197
Məhərdəcuq kəndinin sakini Məmmədov Mehət Mahmud oğlu və DaĢkərin
kəndinin sakini Ġsmayılov Ramazan Ələkbər oğlu (keçmiĢ hərbi əsir) də öz
həmkəndlilərilə söhbətlərdə azərbaycanlıların qarĢındakı köçürülməsini SSRĠ ilə
Türkiyə arasında gözlənilən müharibə ilə izah etmiĢlər.
Quzukənd kəndinin sakini Ġsmayılov Xan Əhməd oğlu kolxozçularla söhbətində
demiĢdir: "Deyirlər ki, köçürülmə könüllü surətdə olacaq. Bu doğru deyil. Bizimlə
də Axalkalakidəki azərbaycanlılarla etdikləri kimi rəftar edəcəklər: dəmir yolu
vaqonlarına mindirəcək və Qazaxıstana göndərəcəklər. Qəfildən olmaması üçün
hazırlaĢmaq lazımdır…".
Kiçik Təpəgöy kəndinin sakini Əhmədov Ġsmayıl öz həmkəndlilərilə söhbətdə
demiĢdir: "Leninakanda deyirlər ki, bizi, - azərbaycanlıları - 24 saat ərzində
Qazaxıstana
sürgün etməlidirlər, lakin nə vaxt - hələ heç nə məlum deyil…".
Çivinli kəndinin sakinləri: Məmmədov Knyaz Məmməd oğlu, Əliyev Mirzə
Qurban oğlu və ƏĢirov Məmməd kolxozçularla söhbətdə demiĢlər: "Tezliklə bizi
köçürəcəklər, lakin nədənsə bu barədə bir dəfəyə deməkdən qorxurlar. Görünür,
düĢünürlər ki, kolxozçular Türkiyəyə gedərlər…Nə etməli, bilmirəm. Mən axmaq
oldum, çoxdan Türkiyəyə getmədim, indi isə sən istədiyin yerə yox, sənə haranı
desələr, oraya köçməlisən".
Adı çəkilən kəndin kolxoz idarə heyətinin sədri Kərimov Əli kolxozçularla
söhbətdə demiĢdir: "azərbaycanlıların Ermənistandan Azərbaycana köçürülməsi
barədə əbəs yerə məsələ qaldırılırdı. Kolxozçuların çoxu getmək istəmir".
ĠbiĢ, DaĢkərin və Çivinli kəndlərində Məmmədov Bayram Abdulla oğlu,
Allahverdiyev Əli Abdulla oğlu və Məmmədova cəər Ġrza qızı, habelə digərləri öz
evlərini sökürlər və tikinti materiallarını satırlar.
2. Zəngibasar rayonu üzrə