Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

Öyrədici  eksperimentin  metodikası  əvvəlcədən  işlənilir.  Nələrin  hansı 

ardıcıllıqla 

təqdim 

olunacağı, 



necə 

öyrədiləcəyi 

müəyyənləşdirilir. 

Eksperimentator  metodikanı  eksperimental  siniflərin  müəllimlərinə  çatdırır.  O, 

öyrədici eksperimentə başlamazdan əvvəl müəllimlərlə treninq keçirir. Treninq bir 

daha müəllimlərin səviyyəsini, eksperimental tədqiqata həvəsi və bacarığı eksperi-

mentə  qoyulan  ideya,  fərziyyə,  yeni  sistemin  xarakteri,  əvvəlkindən  fərqi, 

üstünlüyü,  onun  təcrübədə  müvəffəqiyyətlə  sınaqdan  keçirilməsi  üçün  nəzərdə 

tutulmuş  çalışmaların  növləri,  məzmunu  haqqında  məlumat  verir.  Həmin 

çalışmalar  da  sistemin  tətbiqi  prosesində  lazım  olacaq  əyani  vəsait,  didaktik 

materiallar,  testlər,  şagirdlərin  uğurlarının  öyrənilməsi  və  ona  nəzarətlə  bağlı 

məsələlər açıqlanır, lakin işin gedişində bir neçə sinifdə müşahidə zamanı müəyyən 

situasiyada  qarşıya  çıxan  çətinliklər,  yeni  ideyalar  metodikada  (iş  sistemində) 

müəyyən dəyişikliklərin, korrektlərin aparılmasını diktə edə bilər. Eksperimentator 

belə faktları qeydə almalı və bütün siniflərə göstəriş verməlidir.  

Müəllimlər eksperimentin gedişində ideyanı, sistemi dəyişmədən situasiyanı, 

çalışmanı azacıq dəyişməklə işi davam etdirə bilərlər. Bəzən şagirdlərin fəaliyyəti 

nədə  isə  müəyyən  dəyişikliyin  aparılmasını  diktə  edə  bilər.  Belə  dəyişikliklər 

müqayisəli fikir söyləməyə, nəticə çıxarmağa imkan verir. Beləliklə, eksperimen-

tator müəllimlərə eyni çalışmalar sistemini yerinə yetirməyi təklif edir və müxtəlif 

hazırlıqlı  qruplarda  öyrədilmə  prosesində  qarşıya  çıxan  fərqləri  nəzərə  almağı 

tapşırır. Eksperimentatorun təqdim etdiyi metodika əsasında yerli şəraiti, imkanları 

nəzərə almaqla hər bir müəllim öz metodikasını hazırlaya bilər. 

Eksperimentator  və  müəllim  öyrətdiyi  yeni  sistemin  necə  qavranılması 

üzərində müntəzəm müşahidə aparmalı, müvafiq şəraitin yaranmasına nail olmalı, 

əvvəlkindən (adət etdiyindən) fərqli olaraq hansı halların yarandığını izləməli, təli-

min keyfiyyətinin necə yüksəldiyinə inanmalıdır.  

Bəzən  eksperiment  mürəkkəb  problem  üzrə  qoyulduqda  sistemin  iki-üç 

variantı sınaqdan keçirilə bilər. Tədqiqatçı onların içərisindən daha az vaxt, vəsait, 

qüvvə  itirməklə  alınan  ən  yaxşı  nəticəni  seçməklə  sistemin  optimallaşdırılmasını 

təmin  edir.  Seçilmiş  variantı  hazırlığı  bərabər  səviyyəli  siniflərdə  tətbiq  etməklə 

üstünlüyünü bir daha sübut edir. 



Yoxlayıcı  eksperiment.  Eksperimental  tədqiqatın  nəticələrinin  obyektivliyi 

onun  necə  yoxlanmasından  da  asılı  olur.  Eksperimental  tədqiqatın  nəticələri 

qiymətləndirilərkən  didaktik  prosesin  komponentləri  –  müəllim,  şagird,  dərslik, 

dərs vəsaiti, didaktik material, iş şəraiti və s. nəzərə alınmalıdır.  

Yoxlayıcı  eksperiment  ayrı-ayrı  faktların  alınması  və  ya  də-qiqləşdirilməsi 

üçün zəruri olan güman və fərziyyənin yoxlanması məqsədini daşıyır. 

Yoxlayıcı  eksperimentdən  sonra  eyni  xarakterli  dəqiqləşdirici  eksperimentin 

aparılması  da  vacibdir.  Belə  təkrar  eksperiment  zamanı  ideya  və  fərziyyə  yeni 

şəraitdə  yoxlanır.  Əvvəlki  və  təkrar  yoxlayıcı  eksperimentlərin  nəticələrinin 

müqayisəsi  fərziyyənin  doğruluğu  haqqında  dəqiq  və  etibarlı  fikir  irəli  sürməyə 

imkan  verir.  Eks-perimentin  birinci  mərhələsində  –  müəyyənedici  eksperiment 

zamanı  bərabər  səviyyəli  eksperimental  və  kontrol  siniflərin  hamısında  sorğu  eyni 

suallar  əsasında  aparılır.  Onların  hamısına  eyni  mətn  üzrə  yazı,  eyni  məsələ  və 

misallar,  eyni  çalışmalar  və  s.  verilir.  Eksperimentdə  dəqiq  ölçmə  və  riyazi 




aparatdan  bir  vasitə  kimi  istifadə  olunur.  Didaktik  tədqiqatların  göstəricilərinin 

etibarlılığı şagirdlərin tam və aydın xarakteristikaları ilə bağlıdır. Bu gün uşaq peda-

qoji proseslərin mərkəzində durur. Ona görə də sinfin xarakteristikasını tərtib etmək 

lazımdır. Şagirdlərin inkişafının hərtərəfli ölçülməsi üçün etibarlı standart ekspertiza 

metodikası işlənilməlidir.  

Didaktik  eksperimentin  (didaktik  eksperimentdən  fərqli  olaraq  metodik 

eksperiment bilavasitə tədris fənni sisteminə daxil olmaqla frontal xarakter daşıyır, 

didaktik  eksperiment  bəzən  laborator  eksperimentlə  məhdudlaşır)  ən  faydalı 

növlərindən  biri  çarpaz  eksperimentdir.  Mümkün  olan  amillərin  eksperimentə 

təsirini aradan qaldırmaq və alınan nəticənin tam obyektivliyini təmin etmək məq-

sədilə  çarpaz  (çarpazlaşan)  eksperiment  tətbiq  olunur:  paralel  siniflərdə 

(məktəblərdə)  tətbiq  olunan  iş  tərzinin  yerləri  dəyişdirilir  və  eksperiment  davam 

etdirilir. Y.Ş.Kərimov yazır ki, çarpaz eksperimentin yüksək obyektivliyini təmin 

etmək üçün onu bəzən bir sinifdə, bir dərs ərzində aparmaq  məsləhət görülür. Bu 

zaman müəllim sinfi iki qrupa ayırır, yaxud eyni partada əyləşənlərin biri (bir sıra) 

eksperimental,  digəri  (o  biri  sırası)  kontrol  hesab  olunur.  Belə  eksperimentdə 

şagirdlərə  bütün  materiallar  yazılı  verilir.  Müəllim  heç  bir  qrupa  izahat  vermir. 

Bununla  da  müəllimin  pedaqoji  ustalığının,  əhval-ruhiyyəsinin  təsirinin  qarşısı 

alınır .  

Məktəb  sənədlərinin  öyrənilməsi.  Pedaqoji  prosesin  xarakterizə  edilməsində 

məktəb sənədlərinin öyrənilməsi mühüm yer tutur. Tədqiqatçı üçün sinif jurnalları, 

yığıncaqların  və  iclasların  protokolları,  dərs  cədvəli,  daxili  intizam  qaydaları, 

müəllimlərin təqvim-tematik planları, dərslərin icmalları və s. zəngin informasiya 

mənbəyidir.  Tədqiq  olunan  pedaqoji  fakt  və  hadisələr  arasındakı  səbəb-nəticə 

asılılıqlarını  və  qarşılıqlı  əlaqələri  müəyyən  etməkdə,  obyektiv  məlumatlar 

almaqda  həmin  sənədlər  ilkin  və  qiymətli  mənbədir.  Ancaq  məktəb  sənədlərinin 

öyrənilməsi mütləq başqa metodlarla əlaqələndirilməlidir. 



Şagirdlərin  yaradıcılıq  məhsullarının  öyrənilməsi.  Fəaliyyət  məhsulları  da 

pedaqoji  təcrübənin  öyrənilməsinə  xidmət  etmək  imkanına  malikdir.  Şagirdlərin 

müxtəlif formalı işlərinin nəticələrini nəzərdən keçirən tədqiqatçı nəinki şagirdlərin 

qabiliyyətləri barədə, bu və ya digər fənn üzrə proqram materiallarını nə dərəcədə 

mənimsədikləri  barədə,  habelə  onlara  pedaqoji  rəhbərliyin  vəziyyəti  barədə 

müəyyən məlumat əldə edir. 



Qabaqcıl  təcrübənin  öyrənilməsi  və  ümumiləşdirilməsi.  Bu  metod qabaqcıl 

məktəblərin  və  müəllimlərin  iş  təcrübəsini  öyrənmək  və  nəzəri  cəhətdən 

ümumiləşdirmək  məqsədi  daşıyır.  Bəzən  müəllimlər  empirik  yolla  (təcrübə  yolu 

ilə)  yenilik  xarakteri  daşıyan,  pedaqogikaya  bəlli  olmayan  vacib  metodiki  uğur 

qazanırlar.  Təlim-tərbiyə  işində  qabaqcıl  pedaqoji  təcrübənin  nəzəri  cəhətdən 

ümumiləşdirilməsi  həmin  yeniliyi  pedaqoji  elmin  sisteminə  daxil  etməyə  imkan 

verir.  

Modelləşdirmə.  Bu,  modellərin  yaradılması  və  tədqiqi  metodudur. 

Didaktikada  modelləşdirmə  aşağıdakı  məsələləri  uğurla  həll  etmək  üçün  tətbiq 

olunur: 

1)  tədris  materiallarının  strukturunu  optimallaşdırmaq;  2)  tədris  prosesinin 

planlaşdırılmasını  yaxşılaşdırmaq;  3)  idrak  fəaliyyətini  idarə  etmək;  4)  təlim-



Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə