2020-ci ildə turistlərin qəbulu və ölkədən gedən turistlər üzrə lider
ölkələrin göstəriciləri cədvəl 12.1 və 12.2-də verilmişdir.
2020-ci ildə turistlərin qəbulu üzrə lider ölkələr, turist xərcləri
Cədvəl 12.1
Sıra
sayı
Ölkə
Turistlərin
gəlməsi, mln.
adam
Dünya turist
axınlarındakı
payı, %-lə
1995-
2020-ci
illərdə orta
artım, %- lə
1 Çin
137,1
8,6
8,0
2 ABŞ
102,4
6,4
9,5
3 Fransa
93,3
5,8
1,8
4 İspaniya
71,0
4,4
2,4
5 Honkonq
59,3
3,7
7,3
6 İtaliya
52,9
3,3
2,2
7 Böyük
Britaniya
52,8
3,3
3,0
8 Meksika
48,9
3,1
3,6
9 Rusiya
47,1
2,9
6,7
10 Çexiya
44,1
2,7
4,0
Cəmi
708,8
44,2
100
Cədvəldən göründüyü kimi, ən çox turistlərin gəldiyi ölkə Çin
olacaq, Honkonq və Rusiyada da artım tempi gözlənilir. Avropa ölkələri
arasında Çexiyada da böyük uğurlar gözlənilir.
355
2020-ci ildə turist getmələri üzrə lider ölkələr
Cədvəl 12.2
Sıra
sayı
Ölkə
Gedən turistlər, mln.
adam
Dünya turist
axınlarındakı
payı, %-lə
1 Almaniya
163,5
10,2
2 Yaponiya
141,5
8,8
3 ABŞ
123,3
7,7
4 Çin
100,0
6,2
5 Böyük Britaniya
96,1
6,0
6 Fransa
37,6
2,3
7 Niderland
35,4
2,2
8 Kanada
31,3
2,0
9 Rusiya
30,5
1.9
10 İtaliya
29,7
1,9
Cəmi
788,9
49,2
Ölkədən gedən turist axmlannın ən çox gözlənilməsi
proqnozlaşdırılan ölkələr Niderland, Almaniya, Böyük Britaniya,
Kanadadır.
Perspektivdə, daha doğrusu yaxın on illikdə dünya turizm
bazarlarında və beynəlxalq turizmdə inkişafın əsas xarakterik
xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
1.
Beynəlxalq turist fəaliyyəti göstəricilərinin sonrakı artım ənənəsi.
2.
Dünyada baş verən siyasi və iqtisadi vəziyyətin turizmə daimi
təsiri.
3.
Turizmin müəyyənedici faktoru kimi sosial-demoqrafik
dəyişikliklər, elektron informasiya və kommunikasiya sistemlərinin çıxış
etməsi.
356
4.
Həm qlobal, həm də orta və kiçik bizneslə məşğul olan
turoperatorların fəaliyyətinin genişlənməsi.
5.
Dünya turizminin inkişafında turist təkliflərinin verilməsi üzrə
rəqabətin kəskinləşməsi və s.
Nəticə olaraq, son dövrlərdə beynəlxalq turizmin və dünya turizm
mərkəzlərinin inkişafında meydana çıxan bir sıra xarakterik
xüsusi>^ətləri də qeyd etmək olar:
1.
Turizmin məqsədlərinin dəyişməsi. Əgər əvvəllər beynəlxalq
turizmin əsas məqsədi yay məzuniyyətinin təşkili idisə, hal-hazırda
insanlar aktiv istirahətə, idmana və sağlamlığın qayğısına daha çox
diqqət ayırırlar. Bunun üçün dünya turizm mərkəzlərində bu istiqamətdə
müxtəlif marşrutlar təklif edən ixtisaslaşdırılmış turist kompaniyaları
yaradılır və onlar öz fəaliyyətlərində yeni mədəni-mühəndis işləmələrini
tətbiq etməyə çalışırlar (məsələn: Braziliya karnavalı və s.). İşgüzar
turizm artıq digər turizm növlərini ötməkdədir. Bu da TMK-ın fəaliyyəti,
biznesin beynəlmiləlləşməsilə sıx bağlıdır.
2.
Beynəlxalq əməkdaşlıq formalarının dəyişməsilə əlaqədar dünya
turizm sənayesindəki dəyişikliklərin artması.
Belə ki, dünya turist sənayesinin əsas sahələrində TMK-Iar liderlik
edirlər. Onların payına dünya mehmanxana təsərrüfatının əsas hissəsi
düşür. İri turoperator kompaniyaları təşkil olunmuş turistlərin 80%-nə
xidməti təmin edirlər. Xarici fırmalann lisenziyası üzrə beynəlxalq
turizmin maddi-texniki bazasının yaradılmasında istehsal kooperasiyası
fəaliyyəti genişlənir ki, bu əlaqələr də uzunmüddətli münasibətlərə,
dayanıqlığa və böyük həcmlərə əsaslanır. Müasir dövrdə turist
xidmətlərinin bilavasitə reallaşdırılması və göstərilməsi üzrə ən geniş
yayılmış forma kimi birgə turist firmalarının yaradılmasını, xarici firma
və təşkilatlarla ticarət-sənaye əməkdaşlığını, turist kadrlann hazırlanması
əməkdaşlığını, elmi- tədqiqat işlərini və s. qeyd etmək olar. Bütün bunlar
turist xidmət-
357
lərinin həcmi və keyfiyyətinin artmasına, onun maddi-texniki bazasının
möhkəmləndirilməsinə xidmət edir. Bu istiqamətdə ölkələrin
“Ümumdünya turist Vauçer” sisteminə qoşulmasını qeyd etmək olar.
3.
Turist
xidmətlərinin
qiymətlərinin
artması
ənənəsinin
mövcudluğu. Beynəlxalq turizmin kapital tutumunun yüksək səviyyəsi
ona ağır sənaye xarakterini verməyə imkan verir. Çünki, müasir
mehmanxanalar, bahalı avadanlıqlar, turist mərkəzlərinin yaradılması
infrastrukturların, yüksək informasiya texnologiyalarının yaradılmasım,
həmçinin turist kadrlarının hazırlanması böyük investisiyalar tələb edir.
Turizmin beynəlmilləşməsi bu sahədə xarici TMK-ın hökmranlığını
gücləndirir. Nəticədə turist xidmətlərinin dəyərinin artması ənənəsi
yüksəlməkdədir.
4.
Beynəlxalq turizmin ölkələr üzrə paylanması dünya turist
mərkəzlərinin
inkişafının
ölkələrin
sosial-iqtisadi
inkişafının
müxtəlifliyindən asılı olaraq qeyri-bərabər olması və s.
Bütün qeyd edilənlərlə bərabər, dünya üzrə bütövlükdə beynəlxalq
iqtisadi münasibətlərin, beynəlxalq kommersiya - ticarət fəaliyyətinin
genişlənməsi, elmin, texnikanın, mədəni-təhsİl səviyyəsinin artması ilə
mütənasib olaraq turizmin inkişafı xarakter və səviyyəsi də daim
təkmilləşir.
12.5.
Turist xidmətlərinin göstərilməsinin əsas razılaşma və
prinsipləri
Hər bir fəaliyyət sahəsində olduğu kimi, turist əməliyyatlarının
həyata keçirilməsi üçün beynəlxalq kommersiya təcrübəsində
kontragentlərin xarakter və qarşılıqlı münasibətlərindən asılı olaraq
müəyyən hüquqi-müqavilə münasibətləri formalaşdırılmalı və müəyyən
edilməlidir. Bu münasibətlər və turist xidmətlərinin rəsmiləşdirilməsi
aşağıdakı razılaşmalarda əks olunur (şəkil 12.3):
358
Dostları ilə paylaş: |