Qaldirilmasi yollari



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix15.06.2023
ölçüsü0,66 Mb.
#117404
1   ...   15   16   17   18   19   20   21   22   23
beynelxalq marketinq

NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Tədqiqatın nəticəsində məlum olan faktlardan biri də odur ki, beynəlxalq 
marketinq fəaliyyətinin uğurla həyata keçirilməsindən məsul olan bütün yüksək və orta 
səviyyəli firmalar müxtəlif xüsusi keyfiyyətlərə malik olmalıdırlar. Hər şeydən əvvəl 
marketinq haqqında möhkəm bir bilik, başqa sözlə, marketinq anlayışları və texnikaları 
haqqında tam məlumat sahibi olmaq və peşəkarlarla çalışmaq son dərəcə vacibdir. 
Çünki bugünkü texnoloji inkişaf və şiddətli rəqabət nəticəsində həll edilməsi lazım olan 
problemlər ümumiyyətlə istehsala deyil, marketinqə əsaslanır. 
Bundan əlavə, ölkələrin mədəniyyətləri arasındakı fərqlər, satılan mal və 
xidmətlər və marketinq metodlarını təsir edir. Bu səbəbdən hər bir ölkənin ənənələri, 
adətləri, münasibətləri, vərdişləri və davranışları, əhalinin inkişafı və bölgüsü, irqi, 
sosial təbəqələri, ailə sistemləri, sosial dəyərləri və normaları xüsusilə beynəlxalq 
marketinq sahəsində araşdırılmalıdır. Menecerlər müxtəlif mədəni iş mühitlərində 
idarəetmə və ünsiyyət bacarıqlarını inkişaf etdirməli və marketinq fəaliyyətlərini və 
fərqli ölkələrin bazarlarında həyata keçiriləcək strategiyalarını bu ölkənin spesifik 
şərtlərinə uyğunlaşdırmalıdırlar. 
Nəhayət, bu tədqiqatın nəticələrini nəzərə alaraq, gələcək elmi tədqiqatlar üçün bir 
çox istiqamət formalaşdırmaq olar. Birincisi, fərqli bölgələrdə və ya fərqli ölkələrdə 
əldə edilmiş nəticələri təsdiqləmək üçün bu tədqiqatı müəyyən zaman intervalında 
təkrarlamaq səmərəli olardı. İkinci bir cəhət, tapıntıların müvəqqəti sabitliyini 
məhdudlaşdırmamaq üçün uzununa bir araşdırma ehtiva edilə bilər. Üçüncüsü, gələcək 
bir araşdırma hər bir quruluş üçün daha çox ölçmə göstəricilərini əhatə edə bilər. Misal 
olaraq; xüsusilə bu işdə əhəmiyyətsiz olan daxili faktor, təşkilati quruluş və firma 
demoqrafiyası kimi daha çox göstəricilərin əlavə edilməsi ilə tədqiqat mövzusu yenidən 
sınaqdan keçirilə bilər. Bundan əlavə, gələcək tədqiqatlar modelin izahedici gücünü 
artırmaq üçün daha geniş konseptuallaşdırmalar daxil etməyə çalışa bilər. Nəhayət, həm 
az təcrübəli həm də təcrübəli firmalardan ibarət olan homojen bir nümunədə, 
beynəlxalq təcrübənin moderator kimi rolunu araşdırmaq və modelin gözlənildiyi kimi 


68 
işləyəcəyini araşdırmaq çox dəyərli ola bilər. Bir firma daha çox beynəlxalq təcrübə 
qazandıqca, bazardakı vacib fərqləri başa düşməsi və buna görə daha da böyüməsi 
müşahidə edilir. Bu iş beynəlxalq marketinqdə uyğunlaşma strategiyaları ilə ixracat 
performansı arasındakı əlaqəni vurğulayır. Bu işdə təklif olunan və təsdiqlənmiş 
konseptual çərçivənin gələcək tədqiqatlar üçün zəmin yaradacağına ümid edilir. 
Bu gün dəyişən ehtiyac və şərtlər yeni tələblər və istəklər gətirmişdir. Dəstəklənən 
tələbatlar insanlara rəhbərlik edir və bu tələbləri yerinə yetirir, istehlakçı ehtiyaclarını 
və strateji planlarını nəzərə alan şirkətlər üçün isə bu böyük üstünlükdür.
Beynəlxalq marketinqin giriş strategiyalarında şirkətlərin marketinq mühitini, bu 
istiqamətdə çalışan şirkətlərin fəaliyyətini izləmək və hədəfləri müəyyənləşdirmək 
lazımdır. Bu müddətdə bazarın tələb və istəkləri də nəzərə alınmaqdadır. Bütün 
şirkətlər beynəlxalq marketinq strategiyalarını fərqli şəkildə tətbiq edirlər. Hər bir 
şirkətin beynəlxalq marketinqə girmə yolu müxtəlif yollarla həyata keçirilir. 
Marketoloqun işi milli və beynəlxalq istiqamətdə çalışdığı sferaları araşdırmaqdır. Bu 
firmaların bazar tələbləri və istəkləri də nəzərə alınır. Bütün şirkətlər beynəlxalq 
marketinq strategiyalarını fərqli şəkildə tətbiq edirlər. Hər bir şirkətin beynəlxalq 
marketinqə girmə yolu fərqli şəkildə tətbiq olunur. Marketoloqun etməsi lazım olan 
başlıca məsələ milli istiqamətdə çalışdığı şirkətləri araşdırmaq və bu şirkətin güclü və 
zəif tərəflərini dərindən öyrənməkdir. 
Tədqiqat işində beynəlxalq marketinqdə məhsul qərarlarını təsir edən 
standartlaşdırma və uyğunlaşma məsələləri də müzakirə edilmişdir. Həmçinin, burada 
beynəlxalq marketinqdə yeni məhsul inkişaf prosesi izah olunmuşdur. Nəticə olaraq 
müəyyən edilmişdir ki, beynəlxalq marketinq sistemində məhsul ölçüsündə ən 
əhəmiyyətli qərarlardan biri məhsulun bazara standart və ya uyğunlaşdırılmış şəkildə 
ixrac edilməsidir. Hər iki variantın öz növbəsində müəyyən üstünlükləri və mənfi 
cəhətləri vardır ki, bunlar da tədqiqat işində öz əksini tapmışdır. 
Müəssisələr qlobal məhsullarını xarici bazarlara nə dərəcədə uyğun edəcəklərinə 
hər zaman müəyyən araşdırmalar əsasında qərar verməlidirlər. Milli bazar üçün istehsal 


69 
olunan məhsulun hədəf alındığı beynəlxalq bazarlara heç bir dəyişiklik edilmədən 
təqdim edilməsi özü ilə birlikdə müəyyən fayda və risklər gətirə bilər.
Firma mallarının növü, bazarın həcmi, xarici bazarlarda izlənilən iqtisadi və sosial 
siyasətlər və bu siyasət çərçivəsində görülən müxtəlif tədbirlər və rəqabətə uyğunlaşma 
kimi amillər standartlaşdırma və uyğunlaşma arasındakı seçimdə hər zaman mühüm rol 
oynayır.
Təqdiqata əsasən təklif kimi onu demək olar ki: 
1. Ən açıq və ağlabatan yanaşma tədricən genişlənməkdir. Çox məhdud mənbələrə 
sahib kiçik bir şirkət üçün eyni zamanda bir çox yeni bazara girməyə çalışmaq, bəlkə 
də uğursuzluqla nəticələnəcəkdir. Çünki rəqabətə qarşı mübarizə apararkən onlara 
uğurla nüfuz etmək üçün kifayət qədər resurs yoxdur. Bu vəziyyətdə edə bilinəcək ən 
yaxşı şey yalnız genişləndiriləcək yeni bir ölkə seçməkdir.
2. Başqa bir mühüm problem marketinq kampaniyasının nə qədər uğurlu olduğunu 
başa düşmək və bunun gəlirliyini ölçməkdir. Müəyyən bir məqalənin, bir reklamın və 
ya bütün marketinq strategiyasının təsirli olub olmadığını və ya hələ bir qədər 
yaxşılaşdırılmasına ehtiyac olduğunu bilmək ən yüksək potensialı əldə etmək üçün 
vacibdir. Buradakı həll satış və marketinqdəki fəaliyyətlərə gəldikdə aydın bir əlaqə 
qurmaqdır. CRM ilə birlikdə düzgün proqramdan istifadə etmək, marketinq və satış 
baxımından şirkətin səylərini birləşdirməyə kömək edəcəkdir.
3. Bu gün bir çox şirkət xidmətlərini genişləndirir və beynəlxalq fəaliyyətə 
başlayır. Nəqliyyat problemlərinə baxmayaraq, hər şeydən əvvəl şirkətlərin bir 
müştərini hədəf alan ayrı bir strategiyaya ehtiyacı var. Bu tamamilə fərqli bir alıcı 
personajı, alış davranışı və ümumi üstünlüklər deməkdir. Başlanğıcda, digər ölkələr 
üçün bir veb sayt qurmaq və düzgün valyuta məzənnələrini təyin etmək olduqca böyük 
bir problem ola bilər.


70 

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə