Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə30/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   26   27   28   29   30   31   32   33   ...   114

 
80
Ket başını tərpətdi.  
Təşrih elədiniz, Ravik? 
– Bəli. 
– Elə vacib idi? 
– Bəli...–Ravik susub gözlədi; qoy özü soruşsun! 
– Nə qədər yatası olacağam? 
– Bir-iki həftə. 
Ket bir anlığa susdu. 
– Mənə elə gəlir, yaxşı oldu. Dincəlmək lazımdır. Çox yığmışdım... Yorulmuşdum, 
ancaq inanmaq istəmirdim. Ravik, təşrih də həmin şeylə bağlı idi? 
– Əlbəttə! Yüz faiz! 
– Vaxtından əvvəl başlayan qanaxma da? 
– O da, Ket! 
– Yaxşı ki, indi vaxtım var. Bəlkə də, belə yaxşıdır. İndi qalxası olsam, o 
dəhşətlərlə yenə qarşılaşanda dözə bilmərəm. 
– Heç lazım da deyil. Unudun getsin. Ən çox vacib olan şeylər haqqında düşünün. 
Məsələn, səhər yeməyi barədə... 
– Yaxşı...– Ketin üzündə ürkək bir təbəssüm gəzdi. – Onda güzgünü mənə verin. 
Ravik balaca cib güzgüsünü stolun üstündən götürüb ona verdi. Qız diqqətlə özünə 
baxdı. 
Bu gülləri siz gətirmisiniz, Ravik? 
– Xeyr, xəstəxananındır. 
Ket güzgünü çarpayının üstünə qoydu: 
– Xəstəxanada yanvar ayının ortasında yasəmən olmaz. Uzaqbaşı çayırçiçəyi gülü 
olar, ya da ayrısı... Bir də ki xəstəxana nə bilir, yasəmən mənim ən çox sevdiyim 
güldür... 
– Bu xəstəxana bilir. Axı siz buranın veteranısınız, Ket! – Ravik ayağa durdu. – 
Mən gedəsiyəm. Saat altıya yaxın gəlib sizə bir də dəyərəm. 
– Ravik... 
– Bəli...– Geri döndü. «Başlandı...–deyə düşündü.– İndi soruşacaq...» 
Qız əlini ona uzatdı: 
– Çox sağ olun, – dedi. – Bu güllərə görə çox sağ olun! Bir də belə diqqətinizə 
görə... Siz yanımda olanda heç nədən qorxmuram. 
– Yaxşı, Ket, yaxşı... Buna da diqqət deyirsiniz?! Bacarsanız, yatın. Ağrısanız, 
zəngi basıb tibb bacısını çağırın. Dərman yazaram. Günortadan sonra yenə 
gələcəyəm. Sağ olun, – deyə Veberin otağına getdi. 
– Veber, araq hardadır? 
– Çətin oldu? Buradadır... Ejeni, bir qədəh verin. 
Ejeni, könülsüz də olsa, qədəh gətirdi. 
– Bu ki lap üskükdür! – Veber acıqlandı. – Əməllisini gətirin. Ya da dayanın, elə 
bil, əlinizi dişləyəcək. Özüm gedərəm. 
– Bilmirəm, cənab doktor Veber, – Ejeni tikanlı-tikanlı dilləndi, – həmişə müsyö 
Raviki görəndə, siz... 
– Yaxşı, qurtarın! – Veber onun sözünü kəsərək, konyak süzdü. –Götürün, Ravik. 
Hə, nə dedi? 


 
81
– Heç nə soruşmur. Nə deyirsən də, inanır. 
– Gördünüz?! – Veber sevinc hissi ilə dilləndi. – Mən o vaxt dedim axı! 
– Kömək eləyə bilmədiyiniz xəstə heç sizə təşəkkür edib, Veber? 
– O qədər... 
– Nə desəniz, inanıb? 
– Əlbəttə... 
– Bəs siz onda özünüzü necə hiss etmisiniz? 
– Yüngülləşmişəm. – Veber təəccübləndi. – Əməlli-başlı yüngülləşmişəm. 
– Mənimsə ürəyim bulanır. Elə bil, fırıldaq iş tutmuşam. 
Veber gülüb, şüşəni yerinə qoydu. 
– Ürəyim bulanır...– Ravik təkrar elədi. 
– Birinci dəfədir sizdə belə insani hiss görürəm. – Ejeni dilləndi. – Ancaq demək 
tərziniz yenə həminki kimidir. 
– Ejeni, siz hərdən ixtiraçı deyil, tibb bacısı olduğunuzu unudursunuz...–deyib 
Veber Ravikə tərəf döndü: – Demək, hər şey qaydasındadır?! 
– Hələlik elədir. 
– Belə yaxşıdır. Bu gün səhər-səhər tibb bacısına deyirmiş ki, xəstəxanadan çıxan 
kimi İtaliyaya gedəcək. Bizim də canımız qurtarar. – Veber əllərini ovuşdurdu.  
– Qoy oradakı həkimlər dərdinə qalsın. İstəmirəm, burada ölən olsun. Adamın ad-
sanına ləkə gəlir. 
Ravik Lüsyeni qanına bələyən mamaçanın zəngini basdı. Xeyli keçəndən sonra 
qapını qarayanız bir kişi açdı. Raviki görəndə qapını buraxmadı. 
– Nə istəyirsiniz? – deyə xırıltılı səslə soruşdu. 
– Madam Buşe lazımdır. 
– İşi var. 
– Eybi yoxdur, nə qədər olsa, gözləyərəm.  
Kişi qapını bağlamaq istədi. 
– Burada gözləmək olmazsa, on beş dəqiqədən sonra gələrəm. Ancaq onda tək 
olmayacaqam. Elə adamla gələçəyəm ki, mütləq çıxası olacaq. 
Kişi diqqətlə ona baxdı: 
– Bu nə deməkdir? Sizə nə lazımdır? 
– İndicə dedim ki, mənə madam Buşe lazımdır.  
Kişi nəyisə götür-qoy elədi, sonra: 
– Gözləyin, – deyib, qapını örtdü. 
Ravik qəhvəyi rəngli sınıq-salxaq qapıya, ondan asılmış tənəkə poçt qutusuna və 
üstündə madamın adı yazılmış minalı lövhəyə baxdı. Bu qapıdan nə qədər dərd-
ələm, qorxu keçmişdi. Səbəbi də cavan-cavan qızları həkim əvəzinə bu cür 
küpəgirənlərə ürcah eləyən bir para mənasız qanunlar idi. Əslində, bu qanunlar 
bircə uşağa da həyat bəxş eləməmişdi. Onu istəməyən onsuz da bir yol tapırdı, istər 
qanuni olsun, istərsə də qeyri-qanuni... Fərqi bircə onda idi ki, hər il minlərlə qadın 
şikəst olurdu... Qapı təzədən açıldı. 
– Polisdənsiniz? – bayaqkı üzütüklü kişi soruşdu. 
– Polisdən gəlmiş olsaydım, qapıda qalmazdım. 
– İçəri keçin. 


 
82
Kişi Raviki qaranlıq dəhlizdən keçirib, mebellə dolu bir otağa gətirdi. İçəridə, 
üstünə uzun xovlu məxmər çəkilmiş divan, qızılı haşiyəli stullar, süni Həbəşistan 
xalçası, qoz ağacından düzəldilmiş dekorativ şkaflar var idi və divarlardan Nuh 
əyyamından qalma döymə şəkillər asılmışdı. Pəncərənin qarşısında, metal 
dayanacağın üstündəki qəfəsdə bülbül oturmuşdu. Boş yerlərin hamısına çini 
qablar, fiqurlar düzülmüşdü. 
Madam Buşe gəldi. Həddən ziyadə kök idi və yerlə sürünən çirkli kimono 
geymişdi. Lap divə oxşayırdı. Oyur-oyur oynayan gözlərini çıxmaq şərtilə, üzü 
hamar, yaraşıqlı idi. 
– Nə buyurursunuz, müsyö? – deyə o, işgüzar görkəm aldı. 
Ravik ayağa durdu. 
– Lüsyen Martineyə görə gəlmişəm. Onun uşağını xaric eləmisiniz. 
– Ağlınıza gələni danışmayın! – Buşe heç halını da pozmadı. – Elə adam 
tanımıram. Bir də ki mən uşaq xariç eləmirəm. Ya səhv salmısınız, ya da 
aldadıblar. 
Özünü elə göstərdi ki, guya söhbət qurtardı və getmək istəyir. Ancaq getmədi. 
Ravik də yerindən tərpənmədi. Nəsə gözləyirdi. Qadın geri döndü: 
– Başqa sözünüz yoxdur ki? 
– Pis eləmisiniz. Qızı qan aparmışdı, az qalmışdı, ölsün. Təşrih eləmək lazım gəldi. 
Mən elədim. 
– Yalandır! – Buşe fısqırdı. – Yalandır! Həyasızların işinə bax! Özlərini allah 
yoluna qoyurlar, sonra da başqalarını qatırlar. Mən o həyasıza göstərərəm. Vəkilim 
özü bu işlə məşğul olar. Burada məni hamı tanıyır, vergilərimi vaxtlı-vaxtında 
verirəm. Görərik, bu sırtıq... küçə fahişəsi... 
Ravik heyrətlə ona tamaşa edirdi. Top kimi partlasa da, üzünün ifadəsi heç 
dəyişmədi, elə yaraşıqlı qaldı. Təkcə dodaqları büzülür, sözləri də güllə kimi 
yağdırırdı. 
– Qızın tələbi böyük deyil, – Ravik onun sözünü kəsdi. – Verdiyi pulu geri istəyir.  
Buşe güldü. 
– Pul? Geri istəyir? Nə vaxt almışam ondan bu pulu? Qəbzi var? 
– Əlbəttə, yoxdur. Siz qəbz vermirsiniz axı... 
Ona görə ki, üzünü görməmişəm. Kim inanar ona? 
– İnanan tapılar. Şahidləri var... Doktor Veberin xəstəxanasında təşrih olunub. 
Müayinə hər şeyi aydın göstərdi. Protokol tərtib olunub. 
– İstəyir lap yüz protokol bağlansın! Harda yazılıb ki, mən ona əl vurmuşam? 
Xəstəxanaya, doktor Veberə bax! Adamı lap gülmək tutur. Belə ləçər gedib elə 
dəbdəbəli xəstəxanaya düşsün! Başqa zarafat tapmadınız? 
– Zarafat deyil. Qulaq asın: qız sizə üç yüz frank verib. Zərərin ödənməsi üçün iş 
qaldıra bilər... 
Qapı açıldı, qarayanız kişi içəri girdi. 
– Nə olub, Edelya? 
– Heç nə! Zərəri ödədər? Şikayət eləsə, özünü tutub basacaqlar. Birinci özünü... 
Mütləq elə olacaq... Çünki uşaq xaric elətdiyini boynuna almış olur... Hələ ondan 
sonra, gərək, sübut eləsin ki, mən idim. Onu da bacarmayacaq! 
Qarayanız kişi nəsə kəkələdi. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə