436
Burada: C- kükürdün miqdarı, kq,
A-Havada kükürd qazının %-lə miqdarı;
B- yükdən azad fəza, m3
V- 1 kq qaz əmələ gətirən kükürd qazının əmələ gətirdiyi fəza ( 0 dərəcədə bu
fəza 0,346 m3 , otaq temperaturunda isə 0, 376 m3 ), m3
Q- qutuların əmələ gətirdiyi partiyanın miqdarı ;
D- qutuların əmələ gətirdiyi hər partiya üçün (bir partiya 100 ədəd qutudur)
lazım olan kükürd anhidridi.
Saxlanmağa qoyulan üzüm sağlamdırsa demək olar ki, kamera
qazkeçirməyən hesab edilməsinə baxmayaraq qazın müəyyən qədər hərəkət sürəti
olur. Qutular arası boşluqda qazın hərəkət sürəti 0,25 m/san. Bir partiya qutu
üçün 0,45 kq kükürd tələb olunur. Saxlanma şəraiti nisbətən pis olduqda
kükürdün miqdarı 0,7-0,9 kq-a çatdırıla bilər. Kamerada hər ventilyatorun
qabağında qazın hərəkəti üçün keçid qoyulur.
Qutular hava axımına paralel qoyulmalıdır və onların arasında 2-4 sm məsafə
saxlanır. Ventilyatorlar güclü olmalıdır.
Kükürd qazı ilə fumiqasiyanın təsiri uzun müddətdə olmur. Ağac kəpəyi ilə
qablaşdırıldıqda və yaxud təcili olaraq məhsulun daşınmasında fumiqasiya
aparmaq mümkün olmur. Belə hallarda kalium bi-sulfid yaxud matrium bi-
sulfiddən istifadə olunur. Qutuda nəmlik az olduqda kükürd qazı tədricəm əmələ
gəlir və aşağı kosentrasiyada uzun müddət təsirini saxlayır. Yüksək nəmlikdə
kükürd qazı sürətlə əmələ gəlir və üzümü tezliklə xarab edir.
Hazırda qutuda üzüm qablaşdırarkən ağac kəpəyindən istifadə olunmur. Hər
üzüm qutusuna 5 qr bi-sulfid atılır.
Kükürd qazının üzüm tərəfindən udulmasının müxtəlif şərtləri vardır. Sort,
gilənin yetişmə dərəcəsi, qazın sıxlığı və hərəkətinin davamlılığı bu şərtlərdəndir.
Üzüm sortları kükürd qazını udma qabiliyyətinə görə bib-birindən
fərqlənirlər. Alman alimləri müəyyən etmişlər ki, kükürd qazının eyni sıxlığı
fonunda Ağ oval kişmişi sortunun 30 dəq ərzində aldığı kükürd qazı 60 dəq.
ərzində Qro Qiyom sortunun aldığı kükürd qazına bərabərdir. Ağ oval kişmişi
sortu 0,003 % kükürd qazı aldıqda keyfiyyətini itirir. Digər sortlar üçün kükürd
qazı norması belədir:
Malağa - 0, 0018% , Emperor -0 0014%, İsgəndəriyyə muskatı- 0,0026%.
Bu məsələni öyrənən tədqiqatçılar müəyyən etmişlər ki, eyni sortda kükürd
qazının təsiri üzümlüyün yerləşdiyi yerdən və ilin meteoroloji şəraitindən də
asılıdır. Pis yetişən gilə yetişmişə nisbətən kükürd qazını tez qəbul edir. Müəyyən
etmişlər ki, İsgəndəriyyə muskatının məhsulu 27,18 və 13 % şəkərlilikdə müvafiq
olaraq 0,0043, 0,0077 və 0,0262 % kükürd qazı alır. Yetişib ötmüş üzüm də
saxlanarkən yüksək keyfiyyətini saxlaya bilmir. Bu baxımdan belə üzümün
437
fumiqasiyasında istifadə olunan kükürd qazının sıxlığı artıq olmalıdır. Şəkəri az
olan üzüm az sıxlığı olan kükürd qazı tələb edir.
Eyni sıxlıqda qaz mühitində istiliyi çox olan (+220 C) üzüm +40 olan
üzümdən qazı çox udur. Temperaturu 240 C olan Malaqa sortu temperaturu 90 C
olan məhsuldan 3 dəfə artıq miqdarda qaz udur.
Kükürd qazının konsentrasiyası artdıqca və fumiqasiya davamlı olduqca
üzümün qaz udması çoxalır. Qazın sıxlığı həm qəbul edilmiş normaya uyğun
olmalı ( birinci fumiqasiyada 0,5%), həm də kamera üzrə o bərabər
paylanmalıdır. Bu səbəbdən də fumiqasiyanın müddəti 20 dəqiqə qəbul
edilmişdir.
Yadda saxlamaq lazımdır ki, kükürd qazının təsirindən üzümdə zədələnmələr
də baş verir. Bəzən gilənin rəngində, xüsusilə gilənin saplağa birləşdiyi yerdə
rəng kəskin dəyişir. Salxım qutuya qablaşdırıldıqda kütləvi olmasa da az
miqdarda gilənin saplağa birləşdiyi yerdə çatlama baş verir. Çatlamış hissə
kükürd qazını çox udur. Eləcə də qaz saplaqdan giləyə daxil olur. Gilənin rəng
dəyişən hissəsində toxumalar quruyur və gilə deformasiyaya uğrayır.
Gilə saplağı ətrafından başlanan rəng dəyişməsi tədricən gilənin ucuna doğru
hərəkət edir. Qırmızı rəngli gilələrin rəngində açıqlıq və solğunluq görünür. Qara
rəngli gilələrdə rənglər göy-qaradan qırmızımtıl göyə qədər dəyişir. Ağ giləli
sortlarda isə gilədə kül rəngli fonda əvvəlcə saralma gedir, otaq temperaturunda
isə 2 gündən sonra qonurlaşma baş verir. Rəngin dəyişməsi çox vaxt gilədə
xoşagəlməz dadla müşahidə olunur. Yenidən fumiqasiya aparıldıqda gilə kükürd
dadır. Rəng dəyişikliyi baş verən üzümdə bişirilmiş üzüm dadı olur.
Saxlanmanın digər şəraitləri əlverişli olduqda aşağı temperaturda üzümü uzun
müddət saxlamaq olur. əksər üzüm sortlarının gilələri yaxşı yetişdikdə -3,9 0 C-ə
qədər onları saxlamaq mümkündür. Salxım saplağında şəkər az olduğundan
göstərilən temperatura dözmür. Ancaq üzüm saxlanmasının aşağı temperaturunu -
1,90 C qəbul etmək lazımdır.
Saxlayıcıda havanın nisbi nəmliyi yüksək olmalıdır. Nisbi nəmliyi eyni olan
isti havanın tərkibində nəmlik soyuq havaya nisbətən çox olur. Temperaturu 24
0C havada nəmlik 80%-dirsə +20 C-də nəmlik xeyli aşağı olur. Saxlayıcıda
havanın nisbi nəmliyi artdıqca buxarın təzyiqi artır və üzümdə su buxarlanması
azalır. Buna görə də üzüm saxlayıcılarında nisbi nəmliyin 87-92% olması
məsləhət görülür.
Əgər saxlayıcıda 0 dərəcədə havanın nisbi nəmliyinin 88% həddində
saxlanması lazım gəlirsə onda oradakı havanın temperaturu -1,670C olmalıdır.
Dünyanın üzümçülük rayonlarında dad etibarilə ən keyfiyyətli üzüm sortları
çox incədirlər və onların saxlanması o qədər də sadə deyildir. Bir qayda olaraq
tez və orta müddətdə yetişən üzümlər ( onların saxlanma qabiliyyəti yüksək olsa