Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
53
gizlətmədi.
– Desəm ki, siz mənim xoşuma gəlirsiz, hirslənməyə-
cəksiz?
Culi bunu hiss etmişdi, ancaq belə tezliklə bu etirafı
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
56
bul olunması onu lap da ruhlandırmışdı. İxtisas seçimləri
həmin ixtisasa verilmiş ərizələr əsasında tələbənin qiymət-
lərinə baxılaraq edilirdi. Hə, zarafat deyildi, ən yüksək göstə-
ricilər tələb olunan ixtisasa yiyələnmişdi. İndi qalırdı bu ix-
tisasa sona qədər yiyələnməyi bacarmaq. Bəzən yorulanda,
usananda özü-özünə sakitcə pıçıldayırdı: sən bacarmalısan!
Mütləq bunu etməlisən! Ruhdan düşmək olmaz! Tənha bu-
raxdığın bacın üçün atanın son sözünü unutmamalısan.
Öz-özünə bu sözləri hər dəfə pıçıldayanda bacısını, ata-
sını, uşaqlığını, qeridə qoyduğu xoş anlarını xatırlayır, onu
qəhər boğurdu. İndi görəsən nə edir mənim sevimli bacım?
Görəsən heç yadına düşürəmmi? Darıxma bacı mütləq gələ-
cəm. Kövrəlsə də, ağlamırdı...
Bəzən elə musiqilər olur ki, dinlədikcə həyatda yaşa-
dıqlarının fərqinə varır, musiqinin dərin qatlarına endik-
cə isə həyatın fəlsəfəsini, varlığın mahiyyətini anlayırsan.
Musiqinin bu sehrinə bəzən o da düşürdü. Yaxşı ki, uşaq-
lığında pianodan musiqi təhsili almışdı. Belə anlarda hamı
dağılşandan sonra yeməkxananın küncündə duran, qara
qədimi pianinoya içini boşalda bilirdi. Hamıdan gizlətməyə
çalışsa da, onu təsadüfən dinləyən aşbaz qadın ifasının so-
nunda onu bağrına basıb hönkür-hönkür ağlamış, yenidən
çalmasını xahiş etmişdi. Musiqi yad olsa da, onun gözəl ifası
insanı əfsunlayır, dinləyicini öz ağuşuna alıb, uzaqlara apa-
rırdı. Sonradan onu oğlu kimi sevən bu qadın ifası haqqında
xoş sözlər demişdi.Həmin gündən sonra qadın ondan şəxsi
həyatını soruşmuş, ona oğlu haqqında danışmışdı. Mətinin
xahişi ilə onun bu bacarığı haqqında heç kimə deməmişdi.
O, hamı dağılışandan sonra hərdən Mətindən yorğun deyil-
sə
nə isə U
d
O