Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
10
11
muna əsaslanaraq Özbəkistan Respublikasının tərkibindən çıxmaq
hüququna malikdir. Özbəkistan Respublikası ilə Qaraqalpaq-
stan Res pub likası arasındakı qarşılıqlı münasibətlər
Özbəkistan
Respublikası Konstitusiyası çərçivəsində müvafiq müqavilələr və
razılaşmalar yolu ilə həll edilir və imzalanır.
Qaraqalpaqstan Respublikasının Konstitusiyası 1993-cü il 9 ap-
rel də qəbul edilmişdir. Respublika dövlət gerbinə, dövlət bayrağına,
dövlət himninə malikdir.
Qaraqalpaqstan Respublikasında qanunvericilik hakimiy yətini
Yuxarı Palata (Jukarqu-Kenges) həyata keçirir. O yüksək nümayən-
dəli dövlət orqanı olmaqla yanaşı, ərazi dairələrinə görə çoxpartiyalı
əsasda beş illiyə seçilmiş deputatlardan ibarətdir.
Qaraqalpaqstan Respublikasının Yuxarı Palatısının (Jukarqu
Kengesinin) sədri Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinin
deputatı və sədr müavini seçilir. Qaraqalpaqstan Respublikasının
Yuxarı Palatasından (Jukarqu Kengesə) bir namizəd Özbəkistan
Respublikasının Ali (Oliy) Məclisinə deputat təklif etmək hüququna
malikdir ki, o da Özbəkistan Respublikasının Ali (Oliy) Məclisinin
sessiyalarındakı iclaslarda qanunverici təşəbbüsə malikdir.
Qaraqalpaqstan Respublikasının Ali İcra Hakimiyyəti orqanı
Qaraqal paqstan Respublikasının Yuxarı Palatası (Jukarqu Kengesi)
tərəfindən təsdiq olunmuş Nazirlər Sovetidir. Qaraqalpaqstanın
Nazirlər
Sovetinin tərkibinə sədr, sədrin müavinləri, nazirlər,
dövlət komitələrinin sədrləri, iri konsern və birliklərin rəhbərləri
daxildir. Qaraqalpaqstan Respublikasının Nazirlər Sovetinin sədri
vəzifə səla hiy yətlərinə görə Özbəkistan Respublikasının Nazirlər
Kabinetinin tərkibinə daxildir. Qaraqalpaqstan Respublikasının
məhkəmə hakimiyyəti beşillik müddətə seçilmiş qanunverici və icra
hakimiyyətindən, siyasi partiyalar və digər ictimai birliklərdən asılı
olmadan Qaraqalpaqstan Respubli
kasının
Ali Məhkəməsindən
və Qaraqalpaqstan Respublika
sının Təsərrüfat Məhkəməsindən
ibarətdir. Bundan başqa o, həm də beş il müddətinə seçilmiş
şəhər, rayon, şəhər hərbi və təsərrüfat məhkəmə sindən ibarətdir.
Qaraqalpaqstan Respublikası Məhkəməsinin sədri Özbəkistan
Respublikası Məhkəmə sinin tərkibinə daxildir.
Qaraqalpaqstan ərazisində insanların məskunlaşması e.ə.
IV-II minilliyin əvvəllərinə təsadüf edir. Ayin tikililərinin Qoy-
Qrılqanqala ərazilərində qazıntıları aparılan zaman qədim yazılı
abidələr tapıl mışdır(e.ə.IV əsr). Onların sırasında Topraqqala sarayı
(bizim eranın III-IV əsrləri), Govur və başqa abidələri göstərmək
mümkündür. Qaraqalpaqların Janıdərya hövzəsində yayılması
ilə bağ lı məlumatlar da məhz qaraqalpaqlarda həm də irriqasiya
obeykt lərinin, evlərin xarabalıqlarının və malikanələrinin qalıq la rı-
nın saxlanmasını göstərir. Qaraqalpaq adı ilk
dəfə XVI əsrin son la-
rın da Orta Asiya mənbələrində çəkilir.
Coğrafi nöqteyi-nəzərdən Qaraqalpaqstan ərazisi Qızılqumun
şimal-qərb hissəsini Üstyurt yaylasının cənub-şərq hissəsini və bir
də Amudərya çayının deltasını əhatə edir. Respublikanın cənub
hissəsini Aral dənizi tuturdu (Hazırda bu dəniz qurumuşdur)
Burada bəzi yerlərdə dağ massivlərinə rast gəlinir ki, onlardan ən
böyüyü Sultan-Üveys massividir. Amudəryanın deltasında çoxlu
xırda qollar, kiçik göllər, tuğay bitkiləri, qamışlıqlar və nohurlar
vardır. Deltanın sağ sahilində əsasən qaraqalpaqların suvarılan
torpaqları və su kanalları sistemləri mövcuddur.
Qaraqalpaqstan Respublikasının iqlimi sərt kontinentaldır. Yayı
son dərəcə quru və isti, qışı isə qarsız, lakin son dərəcə soyuq olur.
Yağış əsasən qış və yaz dövründə daha çox yağır.
Qaraqalpaqstanın yeganə başlıca çayı Amudəryadır. Onun
geniş deltasında zəngin tuğay bitkiləri vardır.
Sultan-Üveys dağ massivinin hissələrində Baday-Tuğay qoruğu
yerləşmişdir. Qaraqalpaqlar Orta Asiya
irqi qrupuna daxil olmaqla,
güclü monqoloid qarışığına malikdirlər. Qaraqalpaqlar türk dilinin
altay ailəsindən olan qıpçaq yarımqrupundan olan qaraqalpaq
dilində danışırlar. Qaraqalpaqlar müsəlmandırlar.
Qaraqalpaqların etnogenezi Sırdərya və Aralətrafı düzən-
lik və deltalara yayılmış qəbilələrin bu ərazilərdə məskun laş-
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
12
13
ma sı ilə bağlı dır. XVI əsr və XVII əsrin ortalarında qara qal-
paq ların böyük bir his səsi Sırdəryanın orta və aşağı axarında
yer ləş mişdir. Onlar əsasən bu dövrdə yarımköçəri həyat tərzi
ke çi rir, əkinçiliklə, heyvandarlıqla, balıqçı lıqla məşğul olur-
du lar. XVIII əsrin ortalarında qaraqal paqların əsas hissəsi
Sır dər ya dan Janıdərya deltasının qərb qolu hissəsində
yerləş məyə başlamış, XIX əsrin əvvəllərində qaraqalpaqların
Amudər ya deltasında yerləşməsi sona yetmişdir.
XIX əsrin II yarısında isə Amudəryanın
sağ sahilində olan
ərazi lər Rusiya tərəfindən işğal olunmuşdur. Burada Türküs-
tan general qubernatorluğunun Sırdərya vilayətinin tərkibinə
daxil olan Amudərya şöbəsi yaradılmışdı. Amudərya şöbəsi
1920-ci ildə Türküstan Muxtar Sovet Sosialist Respublikasının
Amudərya vilayətinə çevrilmişdir. 1924-cü ildə burada
Qazaxstan Sovet Sosialist Respublikasının tərkibinə daxil
olan Qaraqalpaq Muxtar vilayəti yaradılmışdır. Sonra Muxtar
Vila yət 1930-cu ildə RSFSR-in tərkibinə daxil edilmişdir. 1932-
ci ildə bu Muxtar vilayət Qaraqalpaqstan Muxtar Respub li-
ka sına çevilmişdir. Qaraqalpaqstan 1936-cı ildə Özbəkistanın
tərki binə verilmiş, 1993-cü ildə isə Qaraqalpaqstan
Respubli-
kası na çevrilmişdir.
Qaraqalpaqların ənənəvi məşğuliyyəti yarımköçəri hey-
van darlıq, əkinçilik və balıqçılıqla birgə aparılmışdır.
Qaraqlapqalar əvvəllər aullarda yaşamaqla hər bir aul
ayrı-ayrı tayfalara məxsus olmuşdur.Bu aullar əsasən suvarı-
lan kanallar ətrafında yerləşdirilirdi.
Qaraqalpaqların ənənəvi yaşayış yeri – yurtadır. Lakin
bununla belə Qaraqalpaqstanda qamış konstruksiyadan
ibarət evlər də vardır. Qamışdan tikilmiş bu evlərin divarını
və damını əsasən gil ilə suvayırdılar.
Uzun illər ərzində qaraqalpaq aulunun siması dəyişmişdi.
Müasir qaraqalpaq aulu iri işıqlı pəncərəli evlər, taxta
döşəmələr, elektrik, təbii və yanar qaz, su sistemləri ilə təchiz
olunmuşdur. Yur ta lar əsasən yay dövrü üçün əlverişli yaşayış
yeri kimi qiymətlən diril məkdədir.
Evlərin daxili görüntüsü üçün şəhər şəraitinə uyğun
milli məi şət əşyalarının qoyulması, yerləşdirilməsi və
qaydaya salınması möv cud dur. Döşəmə xalçalar, palazlar,
evin quruluşuna, onun təchizatına xüsusi görüntü gətirir.
Üstü
zövqlə işlənmiş piyalələr, qab-qacaqlar, keramika və
fosfordan olmaqla bu əşyalara xüsusi gözəllik verir.
Qaraqalpaqların ənənəvi qidası əkinçilik, heyvan darlıq,
balıq çılıq məhsulları olmuşdur. Əlbəttə, sadaladığımız bu
məhsullar həm də digər xalqlardan əxz edilmiş yeməklərlə,
mətbəxlə zənginləş diril mişdir ki, bu yeni yemək növləri də
zövqə uyğun olaraq dəyişdirilir və milli mətbəxin ruhuna
uyğun hazırlanır.
Qaraqalpaqların ənənəvi kostyumları yalnız əhalinin ahıl
his səsində, qoca nəslin nümayəndələrində saxlanılmaq dadır.
Qaraqal paq ların milli geyimində qadınlar başa bağladığı
yaylıqlar kifayət qədər koloritlidir. Müasir geyim üslubu
əsasən Avropa üslubudur. Milli geyim forması sabit şəkildə
əsasən və yalnız qadın geyimində özünü büruzə verir.
Qədim zamanlarda qaraqalpaqlarda ağac üzərində oyma
(yurtanın qapıları, şkaflar, qab-qacaq üçün şkaflar və s.),
dəri
üzərində tikmələr, müxtəlif ilmələr özünəməxsusluqla
işlənmişdir. Yurtanın qaydaya salınmasında, əlbəttə, xalça,
palazlardan, keçələrdən, orna ment li toxunmalardan istifadə
olunmuşdur. Onlar ya qızılı rəngdə, ya sarı, ya yaşıl, ya da
başqa rənglərdə olur. Qaraqalpaqların tətbiqi sənə tinin
ənənələri, demək olar ki, bizim dövrdə də saxlanmaqdadır.
Qaraqalpaq xalqı olduqca qədim və zəngin tarixə
malikdir. Onun milli mədəniyyəti, folkloru,
özünəməxsus
incəsənəti, klassik ədəbiyyatı, adət-ənənələri respublikanın
hüdudlarından çox-çox uzaq
lar
da tanınmaqdadır.