Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

 
42 
tətbiq etmək qadağandır. Lakin onlarda mətbuat qanunlarına zidd bir şey olarsa, 
nəşriyyatçı  və  ya  qələm  sahibi  həmin  qanunlar  çərçivəsində  cəzalandırılır. 
Yazıçı məşhur İran əhlindən olduqda isə nəşriyyatçı cəzadan azaddır. 
Qərara  alınır  ki,  cəmiyyətin  hüquqlarının  qorunması,  habelə,  qələm 
sahiblərinin  və  mətbuatın  basqılarını  zərərsizləşdirilməsi  məqsədilə,  qanunlar 
çərçivəsində,  kitab,  qəzet,  elan  və  müxtəlif  layihələrin  nəşri  azaddır.  Bu  kimi 
işlər  və  mətbuatın  satışı  ilə  məşğul  olmaq  arzusunda  olan  şəxslər  əvvəlcədən 
maarif  nazirliyi  yanında  şəri  öhdəçiliklərlə  mükəməfiyyətləndirilməlidir  (64, 
96). 
Bu  mütərəqqi  qanunun  əhəmiyyətinin  lazımınca  işıqlandırılması  üçün 
qəbul  edilməsindən  əvvəl  və  sonra  nəşr  olunan  qəzetlərin  müqayisəsinin 
aparılması zəruridir. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər 
haqqında  Ə.Kəsrəvi  yazırdı  ki,  «doğrüdür,  bu  dövrdə  ölkədə  bir  sıra  qəzetlər 
nəşr edilirdi. Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək 
və  s.  kimi  yazılarla  dolu  idi.  Ölkədə  aparılan  işlər  və  baş  verən  proseslərin 
tənqidindən söhbət gedə bilməzdi. Sankı buradakı məmurlar bütün işlərdən uzaq 
idi.  Zəkaulmülk  (Məhəmməd  Hüseyn)  «Tərbiyət»  adlı  bir  qəzetdə  bəzən 
fransızcadan  etdiyi  tərcüməsində  çarəsizlikdən  «qanun»  sözünün  əvəzinə 
«qayda» kəlməsini işlətmişdir». 
Yuxarıda şeyd olunduğu kimi qəzetlər nəinki Qacarın məmurları tərəfindən 
senzuradan  keçirilirdi,  hətta  azadlıq  o  dərəcədə  boğulurdu  ki,  ən  kiçik  ictimai 
və  siyasi  məsələlərə  toxunmamaq  üçün  yazıçılar  və  naşirlər  arasında  bir  növ 
özünü kontrol da mövcud idi. 
Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün 
ölkədə azad şəkildə nəşr edilməyə başladı. Qələm sahibləri tam qüvvəylə xalqı  
informasiya  ilə  təmin  etmək  üçün  səfərbər  oldular.  İstər  siyasi,  istər  ictimai, 
istərsə  də  iqtisadi  baxımdan  bütün  məsələlər  qəzet  səhifələrində  şərh  və  analiz 
olunmağa  başladı.  Saray,  hətta  şəxsən  Məhəmmədəli  şah  belə  tənqid  edildi. 
«Müsavat»  qəzeti  şahın  və  onun sarayının  əməlləri  haqqında  daha  çox  yazırdı. 
Əhməd  Kəsvərinin  yazdığına  görə  «Sultanul  üləma  Xorasani  «Ruhul  qüds» 


 
43 
qəzetində cəsarətli sözlər yazmışdı ki, bu sözlərin başında Məhəmmədəli Mirzə 
dururdu.  Təhsil  nazirinin  məhkəməyə  müraciəti  nəticəsində  Sultanül  üləma 
oraya  dəvət  edildi.  Məhəmmədəli  Mirzənin  ünvanını  «qəssab  dükanı» 
adlandırılmasının  səbəbi  soruşulduqda  «Sultanül  üləma»  münsiflər  heyəti 
çağırılmasını tələb etdi. Bu bəhanə idə cavab verməkdən boyun qaçırdı və iddia 
təmin olunmadı» (62, 87). 
 
Bu  dövrdə  Azərbaycanda  50-yə  yaxın  şəzet  və  jurnal  nəşr  olunurdu. 
Tədqiqatçı  Hüseyn  Umud  onlardan  səkkizinin  Azərbaycan-fars,  birinin 
Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir (65, 49). 
1906-cı  ildə  Təbrizdə  «İttahad»,  «Azad»,  «Dəbistan»,  «Əcnümən», 
«Azərbaycan»,  1907-ci  ildə  «Hərfe-həqq»,  «Mücahid»,  1908-ci  ildə  «İttihad» 
(II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 1909-cu ildə 
«İstiqlal»,  «Buqələmun»,  1910-cu  ildə  «Təbriz»,  «Şəfəq»,  1911-ci  ildə 
«Səadət»  qəzetləri  nəşrə  başladı.  Bu  illərdə  Urmiyə  şəhərində  «Fərvərdin» 
(1911)  və  «Fəryad»  (1907)  qəzetləri,  Həmədanda  «Ülfət»  (1907),  Kəmaliyyə 
(1910),  «Səadət»  (1907),  Ərdəbildə  «Bərge-səbz»  (1908)  qəzeti,  «Şəfəq» 
(1911), «Mükafat» (1909) qəzetləri nəşr olunurdu (61, 3). 
Məşrutə  inqilabı  dövründə  mətbuat  həqiqətən  dövrünün  ictimai-siyasi  və 
ədəbi həyatının güzcüsünə çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri 
də  yaranan  ədəbiyyatın  ayrıca  kitab  və  digər  bədii  nümunələrdə  deyil,  məhz 
mətbuat  səhifələrində  əks  olunması  idi.  Məsələn,  Əşrəfəddin  Gilani  tərəfindən 
Rəştdə  nəşr  olunan  «Nəsimi-Şimal»  qəzetinin  əksər  səhifələri  şeir 
nümunələrindən  ibarət  idi.  Yusifxan  Etisalınmülkün  redaktorluğu  ilə  çıxan 
«Bahar»  qəzetində  Yusif  xanın  şeirləri  və  rus,  fransız,  ərəb  ədəbiyyatından 
etdiyi tərcümələr əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının 
baş  yazısı  Əli  Əkbər  Dehxudanın  daimi  rubrikası  olan  «Çərənd  pərənd»  də  o 
dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı. 
İstanbul  şəhərində o  illərdə  azərbaycanlı  ziyalıların  daha iki  mətbu  orqanı 
çap olunurdu. Bunlardan biri Seyid Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin 


 
44 
rəhbərliyi  ilə  1909-1920-ci  illərdə  nəşr  olunan  «Şəms»  qəzeti  idi.  İstanbulda 
nəşr  olunan  digər  qəzetin  redaktoru  Təbrizli  Hacı  Həsən  xan  Cəfərzadə  idi. 
Azərbaycan və fars dillərində nəşr olunan bu qəzet demokratik yönlü idi və  öz 
səhifələrində siyasi satirik materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan 
azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər. 
İnqilab  illərində  İranın  digər  şəhərlərində  də  azərbaycanlı  inqilabçı 
publisistlər tərəfindən bir sıra qəzetlər nəşr olunurdu. Tehranda M.Rəsulzadənin 
və Əbuziyaının redaktorluğu ilə «İrane-noy», S.H.İbrahimzadənin redaktorluğu 
ilə    «Carçiye-millət»,  Rüşdiyyənin  qələmi  ilə  «Tehran»,  Həsənxan  Təbrizinin 
mühərrirliyi ilə «Əsr», Mahmud Əfşarın redaktorluğu ilə «Cənteye-paborəhie», 
Xorasanda  Məhəmmədsadıq  Təbrizi  və  S.H.Ərdəbilinin  redaktorluğu  ilə 
«Xurşid»  və  «Xorasan»  qəzetləri  çıxmış,  Tehran  sosial-demokrat  təşkilatının 
orqanı  «Sure-İsrafil»  qəzetinin  redaktorlarından  biri  Mirzə  Qasımxan  Təbrizi 
(Sure  İsrafil)  olmuşdur.  Cənubi  Azərbaycanın  tərəqqipərvər  ziyalıları,  o 
cümlədən  S.Salmasi,  Mirzə  Qafar  xan  Zunuzi,  Heydər  Əmioğlu  və  başqaları 
Zaqafqaziya mətbuatında da, xüsusilə «İrşad» qəzetinin İrana aid səhifələrində, 
Tiflisdə  çıxan  sosial-demokrat  qəzetlərində  İranda  ictimai-siyasi  vəziyyətə  və 
inqilabi  mübarizəyə  həsr  edilən  demokratik  məzmunlu  məqalələrlə  çıxış 
edirdilər (8, 47). 
1910-1911-ci  illərdə  Azərbaycanda  vətənpərvərlik  və  azadlıq  ideyalarını 
təbliğ  edən  digər  milli  burjua  mətbuatı,  o  cümlədən  Təbrizdə  «Şəfəq», 
«Təbriz»,  Xoyda  «Mükafat»  və  «İslah»,  Urmiyada  «Fərvərdin»  qəzetləri  dərc 
olunurdu.  Bu  dövrdə  hərbi  müdaxiləyə  qarşı  xalq  hərəkatının  təşkilinə  kömək 
mətbuatın  əsas  mübarizə  hədəfini  təşkil  edirdi.  Bu  zaman  mütərəqqi  qəzetlər 
Səttarxanla  Bağırxanın  adından  xalqa  müraciətlə  yazılan  bəyanatları  dərc 
etməklə mühüm iş görürdü (Kəsrəvi). Onlar bu müraciətlərdə xarici müdaxiləyə 
qarşı  kəskin  etirazlarını  bildirir,  çar  konsulluğunun  inqilabçılara  qarşı 
uydurduğu  «quldurluq»,  «iqtişaşçılıq»  böhtanlarını  rədd  edir,  xalqı  sayıq 
olmağa,  konstitusiyanın  müdafiəsi  uğrunda  mübarizəni  davam  etdirməyə 
çağırırdılar. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə