45
Qaçar, onun arxasınca birinci piyada diviziyasının rəisi general-
mayor Cavad bəy Şıxlinski və Cahangir bəy Kazımbəy vəzifədən
uzaqlaşdırıldı. Mayın 12-də isə şəhərin qubernatoru Xudadat bəy
Rəfibəyli həbs edilərək Bakıya aparılmışdı. (Şahidləri də, müs-
təntiqi də erməni olan X. Rəfibəylini tələm-tələsik mühakimə
edərək, məhkəmənin hökmü ilə mayın 20-də xəlvəti güllələdilər).
Bu dövrdə Şimali Qafqazda formalaşdırılmış “Şəriət alayı”
da Gəncədə özünü çox pis aparır, yerli əhalini bəy və xanlara qarşı
qaldırmaq məqsədilə şəhərdə gündə bir şaiyə yayırdı. Alayın
başçısı Zülfüqar o qədər nifrət qazanmışdı ki, üsyançılar onu
mayın 27-də ələ keçirərək parçalamışdılar.
Matın 22-də hərbçilərdən bir qrupu C. Kazımbəyin təşəb-
büsü ilə hələ bolşeviklərin əlinə keçməmiş Nüzgar kəndinə
toplaşdı. Burada silahlı üsyana qalxaraq dəmir yolunu tutmaqla
Bakı ilə Qərb bölgəsinin əlaqəsini kəsmək, oradakı Qızıl Ordu
birləşmələrinin geriyə-Azərbaycanın içərilərinə hərəkətinin qar-
şısını almaq, nəhayət, bolşevik hakimiyyətinə son qoymaq qərara
alındı. Bu dövrdə Sovet hakimiyyətinin işləri Qarabağda da çox
pis gedirdi, hətta bəzi yerlərdə yerli əhali əsgərlərin köməyi
olmadan kəndlərdən bolşevikləri qova bilmişdi. Gəncə üsyanının
rəhbərləri əsasən Qarabağda yerləşən milli ordu birləşmələri ilə
əlaqə yaratmaq üçün bölgəyə iki nəfər zabit göndərdi.
Bolşeviklərlə mübarizədə Gürcüstanla fəaliyyət birliyinə nail
olmaq məqsədilə Tiflisə, C. Kazımbəyin tapşırığı ilə Gəncədə
gizli yaşayan iki gürcü polkovniki də yola düşmüşdü.
Xatırladaq ki, sülh müqaviləsinin bağlanmasına bax-
mayaraq Gürcüstan Respublikası ilə Sovet Azərbaycanı arasında
mübahisəli ərazi məsələləri hələ qalırdı və nümayəndə heyətləri
Ağstafada danışıqları davam etdirirdilər. Məsələyə aydınlıq gətir-
mək üçün Levandovskinin 24 may tarixli əmrinə nəzər salaq:
“Sərhədyanı məntəqələrlə bağlı Azərbaycan və Gürcüstan nüma-
yəndələri arasındakı mübahisələri həll etmək, hərbi toqquşma-
lardan qaçmaq üçün əmr edirəm: Poylu, Salah, Şıxlı, Aslanbəyli,
46
Qaymaxlı, Kəmərli, Məlıklı kəndlərini əldə saxlamaq, nə o, nə də
bu tərəfin çıxışlarına imkan verməmək” [7, s.51-52].
Bir tərəfdən Gürcüstan Respublikasının, digər tərəfdən isə
Zaqatala, əsasən də Qarabağdakı Milli Ordu birliklərinin yardı-
mına arxalanan gəncəlilər üsyanın uğur gətirəcəyinə inanırdılar.
Şəhərdəki hərbi hissələr xəlvəti döyüşə hazırlıq vəziyyətinə gəti-
rilir, hiss olunmadan təlim məşqləri keçirilirdi. Hadisələrdən du-
yuq düşən qızıl ordu hissələri mayın 25-dən 26-a keçən gecə
Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücuma keçdi-
lər. Bu həmlə dəf olunduqdan sonra əsgərlər əks hücumla şəhərin
müsəlmanlar yaşayan hissəsindəki XΙ ordu qruplaşmalarını
tərksilah edərək, 600 nəfərdən ibarət şəxsi heyəti əsir götürdü.
Gecə ikən məhbuslar həbsxanalardan azad edildi, şəhər əhalisi
silahlandırıldı və döyüşən qüvvənin sayı 10 min nəfərə çatdırıldı.
Ümumi sayı 1800-ü keçən hərbiçilərlə birlikdə, üsyançıların
sayının 12 minə çatdığını göstərən müəlliflər də az deyil [383;
155,7.12.199].
Əvvəlcədən planlaşdırıldığı kimi üsyançılar, mayın 26-sı
gündüz dəmir yol stansiyasına kəskin həmlələr edərək, axşama
yaxın oranı tutdular. Bu zaman gürcülərlə danışıqlarda olan Daxili
İşlər Komissarı Həmid Sultanovla XΙ ordu birləşmələri Gəncəyə
çatıb, gecə ikən stansiyanı geri ala bildilər.
Mayın 27-də şəhər Şimal tərəfdən aramsız top atəşlərinə
tutulduğu bir vaxtda, Yelenendorf (Xanlar) istiqamətindən er-
mənilər bolşeviklərlə birləşərək şəhərə hücuma keçdilər. Lakin
onların həmlələri kəskinliklə dəf olundu.
Vəziyyətin ağırlığını görən bolşeviklər Gəncəyə, M. Q.
Yefremovun komandanlığı ilə zirehli qatarlar qrupu, P. V. Kurış-
konun 18-ci süvari diviziyası, M. D. Velikanovun komandanlıq
etdiyi 20-ci atıcı diviziyasından ibarət güclü hərbi birləşmələr
göndərdi [393, s.79].
Azərbaycanın istiqlal günü-mayın 28-də bolşeviklər üsyan-
çılara divan tutmaq qərarına gəlmişdilər. Səhər tezdən Şəmkir
tərəfdən ciddi hücum olacağı xəbərini alan C. Kazımbəy alman
47
əsilli polkovnik Hauzen ilə kəşfiyyatdan sonra vəziyyətin
doğrudan da gərgin olduğunu görüb, əsas qüvvələri Qərb istiqa-
mətinə cəmləşdirdi. Saat 8-də başlanan hücumu 22 pulemyot, 6
topun köməyi ilə üsyançılar geri oturda bildilər. Saat 10-da
növbəti həmlə başladı. Elə bu vaxt ermənilərin yenə Yelenendorf
istiqamətindən hücuma keçdikləri barədə xəbər alındı. Qərb cəb-
həsindən Yelenendorf mövqeyinə yardım göndərildikdən sonra
ermənilər xeyli itki verərək geri çəkildilər. Günortadan sonra şəhər
bir neçə istiqamətdən ağır toplardan atəşə tutulsa da, üsyançılar
ona top atəşləri ilə cavab verməmək qərarına gəlir. Operativ
idarənin rəisi V. Voronkovun ordu qərargahına verdiyi məlumatda
deyilir: “Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılmışdı” [7,
s.57].
General C. Şıxlinski bombardman zamanı yaralandığından,
onun yerini əslən polyak olan Stankeviç tutmuşdu. General
Məhəmməd Mirzə xəstələnərək hərbi işlərin gedişindən kənarda
qalmışdı. Digər tərəfdən də mühasirəyə alınan Gəncəyə heç
yerdən yardım gəlmir, Qarabağdan, Gürcüstandan isə ümumiy-
yətlə xəbər yox idi. M. B. Məmmədzadə yazır ki, Gəncəyə
Gürcüstanla bağlanan sülh xəbəri 28 may gecəsi gəlib çatdı və bu
üsyançılara sarsıdıcı zərbə oldu [39, N,7-8,1935].
Bu maraqlı məlumatın həqiqətəuyğunluğu şübhə doğur-
mur. Çox güman ki, sülh barədə danışıqların gizli saxlandığından
və həmin ərəfədə Gəncənin ətrafla əlaqəsi əsasən kəsildiyindən
üsyançılar Sovet hökumətinin Gürcüstanla bağlı yürütdükləri
siyasətdən və bağlanan sülh müqaviləsindən xəbərsiz olmuşlar.
Hadisələr də az vaxt içərisində kəskinliklə dəyişmişdi. Qarabağa
göndərilən zabitlər isə sonralar məlum olduğuna görə Gəncə-
Yevlax yolunda şəhərə tərəf irəliləyən qızıl əsgərlər tərəfindən
saxlanılıb güllələnmişdi.
Mayın 29-da XΙ Ordu Şimal və Şimal-Qərb istiqamət-
lərindən şəhərin ucqar məhəllələrinə girə bildi. Əhalinin köməyi
ilə üsyançılar həm bu, həm də Cənub və Cənub-Qərb istiqamət-
lərindəki həmlələri dəf etdilər.
Dostları ilə paylaş: |