Piratçılığa qarşı müdafiə və müəllif hüquqlarının qorunması məqsədilə



Yüklə 285,4 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix14.01.2018
ölçüsü285,4 Kb.
#20502
1   2   3   4   5   6   7   8   9

8

Təlimat

Təlimat

Ümumi Məlumat

Oracle Book Manager (OBM) KES Nəşrlərinin «Oracle SQL və Verilənlər 

Bazasının  Modelləşdirilməsi.  250  Məsələ,  400  Həll»  kitabında  verilən 

məsələləri  işləmək  üçün  yaradılmış  sistemdir.  Kitabda  təqdim  edilən 

məsələləri işləmək üçün əvvəlcə kitabı qeydiyyatdan keçirmək lazımdır. 

Kitabı qeydiyyatdan keçirməklə OBM sistemində hesab əldə edəcəksiniz. 

OBM hesabla 10 şirkət və təşkilatın stabil Oracle verilənlər bazasına və 

hər bir oxucu üçün ayrılmış dinamik fərdi bazaya qoşulmaq mümkündür. 

Dinamik fərdi baza ilə kitabın hər bir orijinal oxucusuna 10 MB yer ayrılır.

OBM Lisenziya Müqaviləsi

Menyu  sətrinin  "Məlumat"  bəndində  "Lisenziya"  alt  menyusuna  klik 

edin.  Lisenziya  müqaviləsində  kitabın  uğurlu  qeydiyyatı  üçün  şərtlər 

və  məlumat  məxfiliyi  haqqında  öhdəliklər  qeyd  edilmişdir.  Lisenziya 

müqaviləsi  ilə  diqqətlə  tanış  olun.  Kitabın  uğurlu  qeydiyyatı  üçün 

müqavilənin təsdiqi tələb olunur.



OBM Sisteminin Quraşdırılması

Oracle Book Manager proqramının qrafik istifadəçi interfeysi Java 1.8 ilə 

yaradılmışdır. Proqramı Java mühiti olan (JRE 1.8.x və ya yuxarı versiya) 

istənilən əməliyyat sistemində işlətmək mümkündür. 

>  Kompüterinizin  əməliyyat  sisteminə  uyğun  Java  mühitini  buradan 

endirə bilərsiniz: 

www.oracle.com/technetwork/java/javase/downloads/jre8-

downloads-2133155.html

> Java mühitinin quraşdırılma qaydası: 

www.oracle.com/javase/8/docs/technotes/guides/install/install_

overview.html

OBM sistemi Oracle 11g və 12c ilə test edilmişdir. Hazırda sistem Oracle 

XE 11.2.0.2.0 versiyası ilə işləyir. Windows əməliyyat sistemində işləyən 

oxucular  CD-dən  JRE  1.8  mühitini  əldə  edə  bilərlər.  Java  mühitinin 




9

Təlimat

Windows platformasında quraşdırılması qaydası CD-də qeyd edilmişdir.



Kitabın Qeydiyyatı

OBM proqramı açıldıqdan sonra menyu siyahısından "Qeydiyyat" bəndini 

seçin. Qeydiyyat formasında ulduz (*) ilə qeyd edilən vacib sahələri daxil 

edin. Vacib olmayan sahələr kitab oxucularının statistikası üçün nəzərdə 

tutulmuşdur.  Qeydiyyat  zamanı  tələb  olunan  unikal  kod  əldə  etdiyiniz 

kitabda  verilmişdir.  Nəzərə  alın  ki,  unikal  kod  yalnız  və  yalnız  kitabı 

əldə  etdiyiniz  andan  etibarən  24  saat  müddətində  aktiv  edilir.  Hər  bir 

orijinal kitab bir unikal kodla nəşr edilmişdir. Bir unikal kodla yalnız bir 

orijinal kitab qeydiyyatdan keçirmək mümkündür. Kitab yalnız bir dəfə 

qeydiyyatdan  keçirilir.  Eyni  bir  unikal  kodla  kitabı  təkrar  qeydiyyatdan 

keçirmək mümkün deyil.

OBM Hesabı

Kitabı  uğurla  qeydiyyatdan  keçirdikdən  sonra  OBM  hesabınıza  daxil 

ola  bilərsiniz.  Əsas  proqramda  qeydiyyat  zamanı  daxil  etdiyiniz  email 

və ya kitabınızın unikal kodu ilə şifrənizi daxil etməklə hesabınıza keçə 

bilərsiniz.  Sistemə  uğurlu  daxil  olduqdan  sonra  menyu  sətrində  "VB" 

(verilənlər  bazası)  bəndini  açın.  Buradan  işləmək  istədiyiniz  Oracle 

bazanı  seçə  bilərsiniz.    "Stabil"  alt  menyusunda  kitabda  verilən  şirkət 

və təşkilatlara aid bazalar saxlanılmışdır. Stabil bazalarla yalnız və yalnız 

SELECT  əməliyyatları  etmək  mümkündür.  Əgər  siz  cədvəl  yaratmaq 

(CREATE TABLE...), cədvələ məlumat yazmaq (INSERT INTO...), cədvəldən 

məlumat silmək (DELETE FROM...), cədvəli silmək (DROP TABLE…) və digər 

SQL kodları icra etmək istəsəniz, o zaman "Dinamik" alt menyusundan 

"Fərdi Oracle Sxemim" bazasını seçməyiniz kifayətdir. Seçdiyiniz bazanın 

strukturunu görmək üçün alətlər panelində "Sxemi Göstər" (Alt+S) əmrini 

işə  salmaq  lazımdır.  Əgər  sizi  hər  hansı  bir  cədvəlin  və  ya  görünüşün 

strukturu, məsələn, sütun tipi, sütun nömrəsi və s. maraqlandırarsa, o 

zaman alətlər panelində verilmiş mətn sahəsinə qoşulduğunuz bazada 

mövcud olan cədvəl və ya görünüşün adı daxil edilməli və "Cədvəl və ya 

Görünüşün Strukturunu Göstər" (Alt+A) düyməsi klik edilməlidir. Stabil 

bazalarla işləməmişdən əvvəl tövsiyə olunur ki, bazanın kitabda verilən 

mətn təsviri, ER diaqram və SQL DDL strukturu ilə yaxşı tanış olasınız.

Bir  hesabla  eyni  zamanda  yalnız  bir  istifadəçi  –  orijinal  kitabın  sahibi 

Oracle Book Manager sisteminə daxil ola bilər. İkinci və növbəti paralel 



10

Təlimat

sessiyalar məhdudlaşdırılmışdır və lisenziya şərtləri daxilində OBM server 

avtomatik müşahidə edir. OBM lisenziya şərtləri ilə hesab məlumatlarının 

paylaşılmasına icazə verilmir.



Əlavə Proqramlar

Kitabdakı məsələləri işləmək üçün OBM-dən başqa heç bir sistem tələb 

olunmur. Amma verilən məsələləri daha zövqlü və gözlənilən formada 

həll etmək üçün 2 əlavə proqram məsləhət görülür: 

>  Kitabda  verilənlər  bazasının  modelləşdirilməsinə  aid  olan  məsələləri 

işləmək  üçün  ER  diaqramları  dəstəkləyən  proqramlardan  istifadə  edə 

bilərsiniz. Kitabdakı ER diaqramlar Dia (www.dia-installer.de) sistemi ilə 

modelləşdirilmişdir. Alternativ olaraq yEd, MS Visio və s. sistemlərdən də 

istifadə edə bilərsiniz.

> CD-də olan həll fayllarını hər hansı bir redaktor proqramının köməyilə 

açmaq  mümkündür.  Kitabdakı  həllər  Notepad++  (www.notepad-

plus-plus.org)  proqramından  istifadə  edilməklə  hazırlanmışdır.  Buna 

baxmayaraq SQL faylları kompüterinizdə olan hər hansı bir sadə redaktor 

proqramı  ilə  də  aça  bilərsiniz.  Məsələn,  Windows  platformasında 

Notepad proqramı ilə.

CD Həllərin İşlədilməsi

OBM  hesaba  daxil  olduqdan  sonra  işləyəcəyiniz  şirkət  və  ya  təşkilatın 

bazasını  seçin.  Bu  zaman  aktiv  proqram  pəncərəsinin  başlığında 

qoşulduğunuz  bazanın  adını  görəcəksiniz.  Alətlər  panelindən  "Sxemi 

Göstər" əmri ilə qoşulduğunuz bazanın obyektləri ilə tanış olun. Kitabda 

verilən məsələnin həllini "SQL İş Sahəsi" bölməsinə yazın və sorğunu icra 

edin (Alt+Enter). Məsələnin təklif olunan həllərini kitabla birlikdə əldə 

etdiyiniz CD-nin uyğun qovluğundan əldə edə bilərsiniz. Düzgün cavabları 

icra  etməklə  öz  həllinizin  doğru  olub-olmadığını  yoxlaya  bilərsiniz.  

OBM-in  SQL  iş  sahəsi  kursor  ilə  seçilmiş  mətnin  icra  olunmasını  da 

dəstəkləyir.  Bunun  üçün  icra  edəcəyiniz  sorğunu  nişanlayıb  alətlər 

panelindən "İcra Et" (Alt+Enter) əmrini işə salmaq lazımdır.

CD-dəki həll fayllarına aşağıdakı konvensiya ilə ad verilmişdir: 

<şirkət və ya təşkilatın adı>_[_]

[a].sql



Yüklə 285,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə