Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

 
66 
adam tanımıram» (101). 
Seyid Əşrəfin qəzetin səhifələrində çıxan satiraları həm bədii düşüncə, həm 
ideya 
yönü, 
həm 
də 
deyim 
yolu 
baxımından 
Azərbaycan 
mollanəsrəddinçilərinin məsləkləri ilə eyni idi. 
Tədqiqatçı  alim  H.Məmmədzadə  yazırdı  ki,  Seyid  Əşrəf  də  «Molla 
Nəsrəddin»in,  xüsusilə  Sabirin  dərin  təsiri  altında  idi.  Onun  şeirləri  bəzi 
hallarda Sabirin şeirlərinin sərbəst tərcüməsi olurdu. 
Seyid  Əşrəfin  məqsədi  müstəbidləri,  zalimləri,  xurafatçıları  satira  atəşinə 
tutmaq idi. Bu işdə o, «Molla Nəsrəddin» ilə bir cərgədə dayanır, eyni hədəflərə 
atəş  açırdı.  O,  «Molla  Nəsrəddin»də  dərc  olunan  hər  bir  şeiri  fars  dilinə 
çevirmək,  onu  İranın  həyatına  daha  uyğun  şəklə  salmaqdan  çəkinmirdi  (57,  
65). 
Seyid Əşrəf siyasi məzmunlu şeirlərini çox zaman Azərbaycan folklorunda 
geniş  yayılmış  xalq  mahnısı,  təsnif,  bayatı,  layla  formasında  yazırdı.  İki  dildə 
yazan  şair  bununla  Azərbaycan  düşüncə  tərzini  və  folklor  nümunələrini  fars 
ədəbiyyatına gətirməklə onun inkişafına müsbət təsir göstərirdi. 
Seyid  Əşrəfin  «Nəsimi-şimal»  qəzetinin  səhifələrində  çap  etdirdiyi 
şeirlərdə  günün  vacib  məsələlərini  həm  satira,  yumor  dili  ilə,  həm  də  lirik 
tərzdə ifadə edirdi. 
Gilani  M.Ə.Sabirin  əsərlərini  tərcümə  və  iqtibas  etmiş  «Nəsimi-şimal» 
qəzetində yaymış Azərbaycan satirikinin ideyalarını İranda təbliğ etmişdir. 
Şair «Molla Nəsrəddin»ə xitabən 
Ey molla əmu, çox da bizim şaha sataşma, 
İranda olan Xosrovi-camcaha sataşma, 
Bir lat babasan, xeyməvü xərgaha sataşma, 
Jurnalda bu xəlqi eyləmə gəl xar, a molla! 
Seyid  Əşrəf  Məşrutənin  həqiqi  bir  şairi  idi,  bu  inqilabın  qarşısında  duran 
məsələləri düzgün dərk etmiş və öz yaradıcılığında geniş xalq kütlələrinin başa 
düşə biləcəyi və xoşladığı bir dildə onların arzu və amalının, nisgil və həsrətini, 
fəryad  və  etirazlarını  tərənnüm  etmişdir.  Tədqiqatçıların  fikrinə  görə  Seyid 


 
67 
Əşrəfin  müasir  fars  poeziyasında  yeni,  sadə  üslubun  yaranmasındakı  xidməti 
Dehxudanın nəsrdəki xidməti ilə təndir. 
Seyid  Əşrəf  bir  azərbaycanlı  kimi  xalqın  hüquqlarını  müdafiəyə  qalxmış, 
İranda  zərbaycanlıların  qurtuluş  mücadiləsini  daha  qabarıq  şəkildə  qələmə 
almışdır.  O  öz  əsərlərində  İran  xalqlarının  uzun  müddətli  mübarizələrində 
fədailərinin  qanı  bahasına  əldə  etmiş  konstitusiyanı  alqışlayır,  yeni  təsis 
olunmuş  məclisə  böyük  ümidlər  bəsləyirdi.  Gilaninin  şeirləri  xüsusən  Məşrutə 
hərəkatı  dövründə  yazdığı  əsərlər  ictimai-siyasi  satiranın  və  tənqidi  realizmin 
gözəl nümunələrindən sayıla bilər (Antologiya II, 52). 
Xalqın  dərin  sevgi  və  məhəbbətini  qazanmış  Seyid  Əşrəf  demokratik  İran 
poeziyasının əsasını qoymaqla müasir poeziyada yeni bir yol açmışdır. 
 
«FƏRYAD» QƏZETĠ 
 
Qəzetin  ilk  sayı  1907-ci  il  fevral  ayının  21-də  Urmiya  şəhərində  işıq  üzü 
görür.  Mahmud  Qənizadə  tərəfindən  nəşr  olunan  bu  qəzetin  məsul  redaktoru 
Həbib  Urmulu  idi.  Qəzet  həftəlik  çıxırdı.  Onun  səhifələrində  ədəbi-bədii 
materiallara  geniş  yer  verilirdi.  «Fəryad»    o  dövrdəki  inqilabi-demokratik 
mətbuatın  ön  sıralarında  gedirdi.  İlk  saylarını  əsasən  fars  dilində  çıxaran 
«Fəryad» öz səhifələrində Azərbaycan həyatını əks etdirməyə  çalışırdı. Qəzetin 
cəmi  23  sayı  işıq  üzü  görüb.  Azərbaycanda  kütləvi  inqilabi  hərəkatdan  ilham 
alan  redaksiya  heyəti  3-cü  sayından  etibarən  qəzetdə  Azərbaycan  dilində 
materiallara geniş yer verməyə başlayır. 
Qəzetin adının aşağısında daim belə müraciətnamə yerləşdirilirdi: 
Ömrünü qalma-qalla keçirdin, 
Ey dost, qalx ki artıq macal çalmağa. 
Qəzetin bir çox saylarında bir beytdən ibarət olan şüar verilirdi. Şüarlarda 
vətənpərvərlik duyğuları öz əksini tapırdı. İlk saylarından birində  çap olunmuş 
aşağıdakı beyt şüar kimi verilmişdir: 
Könüldə əqdəsi-sevgi vətən məhəbbətidir, 


 
68 
Vətən məhəbbəti ömrün yeganə zinnətidir. 
Vətənə  olan  məhəbbətin  mücərrəd  şəkildə  olsa  da  şüar  şəklində  qəzetdə 
verilməsi o dövr üçün mütərəqqi bir hadisə idi. 
Üçüncü  sayından  başlayaraq  Azərbaycan  dilində  yazılara  geniş  yer 
ayırmasını  M.Qənizadə  belə  izah  edirdi:  «Xilqətdə  bir  xassəyi-təbiiyyə  var  ki, 
insan hissə, ruha aid əfkarını (fikirlərini) sani həyatını (yaşantılarını) başqa bir 
lisanda  (dildə)  öz  lisani-madərisində  (ana  dilində)  olduğu  kimi  verməsi 
mümkün  deyil.  Bəli  (lakin)  hər  nə  qədər  qüdrəti-əhaməsi  olursa  olsun,  yenə 
bəhəqq  (haqla)  edəməz.  Misal  olaraq  bir  türk  anasını qeyb  edərsə,  bu  qeybdən 
hasil  olan  hissiyyatı-faciəsini  zənn  etməm  fars  dilində  deyə  bilsin»  (82,  1907, 
№3). 
Qəzetin  saylarının  birində  bu  mətbu  orqanın  yaranma  tarixi  ilə  bağlı 
yazılırdı: «Yalvarış-fəryad.  Ey Allah  mənim sinəmi aç!, İşimi asan et! Dilimin 
düyününü  aç  ki,  xalq  məni  anlasın.  Ey  pak,  bağışlayan  tanrı  səndən  mədəd, 
bütün  dünyaya  kömək  edən  yalnız  sənsən,  əgər  sənin  köməyin  olmasaydı  bu 
dəyərsiz  bəndən  bu  sonsuz  fəzada  söz  demək  cəsarətinə  malik  olmaz,  sənin 
müvəffəqiyyətin  olmasaydı  bu  ucu-bucağı  görünməyən  səhrada  addım  belə  ata 
bilməzdim.  Yarəb,  kömək  et  ki,  məsləkdaşlar  gedib,  arzusunda    olduqları 
məqama  çataraq  rahatlandılar.  Lakin  bizcə  bu  çölün  divləri  və  bu  səhranın 
iblisləri yoldan sapdırdılar… 
Fəzadakı  qaranlıq  çəkilmək  üzrədir,  Sur  və  şeypur  səsinə  oyanıb,  hələ  də 
məst  və  səhər  pərişanlığı  ilə  qarşımızdakı  dar  cığırla  irəliləyirik…». 
Müqəddimədən sonra məslək məfhumuna tərif verib, onun nə olduğu, nə fayda 
verdiyi,  Avropadakı  fərqi  barədə  məlumat  verilir.  «Bəs  keçmişdə  bizim 
aramızda  məslək  seçimi  olmamış  və  ya  aradan  getmiş,  sonradan  türklərə, 
onlardan  da  İran  mətbuatına  sirayət  etmişdir.  Lakin  hal-hazırda  İranın  farsdilli 
qəzetləri millətin tərəqqisi, dövlətin istiqlalından savayı məşrutiyyət kimi başqa 
bir  məsləkə  sahib  deyil.  Biz  nə  sosialist,  nə  də  ki,  anarxiyaçıyıq.  Yalnız  İran 
millətinin səadət və tərq sini arzulayırıq. Nə gizlədək, hər nəyik, buyuq». 
Qəzetin  ilk  nömrələrində  «Müdiri-küll  Mirzə  Həbib»  yazıldığı  halda 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə