6
AZƏRBAYCANIN SU TƏSƏRRÜFATI
1850-1930-CU İLLƏR
Məlumdur ki, kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün torpağın üst bitki qatında
4 amil qida maddələri, istilik, hava və su eyni vaxtda tələb olunan miqdardadırsa, bu halda
əkin sahələrində becərilən bitkilərdən nəzərdə tutulan məhsuldarlığa nail olmaq olar. Kür-
Araz düzənliyində əkinçilik ilə məşgul olan insanların kənd təsərrüfatı bitkilərindən yüksək
məhsuldarlıq götürməsi üçün torpaqlarda kifayət miqdarda qida maddələri, əlverişli hava və
istiliyi olan təbii şərait mövcuddur. Ancaq bölgədə havalar istiləşdikcə torpağın üst qatında su
çatışmadığına görə bitkilərin kök sistemlərinin normal inkişafı dayanır və bitkilər tədricən
məhv olur. Yəni, bu bölgədə əkinəyararlı “torpaqlar” yalnız suvarılması mümkün olanda çox
qiymət lidir.
Dünyanın quru iqlimə malik arid regi-
onlarında olduğu kimi Kür-Araz düzən-
liyində də, su mənbələrindən kanallar
çəkməklə əkin sahələrində suvarmanın
aparılma tarixi çox qədim dövrlərdən
mövcuddur. Ümumiyyətlə, Azərbaycan
ərazisində suvarmanın tarixi insanların
əkinçiliklə məşğul olduğu vaxtdan baş-
lanmışdır. Yəni bu regionda meliorasiya
tədbirlərinin həyata keçirilməsi insanların
mədəniyyət tarixi ilə həmyaşıddır.
Tarixi mənbələrdən aydın olur ki, əkin
sahələrini suvarma suyu ilə təmin etmək
üçün Azərbaycan ərazisində məskunlaş-
mış insanlar ağır yaşayış və çətin iş
şəraitinə baxmayaraq davamlı olaraq çalı-
şıblar. bəzi dövr lərdə qısamüddətli olsa
da, öz istəklərinə yetərincə nail olduqları
illər də olmuşdur.
Kür-Araz düzənliyində yaşayan əhali,
suvarma suyunun mənbəyi olaraq Kür və
Araz çayları ilə yanaşı, başlanğıcını Kiçik qafqaz dağlarından götürən İncəçayın, Tərtərçayın,
Xaçınçayın, qarqarçayın, Köndələnçayın və digərlərinin suyundan istifadə etməklə qarabağ
və Mil düzlərində, mənbəyini böyük qafqaz dağlarından götürən əlicançayın, Türyançayın,
Göyçayın, Girdimançayın və Ağsuçayın suyundan istifadə edərək Şirvan düzündə qədim
dövrlərdən başlamaqla əkin sahələrini suvarmışlar.
Azərbaycanın Muğan, Mil və qarabağ düzlərində, Naxçıvanda əkinçilik e.ə. II minilliyin
sonları, I minilliyin əvvəllərində süni suvarmaya əsaslanmışdır.
Mil düzündə V əsrdə inşa edilmiş Gavurarx magistral kanalı Araz çayından qəbul etdiyi
suyu 66 km məsafədə qarqarçaya qədər axıtmışdır. bu kanalın yerlərdə qalmış izlərini hazır-
Kür-Araz düzənliyində
suvarma suyu əkinçılıyın əsasıdır