Azәrbaycan Respublikasının Prezidenti
yanında QeyriHökumәt Tәşkilatlarına
Dövlәt Dәstәyi Şurası
MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ
ÜÇÜN DAVRANIŞ PRİNSİPLƏRİ
2005‐ci ildə BMT‐nin Ədalətli Məhkəmə Hakimiyyətinin
Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış
1
M
ƏHKƏMƏ
A
PARATI
İ
ŞÇİLƏRİ
ÜÇÜN
D
AVRANIŞ
P
RİNSİPLƏRİ
Beynəlxalq və milli qanunvericiliyin tanıdığı "hər kəsin, o
cümlədən cinayət törədilməsində ittiham olunan istənilən
şəxsin hüquqlarının qanunla yaradılmış müstəqil və qərəzsiz
məhkəmələr tərəfindən ədalətli və açıq şəkildə müdafiə
olunması" fundamental prinsipini nəzərə alaraq,
Yuxarıda qeyd olunan prinsipə riayət edilməsinin səlahiyyətli
və qərəzsiz məhkəmə aparatı üçün əhəmiyyətli olduğunu
nəzərə alaraq,
Məhkəmə sisteminə olan ictimai etimadın
ədalət
mühakiməsinin həyata keçirilməsində məhkəmə aparatı
işçilərinin hamı tərəfindən qəbul olunan ədalətliliyindən asılı
olduğunu nəzərə alaraq,
Eyni zamanda məhkəmə aparatı, habelə onun üzərində
ümumi və intizam nəzarətinin həyata keçirilməsi və həmin
heyətin
fəaliyyətinin
dəstəklənməsinin
məhkəmə
hakimiyyətinin üzərinə düşdüyünü nəzərə alaraq
on ölkənin ali məhkəmələrinin sədrləri və yüksək instansiya
məhkəmələrinin
hakimlərindən
ibarət
tərkibdə
formalaşdırılan
Ədalətli
Məhkəmə
Hakimiyyətinin
Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən məhkəmə
aparatı işçiləri, həmçinin yardımçı heyət üçün vahid davranış
standartları müəyyənləşdirmək məqsədi ilə aşağıdakı
prinsiplər qəbul olunmuşdur. Bu Prinsiplər hakimlər üçün
məhkəmə aparatlarının idarə edilməsi məqsədi ilə bələdçi
vəsait qismində hazırlanmışdır. Həmçinin, bu Prinsiplər
məhkəmə aparatı işçilərinin tabe olduğu qanunun aliliyi və
etik davranış prinsiplərinə xələl gətirməməklə onlara dəstək
verir.
2
1. PRİNSİPLƏRİN TƏTBİQİ DAİRƏSİ
(1) Bu prinsiplər hakimlərdən savayı məhkəmə fəaliyyətinə
bilavasitə və bilvasitə cəlb olunmuş bütün məhkəmə aparatı
işçilərinə şamil olunur. Əvvəllər məhkəmə sahəsində çalışmış
və bu Prinsiplərin 3(1)‐ci maddəsinə əsasən, həmin dövrdə
məxfi məlumatlar əldə etmiş şəxslər 3(6)‐cı maddənin təsiri
altındadırlar.
(2) "Məhkəmə aparatı işçiləri" dedikdə məhkəmə katibləri
və məhkəmədə fəaliyyət göstərən xüsusi səlahiyyətli işçilər
nəzərdə tutulur. Hər bir üzv dövlət bu Prinsiplərin tətbiq
olunduğu məhkəmə aparatı işçilərinin dairəsini özü
müəyyənləşdirir.
2. İŞƏ SƏDAQƏT
(1) Məhkəmə aparatı işçiləri vəzifələrindən istifadə edərək
özləri və başqa şəxslər üçün qeyri‐qanuni üstünlük və
imtiyazlardan
yararlanmamalı,
habelə
buna
cəhd
göstərməməlidirlər.
(2) Məhkəmə aparatı işçiləri bilə‐bilə ki, onların müşahidə
oluna bilən və bilinməyən hərəkətləri təsir altına düşə bilər,
istənilən hədiyyə, xidmət və digər dəyərləri tələb və qəbul
etməməli, habelə onlara razılıq verməməlidirlər.
(3) Məhkəmə aparatı işçiləri istənilən şəxsə onun üstünlüyü
(qohumluğu, vəzifəsi, rütbəsi və s.) baxımından ayrı‐seçkiliyə
yol verməməlidirlər. Qohumluq əlaqələri, qarşıdakı şəxsin
qulluq mövqeyi, rütbəsi və digər qeyri‐qanuni təklifləri
məhkəmə aparatı işçilərinin vəzifə funksiyalarına və qəbul
etdikləri sənədlərin qanuniliyinə təsir göstərməməlidir.
(4) Məhkəmə aparatı işçiləri öz vəzifə funksiyalarının icrası
ilə bağlı göstərdikləri xidmət, verdikləri məsləhətlər
qarşılığında ödənilən rüsumdan başqa, digər pul, təzminat
və sair ödənişlərin ödənilməsini tələb etməməlidirlər.
3
(5) Məhkəmə aparatı işçiləri rəsmi saxlanclarında olan
əşyalardan, əmlaklardan və pul vəsaitlərindən yalnız
qanunda və müvafiq təlimatlarda göstərilmiş qaydada,
ağlabatan çərçivədə istifadə etməlidirlər.
3. KONFİDENSİALLIQ
(1) Daxilolma mənbəyindən asılı olmayaraq məhkəmə
aparatı işçiləri məhkəmə sistemində işlədiyi dövrdə əldə
etdikləri konfidensial məlumatları açıqlaya bilməzlər.
(2) Qanunvericiliyə, məhkəmənin daxili qaydalarına görə
qanunda göstərilmiş konkret şəxslərə açıqlanması nəzərdə
tutulan məxfi məlumatlar yalnız buna səlahiyyəti çatan
məhkəmə aparatı işçiləri tərəfindən verilə bilər.
(3) Əgər daxil olmuş məxfi məlumat qanunun tələblərinin
pozulmasını və ya qeyri‐etik davranış baş verdiyini
təsdiqləyərsə və məhkəmə aparatı işçisi buna əsaslı olaraq
inanırsa,
bu
barədə
müvafiq
səlahiyyətli
şəxsi
məlumatlandırmalıdır. Müvafiq səlahiyyətli şəxsə bu cür
məlumatın açıqlanmasına görə məhkəmə aparatı işçisi
intizam məsuliyyətinə cəlb oluna bilməz.
(4) Məhkəmə aparatı işçilərinə məhkəmə prosedurları ilə
bağlı məsləhət vermək qadağan deyil, lakin buraya hüquqi
məsləhətlər aid deyildir. Vətəndaşlar standart məhkəmə
prosedurları – şikayətin verilməsi qaydası və az məbləğli
iddiların verilməsi barədə məhkəmə aparatı işçiləri
tərəfindən şifahi məlumatlandırıla bilərlər.
(5) Məhkəmə aparatı işçiləri proses tərəflərinin, şahidlərin
və ya müdafiəçilərdən birinin xeyrinə hakimlər, andlı
iclasçılar və ya digər şəxslərlə ünsiyyətə girməməlidirlər.
(6) Hazırkı məhkəmə aparatı işçiləri tərəfindən açıqlanan
məlumat konfidensiallığı pozarsa, eyni məlumatların sabiq
4
məhkəmə aparatı işçiləri tərəfindən açıqlanması qadağandır.
Bu müddəanın əksinə olaraq bu cür məlumatların
açıqlanması məhkəməyə hörmətsizlik kimi qiymətləndirilə
bilər.
(7) "Konfidensial məlumat" dedikdə davam edən məhkəmə
prosesləri ilə bağlı ictimailəşməmiş məlumatlar, bu cür
proseslərlə bağlı hakimin fəaliyyətinə aid olmayan
məlumatlar, habelə qeydlər, qərar layihələri, araşdırma
qeydləri, qapalı müzakirələr, xidməti məktub, qurumdaxili
müzakirələrin protokolları və s. başa düşülür. Yekun
məhkəmə qərarının və ya digər tipli qərarın tərtibi üçün
hakim tərəfindən istifadə olunan qeydlər, qərar layihələri,
araşdırma qeydləri, qapalı müzakirələr, xidməti məktub,
qurumdaxili müzakirələrin protokolları və s. məlumatlar
həmin qərar açıqlandıqdan sonra belə, məxfi saxlanılır.
4. MARAQLARIN TOQQUŞMASI
(1) Vəzifələrinin icrası ilə bağlı məhkəmə aparatı işçiləri
maraqların
toqquşmasından
çəkinməlidirlər.
Onlar
maraqların toqquşmasının baş verə bilməsi barədə
maksimum dərəcədə sayıqlıq nümayiş etdirməli, baş verdiyi
təqdirdə müvafiq orqanları məlumatlandırmalı və belə
hadisə baş verərsə, onları aradan qaldırmalıdırlar.
Maraqların toqquşması aşağıdakı hallarda baş verir:
i. məhkəmə aparatı işçilərinin rəsmi vəzifələrinin icrası ilə
bağlı qərəzsizliyinə və ya müstəqil mühakimə yürütməsinə
xələl gəldiyi, yaxud xələl gəlmiş kimi görünməsi üçün əsas
olduğu halda, və ya
ii. məhkəmə aparatı işçiləri, onların ailə üzvləri və ya onların
biznes, yaxud digər maddi marağı həmin işçilərin rəsmi
5
hərəkəti nəticəsində maddi gəlir əldə edəcəyi halda.
b) Məhkəmə aparatı işçisi hər hansı peşənin, biznesin və ya
təşkilatın üzvü kimi həmin peşənin, biznesin və ya təşkilatın
məhkəmə sistemində vəzifəsi olmayan hər hansı digər üzvü
qədər gəlir əldə edirsə, bu halda maraqların toqquşması baş
vermir.
c) “ailə üzvləri” anlayışı qan, evlilik və ya övladlığa götürülmə
yolu ilə qohumluqdan asılı olmayaraq aşağıdakı şəxsləri
ehtiva edir: həyat yoldaşı, oğul, qız, qardaş, bacı, ata, ana,
baba, nənə, nəvə, qayınata, qayınana, baldız (yengə), qayın
(yeznə), kürəkən, gəlin, öğey ata, ögey ana, oğulluq, qızlıq,
ögey qardaş, ögey bacı və işçinin evində yaşayan hər hansı
digər yaxın qohum və ya şəxs. “Həyat yoldaşı” anlayışı de
facto həyat yoldaşını və ya mülki nikahı da əhatə edir.
Məhkəmə aparatı işçiləri aşağıdakıları etməməlidirlər:
a) işçinin vəzifəsi ilə bağlı bağladığı əmək müqaviləsi istisna
olmaqla məhkəmə sistemi ilə hər hansı xidmət, təchizat,
əmlakın və ya avadanlığın satışı və ya icarəsi üzrə
müqavilələr bağlamaq, həmçinin öz ailə üzvlərindən hər
hansı birinin məhkəmə sistemi ilə müqavilə bağlamasının
təmin edilməsinə digər maraqlı şəxslərin malik olmadığı
şəkildə kömək göstərmək məqsədilə öz mövqeyindən istifadə
etmək.
b) məhkəmə sistemi ilə əqd bağlayan və ya proseslərdə
iştirak edən şəxslərə kömək etməyin və ya onların bu işləri
ilə məşğul olmağın müqabilində bəxşiş və ya sair
kompensasiya, mükafat və ya təşviqləndirici hədiyyə almaq.
c) məhkəmə aparatı işçisinin və ya onun ailə üzvlərindən hər
hansı birinin gələcəkdəki əmək fəaliyyəti üzrə danışıqlar
apardığı hər hansı şəxslə bağlı hər hansı rəsmi fəaliyyətdə
iştirak etmək.
6
d) məhkəmə aparatı işçilərinin ailə üzvlərini bilərəkdən işə
götürmək və ya işə götürülməsini tövsiyə etmək.
e) donorun əsas məqsədinin məhkəmə aparatı işçilərinin
rəsmi vəzifələrinin icrasına təsir etmək olduğunun anlaşıldığı
və ya anlaşıla bildiyi hallarda hər hansı hədiyyə, borc, bəxşiş,
endirim, güzəşt, qonaqpərvərlik və ya xidmət xahiş etmək və
ya qəbul etmək.
3) Yuxarıdakı prinsiplərə riayət olunmasının təmin edilməsi
məqsədilə məhkəmə sisteminin adından müqavilələr
bağlamaq və ya təsdiq etmək səlahiyyəti olan məhkəmə
aparatı işçiləri həmin vəzifəyə təyin oldunduqda, əmək
fəaliyyətlərinə xitam verildikdə, həmçinin illik olaraq
müvafiq quruma öz maddi vəziyyətləri barədə bəyannamə
təqdim etməlidirlər. Bəyannamə müvafiq qurum tərəfindən
müəyyən edilən qaydalara uyğun olmalı və bütün şəxsi və
biznes gəlirlərini, o cümlədən investisiyalar və daşınmaz
əmlak, həmçinin həyat yoldaşlarının və onların himayəsində
olan övladlarının əldə etdikləri bilinən gəliri əhatə etməlidir.
4) Hər bir məhkəmə aparatı işçisinin məhkəmə sistemində
tutduğu vəzifə həmin işçinin əsas işi olmalıdır. Əsas iş
dedikdə, məhkəmə işçisinin normal iş saatlarını əhatə edən
və onun rəsmi vəzifələrinin icrasına eksklüziv diqqət
ayırmasını tələb edən vəzifə başa düşülür. Əlavə işdə
işləməyə yalnız aşağıdakı meyarlara riayət edildiyi halda yol
verilə bilər:
a) əlavə iş məhkəmələrdə hüquqşünas kimi fəaliyyət
göstərən və ya məhkəmə sistemi ilə biznesi olan şəxslərlə
bağlı deyilsə;
b) əlavə iş məhkəmə aparatı işçisinin vəzifə və öhdəliklərinin
icrası ilə uyğunsuzluq təşkil etmirsə;
c) əlavə iş hüquqşünas kimi fəaliyyət göstərməyi tələb
etmirsə;
7
d) əlavə iş məhkəmə aparatı işçilərinin rəsmi vəzifələrinin
icrası zamanı əldə etdiyi məxfi informasiyanı açıqlamalarını
tələb etmirsə və ya buna sövq etmirsə;
e) əlavə iş icra və qanunverici hakimiyyət orqanlarında
deyilsə (hər iki işəgötürən tərəfindən xüsusi olaraq razılıq
verildiyi hallar istisna olmaqla);
f) maraqların toqquşmasının mövcud olduğu və ya əlavə işin
məhkəmənin düzgünlüyünə mənfi təsir göstərdiyi halda
məhkəmə aparatı işçiləri əlavə işi qəbul etməməlidirlər.
5. VƏZİFƏLƏRİN İCRASI
(1) Məhkəmə aparatı işçiləri öz vəzifə öhdəliklərini hər
zaman düzgün və xüsusi diqqətlə icra etməlidirlər. Onlar iş
vaxtı ərzində yalnız öz vəzifə öhdəlikləri və işləri ilə məşğul
olmalıdırlar.
2) Məhkəmə aparatı işçiləri dövlət qulluqçusu kimi öz
vəzifələrinin icrasını mümkün qədər nəzakətli şəkildə icra
etməlidirlər.
3) Məhkəmə aparatı işçiləri onların nəzarətində olan hər
hansı
qeydləri
dəyişdirməməli,
təhrif
etməməli,
saxtalaşdırmamalı, məhv etməməli, yaxud lazımi qeydləri
aparmaqdan yayınmamalıdırlar. Bu müddəa qeydlərin və ya
sənədlərin məhkəmə qərarına əsasən dəyişdirilməsini və ya
silinməsini qadağan etmir.
4) Məhkəmə aparatı işçiləri vəzifə öhdəliklərini icra edərkən,
insanların irqi, dini, milli, etnik mənsubiyyətinə, əlilliyinə,
yaşına, cinsinə, ailə vəziyyətinə, cinsi orientasiyasına, sosial
və ya iqtisadi statusuna və ya siyasi əqidəsinə görə
diskriminasiya etməməli, yaxud sözləri və ya hərəkətləri ilə
qabaqcadan formalaşmış mənfi rəy göstərməməlidirlər.
8
5) Məhkəmə aparatı işçiləri iş üzrə tərəflərə, gələcəkdə tərəf
olacaq şəxslərə və ya məhkəmə sistemi ilə işi olan hər hansı
bir şəxsə özəl hüquqşünaslar tövsiyə edə bilməzlər.
6) Məhkəmə aparatı işçiləri qaydalara riayət olunmasını və
məhkəmə tapşırıqlarının icrasını öz səlahiyyətləri
çərçivəsində operativ şəkildə təmin etməlidirlər.
7) Məhkəmə aparatı işçiləri öz əmək funksiyalarından kənar
hər hansı bir işi və ya vəzifəni görməyə məcbur edilə
bilməzlər.
Azәrbaycan Respublikasının Prezidenti
yanında QeyriHökumәt Tәşkilatlarına
Dövlәt Dәstәyi Şurası
Nəşr “Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı
mübarizədə əsas alət kimi” layihəsinin icrası çərçivəsində
hazırlanmışdır.
Dostları ilə paylaş: |