıyırdılar. Biri sənədləri doldururdu. O biri Conun geyimi və özü ilə gətirdikləri əşyaları yoxlayırdı. Biri buranın qayda qanunlarını izah edir, o biri çöllə əlaqəsi vəzifəsini yerinə yetirirdi. Çölə sənəd, xəbər aparıb –gətirən ağ dərili zabit demək olar ki, içəridə olmurdu. Ağ dərili zabitlər çox həssaslıqla qara dərili zabitlərin Conla əlaqəsini izləyirdilər. Conun çantasındakı əşyalarını yoxlayan qara dərili polis əsəbi halda onu hədələyib, yerindən tərpənmə, burda dayan deyib, çantanın arxasına qoyulan kağıza işarə elədi. Con başını aşağı salıb, kağızdakı yazını oxudu. Yazılmışdı ki, sənin üzündə və qarşı tərəfində birinci yanındakılar səni öldürmək üçün atıblar. Bıçaq və dəniz alətləri var. Qonşu tərəfdəki boksuyordu, üstündəki vəhşi kimi güləşçi. Özünü qoru, çöldə biz səni qoruyacağıq. Conun oxuyub qurtaracağını hiss edən zabit kağızı ovcuna tutub götürdü.

Con bu məlumatdan sonra vəziyyəti çox götür qoy etdi. Necə eləsin, müdafiəni necə qorusun. Nəyin bahasına olursa olsun o belə vəziyyətdə boş yerə ölməməli idi. Qərara aldı ki, bu hadisə baş verəcək. Ona hücum olacaq. Onun da o vaxta qədər səbri çatmayacaq. Həm də mənasız yerə gərginlik keçirəcək. Nə olursa olsun özü də bu başdan onun hücumu ilə olsun. O, çantasını aşağıdakı çarpayının üstünə atıb, yuxarıda uzanıb guya yatırmış kimi üzünü divara çevirmiş güləşçinin çiyninə toxunub, dostum mən aşağı...yata bilmirəm. Biz səninlə yerimizi dəyişməliyik-dedi.

Həm bu güləşçi, həm də qarşı tərəfdəki boksçuya Conun Edqara dediyi sizi qabağlayıb mənə qonşu veriblər, özü də surpiz hazırlayıblar. Sözlərini eşidib hər ikisi artıq hadisənin sonraya qalmayıb, yaxında, elə indio baş verəcəyini duyub, yerlərində qurcalanıb hadisəyə hazırlaşmağa başlamışdılar. Güləşçi dedi ki, mənə bu yeri veriblər mən burda yatacağam. Sən harda yatacaqsan özün bilərsən. Çoxdan döyüşə hazır olan bədəni və və ... tarıma çəkilmiş Con bir əli ilə güləşçinin sinəsindən , o biri əli ilə başının altından tutub onu qabağa dartıb, balaca əyilibşikarın başının üstünə qaldırıb yerindən qalxıb əlində bıçaq ona tərəf gəlmək istəyən boksçunun sinəsinə çırpdı. Boksçu zərbədən arxaya aşanda əlindəki bıçaq güləşçinin böyrünə sancılıb onun əlindən çıxdı.con var gücü ilə boksçunun başına və sinəsinəbir neçə təpik vurdu. Onun yaxasından tutub qaldırıbalnına iki baş zərbəsi endirib divana çırpdı. Boksçu çoxdan olmuş meyid kimi döşəməyə sərilib qaldı. Güləşçi güclə dartınıb döşəmədə oturubböyrünə sançılmış bıçağı çıxartmaq istədi. Taqəti çatmadı.Con bıçağı onun böyründən çıxarıb ona verib, dostun gəzdirə bilmədi, al sən saxla deyib, onun sinəsindən təpiklə vurub, onu da, boksçunu da qapının ağzına sürüdü. Con onların yatacağında balaca dəmir lomu, bıçaq və kəndiri götürüb aparıb, onların ikisinin aralığına atıb hirsli qapını döydü. Çox keçmədi ki, nəzarətçilər içəri girib ölüləri, qolları bilinməyən dustaqları görüb rəhbərliyə xəbər verməyə qaçdılar.

Kameraya girən ədliyyə polkovniki tapşırıq verdiyi adamların vəziyyətini və onlara verilən iki küt alətləri görüb özündən aşağı zabitin üstünə qəşqırıb, bu nədi, bu alətlər hardan düşüb bunların əlinə. Bunları kim bu günə qoyub. O bu sözləri deyə-deyə özünü saxlaya bilməyib çarpayıda çox arxayınlıqla oturmuş Cona baxdı.

Con bu fürsəti əldən verməyib polkovnik haradan bildiz bunları mən eləmişəm.iyirmi nəfərin arasında yalnız mənə baxırsınız? Səbəbi nədi? Çox çirkli iş tutursunuz polkovnik. Məni öldürtdürməkdən ötrü nə üçün bu qədər tələsməyinizin səbəbini başa düşə bilmirəm. Bir də hələ bura gəlmələri bir gün olmayan bu adamlarınbu qədər aləti hardan ələ keçirmələri çox maraqlıdı.

Rəis söhbəti tez qurtarmaq üçün yanındakı zabitə-bunu tez mənim yanıma gətirin deyib, çevrilib getmək istəyəndə Con dedi ki, polkovnik bu hadisə mənim sizə etibar etməyimə imkan verir. Siz vəkilim gəlmədən ancaq mənim meyidimi burdan çıxara biləcəksiz.

Bu vaxt kameranın hörmətlisi çox ağıllı halda polkovnikə tərəf gəlib tək Conun yox, burdakı iyirmi nəfərin hamısının meyidini çıxarmalı olacaqsınız. Bilirsiniz ki, bu iş iyirmi nəfərlə də bitməyəcək. Bütün dustaqları qaldırıb Conu müdafiəyə çağıracağam. Türmənin rəisi hirsli halda kameradakı ................. qurdalanmağa başlayan iki nəfəri də götürüb çıxdılar. Bir göz qırpımında baş verən bu hadisədə Cona kömək edə bilməyən bu məhbuslar Conu əhatəyə alıb onun nəzakətindən razı qaldıqlarını baxışları, sifətlərindəki ifadə ilə........çalışırdılar. kameranın hörmətlisi Eqdar Cona yaxın gəlib, onun əlini sıxıb, qardaş sənin çarpayın mənimkindən çox dəyərli oldu. Sən onu zəhmətlə ələ keçirtdiyinə görə mənə icazə ver sənin qonşuluğunda özümə yer tutum – dedi və Conu qucaqladı.

Xxx

Vəkil Stefsan Adams .........qəzetlərin birinin üst səhifəsinə baxanda elə bil nəfəsi sinəsində ilişib qaldı. O ayaq üstə dura bilməyib ətrafa göz gəzdirib yaxındakı oturacaqların birində oturdu. Uşaqlı, böyüklü qan içində olan zəncilərin başları üstündə dayanan gözləri .......almış ananın döşlərin əmən ölmüş körpənin dodaqları arasından süzülən qana dikib, əlini sağ qalan zəncilərə tutub etdiyi andını oxudu. Sonra qəzetin üst qatda böyük hərflərlə yazdığı “ Ağ dərili Con zıncilərin tərəfində duraraq, öz irqindən olaan altı nəfəri öldürdü”



“Günahsız zənzilərin vəhşicəsinə öldürülməsi ölkədəki vəziyyəti düzgün olduğu kimi göstərdi..”demokratlarla kölə sahibkarlığı arasında kı zidiyyət son həddə çatdı. “ Conun bu hərəkəti Amerikada vətəndaş müharibəsini qaçılmaz etdi”. Conu qoruyun ki, Amerikanın hər yerində ədalət qalib gəlsin! Vəkil Stefan Adam bədəninin əsməsini saxlaya bilmirid. O, beşinci sinif şagirdi kimi əlində tutduğu qəzetdəki dərsi necə öyrənəcəyinin, onu necə yadında saxlayıb dərk edə biləcəyinin həyəcanını azalda bilmirdi. Bu bütün bəşəriyyətin öyrənəcəyi, özünə örnəy edəcəyi, özünün and yerinə çevirəcəyi bir müdrik hadisə idi. Con ikinci dəfədi ki, məni və bizi bu məktəbə dəvət edir. Mən isə ona vəkillik edib, onu məhkəmə yolu ilə azad etmək istəyirəm. Conun isə məhkəməyə, nə də vəkilə ehtiyacı var. Nə də onun məqsədi olan azadlığı məhkəmə və vəkilin köməyi ilə əldə etmək olmaz. Azadlığı və ədaləti ancaq Conun mübarizəsi yolu ilə əldə etmək olar. O, qəzetdəki son çağırışı bir də oxudu. “Conu qoruyun ki, Amerikanın hər yerində ədalət qalib gəlsin”!


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə