Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

 
48 
-    O  mənada  ki,  bu  fakt  hadisəni  asanca  izah  etməyə  imkan 
verir; birinci dəfə ola bilsin ki, kimsə sizinlə zarafat edib, bəlkə 
də  etməyib-  hər  halda  siz  qışqırtını  eşitmisiniz.  Bundan  sonra 
özünüzü  inandırmısınız  ki,  bu  səsi  səhər  eyni  bir  vaxtda 
eşidirsiniz. 
-    Xeyr, əminəm ki, bu belə deyil. 
-  Əlbəttə, bilirsiz ki, bəzən bizim iradəmizdən asılı olmayaraq 
qəribə şeylər baş verir, lakin hər halda hadisəni belə tərzdə izah 
etmək düzgün olmazdı. Əgər siz özünüzü həqiqətən inandırmış 
olsaydınız,  qışqırtını  öz  saatınızla  səkkizə  iyirmi  beş  dəqiqə 
işləmiş  eşidərdiniz.  Ancaq  indi  sözünüzdən  belə  çıxır  ki,  son 
dəfə qışqırtı həmişəkindən bir az gec eşidilmişdir. 
-   Yaxşı, bəs sonra? 
-      Bu  ki,  aydındır,  elə  deyilmi?  Köməyə  çağıran  bu  səs 
hardansa  tamamilə  müəyyən  bir  yerdən  və  müəyyən  vaxtda 
gəlir.  Deməli,  belə  bir  nəticəyə  gəlirik  ki,  qışqırtı  səkkizə 
iyirmi  beş  dəqiqə  işləmiş,  hardansa  kottecin  yaxınlığından 
gəlir.   
-    Yaxşı,  onda bu qışqırtını niyə məhz təkcə  mən eşidirəm?  İş 
orasındadır  ki,  mən  nə  kabusların  varlığına,  nə  də  bu  kimi 
başqa şeylərə inanmıram. Belə olan halda, niyə axı təkcə mən 
bu lənətə gəlmiş qışqırtını eşidirəm? 
-    Hə,  deməli,  belədir;  hələlik  indi  biz  bunu  söyləyə  bilmərik. 
Elə adamlar var ki, onlar başqalarının görmədiyi və eşitmədiyi 
şeyləri  görür  və  eşidirlər.  Biz  bunu  bilmirik.  Həmin  adamlar 
fövqəlada  bir  qabiliyyətə  malik  olduqlarını  anlamır  və  belə 
güman  edirlər  ki,  onları  qara  basır  –  lap  elə  sizin  kimi. 
Şübhəsiz,  bir  gün  gələcək  ki,  biz  sizin  qışqırtını  eşitməyiniz, 
mənim və qızın eşitməməyimizin də səbəbini öyrənəcəyik. Hər 
şeyə  təbiət  qanunları  hökmdardır.  Hazırda  bizim  qeyri-adi 
sandığımız  hadisələr  əslində  heç  də  qeyri-adi  deyil. 
Şüurumuzda, psixikamızda baş verən hadisələrə cavab tapmaq 
hələ çox çətindir. 
-  Bəs indi mən nə edim? – Cek soruşdu. 
    Lavinqton güldü: 


 
49 
-  Yaxşı,  mənim  gəşəng  dostum,  yaxşıca  səhər  yeməyinizi 
yeyib,  gedin  şəhərə.  Çalışın  ki,  başa  düşmədiyiniz  şeylər 
haqqında  düşünməyəsiniz.  Mən  isə  bir  sıra  şeyləri 
aydınlaşdırmalıyam.  Cek,  növbədə  arxamızdakı  kottec 
haqqında  məlumat  toplamaq  lazımdır.  Mən  əminəm  ki,  sirrin 
açarı oradadır. 
    Cek ayağa qalxdı: 
-  Yaxşı, ser. Mən hər şeyə hazıram, ancaq deyirəm ki... 
-   Bəli? 
    Cek utandığından qızardı və dodaqaltı mızıldadı: 
-   Əminəm ki, qızın bu işdə əli yoxdur. 
     Lavinqtonun kefi açıldı: 
-    Siz  mənə  onun  necə  gözəl  bir  qız  olduğu  barədə  heç  nə 
deməmisiniz!  Yaxşı,  kefinizi  pozmayın.  Zənnimcə,  qızın  bu 
sirrə heç bir dəxli yoxdur. Hər nə olubsa, qız bura köçməzdən 
əvvəl olub. 
    Cek  həmin  axşam  evə  qayıdıb,  böyük  səbirsizliklə  yeni 
xəbərlər  gözləyirdi.  İndi  o,  Lavinqtona  kor-koranə  inanırdı. 
Həkimin  bütün  əhvalatı  təbii  bir  hal  kimi  qəbul  etməsi,  özünü 
çox sakit və təmkinli aparması Cekə böyük təsir bağışlamışdı. 
    Cek  nahar  etmək  üçün  aşağı  enəndə  gördü  ki,  təzə  dostu 
salonda  onun  yolunu  gözləyir.  Həkim  təklif  etdi  ki,  onlar  bir 
stolda nahar edəcəklər. 
    Cek narahat halda soruşdu: 
-   Təzə bir xəbər varmı, ser? 
    Mən  kottec  barəsində  hər  şeyi  əldə  etmişəm.  Əvvəllər  bu 
kottecdə qoca bağbanla arvadı qalırmış. Sonradan qoca ölmüş, 
arvadı  isə  qızının  yanına  köçmüşdür.  Daha  sonra  kottec  bir  
inşaatçının  əlinə  keçmiş  və  o,  evi  şəhərdə  yaşayan  bir 
centlmenə  satmışdır. Həmin centlmen kottecdə  yalnız istirahət 
günlərini  keçirirmiş.  Bir  il  bundan  əvvəl  isə  ev  Terner 
familiyalı  şəxsə  satılmışdı.  Onlar  ər-arvad  idilər.  Deyirlər  ki, 
onlar çox qəribə adamlarmış. Kişi ingilis imiş, arvadının isə bir 
tərəfi deyilənə görə, rus imiş, həm də hədsiz gözəl imiş. Onun 
gözəl,  eqzotik  baxışları  varmış.  Onlar  çox  sakit  həyat  keçirir, 


 
50 
heç  kəslə  görüşmür,  kottecin  bağından  qırağa  belə  çıxmır-
mışlar.  Yerli  camaatın  yaydığı  şaiyəyə  görə,  onlar  nədənsə 
qorxurlarmış. Amma mənim buna inanmağım gəlmir. 
    Və  günlərin  birində  onlar  gözlənilmədən  yığışıb  gedirlər  və 
bir  daha  qayıtmırlar.  Az  sonra  mister  Terner  Londondan 
göndərdiyi  məktubda  yerli  vəkillərdən  xahiş  edir  ki,  kotteci 
mümkün  qədər  tez  satsınlar.  Ev  əşyaları  satıldıqdan  sonra, 
kotteci mister Maumverer alır. Ancaq o da bu evdə ikicə həftə 
yaşadıqdan  sonra,  onun  satılması  haqda  elan  verir.  Kottecdə 
indi  yaşayanlar,  vərəmli  fransız  professoru  və  onun  qızıdır. 
Onlar cəmi on gündür ki, buraya köçüblər. 
   Cek deyilənləri sakitcə dinlədi və axırda dedi: 
-  Bütün  bunlar  bizi  sirrin  açılmasına  zərrə  qədər  də,  kömək 
etmir, elə deyilmi? 
    Lavinqton sakit bir tərzdə dedi: 
-  Məni  ən  çox  Ternerlər  maraqlandırır.  Əgər  xatirinizdədirsə, 
mən  dedim  ki,  onlar  sübh  tezdən  çıxıb  gediblərmiş.  Mən  belə 
güman edirəm ki, onların getməyini heç əməlli-başlı görən də 
olmayıb. Mister Terneri sonralar  görüblər, lakin missis Terneri 
hələ gördüm deyən olmayıb. 
    Cekin rəngi qaçdı: 
-   Bu ola bilməz... yəni deyirsiniz ki... 
-    Cavan  oğlan,  həyəcanlanmayın.  Hər  bir  kəsin  ölüm  aya-
ğında- xüsusən zorakı ölüm ayağında - ətraf  mühitə təsiri çox 
güclü olur. Çox güman ki, bu təsir ətraf aləmə  sirayət edir və 
sonradan müvafiq dalğada qurulmuş qəbulediciyə ötürülür- bu 
halda sizin qəbul etdiyiniz kimi. 
-  Bəs nə üçün, mən? – Cek çılğınlıqla etiraz etdi. 
-  Siz  hər  hansı  bir  fövqəl  qüvvəyə  kor-  koranə  və  mexaniki 
şəkildə deyil, onu məqsədyönlü şəkildə qəbul etməyə çalışırsız. 
Mən  özüm  isə  bunlara  o  qədər  də  inanmıram.  Həyatda  elə 
şeylər baş verir ki, hiss edirsən ki, bu gün gördüyün hər hansı 
bir  hadisəni  eyni  ilə  nə  vaxtsa  görmüsən.  Baş  vermiş 
hadisələrin  bəziləri  həqiqətə  tamamilə  uyğun  gəlir,  yəni  eyni 
bir  vaxtda  üst-üstə  düşür.  Başqa  bir  fövqəltəbii  qüvvə  yeraltı  


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə