Q ə r a r d a d I



Yüklə 36,08 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü36,08 Kb.
#2662


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının

Q Ə R A R D A D I

17 mart 2017-ci il

İş № 2(105)-1420/2017

Sumqayıt şəhəri

Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu

Quliyev (sədrlik edən və məruzəçi), Azər Qəmbər oğlu Hüseynov və Gülnarə Fikrət qızı Tağızadədən

ibarət tərkibdə,

məhkəmə iclas katibi Loğman Əlizamin oğlu Şahverdiyevin,

borclu Mirzəyev İlham Novruzqulu oğlunun iştirakları ilə,

Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(059)-471/2015 saylı

qərardadından borclu İ.N.Mirzəyevin verdiyi şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin

binasında açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ :

Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli, 2(059)-471/2015 saylı məhkəmə əmri

ilə (hakim İ.M.Quliyev) 03 noyabr 1972-ci ildə Siyəzən şəhərində doğulmuş Siyəzən şəhəri,

İ.Qayıbov küçəsi, ev 73 ünvanında qeydiyyatda olan və yaşayan borclu Mirzəyev İlham Novruzqulu

oğlundan və 10 noyabr 1971-ci ildə Dəvəçi rayonu, Qozağacı kəndində doğulmuş, Siyəzən rayonu,

Məşrif kəndində qeydiyyatda olan və yaşayan Zülfüqarov Abdul Məmmədqulu oğlundan müştərək

qaydada bankın xeyrinə əsas borc üzrə 4.850,28 ABŞ dolları, 76,97 ABŞ dolları gecikmə faizi 1,28

ABŞ dolları cərimə, cəmi 4.928,53 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət

rüsumunun məcburi qaydada alınaraq «Unibank» KB ASC-yə verilməsi əmr edilmişdir.

Borclular İ.N.Mirzəyev və A.M.Zülfüqarov birgə qaydada etiraz verərək, Siyəzən Rayon

Məhkəməsinin 07 iyul 2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək, ərizənin iddia icraatına

keçirilməsini xahiş etmişlər.

Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(059)-471/2015 saylı qərardadı ilə

(hakim T.Ə.Qurbanov) borclular İ.N.Mirzəyevin və A.M.Zülfüqarovun birgə verdikləri 02 dekabr

2016-cı il tarixli etirazları təmin edilməmişdir.

Borclu İ.N.Mirzəyev şikayət verərək, Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il

tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

Siyəzən Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərardadı ilə borclu İ.N.Mirzəyevin

Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(059)-471/2015 saylı qərardadından

verdiyi şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya

Məhkəməsinə göndərilmişdir.

İ Ş İ N H A L L A R I :

Kreditor «Unibank» KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Mirzəyev İlham

Novruzqulu oğlundan və Zülfüqarov Abdul Məmmədqulu oğlundan birgə qaydada xeyirlərinə

4.850,28 ABŞ dolları əsas, 76,97 ABŞ dolları faiz və 1,28 ABŞ dolları cərimə olmaqla, cəmi 4.928,53

ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində vəsaitin

tutulması

barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.



Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ V Ə T Ə R Ə F L Ə R İ N İ Z A H A T I :

Borclu İ.N.Mirzəyev şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsi 09

dekabr 2016-cı il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş,

1



işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, aldığı krediti qismən ödəmişdir.

Tələbkarın tələb etdiyi məbləğ çox yanlışdır. Tələbkarla aralarında olan borc çox az məbləğdir.

Onunla bank arasında 4.850 ABŞ dolları məbləğində 18 ay müddətində kredit müqaviləsi olmuş,

hansı ki, müqavilədən irəli gələn bütün şərtləri yerinə yetirmiş, nümunəvi müştəri olmuşdur. Ona görə

də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

Məhkəmə kollegiyasının iclasında borclu İ.N.Mirzəyev şikayəti müdafiə edərək, təmin

olunmasını xahiş etdi.

Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada kreditor «Unibank» KB

ASC-yə və borclu Zülfüqarov Abdul Məmmədqulu oğluna məlumat verilməsinə baxmayaraq,

məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən kreditor

«Unibank» KB ASC-nin nümayəndəsinin və borclu A.M.Zülfüqarovun iştirakları olmadan işin

baxılmasını mümkün hesab etmişdir.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən borclunun izahatını

dinləyib və şikayəti müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin

edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Belə ki, iş materialında olan Siyəzən Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli,

2(059)-471/2015 saylı məhkəmə əmrinə əsasən 03 noyabr 1972-ci ildə Siyəzən şəhərində doğulmuş

Siyəzən şəhəri, İ.Qayıbov küçəsi, ev 73 ünvanında qeydiyyatda olan və yaşayan borclu Mirzəyev

İlham Novruzqulu oğlundan və 10 noyabr 1971-ci ildə Dəvəçi rayonu, Qozağacı kəndində doğulmuş,

Siyəzən rayonu, Məşrif kəndində qeydiyyatda olan və yaşayan Zülfüqarov Abdul Məmmədqulu

oğlundan müştərək qaydada bankın xeyrinə əsas borc üzrə 4.850,28 ABŞ dolları, 76,97 ABŞ dolları

gecikmə faizi 1,28 ABŞ dolları cərimə, cəmi 4.928,53 ABŞ dolları məbləğində borcun və 20 manat

ödənilmiş dövlət rüsumunun məcburi qaydada alınaraq «Unibank» KB ASC-yə verilməsi əmr

edilmişdir.

Həmin məhkəmə əmrinin surəti 09 iyul 2015-ci il tarixli məkbutla tərəflərə göndərilmiş və

borclu Mirzəyev İlham Novruzqulu oğlu tərəfindən 16 iyul 2015-ci il tarixdə poçt göndərişinin

xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir.

Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı

gündən on gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı

xəbərdar etməklə etiraz edə bilər.

İş materialları ilə müəyyən olur ki, borclu Mirzəyev İlham Novruzqulu oğlu birinci instansiya

məhkəməsinin məhkəmə əmrini aldığı vaxtdan qanunla müəyyən edilmiş on gün müddətində etiraz

verməli olduğu halda verməmiş və etiraz ərizəsini 02 dekabr 2016-cı il tarixdə verməklə, 1 il 4 ay 06

gün gec təqdim etmişdir.

Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt

şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayət əsaslıdırsa,

məhkəmə qərardadı dəyişdirməli və ya ləğv etməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə

sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin IV hissəsinə əsasən ədalət

mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

“İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafıəsi haqqında” 04 noyabr 1950-ci il tarixli

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri

müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan

müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə

prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkətin edilməsi üçün bərpa edir.

Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafıq

prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona

görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin,

ərizəçinin həmin müddətdə müvafıq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında

sübutlar göstərilməlidir.

2



Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzrlü səbəblər dedikdə,

müvafıq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən

səbəblər başa düşülməlidir.

«Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan

Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları

qiymətləndirərkən, bir qayda olaraq,



affirmanti, non neganti incumbit probation

(sübut etmək

yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər

güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar

fakt ehtimallarından irəli gələ bilər (§ 68).

Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd

edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq

edilir (§ 93).

Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki,

məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli

qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün

riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi

qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uygunluğunun təmin

edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bü qaydaların tətbiq edilməsini nəzərə

almalıdırlar.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997-ci il

tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs

mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna

malikdir. Razılığa qələn tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə

qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali

xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu

tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət

etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib

çıxaracaqdır.

Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun “Könül Namidar qızı

Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust

2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun

yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “qanunla nəzərdə

tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların

mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən

onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə

törətsin və ya məhdudiyyətlər yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab

edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən

meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ

ilə əlaqədar MPM-nin tələblərinə riayyət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və

qərəzsizlik baxımından şübhə altına alınmasın. ”

Məhkəmə kollegiyası hesab edir ki, borclular tərəfindən məhkəmə əmrindən etiraz ərizəsi

üzürsüz səbəbdən qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.

Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını

dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir.

Ona görə də, qərardadın ləğv edilməsi üçün əsas olmadığından şikayət əsassız hesab edilib

təmin edilməməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365 və 398-400-cü

maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə R A R A A L I R :

Borclu İ.N.Mirzəyevin şikayəti təmin edilməsin.

Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(059)-471/2015 saylı qərardadı

dəyişdirilmədən saxlanılsın.

Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya

3



Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya

şikayəti verilə bilər.

Sədrlik edən:imza

Hakimlər:imzalar

Əsli ilə düzdür

Hakim


T.O.Quliyev

4

Yüklə 36,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə