Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Паша Йагуб  
                
66 
SƏMƏD VURĞUN PADARDA 
 
əbiət  vurğunu  olan  xalq  Ģairi  Səməd  Vurğun 
Azərbaycanın  dilbər  guĢələrini  gəzib,  təbiətin 
gözəlliyindən  zövq  almağı  xoĢlayardı.  Onun  ən  çox 
səfər  etdiyi  bölgələrdən  biri  də  VartaĢin  rayonu  idi. 
Buranın  səfalı  təbiəti,  yaĢıl  meĢələri,  buz  bulaqları 
Ģairi çox cəlb edirdi. Odur ki, Vurğun tez-tez bu yer-
lərə qonaq gələr, hər gələndə  də Padarlı dostu, kolxoz 
sədri  iĢləyən  Qasımov  Hidayətin  qüonağı  olardı. 
Onunla birlikdə bir neçə gün təbiətin qoynunda gəzər, 
həm  ov  edər,  həm  də  buranın  füsünkar  gözəlliyindən 
ilham  alaraq,  bulaqların  baĢında  oturub  Ģeir  yazardı. 
Belə  səfərlərin  birində  o,  Padar  kəndinin  qırağındakı 
bulağın baĢında “Ceyran ” Ģeirini yazmıĢ və yanındakı 
ovçu  yoldaĢlarına  oxumuĢdu.  Aradan  bir  müddət 
keçəndən  sonra,  Hidayət  kiĢi  həmin  Ģeiri  radiodan 
eĢidəndə  heyrət etmiĢ və sevinclə uĢaqlarına demiĢdi 
ki,  bu  Ģeir  bizim  kənddə  yazılıb  və  Ģeirin  ilk 
dinləyicilərindən biri də odur. 
Hidayət  Qasımov söhbət edərmiĢ ki, Səməd Vur-
ğun    ov  həvəskarı  və  sərrast  atıcı  olsa  da,    özü  hey-
vana güllə atmağı xoĢlamazmıĢ. Adətən bərədə daya-
nıb, ovu niĢan alar, amma tətiyi çəkməyə tələsməzmiĢ. 
Qəsdən  yubanarmıĢ  ki,  ovçu  yoldaĢları  atsınlar.  Tə-
biətə gözəllik verən bu yaraĢıqlı heyvanları öldürməyə 
Ģairin  əli  gəlməzmiĢ.  Elə  ona  görə  də,  Ģeirində 
“Qıyma  öz  qanına  boyana  ceyran,  nə  gözəl  yaraşır 
muğana ceyran”-yazırdı Vurğun.    



Падар кяндинин енсиклопедийасы 
 
67 
idayət  Qasımovun  ad  günündə  iĢtirak  edən 
Səməd  Vurğun  dostuna  bir  dənə  aynalı 
beĢatılan, bir dənə də xəncər bağıĢlayıb. Lakin, Hida-
yət kiĢi rəhmətə gedəndə onun sevə-sevə saxladığı bu 
yadıgarı, eləcə də, birlikdə çəkdirdikləri Ģəkilləri qar-
daĢı  ġükür  saxlamaq  üçün  öz    evinə  aparıb.  Sonralar 
ġükürün evində yanğın baĢ vermiĢ,  həmin əĢyalar da 
orada  yanmıĢdır.  Odur  ki,  böyük  Ģairdən  Padarlılara 
xoĢ xatirələr və burada yazdığı Ģeirlər qalmıĢdır.  
Bu  yerlərdə  Vurğunu  xoĢ  xatirələrlə  yada  salan-
lardan  biri  də  Kərimli  kənd  sakini  Yetim  Qara  idi. 
Çörək  pulunu  maĢın  yumaqla  qazanan    bu  zəhmət 
adamı,  Ģairin  səxavətindən  ağız  dolusu  danıĢarmıĢ. 
DeyirmiĢ  ki,  rayonun  birinci  katibinin    maĢınını  yu-
yanda  üç  mant  verir,  yeri  gəldi-  gəlmədi  üstümə  də  
qıĢqırırdı. Vurğunun maĢınını yuyanda isə, ondan pul 
almaq 
istəməzdim, 
amma  özü  zorla  cibimə 
“iyirmibeĢlik” basardı. MaĢına da baxmazdı ki,  necə 
yumuĢam. 
 
 
 
 
 
 H 


Паша Йагуб  
                
68 
GÜLMƏMMƏD KĠġĠ 
 
Rəhman və Rəhim olan Allahın adı ilə
“Yaxşı  əməl  heç  də  (ibadət  vaxtı)  üzünüzü  gün-
çıxana  və  günbatana  tərəf  çevirməkdən  ibarət  de-
yildir.  Yaxşı  əməl  sahibi  əslində  Allaha,  axirət  gü-
nünə,  mələklərə,  kitaba  və  peyğəmbərlərə  inanan, 
(Allaha)  məhəbbəti  yolunda  malını  (kasıb)  qohum-
əqrabaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb, yolda 
qalan)  müsafirə,  dilənçilərə  və  qulların  azad 
olunmasına  sərf  edən,  nama  qılıb,  zəkat  verən  kim-
sələr, eləcə də əhd edəndə (söz verəndə) əhdinə sadiq 
olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr 
edənlərdir.  Doğru  olanlardır.  Müttəqi  olanlar  da 
onlardır”. Quran, “İnək” surəsi , 177-ci ayə. 
 
yədən  göründüyü  kimi,  Allah-təala  yaxĢı 
əməli  heç  də  təkcə  ibadətlə  ölçmür,  qa-
zancından  Allah-yolunda  yoxsullara,  qohum-əqra-
baya,  yetimlərə  sərf  edən,  sözünə  düz  olan  adamları 
yaxĢı əməl sahibi kimi qəbul edir. 
Belə  gözəl  əməl  sahiblərindən  biri  də  Padar  kənd 
sakini,  el  ağsaqqalı  Gülməmməd  kiĢi  idi.  XIX-XX 
əsrlərdə yaĢayan bu əməlisaleh insan təkcə öz nəslinin 
deyil,  bütün  kəndin  görən  gözü,  qazanan  əli,  danıĢan 
dili  idi.  O,  gözüaçıqlığına,  uzaqgörənliyinə  görə  baĢ-
qalarından fərqlənirdi. Odur ki, kənd camaatı xeyir-Ģər 
iĢlərini onunla  məsləhətləĢər, rəhbərlər  onunla hesab-
laĢardılar.  O,  öz  fədakarlığı,  mübarzliyi  ilə  kənd 
sakinlərindən  bir  neçəsini  1937-ci  ildə  Ģərlənərək, 



Падар кяндинин енсиклопедийасы 
 
69 
həbs  olunmaqdan  xilas  etmiĢdi.  Onun  xilas  etdiyi 
adamlardan  biri  də,  övliya  nəslindən  olan  din  xadimi 
Feyzullayev  Mirməhəmməd  Miryunus  oğlu  idi.  Kən-
din  sovet  sədri  erməni  GöyüĢ  Molla  Mirməhəmməd 
babanı həbs etdirib, arabaya mindirəndə, Gülməmməd 
kiĢi  həyatını  riskə  qoyaraq,  sovet  sədri  ilə  mübahisə 
etmiĢ  və  din  xadimini  azad  etmiĢdi.  Övliyanın  bü-
günki  törəmələri  var  olduqlarına  görə,  göydə  Allaha, 
yerdə  babalarını  xilas  edən  Gülməmməd  kiĢinin 
ruhuna dua oxuyurlar. 
O, qazancından Allah yolunda xərcləməyi sevərdi. 
Həm  qohum-əqrəba,  həm  də  kənddə  olan  yetimlər, 
kasıblar, imkansızlar Allahdan aĢağı ona güvənərdilər. 
Odur  ki,  Gülməmməd  kiĢi  dövrünün  xöyreyyəçisi 
kimi tanınırdı.  
      Gülməmməd  kiĢi  etdiyi  yaxĢılıqların  əvəzini 
Allahdan  daim  alardı.  Belə  ki,  evindən  ruzi  bərəkət 
heç  vaxt  əskik  olmazdı.  O,  Nəcabət  xanımla  ailə 
qurdu  və  Süleyman,  Məhəmmədiyyə,  Hüseyn  adında 
üç oğlu, Nazilə adında bir qızı oldu. 1959-cu ildə 106 
yaĢında dünyasını dəyiĢdi.  
nun oğlu Süleyman Həsənov halal, xalqın eti-
madını  qazanan  adam  olduğundan,  Böyük 
Vətən  Mühəribəsindən  qabaq  bir  neçə  kənddə  kolxoz 
sədri  iĢləyib.  YaĢlı  adamların  danıĢdığına  görə, 
iĢlədiyi  dövrdə  heç  vaxt  xalq  malına  tamah  salmadı, 
özünü  xalqdan  üstün  tutmadı,  onların  haqqını  və 
namusunu qorudu. II  dünya  müharibəsinə  yola  düĢən 
Süleyman  kiĢi  geri  qayıtmadı.  Onun  Zalikə  xanımla 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə